ABŞ-ın Baş Qərargah rəisləri birliyinin rəhbəri general Mark Milley ölkəsinin düşmənlərinin ünvanına xəbərdarlıq səsləndirib.
Moderator.az xəbər verir
ki, Amerika ordusunda koronavirus xəstəliyinin yayılmasını fürsət kimi dəyərləndirən
və amerikan ordusunu gücünü sınamağa çalışanların peşman olacağını bildirən
M.Milley, ordusunun hər zamankı kimi güclü olduğunu söyləyib. General qeyd edib
ki, əgər kimsə ABŞ ordusuna hücum kimi xam xəyala düşərsə, “dəhşətli səhvə” yol
verdiyi anlamaq üçün o qədər də çox vaxta ehtiyacı olmayacaq.
M.Milleyin sözlərinə görə,
Amerika ordusu koronavirus mühitində fəaliyyətə uyğunlaşdırılmaqdadır. Generalın
sözlərinə görə, xəstəliyin hələ nə qədər davam edəcəyi bəlli olmadığı üçün
yeganə çıxış yolu yeni şəraitə uyğunlaşmaqdır.
M.Milley 2 milyon əsgərdən
sadəcə 2 min nəfərə qədər şəxsin koronavirusa yoluxduğunu, bunun ABŞ ordusunun
zərbə gücünə hər hansı şəkildə təsir göstərmədiyini vurğulayıb.
Xatırladaq ki, ABŞ Milli Qvardiyasının 381 üzvü də koronavirus xəstəliyinə
yoluxub.
Seymur ƏLİYEV