Latın Amerikası qitəsində yerləşən Boliviya Çili ilə sərhəddən ölkələrinə girmək istəyən vətəndaşlarına güc yolu ilə əngəl olmağa çalışıb.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, keçən həftə 480 vətəndaşının eyni giriş məntəqəsindən dönüşünə icazə verən Boliviya hökuməti bundan sonra sərhəd qapılarını qəti olaraq qapadıb.
Çilidən vətənlərinə qayıtmaq istəyən daha 500-dək boliviyalı onların qarşısını kəsən əsgərlərə qarşı daş-kəsəkli müqavimət göstəriblər. Bir vətəndaşın əsgərlərdən birinin silahını alması ilə qarşıdurma daha da gərginləşib. Əsgərlər insanlara qaz bombası və atəşlə təzyiq göstəriblər.
Yerli medianın xəbərinə görə, bir əsgər və bir mülki şəxs yaralanıb.
Bildirilir ki, Boliviya vətəndaşları arasında hamilə qadınlar və uşaqlar da var.
Boliviya rəsmiləri isə hadisələrin bu yerə gəlməsində Çilidə yaşayan Sosializmə Doğru Hərəkatın üzvü olan militanları günahlandırıb.
Xatırladaq ki, bugünədək Boliviyada hələlik 210 nəfərin koronavirusa yoluxdğu rəsmən açıqlanıb.
Taleh