\"Gözlənilmədən gələn yaman xəstəlik bütün insanlığa qənim kəsilib...\"
Oxunub: 2530
09 Apr 2020 | 17:50
\
Qazaxıstanın Birinci prezidenti, Türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevin “Egemen Qazaqstan” qəzetində çıxan  “Biz birlikdə güclüyük”  məqaləsi....

Müstəqilliyimizin ilk illərində , elimizin  ən çətin və  böhranlı vaxtlarında mən bütün çətin və çıxılmaz məsələləri, problemləri vətəndaşlarımızıla müzakirə edir, fikirlərimi  doğma xalqımla bölüşürdüm.  Bu gün bütün dünyanın və dövlətlərin narahat olduğu bir vaxtda, millətimizin sağlamlığının təhlükə ilə üzləşdiyi bir zamanda  hər kəsi səbrli və təmkinli olmağa çağırıram, və  yurduma ağ diləklərlə ürək sözlərimi çatdırmaq istəyirəm.
Gözlənilmədən gələn yaman xəstəlik – koronovirus dərdi  bütün insanlığa qənim kəsilib.  Artıq dünyada 1,4 milyon insan bu virusa yoluxub, on minlərlə insanın ömrü qırılıb. İndi bütün dünya ölkələri müasir texnoloqiya və elmi biliklərdən yararlanaraq birgə əməkdaşlıq edir, bu ağır mərəzin dərmanını tapmaq üçün bütün səylərini birləşdirib ,  elmi axtarışlar aparırlar.  
Dünya ölkələri içərisində pandemiyayla mübarizəyə  ilk başlayan ölkələrdən biri də Qazaxıstan oldu. Qabaqlayıcı tədbirlər görməyə başladı. Ölkənin bütün əlaqədar orqanları  xüsusi hazırlığa gətirildi. Xarici ölkələrdə virusun  necə peyda olduğu, pandemiyanın  necə yayıldığı öyrənildi. Son nəticə olaraq biz öz  imkanlarımız daxilində  mümkün qədər bu bəlanın qarşısına sədd çəkməyə çalışdıq, indi koronovirusun  yayılma miqyasını gecə-gündüz nəzatrətdə saxlayırıq. Vəziyyətin stabilləməsi üçün hadisələri nisbətən nəzarətə götürə bilmişik və bu iş əzmlə davam etdirilir. İndi bizim əsas məqsədimiz  ümumixalq gücümüz birləşdirib, hər yerdə bir-birimizə əl tutmağı bacarmaqdır. 
Müstəqilliyimizin ilk günlərindən  ulu Abay atamızın müdrik kəlamı olan “Kimlə dost olsan, dostluq dostluq gətirər” ( Кімге достығың болса, достық достық шақырады) fikrini hər zaman özümə  yoldaş bilmişəm, mən dünyanın bütün dövlətləri ilə dostluq siyasəti yeridib, birgə inam və bərabər  əməkdaşlığa üstünlük vermişəm. Azadlığımızın ilk illərində  bizə yaxın və uzaq olan ölkələrlə sülh və dostluq əlaqələri yaratmağa , dövlətlərarası sərhədləri müəyyən edən bütün məsələləri qətiyyətlə həll etməyə, eyni zamanda  beynəlxalq təşkilatlarla müxtəlif formada  münasibətlər qurub əməkdaşlığımızı genişləndirməyə çalışmağımın da  səbəbi bu olub.
Avrasiya İqtisadi İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı,  Asiyada Qarşılıqlı Əlaqə və Etimadyaratma Tədbirləri üzrə təşkilatı qurub,  Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatının (ATƏT)  tarixi sammitini ,  Astana İqtisadi Forumu və  Beynəlxalq EXPO sərgisini  Qazaxıstanda  keçirməklə dünyanın bütün ölkələri ilə dostluq və etibaralı əlaqələr yaradıb, iqtisadi əməkdaşlığımızı  dərinləşdirmişəm.  Həyat özü bir daha sübut etdi ki, siyasi maraqlarımız naminə  inteqrasiya və əməkdaşlıq üçün seçdiyimiz yol çox doğru bir yoldur. 
Dünyanı təşvişə salan pandemiya  özü ilə yeni iqtisadi böhran gətirib.  Nəhəng müəssisələr öz işlərini dayandırıb, nəqliyyat əlaqələri kəsilib.  Neftin qiyməti düşüb. Sərhədlər bağlanıb, alış-veriş dayanıb.  Bütün bunlar  əvvəllər baş verməyən, ini  sonu görünməyən  , ağıla gəlməyən  tənəzzülə apara bilər, işsizliyin artmasına səbəb ola bilər. 
