Kembric Universitetinin azərbaycanlı professoru: “Burada sürətli testlər hazırlayıb, mübarizə yollarını axtarırlar”
Cəmiyyət
Oxunub: 1210
07 Apr 2020 | 17:24
Kembric Universitetinin azərbaycanlı professoru:  “Burada sürətli testlər hazırlayıb, mübarizə yollarını axtarırlar”
Qərib Mürşüdov: “Ziyalılara müraciət edirəm: yalan xəbərləri yaymayın!"

Moderator.az Böyük Britaniyanın ən nüfuzlu ali məktəblərindən hesab olunan Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasında tədqiqat  qrupunun rəhbəri, həmyerlimiz  professor  Qərib Mürşüdovun "Azedu.az"a müsahibəsini təqdim edir:

Qeyd edək ki, Böyük Britaniya Kral Statistika Cəmiyyətinin üzvü olan Qərib Mürşüdovun əsas elmi nailiyyətləri müasir statistika üsullarının struktur biologiya eksperimentlərinin analizi və modelləşdirilməsinə tətbiqi, molekulyar saflaşdırma üçün ən geniş yayılmış proqram təminatlarının hazırlanması,  struktur biologiyası cəmiyyətinin istifadəsi üçün bir sıra proqram təminatlarının və alqoritmlərin qurulması  kimi istiqamətləri əhatə edir.

1993-2011-ci illlərdə Böyük Britaniyanin York Universitetində çalışıb, universitetin Kimya fakültəsinin Struktural Biologiya Laboratoriyasının professoru olub. Məqalələrinə, o cümlədən proqramlarına olan istinadların sayı 20000-dən çoxdur.  Alim Yaponiya, Amerika , Braziliya, Uruqvay, Çin, Hindistan  və sair ölkələrdə  beynəlxalq kurslar təşkil edib.

-Qərib müəllim, hazırda karantin müddətində nə edirsiniz? Məlum hadisələr sizin elmi fəaliyyətinizə mane olub?

-Hər kəsi  salamlayıram. Bütün Azərbaycanı bu ağır günlərdə intizamlı və məsuliyyətli olmağa çağırıram.

İnstitutumuz qərar verdi ki, məlum səbəbdən hamımız evdə işləməliyik. Biz də buna çalışırıq. Mən öz elmi qrupum ilə hər həftə “Zoom” vasitəsi ilə görüşürəm. Həmçinin, hər biri ilə ayrı-ayrılıqda “zoom” və ya “skype” ilə müzakirələr aparırıq. Bizim işimiz nəzəriyyə və kompütor ilə əlaqədər olduğu üçün  işlərimiz pis getmir. Amma eksperimentlər əsasında işləyənlər üçün indi çox ağır vaxtdır. Bütün beynəlxalq və milli konfranslar təxirə salındığı üçün fikir mübadilələrində müəyyən məhdudiyyətlər var. Amma şəxsən mənim qrupumun işləri çox  da geridə qalmır.

-Dünyada mikrobiologiya sahəsində ən çox istinad edilən alimlərdən birisiniz. Birbaşa sizin ixtisasınız sayılmasa da, ümumən, fikrinizi bilmək istərdik: Dünya elmi hazırda pandemiya ilə necə mübarizə aparır? Laboratoriyaların antivirus, vaksin hazırlıqları sizcə, nə zaman öz müsbət nəticəsini verə bilər?

-Doğru deyirsiniz, bu, mənim sahəm deyil. Ümumiyyətlə, epidemiya tez-tez baş verir. XXI əsrdə   ən azı beşinci epidemiyadır. Onların ya biri, ya da ikisi pandemiya elan olunub. Amma XXI əsrdə bu virus kimi geniş yayılan xəstəliyə hələ rast gəlinməmişdir.  

Epidemiyaların kifayət qədər dəqiq riyazi modelləri var. Əsas problem bir orta xəstənin necə adamı xəstələndirməsi faktorudur. Əgər bu ədəd birdən çoxdursa, onda epidemiya sayıla bilər. Bu virusun adamlar sərbəst gəzəndə yayılma ehtimalı çoxdur. Bunu azaltmaq üçün ancaq bir yol var: İnsanlar arasında məsafənin uzadılması və beləliklə yayılma ehtimalının azaldılması.

Vaksin hazırlanması uzun müddət çəkir.  Hazırki qiymətləndirmələrə görə, bunun müsbət nəticəsini bir il və  ya bir il yarımdan sonra  üçün gözləmək olar. Əsas qüvvələr sürətli testlərin və müalicə üçün dərmanların  hazırlanması istiqamətinə yönəldilib. Əgər sürətli testlər mövcüd olsa,  onda xəstələri və onların birbaşa əlaqədə olduğu insanları yoxlamaq, beləliklə də yoluxmanən qarşısını almaq olar.

Ümumiyyətlə,  belə pandemiyalar gələcəkdə yenə də olacaq. Bunların qarşısını almaq üçün beynəlxalq təşkilatlar  fəaliyyət göstərməli və hər bir ölkədə yoluxma ilə mübarizə institutları yaradılmalı və orada mütəxəssislərin məsləhəti ilə qərarlar verilməlidir.

Bunu qeyd etməl lazımdır ki, pandemiyanın davam etdiyi ərəfədə  analizlər etmək çox çətindir. Çünki bütün parameterləri bilmirik. Ona görə ölkələrin qərarlarının bu yoluxmaya qarşı mübarizədə nə qədər effektiv olduğunu hələ demək olmaz. Amma indiki analiz göstərir ki, elmə və riyazi modellərə əsaslanan qərarlar daha effektividrlər.

-Koronovirus sizcə, bütün dünyada elmin nə dərəcədə vacibliyini göstərməklə yanaşı, həm də onun deyilən qədər də güclü olmadığı fikrini yaratmaqdadırmı?

