İngiltərənin Baş naziri Boris Consona koronavirus təhlükəsi barədə xəbərdarlıq edən həkim özü koronavirusdan ölüb.
Moderator.az xəbər verir ki, bu barədə İngiltərənin “The Mirror” nəşri məlumat yayıb.
53 yaşlı uroloq Abdul Mabud Çoudhuri 15 gün xəstəxanada yatdıqdan sonra həyatını itirib. Onun koronavirus testinin müsbət nəticəsi olduğu qeyd olunur.
Məşhur həkimin həyat yoldaşı və iki övladının qaldığı bildirilir.
Xatırladaq ki, Çoudhuri hələ martın 18-də Baş nazir Boris Consona təcili bir müraciət yazmış və xəstəxanada hər bir tibb işçisinin koronavirusa yoluxmuş vəziyyətdə işləyərkən onları təhdidlərə qarşı fərdi qoruyucu vasitələrlə təmin etməyə çağırmışdı.
Qeyd edək ki, Romforddakı Queen Elizabet xəstəxanasının uroloji şöbəsində çalışan 53 yaşlı Abdul Mabud Çoudhuru 20 il əvvəl ailəsi ilə birgə Banqladeşdən İngiltərəyə köçüb.
Ən son məlumatlara görə, İngiltərədə 61 mindən çox koronavirus infeksiyası qeydə alınıb; 7 min insan ölüb, 351 xəstə isə sağalıb.
Taleh