Bizim Vətənimiz Qazaxıstan yeraltı və yerüstü sərvətləri, eləcə də neftlə zəngin  olan ölkədir. Əgər siz xatırlayırsınızsa,  ötən illərdə mən dəfələrlə qeyd etmişəm: “Biz  neft və qazdan asılı ola bilmərik, bu asılılıqdan çıxmalıyıq”.  Ona görə də müstəqilliyimizin ilk illərində  biz iqtisadiyyatımızın  difersifikasiyası ilə məşğul olduq. Bu məqsədə çatmaq üçün “Qazaxıstan -2050”  strategiyasıını yazdım. “İnnovasiya və Texnologiya sənayesinin inkişafı” proqramı çərçivəsində 1000 yeni müəssisə yaratdıq. Onun ardınca  dünya bazaralarında rəqabətədavamlı məhsullar istehsal etdik və ölkəmizə yeni texnologiyalar gətirdik. Bu islahatlar ölkəmizdə üçüncü texnologiya inqilabına yol açdı. 
Regionlarımızda əvvəli-sonu görünməyən yeni dəmiryolları və avtomobil yolları salındı.
Məqsədəuyğun və sistemli  şəkildə aparılan islahatlar nəticəsində  kənd təsərrüfatı böyük vüsət aldı: Qazaxıstan  ət, süd və başqa ərzaq məhsulları ilə özünü təchiz etməklə bərabər, istehsal etdiyi ərzaq məhsulları ilə  həm də dünyanın bir çox ölkələrinə  taxıl eksport etməklə,  dünyanın 6 ölkəsi arasında lider dövlətlərdən birinə çevrildi.  
Bu islahatların həyata keçirilməsi üçün nə qədər güc və vəsait xərclədik, lakin zaman göstərdi ki,  ölkəmizi gələcək təhlükələrdən qorumaq üçün bu islahatları aparmaqla zamanın sınağından və sarsıntılarından  çıxdıq.
Bizim Konstitusiyamızın birinci bəndində yazıllıb ki, “Qazaxıstan Respublikasının ən böyük xəzinəsi –insandır”.  Ona görə də  səhiyyə sahəsinin inkişafına  böyük diqqət ayrılıb.  “Sağlam Qazaxıstan”  proqramını qəbul etməklə, biz  ölkəmizdə yüzlərlə  müasir xəstəxanalar  tikib və poliklinikalar qurmuşuq. Paytaxtda ən yeni texnologiyalarla təchiz edilmiş ,  böyük elmi-tibbi mərkəzlər yaratmaqla, “Bolaşak” proqramı çərçivəsində   dünyanın ən inkişaf etmiş ölkələrində təcrübə keçmiş mütəxəssislərimizi  həmin mərkəzlərə cəlb etmişik. Bu uzaqgörən siyasətimizin nəticəsidir ki, indi  bugünkü ağır və ekstremal  şəraitdə , millətin sağlamlığı böyük  təhlükə qarşısında olduğu bir vaxtda, bizim həkimlərimiz   infeksiyalı və digər xəstəliklərin  diaqnozunu təyin edib, müalicə və profilaktikasını yüksək peşəkarlıqla aparırlar. 
Əlbəttə , çox qarışıq bir mənzərə yaranıb.  Bu bəla bütün dünya ölkələrinin çiyinlərinə ağır yük qoyub. Bizim xalqımızın çətin və ağır zamanlardakı   dözümü, iradəsi  və inamı ilə bu ağır yükün altından çıxıb, bəlanı dəf edəcəyik. Bunun üçün bizə gərək olan – maliyyə, maddi resurslar, texnika, ərzaq ehtiyatı – kimi hər şeyimiz vardır.  Buna görə də naraht olmağa heç bir əsas  yoxdur. 
Adətən yurd içində təlatümlər olanda özlərinin çirkin  məqsədləri üçün istifadə edən, yalan məlumatlar yayaraq fəallaşmağa meyl göstərənlər də olur.  Mən öz xalqımızı belə araqarışdıranlardan uzaq durmağa çağırırıam.  Xalqının rifahı üçün  çalışan  əsil insan ,   haqlı olduğunu göstərməyə çalışmır, əməlini  mərhəmətli işlər görməklə göstərir. Qeybət yayıb, boş-boş danışmaqdansa  özünü formalaşdırmaq və maarifçiliklə məşğul olmaq zamanıdır.
