“Bu gün koronavirusun yayılma ocaqları Ermənistan hökumətinin nəzarəti altında deyil”
Moderator.az erməni mənbələrinə istinadla xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Arsen Torosyan parlamentin Səhiyyə və sosial məsələlər daimi Komissiyasının iclasında deyib.
A.Torosyan əlavə edib ki, ölkədə kornavirusun yayılmasının zəifləməsndən danışmaq hələlik tezdir:
“Yayılmanın yüz faiz dayandırıldığını deyə bilmərik. Əvvəl Ermənistan üzrə eyni ocaqdan gündəlik təqribən 50 yoluxma hadisəsi qeydə alınırdısa, hər gün 20-30 hadisə qeydə alınır, həm də 10-20 fərqli ocaqlardan”.
Nazir bildirib ki, onlar mövcud şərtlər daxilində lazım olan işləri görməyə çalışırlar, ancaq sosail təcrid eşini genişlətmək mənasız olacaq.
Qeyd edək ki, aprelin 10-na olan məlumata görə, Ermənistanda 937 nəfər koronavirusa yoluxub, 12 nəfər isə ölüb.
Taleh