Xəbər lenti
27/05/2020 [20:16]:
Ronaldonun sevgilisi məşhur jurnalın üz qabığında - FOTO
27/05/2020 [20:14]:
Ramzan Kadırov xəstə olduğuna dair məlumatları təkzib edib
27/05/2020 [19:52]:
Moskvadan 175 Azərbaycan vətəndaşı Bakıya gətirildi - FOTOLAR
27/05/2020 [19:40]:
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb? - Erməni qədər də olmadınız...
27/05/2020 [19:37]:
"Azərbaycan xalqı tarixən dünyaya dövlət quran, hökm etdiyi əraziyə ədalət yayan bir millət kimi tanınmışdır"
27/05/2020 [19:25]:
Koronavirusu yox etmək üçün baxın nə etdi - MARAQLI... + VİDEO
27/05/2020 [19:22]:
Sorosçu və homoseksual erməni  Azərbaycan torpağında yenə yüksək post tutacaq?..
27/05/2020 [19:16]:
AzTV-dən Respublika Günü ilə bağlı maraqlı təqdimat - VİDEO
27/05/2020 [19:13]:
Putini məhkəməyə verən keçmiş məmuru zorla koronaviruslu xəstələrin yanına salıb...
27/05/2020 [19:10]:
Planetin 29 yaşa qədər hər 6 sakinindən biri işsiz qalıb – koronavirusa görə
27/05/2020 [19:07]:
“Bıçağı əlinə alıb, üstümə düşdü” - Ülvira Qarayeva
27/05/2020 [19:02]:
"Türkiyə Qarabağın azadlığı üçün Rusiya və İranla danışıqlar aparmalıdır"
27/05/2020 [18:57]:
Yüzlərlə yük avtomobili Azərbaycan-Rusiya sərhədində qalıb - VİDEO
27/05/2020 [18:51]:
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır
27/05/2020 [18:33]:
“Təəssüf ki, Cümhuriyyətimizlə bağlı bir dənə də olsun normal sənədli film yoxdur”
27/05/2020 [18:27]:
Sevgilisi ilə qaçan qızının başın kəsdi - DƏHŞƏT...
27/05/2020 [18:21]:
Daha bir marşrut xəttinə "BakuBus" avtobusları buraxılacaq
27/05/2020 [18:21]:
DİM: 68 891 abituriyent ərizəsini təsdiq edib
27/05/2020 [18:20]:
Baş Prokurorluq Xaçmazdakı insidentə münasibət bildirdi
27/05/2020 [18:06]:
28 May – Respublika Gününə həsr olunmuş virtual bayram tədbiri keçirildi - FOTOLAR
27/05/2020 [17:56]:
Ukrayna Prezidenti koronavirusla mübarizədə yardıma görə İlham Əliyevə təşəkkür edib
27/05/2020 [17:52]:
"Ramil Səfərovun əfvi terrorçu Varujan Qarabedyanın əfv edilməsinə cavab idi..."
27/05/2020 [17:44]:
Çingiz Əsgərov Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarını şərh edib - VİDEO
27/05/2020 [17:41]:
Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib
27/05/2020 [17:38]:
MDB-nin dövlət başçıları Qələbə Paradına dəvət olunacaq
27/05/2020 [17:26]:
“Qarabağımızın erməni işğalında qalması müstəqilliyimizin dadını qaçırdır...”
27/05/2020 [17:13]:
Mingəçevirdə təhlükə: Küləyə tab gətirməyən ağaclar aşır - VİDEO
27/05/2020 [17:10]:
Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı - RƏSMİ
27/05/2020 [16:43]:
Rusiyanın yalanı üzə çıxdı...
27/05/2020 [16:37]:
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: Rekord yoluxma faktı qeydə alındı...
27/05/2020 [16:27]:
“Ramil Səfərovu Macarıstandan gətirən oğul Avropa Məhkəməsinin də cavabını verəcək...”
27/05/2020 [16:20]:
Bakıda itkin düşən şəxs asılmış vəziyyətdə tapıldı
27/05/2020 [16:16]:
Rusiya Xəzərdə hərbi parad keçirəcək
27/05/2020 [16:08]:
Səudiyyə Ərəbistanı vuruldu - İran qüvvələrindən ağlasığmaz addım
27/05/2020 [16:08]:
"Ramil Səfərovu qınayanlar mill maraqlarımıza xəyanət edən müasir “keçəl həmzə”lərimizdir"
27/05/2020 [16:06]:
Koronavirus azərbaycanlıları yollarda necə xilas etdi – avtoqəzalar yenə başladı...
27/05/2020 [16:03]:
“Dərs vaxtı”nın sabaha olan cədvəli - FOTO
27/05/2020 [15:58]:
İt döyüşləri təşkil edən 6 nəfərin kimliyi müəyyənləşdirilib
27/05/2020 [15:56]:
“Talıb Taleh mənə 5 minə mahnı satıb” - Vəfa Şərifova
27/05/2020 [15:49]:
DTX Respublika Günü ilə bağlı videokompozisiya hazırladı
27/05/2020 [15:49]:
"Mədəniyyət Nazirliyi və ya Yazıçılar Birliyi tərəfindən proqram olmalı idi ki...
27/05/2020 [15:42]:
“Bu işdə özümə qadağalar qoyuram” - Aygün Kazımova
27/05/2020 [15:41]:
Bu gün Rusiyadan daha 175 azərbaycanlı Vətənə gətirilir
27/05/2020 [15:15]:
İt döyüşləri təşkil edən 6 nəfərin kimliyi müəyyənləşdirilib
27/05/2020 [15:05]:
Koronavirusun ağır formada keçməsinin sirri tapıldı
27/05/2020 [15:04]:
Anar Bağırov: Ermənistanın Avropa Məhkəməsində ölkəmizə qarşı növbəti avantürası iflasa uğradı
27/05/2020 [14:58]:
"Ramil Səfərovun yerində olsaydım mən də eyni addımı atardım" - Partiya sədri...
27/05/2020 [14:55]:
Latviyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
27/05/2020 [14:40]:
Restoran sahibindən gözlənilməz addım: Maşın yoluna masa qoydu - YENİLƏNİB + FOTO
27/05/2020 [14:36]:
“Meyvəli”də müştəri qıtlığı yaşanır, satıcılar “qan ağlayır”... - Koronavirusun fəsadları
27/05/2020 [14:36]:
Atom bombasının sirrini ruslara satdığı deyilən amerikalı alim - Oppenheymerin arvadı kommunist olub
27/05/2020 [14:32]:
Ucarda iki metrlik gürzə ilanı öldürüldü - FOTO
27/05/2020 [14:26]:
"Murad Dadaşov telekanala gələndən sonra da Bədii Şura üzvləri ora dəvət edilməyib”
27/05/2020 [14:20]:
"Cümhuriyyətimiz tarixi nailiyyətimiz, müstəqilliyimizin dünyaya təqdimatıdır"
27/05/2020 [14:10]:
Bu il Məhərrəm ayının başlayacağı tarix açıqlandı
27/05/2020 [14:08]:
Azərbaycanda məktəbdaxili qiymətləndirmələrin vaxtı məlum olub
27/05/2020 [13:50]:
Rumıniyanın idman naziri canlı efirə alt paltarında qoşuldu - VİDEO
27/05/2020 [13:48]:
Vladimir Zelenski Azərbaycan Prezidentini təbrik edib
27/05/2020 [13:39]:
Sabah Azərbaycanda hərarət 35 dərəcəyə yüksələcək
27/05/2020 [13:23]:
Əsəd ailəsi və doqquz illik savaşın sonu - Suriyada inqilabi gəlişmə
27/05/2020 [13:23]:
Moldovanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib
27/05/2020 [13:21]:
Belçikalıların Kralı Prezident İlham Əliyevə məktub göndərib
27/05/2020 [13:11]:
Azərbaycandan İrana 19 məhbus ekstradisiya olundu
27/05/2020 [13:09]:
Vilyam Hacıyevin ittiham olunduğu maddələr açıqlandı
27/05/2020 [13:06]:
Millət vəkili gənclər üçün aksiya keçirdi: “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək”
27/05/2020 [13:00]:
Xalq artistinin qızı Türkiyədə aparıcılıq edir - FOTO
27/05/2020 [12:58]:
Albaniya Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
27/05/2020 [12:52]:
“Mən də toydan dolanıram, obyektim və başqa bir gəlir yerim yoxdur...”
27/05/2020 [12:49]:
Dünən Azərbaycana qayıdan Damla karantinə alındı
27/05/2020 [12:43]:
Gürcüstan 18 Azərbaycan vətəndaşını Hindistandan təxliyə edir
27/05/2020 [12:40]:
Trampdan Suriya açıqlaması: "Ərdoğan mənə dedi ki..."
27/05/2020 [12:39]:
Bakıda ər-arvadın əl-qolunu bağlayıb döydülər, sonra qarət etdilər
27/05/2020 [12:33]:
"Qızıl ürək" filmi...
27/05/2020 [12:25]:
“Ordu respublikamızın, onun müstəqilliyinin və təhlükəsizliyinin qarantıdır”
27/05/2020 [12:13]:
İranda ata 13 yaşlı qızının başını kəsib
27/05/2020 [12:13]:
“Kölgə iqtisadiyyatına qarşı daim mübarizə aparmaq lazımdır, çünki...”
27/05/2020 [12:10]:
Bakıda mənzildən qadın meyiti tapıldı
27/05/2020 [12:09]:
Ziyalılığın Rafiq Əliyev meyarları...
27/05/2020 [12:05]:
Onlar hüquqi dövləti necə yaratdılar? - Korrupsiyadan uzaq Cümhuriyyətimiz...
27/05/2020 [12:02]:
“Səməd Vurğunun saçının vaxtından tez ağarması, xəstəliyə tutulması bununla əlaqəli idi...”
Bütün arxiv bir sırada
07/04/2020 [23:48] - Köşə - ( 4057 dəfə baxılıb)

Dünya dəyişəcək, Qarabağ siyasəti necə?

İlham İsmayıl

Dünya informasiya məkanını koronavirus haqqında xəbərlər zəbt edib, amma böyük siyasət aktiv olmasa da aşağı templə öz işindədir, sadəcə xəbərlərin önündə gəlmir və ya dünyanın bu ağır dönəmində qınaq hədəfi olmaqdan çəkinir. Silahlar satılır, yeni silahlar sınaqdan keçirilir, konfliktlərin yaşandığı bölgələrdə tərəflər yaranmış situasiyadan yararlanmağı, ən azı ehtiyatlı olmağı unutmurlar. İqtidarlar hakimiyyətdə qalmağın, müxaliflər hakimiyyətə gəlməyin planları üzərində işləyir, pandemiyadan necə yararlanmağın yollarını arayırlar. ABŞ prezidenti bu il seçkilərin keçiriləcəyini sual altına alıb, Demokratlar partiyası Tramp iqtidarına qarşı virusun yaratdığı iqtisadi böhranı necə istifadə edəcəyini, xəstə yatağında Böyük Britaniyanın baş naziri Conson Brexit siyasəti haqqında perspektiv planlarını götür-qoy edir, Putin konstitusiya dəyişikliyi barədə referendumun vaxtını dəyişib, iqtisadi böhranın xalqda xüsusi etiraz  yaratmaması üçün koronavirus situasiyasından  sümürgəçiilik edib, özünü qayğıkeş rəhbər göstərmək üçün əsil aktyorluq nümayiş etdirir və sairə. Bizdə vəziyyət necədir, daha doğrusu, biz nə etməliyik və nə edə bilərik?
 
Azərbaycanda prezident, parlament, bələdiyyə seçkiləri təzə keçirilib, növbəti seçkilərə hələ ki, beş il var, növbədənkənar  olunası nə varsa olub. Yəni, iqtidarı az da olsa narahat edən siyasi proseslər nəzərdə tutulmur, yoxdur, gözlənilmir. İqtidar üçün yeganə problem neftin qiymətinin kəskin şəkildə azalmasının yaratdığı iqtisadi gərginlikdir ki, o da bütün dünyanı cənginə alıb, yalnız bizdə görsənən hal deyil və etiraz edənə deyiləsi söz, ən azı bəhanə var, olmasa da onu tapmaq və “əcəb olur” deməkdə indiyədək heç bir çətinlik olmadığı kimi, bundan sonra da elə bir çətinlik olacağı üfüqdə görsənmir. O zaman bütün diqqəti əsas problemə - Qarabağ məsələsinə yönəltməyə nə mane ola bilər?  Koronavirus təhlükəsi yaxın zamana azala bilər, amma fəsadları tezliklə bitəsi deyil. Deməli, virusa görə arxayın oturub diplomatik və hərbi gedişləri dayandırmaq olmaz. Mövcud situasiyada düşmən tərəfdə yaranmış vəziyyət məntiqlə daha dərindən öyrənilməli, izlənməli və əlverişli anı, fürsəti dəyərləndirib konkret nəticəyə hesablanmış addımlar atılmalıdır.  Bəs, hal-hazırda düşmən tərəfdə nə müşahidə olunur?
  
İlk onu qeyd etmək lazımdır ki, “məxməri inqilab”dan sonra Ermənistan iqtidarı ilə Dağlıq Qarabağ separatçı liderlər arasında yaranmış gərginlik 31 mart seçkiləri ərəfəsində daha da yüksəlməyə başladı və Xankəndində hakimiyyətə kimin gəlməsi hər iki tərəf üçün böyük əhəmiyyət daşıyır. Seçkilər  pandemiyaya görə “təxirə salınmalıdır” çağırışları qəbul olunmadı və narazılıq yaratdı. Narazılığı ikinci dalğası seçkilərin ikinci tura qaldığı bilinəndən sonra başlayıb. Aprelin 4-də Xankəndində seçkilərə etiraz olaraq mitinq keçirildi. Xankəndində baş verən bu mitinq Dağlıq Qarabağ erməniləri arasında parçalanmanın nümunəsidir. Təbii, parçalanmış tərəflərin heç birinin bizə simpatiyası yoxdur ki, hansısa tərəfi dəstəkləyək. Parçalanmadan başqa cür-operativ və strateji baxımdan yararlanmaq lazımdır.

Birincisi, sərt diplomatiyaya keçmək lazımdır. Bütün beynəlxalq təşkilatlar, ilk olaraq vasitəçi dövlətlər qarşısında Ermənistanın 27 ildir işğalı davam etdirdiyini və Azərbaycanın ərazi bütövlüyünü tanımadığını qeyd etməklə sülh danışıqlarının dalana dirəndiyini  bildirilməli və  qısa müddətdə Ermənistan Azərbaycanın ərazi  bütövlüyü çərçivəsində danışıqlara başlamasa bütün öhdəliklərdən  birtərəfli qaydada imtina etdiyini bəyan etməlidir. Yəni, atəkəs öhdəliyindən, 2016-cı il Vyana və Sankt Petrburq öhdəliklərindən imtina edəcəyini vasitəçi dövlətlərə elan etməlidir. İkincisi, diplomatik  fəaliyyətlə yanaşı təmas xəttində planlı şəkildə düşmənə canlı qüvvə itkisi yaşatmalıdır.  

Qəribə də olsa, düşmən tərəf bizim əvəzimizə məntiqlə nə edəcəyimizi daha yaxşı fikirləşir. Bu günlərdə erməni analitiklər, keçmiş hərbiçilər Xankəndi mitinqindən sonra həyəcanlı mülahizələrini dilə gətiriblər.  
 
Ehtiyatda olan polkovnik Hayk Naqapetyan: “Qarabağda 2018-ci ildə Ermənistandakı prosesləri təkrarlamağa təhrik etməyə cəhd edilsə, bu, Azərbaycan üçün ən böyük hədiyyələrdən biri olacaqdır”-deyib. 

Hayk Naqapetyanın sözlərinə görə, “Azərbaycan Xankəndində baş verən hadisələri yaxından izləyir və əlverişli anı əldən verməməyə çalışacaq”. Bizim nə qədər düşmən tərəfi izlədiyimiz tam bəlli olmasa da, hər halda onlar belə düşünür. Bu gün də rəsmi İrəvanın əleyhinə olan qüvvələr həm Qarabağ, həm də İrəvan mətbuatında da bu barədə narahatlıqlarını açıq bildiriblər. 
 
Koronavirsdan sonra dünyanın başqa cür olacağını tez-tez deyirlər. Görəsən biz də Qarabağ siyasətində nəhayət ki, başqa cür ola biləcəyikmi? Təbii ki, maraqlarımıza uyğun yaxşılığa doğru dəyişiklik nəzərdə tutulur. Başqa yolumuz qalmayıb. Şəraiti dəyərləndirməli və hadisələri maraqlarımıza uyğun istiqamətə yönəltməli və düşməni bununla hesablaşmağa məcbur etməliyik.

İlham İsmayıl

Koronavirusu yox etmək üçün baxın nə etdi - MARAQLI... + VİDEO
Sevgilisi ilə qaçan qızının başın kəsdi - DƏHŞƏT...
“Meyvəli”də müştəri qıtlığı yaşanır, satıcılar “qan ağlayır”... - Koronavirusun fəsadları
Ziyalılığın Rafiq Əliyev meyarları...
Elm adamları koronavirusun metroda necə yayıldığını göstərdi - Sərnişinlərin diqqətinə...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Siyasət
"Ramil Səfərovun əfvi terrorçu Varujan Qarabedyanın əfv edilməsinə cavab idi..."
Cəmiyyət
“Mən də toydan dolanıram, obyektim və başqa bir gəlir yerim yoxdur...”
Cəmiyyət
“Səməd Vurğunun saçının vaxtından tez ağarması, xəstəliyə tutulması bununla əlaqəli idi...”
Dünya
Eşşək arısından sonra ABŞ bu dəfə cicada böcəyi ilə üz-üzə qaldı...
Gündəm
Ermənilər Azərbaycan torpağında  növbəti hərbi təlim keçirdi...-VİDEO
Yazar
İlham İsmayıl
Millət özündə qeyrət, şərəf tapıb bu alçaldıcı tarixə son verəcək...
Sultan Laçın
"Əbülfəs Qarayevləri 26 il tanımamışıq?.. -İnnən belə mübarizə mədəniyyətimiz artacaqmı?.."
Həftənin ən çox oxunanları
Qənirə Paşayeva Əbülfəs Qarayevi quru yuyub yaş sərdi: "Sən demə, çirkin əməllərlə məşğul olurmuş..."
Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə...
"Koçaryanı da axtarırdım ki, tikə-tikə etdirim, amma Pənah kimilər qoymadı..." - VİDEO
Ermənistan Tehranı hədələdi: "İran ermənilərə görə ayaq üstə qalıb, "təşəkkür"ümüz bu oldu"
“Əminliklə demək olar ki, müharibə olacaq, ancaq...” 
Türkiyə Azərbaycanla uçuşları bu tarixdən bərpa edir – RƏSMİ AÇIQLAMA
“Əri ölən qadına 800 manat təklif etdilər ki, koronavirusdan öldüyü ilə razılaşsın”
"Flora xanım cinsiyyəti bəlli olmayan tulalarına, küçə uşaqlarına desin ki..."
"Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"
Şuşada erməni “prezident”in andiçməsi başlandı- Hanı bizim raketlərimiz?..-VİDEO-CANLI
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247