-Koronavirus elmin vacibliyini göstərdi. Əvvəl dediyim kimi, pandemiya zamanı  hər hansı analizlər aparmaq çox çətindir. Amma  İspan qripi ilə müqaiysə etsək, görərik ki, indiki yoluxma ilə mübarizədə insanlar və elm və təbabət daha hazırlıqlıdır.

İnsaniyyətin gələcəyi ancaq elm və texnologiyanın inkişafından asılıdır.  Hər bir- ölkə və ümumiyyətlə bütün dünya elmin inkişafına kifayət qədər, indikindən dəfələrlə çox maliyyə ayırmalıdırlar ki, gələcəkdə belə fəlakətlərə daha çox hazır olaq. Bunu deyim ki, belə epidemiya və ya pandemiyaların yenidən olması ehtimalı çox yüksəkdir. Elm hələ mükəmməl deyil və çox güman ki, heç vaxt mükəmməl olmayacaq. Buna gürə kifayət qədər maliyyə olmalıdır ki, insaniyyət belə hadisələrə daha çəx hazır olsunlar.

-Dünya elminin postkoronovirusdan sonrakı durumunu necə proqnozlaşdırırsınız?

-Bu əsasən siyası qurumlardan asılı olacaq.  COVİD-19-dan sonra - bu pandemiya bir gün keçib gedəcək, amma nə qədər qurbanlara səbəb olacaq, bunu  deyə bilmərik - əvvəlcə  koronavirus ilə əlaqədər xeyli analizlər olacaq. Çox güman ki, tibb elmlərinə daha çox maliyyələr ayrılacaq. İnkişaf etmiş ölkələrdə elm və təbabətə daha çox diqqət ayrılacaq. Mən ümid edirəm ki, Azərbaycanda da elmə və təbabətə xüsusi diqqət verməyə başlayacaqlar.

Əvvəl dediyim kimi, belə epidemiyalar dəfələrlə olub. XXI əsrin özündə də indiki kimi bütün dünyanı əhatə etməsə də belə hadisələr olub. Təəssüf  ki, insaniyyatın yaddaşı çox qısamüddətlidir; bu hadisələr bir neçə ildən sonra yaddan çıxacaq və elm isə öz inkişafını davam etdirəcək. Çox istərdik ki, cəmiyyətin maarifləndirilməsi istiqamətində işlər görülsün.

-Elmi əlaqələriniz çox genişdir: Sizcə, dünyada əsasən hansı ölkə və hansı elmi müəssisələr COVİD-19-la bağlı müsbət addımlar atmaq gücündədir?

-Əgər yoluxmaya qarşı peyvənd yoxdursa, onda onun yayılmasının qarşısını almaq üçün elm kifayət etmir. Hansı ölkənin bu yoluxmadan az qurbanla çıxdığını yalnız pandemiyadan sonra demək olar. Elm və texnologiya nöqteyi nəzərindən inkişaf etmiş ölkələr tezliklə xəstəxanalar, tibdə lazım olan cihazları hazırlaya bilərlər. Amma hansı ölkənin daha az qurban ilə qurtara biləcəyini hələ deyə bilmərik.

-Yaşadığınız ölkənin -İngiltərənin -  təhsil və elm müəssisələri bu günlərdə necə çalışır?

-Bütün təhsil müəssisələri uzaqdan təhsil üsulundan istifadə edirlər. Elmi institutlar isə evdən işləyirlər. Əvvəl dediyim kimi nəzəriyyə ilə məşğul olanlar üçün bu o qədər də problem yaratmır. Amma eksperimentlər demək olar ki, dayanıb. Ancaq bu xəstəlik ilə əlaqədər eksperimentlər aparılır. Məsələn bizim institutda eksperiment ilə məşğul olanların bir hissəsi həm sürətli testlərin hazırlanmasında və həm bu virusun quruluşunu öyrənib ona qarşı mübarizə aparmaq üsulların tapılması ilə məşğuldurlar.

-Son olaraq, Azərbaycana, ictimaiyyətinə nə kimi sözünüz olardı?

-Mən bütün azərbaycanlılara müraciət edərək onları səbrli, intizamlı olmağa çağırıram. Həyatınızda heç vaxt belə olmayıb ki, cəmiyyətin  taleyi  hər bir şəxsdən asılı olsun. Çox güman ki, bu xəstəlik bir və ya bir neçə nəfərdən başlayıb. Ona gorə bir intizamsız adam xəstəliyi yenidən geri qaytara bilər. Əgər özünüzü düşünürsünüzsə, evdə qalın, əgər qohumlarınız haqda fikirləşirsinizsə, evdə qalın, əgər Azərbaycan cəmiyyəti haqda fikirləşirsinizsə, evdə qalın! Dinə inanırsınızsa, inanmırsınızsa, fərq etməz,  evdə qalın. Bütün mübarizələri ancaq virusa qarşı yönəldin. Virusdan sonra yenə mübarizə apararsınız. Kimin düz və ya səhv dediyini onda müzakirə edərsiniz.

Bir də, çox xahiş edirəm, yalan məlumatlara inanmayın. Yalan məlumat yayılması prinsipi (riyazi nöqteyi nəzərdən) yoluxma prinsipi ilə eynidir. Bir fərqi var, immunitet yaranmır. Bunun qarşısını alın. Əsasən də  ziyalılara müraciət edirəm: Yalan xəbərləri yaymayın! Bütün xəbərləri yoxlayın. Rəsmi məlumatlara inanın. Belə fövqalədə hallarda yalıan məlumatların yayılması əlavə fəlakətlərə gətirib çıxara bilər.
Oxşar xəbərlər
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...