ABŞ hərbi mütəxəssisləri apardıqları 50 illik araşdırmadan sonra sadəcə Amerika deyil, bütün dünya orduları üçün ən böyük problemlərdən birinin həllinə nail olub.
Moderator.az xəbər verir ki, amerikalı araşdırmaçılar çoxillik cəhdlərdən sonra plastik güllələrin istehsalına nail olub. Belə ki, güllələrin dəmir korpusu daha yüngül olan polimer korpusu ilə əvəz edilib ki, bu da hərbçiləri həm artıq çəkidən xials edir, həm də atəş zamanı mexanizmin fəaliyyətinə müsbət təsir göstərir. Mütəxəssislər hesab edir ki, polimer korpuslu güllələr hərbçilərind aşıdığı yükün xeyli dərəcədə azalmasına səbəb olacaq, onların çevikliyini artıracaq.
Poimet korpuslu güllələrin diqqət çəkən xüsusiyyətlərindən biri də onların dəmir korpuslu güllələrlə müqayisədə daha cəlbedici görünməsidir. Olduqca nəfis şəkildə istehsal olunan, şəffaf korpusa malik güllələr ölüm vasitəsindən daha çox incəsənət əsərinə bənzəyir.
Məlumat üçün qeyd edək ki, bu günə qədər ABŞ-da hərbi şirkətlər bir neçə dəfə plastik korpuslu güllələrin istehsalına cəhd etsə də, nəticə arzuedilməz olub.
Seymur ƏLİYEV