Bu gün apardığımız döyüşü xalqımızın  böyük sərkərdəsi Baurcan Momışolunın  sözlərini xatırladır:  “Nizamsız el olmaz, nizamlı başı olan el  qul olmaz.” (“Тәртіпсіз – ел болмайды, тәртіпке бас иген ел құл болмайды.”). Özünüz gördünüz  ki,  bu pandemiyadan qonşumuz Çin dövləti ciddi və dəmir kimi  nizam-intizamla qurtuldu.
Hazırkı Qazaxıstan ötən əsrin  90-cı illərinin  Qazaxıstanı ilə müqayisə oluna bilməz. Biz o ağır illərimizdə belə heç kimə əl açmamaq üçün , ölkəmizin gələcəyi naminə  və yeni nəsil üçün  , ötən illər ərzində Milli Fondumuzu yaratdıq və ölkənin qızıl -valyuta ehtiyatlarını artırdıq, hazırda 90 milyard ABŞ dolları  ehtiyatımız var. Əgər bu ehtiyatımızdan səmərəli və qənaətlə istifadə edəriksə, başımızın üstünü alan tarixin dərsi və  tarixin sınağından mətanətlə çıxa bilərik.
Elimizin prezidenti Qasım Comərd Kamaloğlu Tokayev xalqa müraciətində cəmiyyəti dövlətin atacağı addımlar,  və edəcəyi yardımlar barədə məlumatlandırararq qeyd etdi ki,  cəmiyyətin sosial yardıma ehtiyacı olan qruplarına, sahibkarlara və  vətəndaşlara, kənd təsərrüfatı sahəsində çalışan adamlara yardımlar olunacaq. Əgər Qazaxıstanın məqsədyönlü milli iqtisadiyyatı və fondları olmasaydı, bu tədbirlərin heç birini görə bilməzdik. Bəli, həmin ehtiyatlarımızı necə gəldi dağıtmağa çağırış edənlər var idi. Lakin bizim tərəfimizdən göstərilən möhkəm iradə  həmin çağırışları rədd edə bildi.
İndi Hökümət və yerli icra orqanları rasional və qənaətlə  bu işləri görməyə başlamalıdırlar.  Hər bir nazirlik, hər bir vilayət, hər br şəhər rəhbərinin qarşısına  sistemli şəkildə, nizam-intizamla, plana uyğun və qətiyyətli şəkildə mobil üsullarla bu işləri yoluna qoymaq tapşırılıb.  Bu şərəfli işdə Nur Otan partiyasının üzvləri ilk sırada olmalıdırlar.
Dövlətimizin ən qiymətli mənəvi dəyəri insan ömrü olduğu üçün, hər bir adamın  özünün, qohumlarının, ata-anası və övladları, nəvə -nəticələrinin  sağlamlığını qorumaq, qayğısına qalmaq kimi böyük məsuliyyəti vardır. Çünki millətin sağlamlığı –dövlət təhlükəsizliyinin əsasını təşkil edir.
İnanıram ki, vətəndaşlarımız bu sınaq zamanında xalqımıza məxsus  nəcib xüsusiyyətləri üstün bilib böyüklərə hörmət, kiçiklərə qayğı ilə yanaşmağa çalışacaqlar.
İnsanın özünə inamı böyük qüvvədir.  Bu inam xasiyyətimizə sərtlik, bədənimizə güc, ürəyimizə təpər  verəcək.  Biz indi qayğıya çox ehtiyacı olan  yaşlı adamların, çoxuşaqlı anaların, aztəminatlı ailələrin, işləmək qabiliyyəti olmayanların yanında olmalıyıq.  Bu bizim nəsildən  nəsilə ötürülən mənəvi dəyərimizdir.
Bəli, indi insanlar yolayrıcında çaşıb qalıblar.  Baş verən bu nadir hadisə  indiki şəraitdə özü ilə problemlər gətirir, bu problemlər hər şeydən əvvəl  geosiyasətin, iqtisadiyyatın, ictimai həyatın dəyişməsinə və yeni dövlətlərarası əməkdaşlıqların yaranmasına zəmint yaradır. Hind xalqının böyük humanist mütəfəkkiri  İndira Qandi  deyirdi: “Əgər dünyanı dəyişmək istəyirsənsə- birinci özündən başla”. (“Әлемді өзгерту үшін әуелі өзіміз өзгеруіміз керек”).  Bu yaxınlarda   dövlətlər bir-biri ilə olan sərhədləri bağlayaraq,  sanksiya “müharibələri” tətbiqinə başlamışdılar, indi isə bir-birinə yardım əlini uzadırlar.  Artıq belə münasibətlər qlobal dünyada baş verəcək köklü dəyişikliklərin başlanmasından xəbər verir.
Dünya tarixində çoxsaylı müharibələr olub, gərgin hadisələr və münaqişələr, onillərlə və hətta yüzillərlər davam edən  müharibələr olub. Milyonlarla insanı dünyadan aparan   epidemiyalar olub. Lakin insanlıq bunun hamısına qalib gəlib. Canımızın qəsdinə duran bu bəladan da qurtulacağıq. Dünyaya güc göstərən ölkələr bu ağır vəziyyətdən dərs almalıdırlar.
Öz dövründə Aytəkə bi babamız deyirdi: “Əgər vaxtında işini dürüst tutsan,elin muradı görəcək, ər muradı gələcək.”. ( “Ел мұраты – көрешек, ер мұраты – келешек”). Necə də hikmətli  sözlərdir.  Bəli, bizə məhz indi  bütün insanlığın yaradılışını dəyişə bilən , əngəl yaratmayan  yeni siyasət gərəkdir.
Hər bir çətinlik insana ondan çıxış yolu axtarmaq üçün fürsət verir, bu zaman yeni fikirlərin oyanır, iş üsulunu yenidən təkmilləşdirmək haqqında düşünürsən. Bu da elm və texnologiyanın sayəsində formalaşaraq yeni sağlam həyat tərzi yaradır.  Artıq biz kreativ əmək münasibətlərinin yarandığının, hətta yeni formalaşan peşələrin  şahidiyik. İndi insanlar kabinetlərindən ayrılıb işlərini bacardıqları qədər tək odalarından idarə edirlər.  Bütün bunlar bir günün hazırlığı deyil, demək ki, belə münasibətlərin yaranması üçün də əvvəlcədən hərtərəfli tədbirlər alınıb.
Çətinliklər  ruhu möhkəm, özünə inamı olan insanda inam yaradır. Ona görə də  bu gün biz hər cür ruhdan düşməni, həyəcanı, passivliyi kənara atıb, olduğumuz yerdə bütün dünya ilə birlikdə özümüzü möhkəmləndirib , böhrandan  çıxış yoilu axtarmalıyıq.
Müdrik Töle bi deyirdi: “Birlik olmayan yerdə dirilkk yoxdur” (“Бірлік жоқ жерде тірлік жоқ”). Elə bir zirvə yoxdur ki, onu  birliyin kamalı və əzmi ilə fəth etməyəsən. Bizim üçün ata-babalrımızın əsrlər boyu qoyub getdikləri, arzuladıqları  məqsədə- elmizin azadlığına  biz 30 il bundan əvvəl yetişdik. Qazaxıstan bizim  yüzlərlə millətlə birlkdə sülh, dostluq  və həmrəylik şəraitində  birgə  yaşadığımız ümumi evimizidir. Müxtəlifliyimiz – rəqabət və qlobal   dünya şərtləri qarşısında dayana bilməyimizdir. Əldə etdiyimiz nəaliyyətlərin hamısında müstəqillik illərində qazandığımız xalqımızın bilriyidir. Qoy Allah  bizi birliyimizdən və diriliyimizdən ayırmasın.
İlk növbədə mən üzümü yaşlılara və ziyalılara tutaraq deyirəm: xalqı birliyə, mərhəmətə, xeyriyyə işləri görməyə, sağlam həyat keçirməyə çağırın.  “Xoşbəxtliyin əzəli həmrəylikdir” (“Ырыс алды – ынтымақ”) kəlamını unutmayın.  Gənclərimizi  zəhmətə, əməyə, təhsilə sövq edin.  Bu bizim gənc nəslin qarşısındakı ümdə borcumuzdur. 
Gənc nəsilə isə demək istəyirəm ki: müstəqillik illərində dünyaya gələnlər  indi 30 yaşa dolublar. Siz cəmiyyətimizin ən energili  hissəsisiniz. Sizdən əvvəlki nəsil sizin üçün hər şey etdi, indi  öz gücünüzü və  qabiliyyətinizi göstərmək sizin növbənizdir. Çalışın yaxşı işlər görün.  Yamanlıq, pis  vərdişlərdən uzaq durun.  Vətəninizə layiqli övlad olun, böyüklərə hörmət edin, bir-birinizə dost olun, kiçiklərə qayğı göstərin. Ulu Abayın bu sözünü heç vaxt yadınızdan çıxarmayın: “Birini qazax, birini dost bilməsən – bütün işlərin boşa gedər” “Біріңді, қазақ, бірің дос, көрмесең – істің бәрі бос”.
Üzümü sahibkarlara tuturam:  Siz müstəqilliyimizə söykənərək öz işlərinizi qurdunuz, yaratdınız, indi ona görə ayaq üstə dayana bilirsiniz.  İndi isə özünüzə  “Mən öz ölkəm üçün nə etmişəm ?” sualını verməyin vaxtı gəlib. 
Mənim müraciətimdən sonra sahibkarlar öz soydaşlarına maddi və pul yardımı edirlər. İnanıram ki,  bu xeyirxah əməllər gələcəkdə də böyülk vüsət alacaq.
Uğur və xeyirxahlıq o məkana gəlir ki, orada nəsillərə və ənənələrə hörmət var.  Bu müqəddəs amal hər bir Qazaxıstan vərəndaşının könlündə və qəlbində olmalıdır.
Mənim taleyimə  çox ağır günlərdə heç zaman namusunu satmayan, birliyindən dönməyən, qolları və qucağı açıq,  geniş qəlbli xalqa rəhbər olmaq kimi xoşbəxtlik yazıldı.  Ona görə də bu ağır şəraitdə özümün müdrik və səxavətli xalqıma minnətdarlığımı bildirirəm. Biz müstəqilliyimizin ilk illərində  çox böhranlar və çətinliklər gördük.  Bütün bunlar haqqında mən dəfələrlə açıq və aydın bəhs etmişəm. Siz mənə böyük etimad göstərdiniz, bu da mənə işləməyə güc və qüvvət  verdi. Ona görə də sizə bir daha minnətdaram!
Millətin sağlamlığı və məmləkətin təhkükəsizliyi- bir-birindən  ayrılmaz , əkiz anlayışlardır.  Dövlət bütün çətinliklərin dəf olunması üçün üzərinə düşən  hər bir işin öhdəsindən gəlir. Vətənimizin bir vərəndaşı da , bir adamı da dəstəksiz, qayğısız qalmayacaq.
Biz – bir elik, bir yurduq. Mən heç vaxt xalqımdan ayrı olmadım, bu yolda da sizinlə  BİRGƏyəm!
Biz birgəyik! Çətinliklər qarşısında  belimiz əyilməyəcək, birliyimizi və həmrəyliyimiz bir xalq kimi qoruyacağıq. Yalnız  belə olduqda müstəqilliyimizi saxlaya və “Əbədi el”in layiqli övladı ola bilərik!

Nursultan Nazarbayev,
Qazaxıstan Respublikasının Birinci prezidenti- Elbaşı.

Tərcümə etdi: Aida Eyvazlı.
Oxşar xəbərlər
07:00, Bu gün
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
06:56, Bu gün
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
06:20, Bu gün
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 19:05
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
25 Apr 2024 | 19:00
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 18:27
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
25 Apr 2024 | 18:24
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
25 Apr 2024 | 18:21
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 18:08
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
25 Apr 2024 | 18:02
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
25 Apr 2024 | 17:59
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:54
COP29 sülh prosesinin nəticəsidir
25 Apr 2024 | 17:50
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
25 Apr 2024 | 17:47
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:36
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
25 Apr 2024 | 17:34
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
25 Apr 2024 | 17:32
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
25 Apr 2024 | 17:30
“Bakcell” ilə innovasiya dövrü başlayır!
25 Apr 2024 | 17:29
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:24
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:20
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
25 Apr 2024 | 17:17
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
25 Apr 2024 | 17:15
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
25 Apr 2024 | 17:13
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
25 Apr 2024 | 17:09
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
25 Apr 2024 | 17:07
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
25 Apr 2024 | 17:05
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
25 Apr 2024 | 17:00
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:57
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
25 Apr 2024 | 16:53
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
25 Apr 2024 | 16:48
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
25 Apr 2024 | 16:44
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
25 Apr 2024 | 16:40
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
25 Apr 2024 | 16:36
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:32
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
25 Apr 2024 | 16:28
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
25 Apr 2024 | 16:24
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
25 Apr 2024 | 16:22
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
25 Apr 2024 | 16:20
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:16
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
25 Apr 2024 | 16:14
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
25 Apr 2024 | 16:13
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
25 Apr 2024 | 16:12
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
25 Apr 2024 | 16:10
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
25 Apr 2024 | 16:09
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
25 Apr 2024 | 16:07
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
25 Apr 2024 | 16:05
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
GÜNLÜK
25 Apr 2024 | 08:00
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 07:26
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
25 Apr 2024 | 07:33
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 07:13
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 07:58
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 09:29
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 08:00
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 07:26
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
25 Apr 2024 | 07:33
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 07:13
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 07:58
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 09:29
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev