Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin tanınmış jurnalstlərindən olan FOX TV –nin aparıcısı Fatih Portağaldan şikayət edib.
Moderator.az Türkiyə mediasına istinadla xəbər verir ki, onun haqqında “sosial mediada yalan və xalqı manipulyasiya etməyə yönəlmiş ifadələr paylaşdığı” ittihamı ilə İstanbul Cümhuriyyət Prokurorluğuna müraciət edilib.
Ərdoğanın vəkili Əhməd Özəl açıqlamasında bildirib ki, prezident nazirlər kabinetinin son iclasında milli dayanışmanın vacibliyindən, könüllülük əsasında milli həmrəyliyin əhəmiyyətindən danışıb. Fatih Portağalın Ərdoğanın fikirlərini yalnış yöndə izah edərək insanlardan güc yolu pul istəndiyi kimi ifadə etdiyini bildirən Özəl buna görə onun haqqında şikayətçi olduqlarını bildirib.
Qeyd edək ki, Fatih Portağalın haqqında şikayət edilməsinə səbəb olan və özünün Twitter hesabından yayınladığı fikirləri aşağıdakı mətndən ibarətdir:
“ Tekalifi-Milliyəni xatırladıb “çətin günlərdən keçirik” deyərək depozitləri olanardan pul istəməsinlər! Koronadan sonra ödəyəcəyik deyirlərmiş bir də! Təəssüf ki, “olmaz, olmaz” deyə də bilmirəm!”
Taleh