Xəbər lenti
26/05/2020 [12:43]:
Bərdədə istifadəyə yararsız ət aşkar edilib
26/05/2020 [12:42]:
“Çoxları qorxusundan xeyriyyəçilik etmir ki, ayağından çəkərlər...”
26/05/2020 [12:36]:
Azərbaycanda hərbçilərin öldüyü dəhşətli qəza ilə bağlı cinayət işi açıldı
26/05/2020 [12:35]:
"Sən demə, məndən başqa bunu hamı qabaqcadan bilirmiş..."
26/05/2020 [12:33]:
Bakıda evdən 14 min manatlıq oğurluq oldu
26/05/2020 [12:32]:
“Müsabiqə pandemiya ilə mübarizə aparan insanların həyatına həsr olunub...”
26/05/2020 [12:31]:
Azərbaycanda dəhşətli qəzada ölənlərin dördü hərbçi imiş - RƏSMİ + FOTO
26/05/2020 [12:30]:
“Vilyamın kabinetindən çıxanları görəndə dedim ki, kaş mənim də bu qədər pulum olaydı...”
26/05/2020 [12:28]:
Sosial məsafəyə görə təyyarənin göyərtəsində dava düşdü - VİDEO
26/05/2020 [12:26]:
“Əgər kimsə, hansısa bir məmur hardansa, nə isə qoparmaq istəyirsə...”
26/05/2020 [12:17]:
Cəlilabadda meyiti tapılan şəxsin kimliyi açıqlandı
26/05/2020 [12:15]:
Azərbaycanda it itə yedizdirilib, hadisə araşdırılır - FOTO
26/05/2020 [11:54]:
Türkün türk yurduna köçü erməniləri təşvişə salıb: Düşmən gələcək planlarını ifşa edir...
26/05/2020 [11:39]:
Mədət Quliyevin oğlu Leyla Əliyeva ilə bir arada - FOTOLAR
26/05/2020 [11:37]:
Azərbaycanda dəhşətli qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA
26/05/2020 [11:35]:
Prokurorluq Gəncədəki qətl hadisəsi ilə bağlı məlumat yaydı
26/05/2020 [11:34]:
Həbib koronavirus testindən imtina etdi
26/05/2020 [11:33]:
Təhqiqatçılara yeni hüquqlar verilir - YENİLİK
26/05/2020 [11:32]:
Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO
26/05/2020 [11:27]:
Azərbaycanda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri - VİDEO
26/05/2020 [11:23]:
"1000 il İranda hakimiyyətdə olan türklər fars mədəniyyətinə böyük sayğı ilə yanaşıblar..."
26/05/2020 [11:20]:
Ukraynada pandemiya qurbanlarının sayı 644-ə çatdı
26/05/2020 [11:19]:
Rusiyada hərbi helikopterin qəzaya düşdüyü an - VİDEO
26/05/2020 [11:18]:
Gürcüstanda koronavirusa yoluxanların sayı 732-yə çatdı
26/05/2020 [11:17]:
“Mən Xalq Cəbhəsinin fəaliyyət göstərməsi üçün ona şərait yaradılmasının tərəfdarıyam”
26/05/2020 [11:16]:
Almaniyada bələdiyyə seçkilərində azərbaycanlının namizədliyi qeydə alındı
26/05/2020 [11:14]:
Trampa orta barmağını göstərən qadın ölkə qəhrəmanı oldu - FOTOLAR
26/05/2020 [11:14]:
ÜST Azərbaycanda karantin rejiminin yumşaldılmasına münasibət bildirib
26/05/2020 [10:32]:
"Koçaryanı da axtarırdım ki, tikə-tikə etdirim, amma Pənah kimilər qoymadı..." - VİDEO
26/05/2020 [10:22]:
Azərbaycanda dəhşətli qəza: Beş nəfər öldü, yaralılar var - YENİLƏNİB + FOTO
26/05/2020 [10:07]:
"Heç kim Azərbaycan ordusunun qəfil hücum edə biləcəyini düşünmədi, bu, hərbi hiylədir..."
