Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli...
Araşdırma
Oxunub: 2057
07 Apr 2020 | 16:51
Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli...
6. Yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)


Firidun bəy Köçərliyə görə, milli oyanışda millətinə ən böyük töhfə verən aydınlarımız, ilk növbədə M.F.Axundzadə, S.Ə.Şirvani və H.Zərdabidir ki, onların da  millət qarşısında əsas xidmətləri öz həmməzhəblərinin oyanmasına  təkan verməsi olmuşdur. Məsələn, ona görə, S.Ə.Şirvaninin insandan ən əvvəl tələb etdiyi dini əqidə yox, insanlıq, həqiqi insan olmaq olmuşdur: “Əsil müsəlmançılığı insaniyyətdə və əsil insaniyyəti həqiqi müsəlmançılıqda görüb də təkrarən deyir: “Müsəlman ol, müsəlman ol!. Qərəz oldur ki, insan ol!”. Və lakin çoxumuz müsəlman isək də, insan deyilik, çoxumuz insanıqsa da, həqiqi müsəlmanlıqdan çox uzaq və kənarıq. Seyidin ümdə mətləbi və baş arzusu insaniyyət dərəcəsinə və bəşəriyyət mərtəbəsinə vasil olmaqdır. Bu xüsusda onun nəzəri və mərifəti o qədər vəsi və genişdir ki, ona tək Azərbaycan şairi demək dürüst deyil, bəlkə ol dürri-yeganə ümumi-insaniyyət şairdir”. Ona görə, Şirvaninin böyük xidmətlərindən birisi də, sünni-şiə məsələsində barışdırıcı mövqe tutmasıdır: “Hacı Seyid Əzim hər iki tərəfin əbəs və bihudə biri-birilə müddəi olmaqlarını görüb, canü dildən ağrıyıb naləvü fəryad edərdi ki, biz bir millət olduğumuz halda, biri-birimiz ilə qardaş kimi dolanmağa Allahın hökmü ilə borclu ikən nə səbəbə iki firqəyə bölünüb ədavət başlayaq?”. Köçərli də, ümid edirdi ki, Şirvaninin bu əməlləri sayəsində sünni-şiəlik sözü aralıqdan götürülməkdədir.

Köçərliyə görə, Axundzadə, Şirvani və Zərdabi kimi ziyalılarımız islam dini ilə bağlı məhərrəmlik mərasiminə münasibətdə də doğru yol tutmuşlar. O, yazırdı ki, şəriətdə haram buyurulan əməllərin üzdəniraq üləmalar tərəfindən fiva verilməsi doğru deyil: “Əgər dini-mübini-nəbəvidə hifzi-bədən əmri sadir olmasaydı, onda baş çapmaq felini və bədənə nizə, ox, qıfıl, at nalı, qılınc, gorda və hətta palanduz sünbəsi kimi ağır şeylər taxıb, ona həddən ziyadə cəfalar və təsəvvürə gəlməyən əziyyətlr yetirməyə bir növ eşqi-ali-əbaya və məhəbbəti-şühədayi-Kərbəlaya isnad qılıb sakit olmaq olardı. Amma bir fel ki, şərən nəhyü qadağan buyurula və onun icrasına nə övliya tərəfindən və nə üləma firqəsindən iqdam olunmaya, o felə mürtəkib olmaq peyğəmbərin buyuruğuna əməl etməmək və onun əmrini inkar etmək kimidir. Əgər imam yolunda bədənə cərahət yetirib qan tökmək və divanə halına düşmək cayiz olsaydı və onun dünyavi axirətə bir zeyir və mənfəəti olsaydı, bişəkkü laşübhə hamıdan əlavə bu işə üləmavü hükəma, ürəfavü nücəba firqələri mayil olardı. Amma hal-hazırda biz bunları tamaşaçı və yalandan ahastə-ahəstə sinələrinə əllərini döyən vəyaşsız gözlərinin nəmini hiyləvü riya dəsmalı ilə silən görürük. Başlarını çapan, arxalarına zəncir vuran və bədənlərinə hər qisim zərər yetirənyenə əlsiz-ayaqsızlar, biçarə və sadədil əvamün-nas olur”. 

Onun fikrincə, Axundzadə, Şirvani və Zərdabi kimi ziyalılarımız vaxtilə Yan Qusun oynadığı rolu oynayaraq özlərindən sonra lüterlərin meydana çıxmasına zəmin hazırlamışdır. O, ümid edirdi ki, Yan Qus Lüteri meydana çıxardığı kimi, onların da əməyi boşa getməyəcək və Azərbaycan türklərinin də öz Lüteri yaranacaqdır. 

Bizcə, Köçərlinin gözlədiyi lüterlərdən biri Əhməd bəy Ağaoğlu olmuşdur. Hər halda Köçərli hesab edir ki, Zərdabinin, Axundzadənin yolunu davam etdirənlərin başında Ə.Ağaoğlu dayanır. Onun fikrincə, Ağaoğlunun  «Axund və İslam» əsəri məzmununa görə, müsəlman ruhanilərinin qara işlərinin və şəxsi mənfəət meyillərinin əleyhinə çevrilmiş ən qüvvətli bir etirazdır. İslamı din xadimlərinin dilindən deyil, Ə.Ağaoğlu kimi elmli, bilikli şəxsiyyətlərin əsərlərindən oxuyub öyrənməyi vacib hesab edən Köçərli qeyd edirdi ki, o, islamla bağlı bu günə qədər pərdə arxasında qalan bir çox keçmiş adət-ənənələrimizi, mədəniyyətimizi ortaya qoyur və eləcə də xilas yolumuzu göstərir. Köçərli üzünü müsəlman qardaşlarına tutaraq yazırdı: “Ey qardaşlar, həyatın qədrini biliniz, həyat Allah-təalanın hədiyyəsidir, ayılınız, hərəkət ediniz, qapı-bacalarınızı açınız, evinizə işıq düşsün, üfunətli və ağır havası dəyişilsin. Gözünüzün tozunu silib, diqqət ilə ətrafınıza baxınız, hər kəs işləyir, çalışır, həyatdan nəfbərdar (mənfəət qazanır) olur. Haqq-təala «Leysə lil insanə illa masəa» (insan üçün onun əməllərindən başqa bir şey qalmayacaqdır) əmr buyurmamışlarmıdır?”.
Köçərlinin yaşadığı dövrdə Türk-müsəlman xalqlarının mövcud problemlərdən xilas olması və inkişafı üçün ifrat qərbçiliyi əsas prinsip kimi götürən M.Şahtaxtlı, C.Məmmədquluzadə və onunla həmfikir olanlar bu yolda islam və ona əsaslanan “İttihadi-islam”ı əngəl kimi görür, bu ideyanı müdafiə edənləri, xüsusilə Ə.Ağaoğlu, Ə.Topçubaşov, Ə.Hüseynzadə və başqalarını da tənqid edirdilər. Xüsusilə, M.Şahtaxtlı Ə.Ağaoğlu, Ə.Topçubaşov başda olmaqla islamçı-türkçü ideoloqları qeyri-səmimilikdə ittiham edir, onları islamçılığın və türkçülüyün qabaqcılları kimi görmədiyini yazırdı. 

Millətin ziyalıları arasında fikir ayrılığını qəbul etməyən Köçərli isə bu qarşıdrumaya qarşı çıxır və bunu, millətin birliyinə və inkişafına zərər hesab edirdi. O, üzünü onlara tutub yazırdı ki, indi dostları pərişan edib düşmənləri sevindirmək deyil, millət və vətən naminə birləşmək zamanıdır. Köçərliyə görə, «gənc «Şərqi-Rus»a «Kaspi» qəzetinin o zamankı əməkdaşlarının hücumları və «Tərcüman»ın arasıkəsilməz iradları əsassız idi». 

Deməli, ilk dövrlərdə milli aydınlarımız bir çox məsələlərdə vahid milli konsepsiyadan, milli ideyadan çıxış etməkdə çətinlik  çəkirdilər. Bu məsələlərdən biri də milli dil problemi idi. Milli dil məsələsi ilə bağlı Köçərli də C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, A.Şaiq və başqaları kimi hesab edirdi ki, Türk ədəbi dilini osmanlılaşdırmaq əvəzinə xalqa yaxınlaşmaq yolunu tutmaq lazımdır. Köçərli yazırdı: “Xeyli vaxtdır ki, dil məsələsi məhəlli müzakirəyə qoyulub, onun üstündə məclislərdə, qəzet sütunlarında və jurnallarda bəhs olunur. Kimi İstanbulda işlənən ədəbi dili tərif edib, onu sair yerlərdə işlənən türk dillərinə tərcih verir, kimi Azərbaycan türklərinin şiveyi-lisanını bəyənib, onun tərəfini saxlayır. Bir paraları da İbn-Yasəf kimi türklər üçün ümumi bir dil təsis etmək fikrindədirlər ki, hər yerdə o dildə danışılıb yazılsın”. 

O, bu üç xətt arasında Azərbaycan türkcəsini müdafiə edərək, bunu belə əsaslandırırdı ki, dili mürəkkəbləşdirmək deyil sadələşdirmək, yəni geniş xalq kütlələrinin anlaya biləcəyi bir şəklə salmaq lazımdır. Ədəbi dil də xalqın öz dilidir, bu dil hamı üçündür; hamı yazıb oxumalı, cəmiyyətin inkişafında yaxından iştirak etməlidir. Ədəbi dil sadə olmalı, onu hamı başa düşməlidir deyən, Köçərli milli özünüdərk baxımından türk-osmanlı şivəsinin deyil, Azərbaycan Türk ləhcəsinin ədəbi dil kimi qəbul edilməsini vacib hesab etmişdir. O, yazırdı: “Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və vətənini sevdiyi kimi ana dilini də sevir. Bu Allah-təalanın gözəl nemətlərindən birisidir, onu əziz və möhtərəm tutmaq hər kəsə borcdur”. 

Köçərlinin fikrincə, Azərbaycan türkləri Osmanlı şivəsini o baxımdan qəbul edə bilməz ki, İstanbul ədibləri öz dillərini unudub fars və ərəb terminləri ilə doldurublar. Doğrudur, Köçərli etiraf edirdi ki, Azərbaycan türkləri də uzun müddət bu dillərin, xüsusilə də fars dilinin təsirinə məruz qalıbdır: 

“Azərbaycan türklərinin dili dəxi mürüri-əyyam ilə dəyişirilib, özgə tərkib və qaydaya düşüb. Belə ki, indi istemal olunan türki-cədid əzəlki türki qədimə oxşamaz. Hal-hazırda danışılan dilin başqa üslubu olduğundan əlavə türki-qədimə nisbət bu dil həm dövlətli də, şirin ləhcəli və gözəl şivəli bir dil hesab olunur. Dini-mübini-islamın türklərə yetirdiyi şərafəti-etiqadiyyəsindən əlavə böyük bir xeyri də bu olubdur ki, onun feyz və bərəkətindən türklər ərəb və fars lisanından tədricilə çox sözlər, ibarələr alıb, öz dillərini dövlətləndiriblər və müruri-əyyam ilə əxz və iqtibas olunan kəlmələr və istlahlar o qədər işlənib təhrif və tərif oilunubdur ki, türk dili ilə onlar qaynayıb qarışıbdır və onlarsız türk dili bir mənanı ifadə etməkdə acizdir”. Bütün bunlarla yanaşı, ona görə, Osmanlı türkcəsi ilə müqayisədə ərəb və fars dilləri Türk dilimizi o qədər qəliz və dolaşıq etməyibdir ki, onu anlamaq olmasın. 
Köçərli belə qənaətə gəlirdi ki, İstanbul şivəsini Azərbaycanda tətbiq etmək istəyən Ə.Hüseynzadə və başqalarının tutduğu yol səhvdir. Bununla da Köçərli Ə.Hüseynzadə, Ə.Kamal və başqalarının ortaq Türk dili olaraq təqdim edilən “Osmanlı-İstanbul” şivəsi ideyasına qarşı çıxmışdır. Azərbaycan türklərinin özünəməxsus dilinin olduğunu bildirən ziyalımız qeyd edirdi ki, dili dolaşıq olan şəxsin fikri də dolaşıqdır. O, yazır: “Millətini sevən, onun mənəvi diriliyinə çalışan, tərəqqisi yolunda əmək sərf edən yazıçılarımızdan, ədiblərimizdən və şairlərimizdən çox-çox təvəqqə edirik ki, dillərini asanlaşdırısınlar, ana dilindən uzaq düşməsinlər”. O, yazırdı: “Hər bir millətin ruhani həyat və səadəti bağlıdır onun öz ana dilinə. Necə ki, ana dili azadə dillərdə caridir, o millət baqi qalacaqdır. Bir millət nə qədər zillət və üsrətə düşsə də, nə qədər xar və zəlil olub, ixtiyarını itirsə də, nə qədər aciz, zəif və məğlub olsa da, fövt olmaz, itib batmaz, bəşərti ki, onun ana dili əlindən alınmaya, o dilə cəbr olunmaya, onun hürriyyət və istiqlaliyyətinə mümaniət göstərilməyə və əliuzunluq və qələbə olunmaya”. 

Ümumiyyətlə, F.b.Köçərlinin dünyagörüşünün tədqiqi əsasında belə bir qənaətə gəldik ki, onun yaradıcılığında ictimai-fəlsəfi məsəslələr ön planda olmuşdur. Onun “Azərbaycan türklərinin ədəbiyyatı” əsəri hər nə qədər ilk baxşıda ədəbiyyat, ədəbiyyat tarixi ilə bağlı təsir bağışlasa da, ancaq onu incələdikdə görürük ki, burada Köçərli özünü filoloq deyil, daha çox filosof, fəlsəfə tarixçisi kimi aparmışdır. Xüsusilə də, onun bu əsəri ədəbiyyat tarixindən çox fəlsəfə tarixinə ona görə yaxındır ki, burada fəlsəfi təfəkkürlə izahlar və şərhlər vardır.

Eyni zamanda, onun bu əsərdə və digər məqalələrdə fəlsəfənin ontologiya və qnoseologiyaya dair məsələləri ilə bağlı irəli sürdüyü mülahizələr, xüsusilə də insanın həyatının mənası və Vəhdət probleminə aid düşüncələr çox diqqəti çəkir. Doğrudur, Köçərli ümumilikdə, dünyaya və insana baxışda İslam dininin prinsiplərindən çox kənara çıxmamış, daha çox onun əsasında fikrilərini izah etməyə çalışmışdır. Ancaq bütövlükdə Köçərlinin dünyagörüşündə fəlsəfi təmayüllərin güclü olması, yeri gəldikcə, islam dini ilə çox da səsləşməyən mülahizələr irəli sürməsi də  müşahidə olunur.



Oxşar xəbərlər
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu