Dağlıq Qarabağda taunun kökünü kəsən bakılı yəhudi - \"İnsanlar ailəlikcə qırılırdılar...”
Oxunub: 1538
07 Apr 2020 | 16:04
Dağlıq Qarabağda taunun kökünü kəsən bakılı yəhudi -  \
Bəşəriyyət Çinin Uhan şəhərindən baş götürüb dünyaya yayılan yeni ölümcül virusun yaratdığı pandemiya ilə üz-üzədir. Hər gün koronavirus dünyada minlərlə insanın həyatına son qoyur, ölkələin səhiyyə sistemləri həndəsi silsilə ilə artan xəstələr qarşısında bir-birinin ardınca çökür, iqtisadiyyatlar dayanıb. Milyardlarla adam evlərinə qapanıb və qorxunc virusa tuş gəlməmək üçün karantin rejimindədir.

Lakin bəşəriyyət tarixində bundan da betər epidemiyalar, öldürücü viruslar və bakteriyalar mövcud olub. Məsələn, taun epidemiyası.

Virtualaz.org xəbər verir ki, //detaly.co.il adlı İsrail portalı 20-ci əsrin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş qaldırmış, amma sovet hökumətinin gizli saxladığı taun epidemiyasının qarşısının bakılı yəhudi həkim tərəfindən necə alındığı barədə maraqlı tarixçəni oxuculara çatdırır.

...1930-cu ilin qışında  Mikrobiologiya  İnstitutunun direktoru, məhşur bioloq  Lev  Zilber institutun bir qrup əməkdaşı ilə birgə təcili şəkildə Bakıdan Dağlıq Qarabağa yola düşür.  İran sərhəddinə çatdıqda qatardan düşürlər, Hadruta atla gedirlər.  Rayon mərkəzindəki küçələr bomboş idi, sakinlər öz evlərinə qapanmışdı, məktəblərdə dərslər dayandırılmışdı. Buna səbəb Hadrutda taun epidemiyasının tüğyan etməsi idi.


Taun epidemiyasının qurbanlarının sayı dəqiq məlum deyil. Sovetlər dönəmində bu epidemiyanın sıçrayışı faktı Azərbaycanda ciddi şəkildə məxfiləşdirilmişdi. Hakimiyyət nümayəndələri, həkimlər teleqramlarda xəstəliyin adının əvəzinə “filiz” sözü işlədirdilər. Açıq aşkar görünürdü ki, epidemiya az insanın həyatına son qoymayıb.

"İnsanlar ağciyər taunu zamanı adətən ailəlikcə qırılırdılar” - Lev Zilber gəldiyi nəticələrdə belə yazırdı. Bu ona görə baş verirdi ki,  ailədə epidemiyaya ilk yoluxan tez bir zamanda təcrid olunmur və bütün ailəni yoluxdururdu. Yalnız nadir hallarda uşaqlar sağ qalırdılar. Hadrutda da belə idi. Böyük ehtimalla uşaqlar günün çox hissəsini ailədən kənarda keçirdikləri üçün yoluxma faizi də aşağı olurdu.

Dağlıq Qarabağdakı taunla mübarizə haqqında Lev Zilber yalnız sonralar – “bu haqda danışmaq mümkün olduğu zaman” danışır. 1966-cı ilin  dekabrında "Elm və həyat" jurnalında professorun "Filiz" əməliyyatı" adlı  xatirələri dərc edilir.  Zilberin özü isə jurnalın dekabr buraxılışından bir ay öncə vəfat edir. Olümündən sonra, nəşrin ardınca SSRİ-in Dövlət mükafatı ilə təltif olunur.

Zilberin “Filiz əməliyyatı” xatirələri triller kimi oxunur. O, qeyri-adi istedada malik şəxsiyyət olub. Zilber həm də məşhur yazıçı Venyamin Kaverin doğma qardaşı idi. Ümumiyyətlə,  insanın bütün sahələrdə bacarıqlı və  istedadlı olmasına nadir hallara təsadüf edilir.


“Zilberin qısa hekayəsi Qrem Qrinin romanını xatırladır” – Venyamin qardaşı barədə belə deyir.

"Elm və həyat" jurnalında dərc edilən  xatirələrində Zilber taun epidemiyasına qalib gəlməsi haqda danışır. Bunun üçün həmin vaxt ciddi ölçülər götürmək lazım olub. Hadruta yaxın bütün ərazilər qoşunlarla mühasirəyə alınıb, fəlakət zonasına giriş-çıxışa qadağa qoyulub. Epidemiyaya yoluxanları xəstəxanadan ayrı binaya köçürüblər. Onların ünsiyyətdə olduğu şəxslərın hamısı təcrid edilib.  Hadrudun yerdə qalan əhalisi xüsusi geyimlərlə təchiz olunub və konvoyun nəzarəti altında öz evlərini tərk ediblər, qəsəbənin kənarında qurulmuş çadırlara köçürülüblər. Taundan ölənlərin meyitlərini dəfn etməyə icazə verilməyib, cəsədlər yandırılıb.

Nəticədə epidemiya tez bir zamanda sönməyə başlayıb. Əgər  həkimlər və bioloqlar  vaxtında taun epidemiyanın qarşısını ala bilməsəydilər  Qarabağda çox insanın həyatı məhv olardı.

İlkin olaraq yerli həkimlər tauna yoluxanlara "krupoz  pnevmoniya” diaqnozu qoyurdular. Onlar da hakimiyyət nümayəndələri kimi belə bir epidemiyanın tüğyan etməsinə inanmaq istəmirdilər.

Hadrutdakı taun həyəcanı siqnalına Azərbaycanın Xalq Səhiyyə Komissarlığının  Ziberə cavabı isə "ola bilməz ki, bizim torpağımızda belə iyrənc xəstəlik yayılsın!”olub.


Bu siqnal Bakıya Hadrut  sərhəd dəstəsinin hərbi həkimi, Leninqrad Hərbi tibb akademiyasının məzunu Lev Marqolin tərəfindən çatdırılıb. Qoxunc xəstəlik onu da öz ağuşuna alıb, həkimlərin bütün cəhdlərinə baxmayaraq gənc həkimin həyatını xilas etmək mümkün olmayıb.

"O ağır şəkildə ölürdü, boğulurdu, şüuru özünə qayıdanda “ana” deyə çağırırdı. Axı kim 24 yaşında asan ölə bilər ki?”- Zilber gənc həkimin ölümünü bu cür yada salır.

Qeyd edək ki, vəzifəsinə və zəngin təcrübəsinə baxmayaraq Ziber özü də gənc idi. Onun cəmi 35 yaşı vardı.

Həkimlərlə birgə Bakıdan Hadruta  Daxili İşlər Xalq Komissarlığının əməkdaşları da gəlirlər. Onların versiyasına görə, qorxunc epidemiyanı xaricdən göndərilən diversantlar yayırlar. Belə ki, xarici ölkənin bölgəyə göndərilən kəşfiyyat diversantları taundan ölənlərin qəbirlərini açır, cəsədlərin ürəyini və qaraciyərini kəsərək infeksiyanı yayırlar.

Bu versiyanı  Zilber cəfəngiyyat adlandırır. Lakin taundan ölənlərin bir neçəsinin meyitlərinin  ekskumasiyası zamanı həqiqətən də cəsədlərin daxili orqanlarının kəsildiyi məlum olur. Bu, heç bir məntiqə sığmır. Axı diversantlar niyə cəsədlərin daxili orqanlarını kəsirlər? Onlar özləri də bu infeksiyaya yoluxa bilərlər. Bu sirrin cavabını  yerli müəllimlərdən biri açır. O, bildirir ki, bölgədə belə bir inanc mövcuddur:əgər ailədə ard-arda ölümlər baş verirsə, ilk ölənin canlı olmasına inanırlar. Əgər ölü qəbirdə canlıdırsa digərlərini də “aparmağa gələcək”. Həmin ölünün qəbrini qazıb onun başını kəsmək, yaxud ürəyini, qaraciyərini çıxarmaq lazımdır. Çıxarılan orqanlar doğranaraq ailənin digər üzvlərinə verilir, onlar yeyir və beləliklə ölümdən xilas olurlar.