26/05/2020 [09:51]:
Neft qiymətlərində bahalaşma davam edir
26/05/2020 [09:49]:
Sumqayıtda ağır qəza: Üç nəfər öldü, yaralılar var
26/05/2020 [09:24]:
Göygöldə minik maşını idarəetmədən çıxaraq aşdı: Ər-arvad yaralandı
26/05/2020 [09:23]:
Atəşkəs 26 dəfə pozulub
26/05/2020 [09:20]:
Koronavirusla bağlı son STATİSTİKA
26/05/2020 [09:08]:
Alkoqolun koronavirusa təsiri: Alimlər xəbərdarlıq etdi
26/05/2020 [09:03]:
Yəhudi tapdığı 40 min pulu  ərəb sahibinə qaytardı... 
26/05/2020 [08:39]:
Zidan Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçi seçilib
26/05/2020 [08:13]:
Koronavirus xəstələri üçün zərərli dərmanlar - Alimdən xəbərdarlıq
26/05/2020 [07:59]:
Mollalar dükanları gəzərək nisyə ərzaq almış yoxsulların borclarını ödədi…-İBRƏTAMİZ
26/05/2020 [07:54]:
Rusiyada hərbi helikopterin sərt enişi nəticəsində 4 nəfər ölüb
26/05/2020 [07:28]:
10 yaşında boşanmış qızın əhvalatı - FOTO
26/05/2020 [07:23]:
Rusiyada iyun ayında koronavirus peyvəndi könüllülər üzərində sınaqdan keçiriləcək
26/05/2020 [07:13]:
İnsanlarla münasibəti yaxşı etmək üçün 6 tövsiyə...
26/05/2020 [06:46]:
Sakinlər yanğınsöndürənlərin qarşısını kəsən avtomobili əlləri ilə qaldırıb kənara çəkdilər - VİDEO
26/05/2020 [06:43]:
Boris Conson koronavirusun səhhətinə vurduğu zərərdən danışdı
26/05/2020 [06:39]:
Rusiyada iyunun 1-dən daxili turizmə qoyulan məhdudiyyətlər tədricən götürüləcək
26/05/2020 [06:37]:
Beynəlxalq Kosmik Stansiyaya bildirçin yumurtaları göndəriləcək
26/05/2020 [01:10]:
"İran Azərbaycana qarşı səmimidirsə, o zaman Ermənistanı təcavüzkar elan etməlidir..."
26/05/2020 [01:01]:
Vəzirovun tamamlanmış yarımçıq portreti - Bir əsrə bərabər ziddiyyətli ömür yolu...
25/05/2020 [23:51]:
ÜST koronavirusla bağlı sınaqları dayandırdı
25/05/2020 [23:48]:
Gəncədə yol qəzasında yaralananlardan biri ölüb - FOTO - YENİLƏNİB
25/05/2020 [23:43]:
Şəmkirdə qadın sürücü zəncirvari qəza törətdi, xəsarət alan var
25/05/2020 [23:05]:
“Xalam qızı kasıb ərəbə ərə gedib” - Pərvin Abıyeva
25/05/2020 [23:03]:
Repçi anası ilə birgə yanaraq öldü
25/05/2020 [23:00]:
Goranboyda polis intihar etdi
25/05/2020 [22:34]:
Azərbaycanda şimşək çaxıb, dolu yağıb - FAKTİKİ HAVA
25/05/2020 [22:33]:
Bu sakinlərə ŞAD XƏBƏR - Bütün borclar silindi - VİDEO
25/05/2020 [22:29]:
Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə...
25/05/2020 [22:13]:
Gəncədə yol qəzasında 2 nəfər ağır yaralanıb - FOTO
25/05/2020 [21:44]:
ABŞ nəhəngi avtomobillər üçün ömürlük batareya hazırladı
25/05/2020 [21:34]:
Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı
25/05/2020 [21:26]:
“Qardaşımın qatilini tapmayana kimi özümü bağışlamayacağam”
25/05/2020 [21:21]:
"Şalvardır da, çılpaq gəzmirəm ki..."
25/05/2020 [21:16]:
İlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri ilə tanış oldular - FOTO/VİDEO + YENİLƏNİB
25/05/2020 [20:50]:
İlham Əliyev və Mehriban Əliyeva Pir Ömər Sultan ziyarətgahı ilə tanış olub - FOTO + YENİLƏNİB
25/05/2020 [20:45]:
Gürcüstan Azərbaycandan alacağı təbii qazın həcmini azaldıb
25/05/2020 [20:40]:
“Əri ölən qadına 800 manat təklif etdilər ki, koronavirusdan öldüyü ilə razılaşsın”
25/05/2020 [20:37]:
"Bədənini satılıq əşya kimi nümayiş etdirirsən"
25/05/2020 [20:19]:
Həmkəndlisinin qoyunlarını oğurlayan şəxs saxlanıldı
25/05/2020 [20:12]:
“Bu hansı zehniyyətin məhsuludur ki, ər arvadını zəncirlə itin yerində bağlayır...?”
25/05/2020 [20:09]:
“Tarixdə ilk dəfəydi ki, Məkkədə bayram namazı qılınmadı...”
25/05/2020 [20:04]:
Faiq Əmirli 15 sutkalıq həbs olundu
25/05/2020 [20:02]:
Naxçıvanın daimi nümayəndəliyinin rəhbərindən Operativ Qərargaha MÜRACİƏT...
25/05/2020 [19:52]:
Koronavirusdan sağalan Peskov xəstəxanadan buraxılıb
25/05/2020 [19:45]:
"Türkiyənin Azərbaycana Rusiyanın Ermənistana verdiyi qədər hücum xarakterli dəstək verməsini istərdik"
25/05/2020 [19:16]:
Azərbaycanın arxeoloji materiallar əsasında yazılmış ilk elmi əsəri hansıdır? - VİDEO
25/05/2020 [19:00]:
"İrəvanın bu addımları təkcə beynəlxalq birliyə deyil, erməni xalqına qarşı da provakasiyadır"
25/05/2020 [18:56]:
Bəzi rayonlarda şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
Bütün arxiv bir sırada
06/04/2020 [19:41] - Cəmiyyət - ( 2452 dəfə baxılıb)

“Azərbaycanımız üçün çox vacib olan daha bir məsələ çox qısa zamanda həllini tapdı”



Adil ƏLİYEV,
Milli Məclis Sədrinin müavini


Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə müxtəlif istiqamətlərdə geniş miqyaslı islahatlar aparılır.  Təbii ki, bu islahatların içərisində iqtisadiyyatın inkişaf etdirilməsi çox mühüm yer tutur. Belə ki, Dünya Bankının “Doing business” hesabatlarında ölkəmiz biznes mühitinin yaxşılaşdığı qabaqcıl ölkələr sırasında yer alır.
Lakin, son dövrlər dünyada geniş yayılmış koronavirus (Covid-19) infeksiyası, təəssüflər olsun ki, görülən bütün qabaqlayıcı tədbirlərə baxmayaraq ölkəmizdən də yan keçməmişdir. Hazırda fövqəldövlətlər qeyd olunan xəstəliyin əlində acizdir, yoluxan və ölənlərin sayı narahatedicidir. Bunlara baxmayaraq, cənab Prezident tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi, vəziyyətə uyğun şəkildə zəruri addımların atılması nəticəsində xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verilmədi və hazırda  bu siyasətin nəticəsi kimi vəziyyət nəzarət altındadır. 
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus dünya liderlərinə ünvanlandığı məktubda koronovirus pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və görülən işləri təqdir edərək, ölkəmizin təcrübəsini örnək göstərmişdir.
Əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşıldığı üçün hələ iki həftə əvvəl ölkəmizdə tibbi maska istehsalına başlanılması üçün cənab Prezident tərəfindən birbaşa göstəriş verilmişdir. Bu məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumları qısa müddətdə sahibkarlara kreditlər vermiş, nəticədə tibbi maska istehsalı ilə bağlı avadanlığın və xammalın Azərbaycana çox qısa zamanda gətirilməsinə nail olunmuşdur.
Uzaq görən siyasətin və aparılan iqtisadi islahatların məntiqi davamı olaraq, bu gün Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı oldu.  Beləliklə, koronavirusla mübarizədə dünyanın bir çox ölkələrində tibbi ləvazimatlarla bağlı yaranan problemlər artıq ölkəmizdə öz müsbət həllini tapır.
Yeni açılan müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal edilməsi nəzərdə tutulmuşdur. Yaxın günlərdə isə istehsal həcminin 2 dəfə artırılaraq, gündəlik istehsalın 200-250 min tibbi maskaya çatdırılması nəzərdə tutulur. Bu o deməkdir ki, artıq ölkəmiz tibbi ləvazimatları idxal edən yox, istehsal edən ölkəyə çevrilir. Yeni yaradılan müəssisə həm steril maskaların, həmçinin N95 və digər xüsusi növlərdən olan maskaların istehsal edilməsi üçün nəzərdə tutulub.
