Amerika Birləşmiş Ştatlarındakı görüntülər dünyada böyük həyəcan yaradıb.
Röyter agentliyi ABŞ-da koronavirusdan ölən insanların dəfni ilə bağlı dronla çəkdiyi fotoları yayıb.
Moderator.az xarici mediaya istinadla xəbər verir ki, əksər dünya KİV-nin gündəmini zəbt edən fotolar beynəlxalq ictimaiyyətdə şok effekti yaradıb.
Agentliyin yaydığı fotolardan və xəbərdən məlum olub ki, ABŞ rəsmiləri koronadan həyatını itirən insanları toplu şəkildə Nyu-York yaxınlığındakı adalardan birində dəfn edirlər.
Amerikada koronavirusun ən çox yayıldığı Nyu-Yorkda ölənlərin sayı da durmadan artır. Ona görə də şəhər rəhbərliyi pandemiyadan həyatını itirənlərin dəfni üçün şəhər yaxınlığındakı Hart adasında ucuz işçilərlə sözləşmə imzalayıb.
Hart adası XIX əsrdən bu yana kimsəsiz insanların bastırıldığı məkan kimi tanınır.
Hər həftə orta hesabla 25 kimsəsiz cənazə burada dəfn edilir. Lakin kornavirusdan sonra adada dəfn edilənlərin sayı sürətlə artmağa başlayıb.
Rəsmilərdən birinin verdiyi məlumata görə, həftənin 5 günü adada hər gün iki cərgə qəbir qazılır.
Bastırılan cəzədlər əvvəlcə müvafiq torbalara, sonra isə şüşə tabutların içərisinə qoyulur. Ölənlərin adları böyük hərflərlə tabutların üstünə yazılır. Bu, gələcəkdə məzarların yenidən açılması ehtimalı üçün edilir.
CNN-ə bu barədə danışan rəsmilər məlumatların doğru olduğunu təsdiqləyiblər və bildiriblər ki, kimsənn sahib çıxmadığı meyidlər Hart adasında bastırılır.
Qeyd edək ki, ABŞ-da kornavirusa yoluxanların ümumi sayı 460 mini keçib. Həyatını itirənlər isə 16 minə çatıb.
Taleh