"Goranboyun 8 kəndinin qazlaşdırılmasına, bir çox yaşayış məntəqələrində isə içməli suya ciddi ehtiyac var"
Cəmiyyət
Oxunub: 2349
09 Apr 2020 | 17:35
Moderator.az Milli Məclisin deputatı Ağalar Vəliyevin Milli Məclisin 09 aprel 2020-ci il tarixli plenar iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı ilə bağlı çıxışını oxuculara təqdim edir:

"Çağdaş tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmiz üçün ötən 2019-cu il müasir həyatımızın bütün sahələrində qazanılan yüksək nailiyyətlərlə və  uğurla gerçəkləşdirilən irimiqyaslı köklü  islahatlarla əlamətdar olmuşdur. 

Müzakirəmizə təqdim olunan, zəngin strukturu, analitik informasiyaları və məzmunlu təhlilləri  ilə seçilən Nazirlər Kabinetinin hesabatı zənnimcə yüksək peşəkarlıqla  mükəmməl  hazırlanmışdır.
Hesab edirəm ki, sürətlə dəyişən yeni çağırışlar şəraitində  son 16 il müddətində cənab Prezidentin ardıcıl həyata keçirdiyi islahatların nəticəsində ölkəmizin hərtərəfli  inkişafının bütün parametləri və aspektləri hesabatda dolğun şəkildə öz əksini tapmışdır. 
Heç şübhəsiz ki, 2019-cu ildə ağır geosiyasi və geoiqtisadi mənzərə fonunda Azərbaycanın davamlı inkişafının, makroiqtisadi  və maliyyə dayanıqlığının, xalqımızın sabitlik və təhlükəsizlik şəraitində yaşayışının təmin edilməsi hökümətin səmərəli fəaliyyətinin başlıca prioritetləri kimi səciyyələndirilməlidir. 

Eyni zamanda milli iqtisadiyyatımızın rəqabətqabliyyətli  və ixracyönümlü istiqamətlərdə  stimullaşdırılması və şaxələndirilməsi, sənayeləşmənin gücləndirilməsi və kənd təsərrüfatının inkişaf etdirilməsi, özəl sektorun təşviqi və investisiya mühütinin yaxşılaşdırılması olduqca müsbət məqamlar  kimi dəyərləndirilməlidir.

Hörmətli cənab Baş Nazirin məruzəsindən göründüyü kimi, ölkə rəhbərinin göstərişlərini əsas tutaraq hökumət hesabat ilində iqtisadi inkişafla sosial tərəqqi arasında əlaqənin daha da möhkəmləndirilməsini və əhalinin rifahının yaxşılaşdırılması imkanlarından səmərəli istifadə edilməsini bilavasitə diqqət mərkəzində saxlamışdır.
Həyata keçirilən davamlı siyasi, iqtisadi, sosial, kadr və struktur islahatları sayəsində 2019-cu ildə çoxşaxəli inkişafımız daha da sürətlənmiş, ümumi daxili məhsul real ifadədə 2,2 faiz artaraq 81,7 milyard manat, onun adam başına düşən payı 1,4 faiz artaraq 8 247 manat və ya 4 851 dollar təşkil etmiş, qeyri-neft sektoru 3,5 faiz, sənaye 1,5 faiz, qeyri-neft sənayesi 14,3 faiz, kənd təsərrüfatı isə 7,2 faiz artmışdır. 
İl ərzində valyuta ehtiyatlarımız 14,2 faiz və ya 6,4 milyard dollar artaraq rekord həddə - 51 milyard dollara çatmışdır. Hazırda valyuta ehtiyatlarımız xarici dövlət borcunu 5 dəfədən çox üstələyərək ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir ki, bu da dünya miqyasında 9-cu göstəricidir.
Cənab Prezidentin təşəbbüsü ilə keçən il 4,2 milyon insanı əhatə edən və dəyəri  2,3 milyard manat olan iki böyük sosial paketin reallaşdırılması sayəsində müavinətlərin,  təqaüdlərin və əmək haqlarının çox əhəmiyyətli dərəcədə artırılması bir daha dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını sübut edir. Qazanılmış nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmış, Dünya  Bankı Azərbaycanı 20 ən islahatçı ölkəsi siyahısına salmış  və hazırda ölkəmiz inkişaf templərinə görə dünya miqyasında 35-ci yerdə qərarlaşmışdır. 
Nazirlər Kabinetinin fəaliyyəti kontekstində  ölkənin sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətli sfera kimi inşaat kompleksində görülən işlərə ayrıca toxunmaq istərdim. Belə ki, 2019-cu ildə  tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın məbləği ümumi sərmayənin 65,4 faizini təşkil edərək 11 milyard 245 milyon manat olmuş, il ərzində nəzərdə tutulan bütün infrastruktur layihələri icra olunmuş, bir sıra sosial və istehsal təyinatlı obyektlər  istifadəyə verilmiş,  60 tibb müəsissəsi, 84 məktəb tikilmiş və ya əsaslı təmir edilmişdir.
Sevindirici haldır ki, ümumi inşaat işlərinin 82,9 faizi qeyri-dövlət tikinti müəssisələri tərəfindən icra olunmuşdur. Hesabat ilində həmçinin ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilmişdir. 
İqtisadiyyatımızın digər sahələri ilə yanaşı, inşaat sektorunda əhəmiyyətli inkişafın müşahidə olunması,  şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsinin çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilməsi fikrimcə çox təqdirəlayiq haldır.

Azərbaycanın son illərdəki sürətli inkişafını sərhədyanı bölgə kimi hər zaman cənab Prezidentin  diqqəti və qayğısı ilə əhatə olunan və millət vəkili kimi təmsilçisi olduğum 97 saylı seçki dairəsinə daxil olan  Goranboy rayonunun timsalında da aydın görmək olar.   
Təkcə  bir  faktı  vurğulayım  ki, sonuncu dəfə cari ilin martın 2-də olmaqla möhtərəm  Prezidentimiz  Goranboy rayonuna  7  dəfə  səfər  etmiş, müxtəlif  təyinatlı    obyektlərin  açılışında  iştirak  etmiş və  bu  bölgənin  sosial-iqtisadi inkişafının  sürətləndirilməsinə  yönələn  22  sərəncam  imzalamışdır. 
Seçicilərimin ölkə rəhbərinə ünvanlanan  çoxsaylı minnətdarlıq hisslərini ifadə edərək böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, hökümətin 2018-ci il üzrə hesabatının Milli Məclisdə müzakirəsi zamanı 13 təhsil və 6 səhiyyə  müəssisəsinin əsaslı təmiri və tikintisi, eləcə də  rayonun elektrik şəbəkəsinin SİP kabelləşdirilməsi və  telefon qovşağı xətlərinin yenilənməsilə bağlı qaldırdığım məsələlərin bir çoxu icra olunması üçün müvafiq dövlət proqramına salınmışdır ki, buna görə Nazirlər Kabinetinə dərin təşəkkürümü bildirirəm.

Bununla belə, rayonun həlli vacib olan bəzi problemləri hələ də qalmaqdadır ki, hökumət üzvlərinin buradakı iştirakından istifadə edərək onları səsləndirmək istərdim. 
Belə ki, Goranboy rayonunun 8 kəndinin, o cümlədən Yuxarı Ballıqaya, Börü, Buzluq, Erkəc, Mənəşli, Todan, Gürzallar, Qazançı kəndlərinin qazlaşdırılmasına, bir çox yaşayış məntəqələrinə isə içməli su xəttlərinin çəkilməsinə ciddi  ehtiyac vardır. 
Ümüdvaram ki, sadaladığım bu problemlərin həlli istiqamətlərində Nazirlər Kabinetinin müvafiq qurumları tərəfindən əməli tədbirlər görüləcəkdir ki, bu da son nəticədə rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə böyük töhfə olacaqdır.
Azərbaycanın son illərdəki inkişaf modelinin əsas qayəsi ondan ibarətdir ki, uğurla həyata keçirilən dövlət siyasəti ölkəmizin güclü dövlətə çevrilməsinə və xalqımızın rifahının yüksəldilməsinə hesablanmışdır. 
Konseptual baxımdan bütün uğurlarımızın əsasında cənab Prezidentin sistemli və balanslaşdırılmış daxili və xarici siyasəti, onun xalqımız tərəfindən dəstəklənməsi, tükənməz vətəndaş etimadı və  sarsılmaz iqtidar-xalq birliyi dayanır.
Hər zaman olduğu kimi, Azərbaycan xalqı bu gün  qətiyyətlə inanır ki, hazırda bütün dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətlərində hörmətli dövlət başçımızın bilavasitə dəstəyilə həyata keçirilən qabaqlayıcı tədbirlər və Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi öz müsbət nəticələrini verəcək, xalqımızın sağlamlığı bütövlükdə mühafizə olunacaq və bu qorxunc xəstəliyin cəmiyyətimiz üçün törədə biləcəyi bütün fəsadlar tezliklə aradan qaldıralacaqdır.
Əminəm ki, Nazirlər Kabineti qarşıda duran bu və digər vəzifələrin, eləcə də cənab Prezindentin gələcək inkişafımızın  yeni hədəflərilə bağlı imzaladığı fərman və sərəncamların, göstəriş və tapşırıqların icrasını layiqincə təmin edəcəkdir. 
Çıxışımın sonunda Nazirlər Kabinetinin 2019-cu ildəki fəaliyyətini  yüksək qiymətləndirərək dəyərli həmkarlarımı hökumətin hesabatını dəstəkləməyə dəvət edirəm və hər birinizə möhtərəm Prezidentimizin rəhbərliyi altında doğma Azərbaycanımızın hərtərəfli tərəqqisi naminə səmərəli fəaliyyətinizdə uğurlar arzulayıram". 
Oxşar xəbərlər
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:05
Bakıda oğlunu öldürən ataya hökm oxundu
26 Apr 2024 | 17:00
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 16:49
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
26 Apr 2024 | 16:46
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
26 Apr 2024 | 16:42
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
26 Apr 2024 | 16:35
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
26 Apr 2024 | 16:32
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
26 Apr 2024 | 16:28
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
26 Apr 2024 | 16:24
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
26 Apr 2024 | 16:19
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
26 Apr 2024 | 16:15
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
26 Apr 2024 | 16:10
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
26 Apr 2024 | 16:05
Xocalı al lalələrlə bəzənib - FOTO
26 Apr 2024 | 16:02
​Nazim Quliyev həbs edildi
26 Apr 2024 | 16:00
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
26 Apr 2024 | 15:55
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
26 Apr 2024 | 15:50
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
26 Apr 2024 | 15:46
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:37
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 06:20
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:37
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 06:20
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