Bilrəm ki, unudulmamaq yaşamaqdır...
Oxunub: 8228
19 Apr 2020 | 10:58
Bilrəm ki, unudulmamaq yaşamaqdır...

                

Aidə xanımın Rəfiq Əliyevə ilk məktubu...


0cm"> 

Əzizim Rafiq, mənə həyat bəxş edən hər məktubda yazdıqlarını saf su kimi, ayrılığı mənə unutduran sehirli həyat cövhəri kimi içib sevinirəm və yaşayıram. Bilrəm ki, “unudulmamaq yaşamaqdır”.



Hər məktubda mənim yanıma tələsdiyini yazırsan, sonda da “görüşənədək” “möhürbənd”ini vurursan. Əzizim, istəmirəm ki, sən mənim yanıma belə tezliklə gələsən. Bilirəm, eynəyinin üstündən baxıb qaşlarını alnına tərəf qaldıraraq deyəcəksən: “niyə?”. Deyimmi?



47 il o fani dünyada birgə yaşadıq, sevinc də gördük, qəm də, ən ümdəsi də sevgi . Bəyaz libasımda sənin kasıb evinə qədəmlərimi ilk dəfə basanda bu ev mənə dəbdəbəli saraydan gözəl göründü. Sənin qəlbindəki həyat eşqini, gözlərindəki işığı, ilahi sevginin çiçəkləndirdiyi duyğuları, hədəflərinin nişangahını həmin an görmüş, hiss etmişdim. Əl-ələ tutub beş qitəni gəzdik. Tanrı və sən mənə başımızı həmişə uca edəcək övladlar, nəvələr, dostlar, əziz insanlar bəxş etdiniz.



Sözümün canını deyim. 47 ildə bircə dəfə mənə məktub yazdınmı? Yox! Bilirəm, yenə deyəcəksən “Şərqdə sağ olan həyat yoldaşına” məkub yazmazlar. Bax, ona görə istəmirəm sən mənim yanıma gələsən. Haqq dünyamdakı hücrəm həmişə işıqlıdır, sizin dünyanızdan təmizdir, qapısı, pəncərəsi olmasa da havası safdır. Mən sonevimdə sənin məktublarınla, sənli yuxularla nəfəs alıram. Hər il ilahi bir qüvvə - ona cənnətin poçtalyonumu deyim, göyərçinimi, bilmirəm, mənə sənin həsrətinlə dolu məktublarını gətirir. İlahi, hər dəfə məktub alanda sevincimdən bilmirəm neyləyim. Məni yaşadan, darıxmağa qoymayan o məktubları dar hücrəmdə sinəmin sol tərəfinə - ürəyimin üstünə gəlmə vaxtlarına görə qat-qat yığmışam. Tez-tez yenidən oxuyuram. Əzbər bilirəm, amma oxumaqdan doymuram. Burda işim-gücüm çox olmur, asudəyəm, özün demişkən. Nə yaxşı ki, məktubları yazırsan. Oxuduqca sənin yanımda dayanıb heyranlıqla mənə baxdığını görürəm. Amma nədənsə üzündəki körpə təbəssümünü görə bilmirəm...


Hər məktubun hər cümləsini əzbərləmişəm. Bilirəm, buna heç bir şübhən yoxdu.


 

Başlayım birinci məktubdan: “Gözlərin buraxmır məni...” Əzizim, mənim gözlərim səni nə vaxt buraxıb ki? Heç vaxt da buraxmayacaq. “Məni tənha qoyub getmə!” deyənin gözlərindən qaçmaq mümkünmü?

 


İkinci məktubdan: “Əminəm, sən də düşünürsən ki, nə yaxşı bir yerdə deyilik”. Buna tam əmin ol ki, sən mənə buradan çox o boz-bulanıq dünyada lazımsan. Əli Kərim demişkən, o dünyanı sənin kimi insanların nə vaxtsa - yəqin ki, tezliklə sahmana salacağına inamını Tanrı da itirməyib. Sən mənim hər iki dünyamı sahmana salan ilahi varlıqsan!

 


Üçüncü məktubdan: “Yadındamı, yarızarafat-yarıciddi tez-tez mənə deyərdin ki, bu qədər kitab yazmısan, onun heç birini mənə ithaf etməmisən. Mən isə inandırmaq istəyirdim ki, Şərqdə sağ olan həyat yoldaşına əsər ithaf etmək qəbulolunmazdır. Sən isə zarafatla deyirdin: “Ölməyimimi gözləyirsən?”. Ay “Qərb təfəkkürlü, Şərq əxlaqlı “ İnsan, sən mənim ölməyimi istəmirdin, gözləmirdin, bilirəm. Amma neyləmək olar? Bu məktubların nəhəng əsərlərdir, lap elə qeyri-səlis məntiq kimi, metafizik təfəkkür kimi. O məktublardan ən mübhəmin, kodu, şifrəsi gizlinini o vaxtlar yazaydın. Heç kimə göstərməzdim. Mənim sirr saxlayan olduğumu bilirsən axı. Qəlbimdəkiləri səndən başqa kim bilirdi, kim görmüşdü ki?..


 

Dördüncü məktubdan: “Ümid edirəm ki, məni cəhrayı paltarda qarşılayacaqsan”. Nigaran qalma, əzizim, ancaq bayram günlərində geyinirəm - səndən məktub alan gün. Heç köhnəlməyib, təravətini də itirməyib. Onun içinə sənli günlərimin ətri hopub. Bir də Ramiz Rövşənin dediyi qara paltarı geyməyi, sənin “Qara paltarlı qadın”ın olmağı heç vaxt arzulamadım. Tanrı məni anladı. Sənin də xoşun gələn cəhrayı paltarımı geyinib səni qarşılamağı da istəmirəm, bu mənim üçün ağırdır. Bir də mənim qara paltarım yoxdu, səni qarşılayım. “Tanrıya şükür”...


 

Beşinci məktubdan: ”Əlim çiynindədir, ruhunun qanadlarında. Sənə qovuşanda da əlim çiynində olacaq (axı sağlığında sən belə arzulamışdın)”. Əzizim, sənin əlin həmişə mənim çiynimdə olub və olacaq. Mən onda lap güclü oluram, qaranlıq hücrəmi də işıqlandırıram. Güclü və işıqlı olmasaydım, darısqal evimdə yaşaya bilməzdim. Məni yaşadan sənin işıqlı ürəyin, mehriban baxışların, sevgi pıçıltılı dodaqların, çiynimdəki əlin və ildə bir dəfə səbirsizliklə gözlədiyim, gəlmə vaxtını dəqiq bildiyim məktublarındı. Gözümü yolda qoyma, əzizim...


 

Altıncı məktubdan: ”Pəncərədən ayrılıram, soyuq yatağıma uzanıram, yeganə təsəllim olan yuxuda sənlə görüşmək üçün”. Əzizim, sən hər gecə mənimləsən, gündüzünə qıymıram, bilirəm, işlərin, qayğıların çoxdur. İstəyirsən səhərə kimi yuxuda sənin yanında olum. Onsuz da gecə-gündüz yatmaqdan bezmişəm, o qədər boş vaxtım var ki. İstəyirsən hər gecə yuxuda sənə məktub yazım? Amma yuxuda yazdığım məktubları mən cümlə-cümlə söyləyim, sən də vərəqlərə, yox ey, ürəyinə köçür. Qələmimi götürməmişəm bura gələndə. Bəlkə də götürmüşdüm, Tanrı qələmimi qırıb ki, hər gecə məktub yazıb səni narahat etməyim. Nə bilim? Sənə göndərdiyim ilk məktubu ürəyimin qanı ilə yazıram. Görürsənmi, sətirlər sevgi rəmzi qızılgülün ləçəkləri kim alqırmızıdır. “Tanrıya şükür”...


 

Yeddinci məktubdan: “Heç bilmədim hardan yol alıb gəldi bu ayrılıq”. Sən niyə tənha olursan ki, əzizim? Hər gecə birlikdə deyilikmi? Gündüz sənə əmanət qoyub gəldiyim övladlarımız, nəvələrimiz, sadiq dostlar, doğmalar səni tənha qoymurlar, bilirəm. Nə yaxşı ki, onlar var. Onu da bilirəm ki, xarici səfərlərdə həmişə sənlə birlikdə olduğumdan, indi yanında məni görməyəndə üzülürsən. Üzülmə, əzizim, “sən həmişə mənimləsən”...

 

 

Səkkizinci məktubdan: “Əzizim, yormayım ruhunu”. Əzizim, altıncı məktubda da “çox yormaq istəmirəm bu məktubu oxuyacaq ruhunu yazırdın. Mənim ruhum bilirsən nə vaxt yorulacaq? Səndən hər il məktub almayanda, hər gecə yuxuma qonaq gəlməyəndə. Sən hər il məktub yaz, ruhum yaşasın, oyaq qalsın. Təki gözüm yolda qalmasın...


 

Doqquzuncu məktubdan: “Səni həyatda saxlamağa gücüm çatmadı, amma nə qədər varamsa, səni yaşadacağam”. Əzizim, mən tam əminəm ki, əbədi yaşayacağam. Çünki “unudulmayanlar ölmürlər”. Mən həmişə səninləyəm. Varlığım qədər inanıram ki, sən də belə düşünürsən...



İntuisiyam mənə xəbər verdi ki, onuncu məktub da yoldadı, hələ mənə çatmayıb. O məktubda nə yazılıb? Bilmirəm. Oxuyaram. Amma sənin hər doqquz məktubundan sonra məktub yazacağam. Məktublar yazmağı da öyrətdin mənə. Yaşayarıq, görərik. “Tanrıya şükür”...



“Ovcumuzdakı göz yaşlarını görməyə” tələsməyən, sənin mənə olan “borcunu qaytarmağı” heç vaxt arzulamayan, “hələlik, görüşənədək” demək istəməyən...

Sənin Aidən.


 

                                                                                                                                 VAQİF OSMANOV

                                                                                                                                              17.04.2020.


Oxşar xəbərlər
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"