Rusiyanın paytaxtı Moskva şəhərində naməlum kasıbların market və ərzaq dükanlarına hücumları kəskin şəkildə artıb.
Moderator.az xəbər verir ki, qrup şəklində həyata keçirilən hücumlar nəticəsində insanlar marketlərdəki ərzaq məhsullarını yığaraq özləri ilə aparır, ərzağa olan tələbatlarını məhz bu şəkildə - zorakılıq tətbiq etməklə təmin edirlər. Dükanlara hücumlar qrup şəklində və gözlənilmədən təşkil edildiyi üçün polis məlum hücumalrın qarşısını ala bilmir.
Hüquq-mühafizə orqanlarını narahat edən digər bir məqam isə “naməlum kasıblar”ın sadəcə marketlərə deyil, həm də marketlərdən çıxan vətəmdaşlara hücum etməsi faktıdır. Belə ki, bəzi hallarda “hücumçular” marketi deyil, oradan çıxan vətəndaşları soymağa qərar verir ki, bu da əksər hallarda hücum məruz qalan şəxslərin ağır bədən xəsarəti alması ilə müşahidə edilir.
Araşdırmalr nəticəsində “naməlum kasıblar”ın daha çox alış-veriş edən müştəriləi hədəf aldığı müəyyənləşib. Bu səbəbdən də polis vətəndaşları ehtiyatlı olmağa, etdikləri alış-verişlə məxsusi diqqət çəkməməyə səsləyib.
Seymur ƏLİYEV