Koronavirusun minlərə can aldığı İtaliyada sosial-iqtisadi həyatın sürətlə ağırlaşması müşahidə edilməkdədir.
Moderator.az xəbər verir ki, bir tərəfdən koronavirusla mübarizə aparan ölkə, digər tərəfdən də dəhşətli aclıqla mübarizə aparmaqdadır. Əhalinin alıcılıq qabiliyətinin kəskin sürətdə aşağı düşməsi marketlərə pulsuz ərzaqla bağlı müraciətlərin sayını kəskin şəkildə artırmaqdadır.
Artıq ərzaq mağazalarına gələn vətəndaşların bir çoxu kassaya yaxınlaşdıqları zaman pul deyil, üzərində "pulum yoxdur, amma həqiqətən yemək istəyirəm" yazısı əks olunan kağız təqdim etməkdədir. Bu, vətəndaşların oğurluq etməyə deyil, dürüstcə davranmağa üstünlük verdiyini əks etdirsə də, marjet sahibləri pulun yazı ilə əvəz edilməsindən ciddi narahatlıq duymaqdadır. Sahibkarkar hesab edir ki, proseslərin bu şəkildə davam etməsi onların tamamilə müflis olmasına gətirib çıxara bilər.
Pul əvəzinə kağız təqdim edən vətəndaşlarla market sahibləri və satıcılar arasında əlbəyaxa səviyyəsinə çatan qarşıdurmaların sayının artması da İtaliya gündəminin acı reallıqları sırasındadır. Mütəxəssislər hesab edir ki, əgər hökumət baş verənlərə sistemli bir müdaxilə ortaya qoymazsa, bu, proseslərin tamamilə nəzarətdən çıxmasına səbəb ola bilər.
Seymur ƏLİYEV