Azadlıq Aşiqi - Ələkbər Talıbov
Oxunub: 1514
06 Apr 2020 | 23:56

Azadlıq Aşiqi -  Ələkbər Talıbov
Xalqın tarixini qəhrəmanlar yaradır. Öz mərdliyi, cəsarəti və qəhrəmanlığı ilə tarixə düşən şəxsiyyətlərdən biri də Ələkbər Hacı Məhəmmədəli oğlu Talıbovdur.

Talıbov Ələkbər Hacı Məmmədəli oğlu 7 avqust 1953-cü ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuşdur. Babası Əsədulla Talıb oğlu Dividil Azərbaycanın Güneyində Miyana fədailərindən idi. Ələkbər Talıbovun atası Hacı Məmmədəli 17 yaşında artıq Miyanada Azərbaycan Demokrat firqəsinin üzvü olub, sonradan isə Azərbaycanın Quzeyində baş verən azadlıq hərəkatında iştirak etmişdir. Hacı Məhəmmədəli Talıbov milli-mənəvi dəyərlərimizin qorunmasında, İslam dininin əhali arasında geniş yayılmasında və dinin təbliğ olunmasında mühüm rol oynamışdır. Neftçala rayonu Bankə qəsəbəsində, habelə ətraf ərazilərdə cavanların din yolunda maariflənməsində böyük xidmətləri olmuşdur.
Ələkbər Talıbovun yaşadığı dövr və həmin dövrdə ətrafında cərəyan edən hadisələr, malik olduğu mərd xarakteri, xalqının, millətinin dərdinə can ortağı olan ruhu azadlıq mübarizəsinə səsləyirdi. O, 1988-ci ildə Azərbaycanda baş vermiş milli azadlıq hərəkatına qoşulmuş və Xalq Cəbhəsinin fəallarından biri olmuşdur. Ruhunda vətən sevgisinin bənzərsiz hüzünlü həsrəti onu bu mübarizəyə səsləmişdir. Azərbaycanın bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə görən Ələkbər Talıbov gənclik illərində cavanlar arasında mövcud olan, Azərbaycanın müstəqilliyi amalı ətrafında birləşən gizli qruplarda fəaliyyət göstərib. Ələkbər Talıbov demokratik ruhda böyüyərək Azərbaycanın bütövlüyü uğrunda çalışıb. Ələkbər Talıbov 20 Yanvar faciəsi zamanı yüksək mərdlik, şücaət göstərərək azadlıq hərəkatının fəal iştirakçısı olmuşdur. Döyüşçü ruhu, düşmənə qarşı bəslədiyi qəzəbli münasibət onu azadlıq fədaisinə çevirmişdir. Qanlı qırğın zamanı düşmən tərəfindən yaralanmış, Xalq Cəbhəsinin fəalı kimi həbs olunmuş və təcridxanaya aparılmışdır. 1990-cı il 25-26 yanvar hadisələri zamanı Neftçalaya soxulmuş rus qoşunlarının rayondan çıxarılmasında Ələkbər Talıbovun əvəzsiz xidmətləri olmuşdur. Azərbaycan Xalq Cəbhəsinin Neftçala şöbəsində Milli Azadlıq Hərəkatının fəalı kimi hər hansı bir qırğın, qarşıdurmanın qarşısını almaq məqsədilə xüsusi danışıqlarda iştirak etmişdir.

Ələkbər Talıbov baş vermiş faciəni belə xatırlayırdı: “Neftçalada 20 Yanvar hadisələrinə etiraz vaxtı ümumiyyətlə silahımız yox idi. Sadəcə xalq üsyanına qalxıb Bakıda 20 Yanvar hadisələrinə öz etirazımızı bildirdik. Bizə məlum idi ki, Neftçalada da bu hadisəni törədəcəklər. Neftçalanı hərtərəfli blokadaya almışdılar. Amma bizlər bunu vaxtında duyduq və yeni qırğınların olmasına imkan vermədik. Lakin xalqın iradəsi hökm sahibi olsa da, sovet ordusu bizlərə də divan tutdu. Neftçalada iki nəfər şəhid oldu. Bir müddət Neftçalada baş verən qanlı hadisələrdən sonra məni ölü sanırdılar. Çünki bizi əvvəlcə Bankə qəsəbəsindəki hərbi hissədə sıraya düzüb güllələmək istəyirdilər, lakin son anda fikirlərindən daşınıb vertolyotla Bakıya gətirmişdilər”.

