Xeyli müddətdir ki, türk ordusunun Suriyadakı hərbi mövcudluğunu ciddi narahatlıqla izləyən, Türkiyənin bölgədəki aktivliyini heç cür həzm edə bilməyən rus mediası, rəsmi Ankaranın Suriya siyasəyinin dəyişə biləcəyi ilə bağlı yeni iddialarla çıxış edib.
Moderator.az xəbər verir
ki, Türkiyədəki koronavirus epidemiyasının miqyasını bir neçə dəfə şişirdən, xəstəliyin
yayılma sürətini İtaliya ilə müqayisə edən Rusiya, koronavirus xəstəliyinin
genişlənməsi fonunda türk ordusunun Suriyadakı hərbi aktivliyinin əhəmiyyətli dərəcədə
azala biləcəyini iddia edib. Hətta rus mətbuatı hesab edir ki, koronavirus təhlükəsi
türk ordusunun Suriyadan çəkilməsinə səbəb ola bilər.
Maraqlıdır, rus mətbuatındakı
bu cür iddialar daha çox anonim həkim və ekspertlərin fikrinə istinadən
yayılmaqdadır. Görünən odur ki, Rusiya özünün və Əsəd rejiminin edə bilmədiyini
koronavirusun edəcəyinə ümid edir. Hansı ki, bu yanaşma Rusiyanın Türkiyə və türk
ordusu ilə bağlı əsl niyyətindən xəbər verir.
Məlumat üçün qeyd edək
ki, arzularını reallıq kimi təqdim etməyə çalışan Rusiyada koronavirusun
yayılma tempi və sürəti Türkiyədən daha böyükdür. Bundan başqa, türk ordusunun
guya koronavirus təhlükəsinə görə Suriyadan çəkilə biləcəyi ilə bağlı iddialar
cəfəngiyatdan başqa bir şey deyil. Əgər bu ehtimalda reallıq payı varsa, bu, Ermənistandakı
102-ci bazasının, eləcə də Abxaziya, Osetiya, Ukrayna, Suriya, Liviyadakı rus hərbçilərinin
də geri çağırıla bilməsi deməkdir. Çünki koronavirus insanlar arasında dəri,
dil və din fərqi tanımır. Onun üçün milli və etnik göstəricilərin hər hansı əhəmiyyəti
yoxdur. Bu səbəbdən də Türkiyənin beynəlxalq hərbi-siyasi arenada yaşaya biləcəyi
itkilərin on qat artığını Rusiyanın yaşayacağı şübhəsizdir.
Seymur ƏLİYEV