Koronavirusun ən çox təsir etdiyi ölkələrdən biri olan İranda son 24 saatda virus səbəbindən həyatını itirənlər 117 nəfər artaraq 4.110-a çatıb.
Lakin ümumi artımın azalması müşahidə dildiyindən müəyyən ümidlər yaranıb.
Moderator.az xarici mənbələrə istinadən xəbər verir ki, İranın Səhiyyə Nazirliyinin sözçüzü Kiyanuş Cihanpur dövlət televiziyasında canlı yayım zamanı bu barədə məlumat verərkən bilsdirib ki, son 24 saatda virusa yeni yoluxanların sayı 1.634 nəfər olub.
İnsan itikisinin də artığını bildirən SN rəsmisi deyib ki, bütövlükdə xəstə sayı 66.220 nəfərdir. Onlardan 3.918 nəfərin durumu ağırdır.
Lakin Cihanpur martın 23-dən bu günədək vəziyyətin qismən yaxşılığa doğru getdiyini də ifadə edib. Onun sözlərinə görə, son 25 gündə ilk dəfə olaraq ölənlərin sayı azalmağa doğru gedib, sağalanların da sayında artım müşahidə edilir. 32.309 sağalan xəstədən 2.497 nəfəri məhz son sutkada sağlığına qovuşub.
O, əlavə edib ki, ölkədə ümumilikdə COVİD-19 testindən keçənlərin sayı isə 231.393 nəfərdir.
Taleh