İki həftə ərzində günlük 250 min tibbi maska hazırlaya biləcək  müəssisənin qurulması və istehsala başlanılması ölkəmizin iqtisadi qüdrətinin əyani sübutudur.
Sevindirici haldır ki, maskaların hazırlanmasında, istifadə olunacaq spirt və digər dezinfeksiyaedici mayelərin istehsalı ilə hazırda ölkəmizdə müxtəlif istehsalat müəssisələri məşğul olur. Bu gün ölkəmizdə yaradılmış şərait imkan verir ki, tibbi maska və dezinfeksiya vasitələrinin istehsal sahələrinin təşkilində çox qısa zamanda uğur qazanaq. Bu həm də, dövlətin özəl sektora qayğısının, dövlət və özəl sektorun tərəfdaşlığının, dövlətin özəl sektorun inkişafı istiqamətində atmış olduğu addımların məntiqi nəticəsidir. 
Xatırlatmaq istərdim ki, Sumqayıt Kimya Sənaye Parkı da cənab Prezidentin təşəbbüsüylə yaranmış və burada məqsəd qeyri-neft sektorunun inkişaf etdirilməsi, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması,  sahibkarlığın inkişafına şərait yaradılması ilə bağlı olmuşdur.
Dövlətimizin əsas məqsədi ondan ibarətdir ki, insanlar xəstəliyə yoluxmasın, onların sağlamlığı təmin edilsin və buna nail olmaq üçün bütün tədbirlər görülür. Eyni zamanda vətəndaşlar daha da məsuliyyətli olmalı və şəxsi gigiyenalarına fikir verməli, özlərini və yaxınlarını bu xəstəliyə yoluxmaqdan qorumalıdırlar.

"Sən demə, məndən başqa bunu hamı qabaqcadan bilirmiş..."
"1000 il İranda hakimiyyətdə olan türklər fars mədəniyyətinə böyük sayğı ilə yanaşıblar..."
"Teleməkanımızın inkişafı üçün həmişəki kimi bu gün də yorulmadan çalışırıq, odur ki..."
Bayramı qana bulayacaqlarıdı, son anda qarşısı alındı - FOTO
Koronavirusu fürsətə çevirən yaponlar baxın nə istehsal etdi - MARAQLI
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
“Müsabiqə pandemiya ilə mübarizə aparan insanların həyatına həsr olunub...”
Siyasət
"Heç kim Azərbaycan ordusunun qəfil hücum edə biləcəyini düşünmədi, bu, hərbi hiylədir..."
Cəmiyyət
Mollalar dükanları gəzərək nisyə ərzaq almış yoxsulların borclarını ödədi…-İBRƏTAMİZ
Cəmiyyət
“Bu hansı zehniyyətin məhsuludur ki, ər arvadını zəncirlə itin yerində bağlayır...?”
Dünya
Məşhur iqtisadçıdan dünyanı narahat edəcək xəbərdarlıq: "Ən az 10 il davam edəcək"
Yazar
İlham İsmayıl
Millət özündə qeyrət, şərəf tapıb bu alçaldıcı tarixə son verəcək...
Sultan Laçın
"Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"
Həftənin ən çox oxunanları
Meşədə 50-yə yaxın təzə “Toyota Camry” tapıldı...- FOTO
Emin Ağalarov üçüncü dəfə evlənir - FOTO
Qənirə Paşayeva Əbülfəs Qarayevi quru yuyub yaş sərdi: "Sən demə, çirkin əməllərlə məşğul olurmuş..."
Azərbaycan Silahlı Qüvvələrinin nəzərinə: Ermənilər yeni paytaxtlarını elan edəcəklər...
“Əminliklə demək olar ki, müharibə olacaq, ancaq...” 
"Flora xanım cinsiyyəti bəlli olmayan tulalarına, küçə uşaqlarına desin ki..."
"Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"
Rusiya Dağlıq Qarabağı mavi örtüklü sinidə Azərbaycana təqdim etməyəcək...
Şuşada erməni “prezident”in andiçməsi başlandı- Hanı bizim raketlərimiz?..-VİDEO-CANLI
Ermənistan Tehranı hədələdi: "İran ermənilərə görə ayaq üstə qalıb, "təşəkkür"ümüz bu oldu"
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247