Bu sirrdən agah olduqdan sonra Zilber müəyyən edir ki, bölgədə infeksiya bu yolla yayılır. O, epidemiyanın kəskin şəkildə yoluxmasının qarşısını ala bilir.

Lakin taun epidemiyasını Sovetlər ölkəsinə gətirən xarici diversantlarla barədə versiyanı da yaddan çıxarmaq mümkün olmur. Hadrutdan Bakıya qayıdan Zilber qəhrəman kimi qarşılanır, qırmızı ulduzlu ordenlə mükafatlandırılır, ona Mərkəzi Seçki Komissiyasının tərkibinə daxil edilməsinə  söz verilir. Lakin çox keçmir ki, epidemiyanın əsl səbəblərini gizlətdiyinə görə ittiham olunaraq həbsə atılır. Təxminən dörd ay həbsxanada yatan Zilber ruhdan düşmür, hətta kamerada özünə çubuqlardan və kağızdan ayrıca “boks” da tikir...

Ziberin tez bir zamanda qardaşının dəstəyi ilə azadlığa çıxır. Alimin qardaşı Venyam onun azad olunması ilə bağlı məşhur yazıçı M.Qorkiyə də müraciət edir...

Nəhayət, Zilber Bakı türməsini tərk edir və Moskvaya qayıdır. Həkimlərin təkmilləşdirmə institunda mikrobiologiya kafedrasına rəhbərlik edir. Lakin 1937-ci ildə onu yenidən həbs edirlər. Bu dəfə isə Moskva sakinlərinin zəhərlənməsində - içməli su kəmərinə ensefalitin maddəsi buraxmaqda ittiham edirlər. Kaverin qardaşının azad olunması üçün yenə də yuxarı orqanlara yollar axtarır. Yazıçılar İttifaqının birinci katibi Vladimir Stavski bu xahişi NKVD rəhbəri Beriyaya çatdırır. İki il həbsxanada qalan Zilber nəhayət ki “azad edilir”. İstintaq zamanı ağır işgəncələrə məruz qalan alim həbsxanadan buraxılır və dərhal sonra sürgünə göndərilir. Sürgün düşərgəsində olduğu müddətdə isə pellaqra xəstəliyinə qarşı preparat hazırlamağa müvəffəq olur.

Nəhayət, 1939-cu ildə Zilber SSRİ Xalq Səhiyyə Komissarlığının Epidemiologiya Mərkəzi institutunun virusologiya şöbəsinə müdir təyin edilir. Lakin bir il sonra yenidən həbs olunur. Bəzi məlumatlara görə, bu dəfə bioloji silahın hazırlanmasında iştirakdan imtina etdiyinə görə alim dəmir barmaqlıqlar arxasına göndərilib. O, bu səfərində xərçəngin mənşəyinin təhqiqatı ilə məşğul olmağa başlayıb. Doğmaları və dostları alimin azad edilməsi üçün əllərindən gələni etməyə çalışblar. Onların bu səyləri 4 ildən sonra reallaşıb. 1944-cü ildə həbsxanada buraxılan Zilber tezliklə SSRİ  tibb elmləri Akademiyasının həqiqi üzvü seçilib. Xərçəngin mənşəyinin təhqiqatı nəzəriyyəsinə görə Stalin tərəfindən mükafatlandırılıb. Həmin ərəfədə Venyamin Kaverin də “İki kapitan” romanına görə Stalin mükafatına layiq görülüb.

Ömrünün son günlərinə qədər Zilber səmərəli və bacarıqlı şəkildə işləyib. Məqalələr yazıb, monoqrafiyaları dərc olunub, ABŞ, İtaliya, Fransa, Yaponiya və digər xarici ölkələrdə elmi konfranslarda məruzələrlə çıxış edib,  Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib.
Oxşar xəbərlər
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
GÜNLÜK
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:28
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:28
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