Moderator.az Dağlıq Qarabağdakı erməni mənbələrinə istinadla xəbər verir ki, separatçı rejim nəhayət ki, bölgədə indiyədək gizlətməyə çalışdığı kronavirus yoluxmasını təsdiq edib.
Rejimin
səhyyə orqanı bu barədə açıqlamasında bildirib ki, Ermənistana göndərilən iki
nümunədən birinin nəticəsi müsbət olub.
Məlumatda
o da bildirilir ki, həmin şəxs aprelin 2-də işğal olunmuş Laçın rayonunun (ermənilər
adını Kaşataq qoyub) tibb mərkəzinə gətirilib və təcrid edilib. Onun Ermənistana
gedib qayıtdığı və orada yoluxduğu bildirilir.
Test
edilən ikinci erməni isə onun qonşusudur və bronxit diaqnozu ilə müalicəyə
götürülüb.
Məlumatdan
bəlli olur ki, virusa yoluxan erməni Ermənistanın işğalı altında olan Laçın
rayonunun Mirik kəndində qanunsuz məskunlaşıb.
Taleh