Ələkbər Zahidov “Müstəqillik yollarında” kitabında yazır ki, Meydan dağıdıldıqdan sonra respublikada komendant saatı qoyuldu, cəzalandırma, durğunluq dövrü başlandı. Neftçaladan da Meydanda axıra qədər qalanlar vardı, onlar da möhkəm döyülmüşdülər, bədənləri qançır olmuşdu. Ələkbər Talıbov da belələrindən idi.

Öz vüqarı, qüruru ilə bizə hər zaman örnək olmuşdur. Ağlımız kəsəndən həmişə söhbətlərinə qonaq olmuşuq. Bu söhbətlər insanın ruhunda sözlərlə izah olunmayacaq hisslər yaradır, kövrək duyğular oyadırdı. Ələkbər Talıbov ruhumuzu qəhrəmanlıq duyğuları ilə tərbiyə etdirirdi: Erməni vəhşiliyi, vətən uğrunda canından keçən neçə-neçə igid oğulların qəhrəmanlıqla şəhid olması haqqında xeyli məlumat vermişdi.

Qazi Ələkbər Talıbov müsahibələrinin birində qeyd etmişdi: “Mən istəyirəm ki, gənclərimiz 20 Yanvar hadisələrinin yalnız Bakı ilə məhdudlaşmadığını anlasınlar. Bilsinlər ki, imperiyaya meydan oxuyan Azərbaycan xalqı Neftçalada da gülləbaran edilib. 25 yanvar hadisələri zamanı bizim rayondan iki nəfər şəhid oldu. Mən özüm güllə yarası aldım... Biz ayağa qalxdıq ki, müstəqilliyimizi qazanaq. Bu tarixin zərurəti idi. Qan yaddaşını unutmaq olmaz”.

İbrahim Nurlu “Neftçalada yanvar qırğını” kitabında yazır: “Əsarətin son günləri şəhərin küçələrində tanklar gəzir, sovet əsgərləri vəziyyətə nəzarət edirdilər. 1990-cı il 25-26 yanvar faciəsi vaxtı gedən döyüşlərdə Ələkbər Məmmədəli oğlu Talıbov yaralanmışdır”. Müəllifə ünvanlanan məktubların birində Ələkbər Talıbov haqqında danışılırdı: “Süngü Ələkbərin sol qaşı altına soxulmuşdu. Qan axıb gözünə dolurdu. Əlləri bağlı olduğundan nə qanı silir, nə də qanı saxlaya bilirdi. Sonradan qan soyuqdan laxtalanıb qurusa da, göz qapağı şişmişdi. Sanki ağır bir yük vardı. Gözünü qırpa bilmirdi”.

1993-cü ildə baş vermiş Qarabağ müharibəsində də Ələkbər Talıbov iştirak etmişdir. Üzvü olduğu batalyon üzvləri əsasən Neftçaladan olanlar idi. Batalyonun fəaliyyət dairəsi Ağdamdan, Füzulidən, Qubadlıdan, Laçından, Ağdərədən və digər od-alovlu yerlərdən keçib. Ələkbər Talıbov Ağdamın Abdal Gülablı, Quzanlı, Çəmənli, Qaradağlı, Füzulinin Aşağı və Yuxarı Veysəlli kəndlərində xüsusi əməliyyatlarda iştirak etmişdir. Ələkbər Talıbov Çəmənlidə Orucov qardaşlarının tank diviziyasında da iştirak etmişdir.

Qeyd edək ki, 1990-cı ilin yanvar hadisələri zamanı Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin təcavüzkar basqını zamanı yüksək vətəndaşlıq, mərdlik və hünər nümunələri göstərərək Azərbaycanın istiqlaliyyəti uğrunda yaralanmış bir qrup şəxsə Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adı verilib.

3 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 625 №-li fərmanı ilə “Azadlıq uğrunda mübariz” fəxri adı Ələkbər Talıbova da verilmişdir. Bundan başqa 2000-ci ildə qanlı “20 Yanvar” hadisələrinin on illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Prezident təqaüdünə layiq görülmüşdür. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Prezident təqaüdünə layiq görülmüşdür.

Bir fədai olduğu qədər, həm də komandir idi. 1988-ci ildən kapitan vəzifəsində çalışıb. Azadlıq hərəkatı vaxtı gəmisinə “Azadlıq” adı vermiş, üç rəngli bayrağımızı dalğalandırmışdır. 2012-ci ildən 2020-ci ilin yanvarınadək Fövqalədə Hallar Nazirliyinin Xəzər Hövzə Xilasetmə Xidməti İşləri İdarəsində gəmi kapitanı vəzifəsində çalışmışdır.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, istiqlalçı deputat Fərəc Quliyev Ələkbər Talıbovun vəfatı ilə bağlı başsağlığı verib: “Azərbaycanın bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə görən Ələkbər Talıbov gənclik illərində cavanlar arasında mövcud olan, Azərbaycanın müstəqilliyi amalı ətrafında birləşən gizli qruplarda fəaliyyət göstərib. Ələkbər Talıbov demokratik ruhda böyüyərək Azərbaycanın bütövlüyü uğrunda çalışıb. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərin fəal iştirakçısı olmuş 20 yanvar qazisi Ələkbər Talıbovun bu gün aramızda olmaması bizim üçün olduqca ağır bir itkidir. Onun bu dünyadan köçməsi xalqın itkisi oldu. Bu ağır itki ilə bağlı şəxsim və sədri olduğum Milli Dirçəliş Partiyası üzvləri adından mərhuma Allahdan rəhmət diləyir, bütün doğmalarına və onu sevənlərə dərin hüzünlə başsağlığı veririk. Məkanı Cənnət, ruhu şad olsun!”

Neftçaladan millət vəkili seçilən, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı Ələkbər Talıbovun ailəsinə başsağlığı verib: “20 Yanvar faciəsi zamanı yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərdiyinə görə “Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülən Ələkbər Talıbov martın 8-də vəfat edib. Qazinin ailəsinə dərin hüzünlə başsağlığı veririk. Allah rəhmət etsin”.

Azadlıq aşiqi, canlı Şəhidimiz, Azərbaycan milli azadlıq hərəkatının üvzü, “20 Yanvar” qazisi, Qarabağ müharibəsi iştirakçısı, “Azaqlıq uğrunda mübariz”, Prezident təqaüdçüsü - Ələkbər Talıbov 8 mart 2020-ci ildə qəflətən dünyasını dəyişdi. Onun vəfatı bizim üçün olduqca ağır itkidir. Bu itki ailəsini, yaxınlarını, mübarizə silahdaşlarını və onu tanıyanları dərindən sarsıtdı. Onun indi aramızda olmaması böyük hüzündür. Allah rəhmət etsin, ruhu şad olsun!

Filoloq, yazıçı Ağabacı Talıblı
Oxşar xəbərlər
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 19:05
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
25 Apr 2024 | 19:00
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 18:27
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
25 Apr 2024 | 18:24
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
25 Apr 2024 | 18:21
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 18:08
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
25 Apr 2024 | 18:02
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
25 Apr 2024 | 17:59
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:54
COP29 sülh prosesinin nəticəsidir
25 Apr 2024 | 17:50
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
25 Apr 2024 | 17:47
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:36
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
25 Apr 2024 | 17:34
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
25 Apr 2024 | 17:32
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
25 Apr 2024 | 17:30
“Bakcell” ilə innovasiya dövrü başlayır!
25 Apr 2024 | 17:29
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:24
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:20
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
25 Apr 2024 | 17:17
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
25 Apr 2024 | 17:15
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
25 Apr 2024 | 17:13
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
25 Apr 2024 | 17:09
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
25 Apr 2024 | 17:07
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
25 Apr 2024 | 17:05
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
25 Apr 2024 | 17:00
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:57
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
25 Apr 2024 | 16:53
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
25 Apr 2024 | 16:48
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
25 Apr 2024 | 16:44
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
25 Apr 2024 | 16:40
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
25 Apr 2024 | 16:36
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:32
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
25 Apr 2024 | 16:28
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
25 Apr 2024 | 16:24
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
25 Apr 2024 | 16:22
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
25 Apr 2024 | 16:20
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:16
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
25 Apr 2024 | 16:14
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
25 Apr 2024 | 16:13
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
25 Apr 2024 | 16:12
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
25 Apr 2024 | 16:10
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
25 Apr 2024 | 16:09
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
25 Apr 2024 | 16:07
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
25 Apr 2024 | 16:05
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
25 Apr 2024 | 16:04
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
25 Apr 2024 | 16:02
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
25 Apr 2024 | 16:00
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
GÜNLÜK
25 Apr 2024 | 08:00
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 07:26
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
25 Apr 2024 | 07:33
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 06:39
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
25 Apr 2024 | 06:42
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
25 Apr 2024 | 07:13
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 07:58
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 08:00
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 07:26
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
25 Apr 2024 | 07:33
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 06:39
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
25 Apr 2024 | 06:42
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
25 Apr 2024 | 07:13
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 07:58
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb