Bütün dünya koronavirus bəlası ilə çarpışdığı bir məqamda dünya yeni bir yoluxma təhlüksəsi ilə üz –üzə qalıb.
Moderator.az-ın
beynəlxalq KİV-ə istinadla verdiyi məlumata görə, “Danq qızdırması” adlanan yoluxucu xəstəlik
başqa bir Asiya ölkəsində - İndoneziyada tüğyan etməyə başlayıb.
Xəstəlikdən
ölənlərin sayı nə az, nə çox - 254 nəfərə çatıb. Bu, 2020-ci ilin əvvəlindən
başlayan yoluxma nəticəsində həyatını itirənlərin ümumi sayıdır. Bu müddətdə isə
sözügedən virusa yoluxanların rəsmi sayı 39.876-a çatıb.
İndoneziyanın
Səhiyyə Nazirliyinin bölmə rəhbəri Siti Nadia Tarmizi vəziyyətin getdikcə ağrlaşdığını bildirib.
SN rəsmisi xəstəliyin ən çox
yayıldığı Qərbi Cava və Şərqi Nusa Tenqqara əyalətlərinin “qırmızı bölgə”
olduğunu bəyan edib.
Qeyd edək ki, İndoneziyada ağcaqanadların fəal
olduğu oktyabr-aprel aylarındakı yağışlı havalarda “Danq qızdırması” və digər yoluxucu
xəstliklərə rastlanır.
İndoneziyadan
bu səbəbdən 2016-da 1.598, 2017-də 493, 2018-də 344 nəfər həyatını itirib.
Taleh