Belarus prezidenti Aleksandr Lukaşenko koronavirus səbəbi ilə hökumətə yönəlik hədə ilə çıxış edib.
Moderator.az xarici mətbuata
istinadən xəbər verir ki, apteklərin maska və digər qoruyucu vasitələrlə təmin
edilməsinin vacib olduğunu bildirən prezident, bununla bağlı hər hansı problem
yaranacağı təqdirdə baş nazir başda olmaqla, bütün hökumətin buraxılacağını
bildirib.
Lukaşenko bununla bağlı
hökumətə həftə sonuna qədər vaxt verib. Bu tarixə qədər hökumət sadəcə apteklərdə
deyil, dükan və marketlərdə, eləcə də xəstəxanalarda qoruyucu vasitələrin boluğuna
nail olmalı, bu sahədə müşahidə edilən bütün problemləri aradan qaldırmalıdır.
Lukaşenko bildirib ki, əgər
hökumət koronavirus təhlkəsi qarşısında heç nə edə bilmirsə bu, rüsvayçılıqıdr
və adi bir maska təminatını təşkil edə bilməyən şəxslərin vəzifədə qalması üçün
heç bir əsas yoxdur.
Seymur ƏLİYEV