Xəbər lenti
30/05/2020 [13:13]:
Bakı belə dezinfeksiya olundu -FOTOLAR
30/05/2020 [13:10]:
Maska taxmamağa görə tətbiq olunacaq cərimə məbləğləri açıqlandı
30/05/2020 [12:59]:
“Riyaziyyatın tətbiqi problemləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual Elmi konfransı keçiriləcək
30/05/2020 [12:55]:
"İlham Əliyevin gördüyü işlərin, həyata keçirdiyi bütün layihələrin əsasını insan faktoru təşkil edir"
30/05/2020 [12:50]:
Bərdədə polis bıçaqlandı - FOTO - YENİLƏNİB
30/05/2020 [12:45]:
Səudiyyə Ərəbistanında məscidlər açılacaq
30/05/2020 [12:44]:
İrəvanın ermənilərə verilməsində Osmanlı təkid edib – Tarix
30/05/2020 [12:42]:
Azərbaycan-Rusiya sərhədindəki sıxlıqla bağlı - Rəsmi açıqlama
30/05/2020 [12:32]:
Rəqqasə Renka soyunub döymələrini nümayiş etdirdi - FOTOLAR
30/05/2020 [12:29]:
“Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir” - Zakir Həsənov
30/05/2020 [12:26]:
Azərbaycanda icra başçısının biznesinə nəzarət edən şəxs qəzada öldü - FOTO
30/05/2020 [12:22]:
“Gəncə qiyamı olmasaydı, Azərbaycan tamam başqa platformada inkişaf edərdi”
30/05/2020 [12:15]:
"Abşeron yarımadasında sürəti 25 metr/saniyədən çox olan küləkli günlərin sayı artıb"
30/05/2020 [12:13]:
Təbii fəlakət Moskvada 70 illik rekordu təzələdi - VİDEO
30/05/2020 [12:06]:
"Mən olsaydım, bayrağımızı təhqir etdiyinə görə onun tikəsini qulağı boyda edərdim"
30/05/2020 [11:56]:
Damla plastik əməliyyat etdirib? - FOTOLAR
30/05/2020 [11:51]:
Minnixanov yenə Tatarıstan prezidenti olur
30/05/2020 [11:49]:
Milli Məclisin son plenar iclasında 11 qanun layihəsi müzakirə ediləcək
30/05/2020 [11:43]:
Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb - VİDEO
30/05/2020 [11:40]:
İndiki mərhələdə ibadət yerlərinin açılması məsələsi yoxdur - İbrahim Məmmədov
30/05/2020 [11:38]:
Koronavirusa yoluxanlar bu xəstəxanalardadır - Siyahı
30/05/2020 [11:37]:
Balakənə xınayaxdıya gələn Çakır ailəsinin dalınca təyyarə göndərildi – FOTOLAR
30/05/2020 [11:34]:
“Sülh danışıqları elə bərbad vəziyətdədir ki...”
30/05/2020 [11:33]:
"Məzarı ziyarət edilsə də, edilməsə də o, ilin 365 günü hamının ürəyindədir..."
30/05/2020 [11:27]:
Ermənistanda koronavirusa yoluxanların sayı 8927-yə çatıb
30/05/2020 [11:25]:
Meymunlar laboratoriyadan koronavirusa yoluxanların analizlərini apardılar - Ağlasığmaz oğurluq
30/05/2020 [11:19]:
“Orxan Pamukdan soruşdum ki, yazmaq daha çətindir, yoxsa yeritmək?..” – Fikrət Qoca
30/05/2020 [11:09]:
Azərbaycan neftinin qiyməti 37 ABŞ dollarına yüksəldi
30/05/2020 [10:48]:
Bütün dünyanı ayağa qaldıran adamın polislərə dedikləri ürəkləri sızlatdı...
30/05/2020 [10:38]:
İlon Maskın kosmik gəmisinin prototipi növbəti dəfə partladı - VİDEO
30/05/2020 [10:35]:
Muradla Hadisə “O səs Türkiyə”dən gedir - FOTOLAR
30/05/2020 [10:32]:
Rusiyanı COVID-19-a görə ittihamlamaq Qərbə, yoxsa Çinə fayda verir?
30/05/2020 [10:28]:
Turizmə göstərilən dövlət dəstəyinin məbləği açıqlandı - RƏSMİ
30/05/2020 [10:21]:
ABŞ-da iğtişaşlarda 200-dən çox ticarət və iaşə obyekti talan edildi
30/05/2020 [10:20]:
Azərbaycanda narkotacir qohumlar “Range Rover”lə saxlanıldı - FOTOLAR
30/05/2020 [10:11]:
Mütəxəssis dişlər üçün  ən zərərli 3 qidadan danışdı...
30/05/2020 [09:58]:
Bank inkassatorlarına silahlı basqının görüntüləri yayıldı - ANBAAN VİDEO
30/05/2020 [09:56]:
Ermənistan silahlı qüvvələri atəşkəsi 29 dəfə pozub
30/05/2020 [09:53]:
“Müharibə qaçılmazdır və biz buna hazır olmalıyıq”
30/05/2020 [09:45]:
Vilayət Eyvazov bu rayona yeni rəis təyin etdi
30/05/2020 [09:41]:
Sumqayıtda iki yük maşını toqquşub, ölənlər var
30/05/2020 [09:26]:
Erməni qızı bütün dünyanı necə aldadıb?
30/05/2020 [09:22]:
Almaniyadan oğurlanan və dörd ildir İnterpolun axtardığı avtomobil Türkiyədə tapıldı - FOTO
30/05/2020 [09:19]:
Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu keçdi - SON STATİSTİKA
30/05/2020 [09:17]:
Merkellə Tramp mübahisə edib
30/05/2020 [08:59]:
Rus qızları niyə bizim kişiləri sevir?- Azərbaycanlı qadınların fikir vermədiyi özəllikləri
30/05/2020 [08:56]:
2 milyard dollarlıq ZİYAFƏT - Hakimiyyəti məhv edən MƏRASİM?
30/05/2020 [08:29]:
Putin Qələbə Paradının keçirilməsi haqqında sərəncam imzalayıb
30/05/2020 [08:28]:
Separatçı rejim rəhbəri Azərbaycanın   3 rayonuna yeni başçı təyin etdi...
30/05/2020 [08:26]:
Oğlu əlindən tutdu, arvadı ilə qızı isə boğub öldürdü
30/05/2020 [08:24]:
Dünyanın ən böyük elektrik təyyarəsi ilk uçuşunu həyata keçirib
30/05/2020 [08:21]:
Bakıda “Taxta bazarı”nda yanğın - FOTO/VİDEO
30/05/2020 [08:10]:
Niyə Əbülfəs Qarayevin işdən qovulmasına ən çox sevinən Bərdə camaatıdır...?
30/05/2020 [07:40]:
20 yaşlı qıza görə  73 yaşında vəzifəsini itirdi...
30/05/2020 [07:05]:
10 pilləlik mənəvi trenajor...
30/05/2020 [06:46]:
"İndi Milli Şuranın zoomağazasında boş-boş danışanları gərək Əbülfəz bəylə tanış etməyəydim"
30/05/2020 [06:41]:
Twitter Trampa yerini göstərdi...
30/05/2020 [00:57]:
Dövlət başçısına müraciət qəbul edilib
30/05/2020 [00:36]:
Müharibəyə başlamadan öncə qərar verməlisiniz: Öz ayağınıza atəş açmağa hazırsınız?
29/05/2020 [23:32]:
Dələduzlar xüsusi təyinatlı geyimləri necə əldə edirlər? - VİDEO
29/05/2020 [23:04]:
"Qarayevin qonağı olan Jerar Depardye gördüklərindən o qədər heyrətə gəlmişdi ki..."
29/05/2020 [22:47]:
“Belarus xalqı qadına səs verə bilməz!” - Lukaşenko
29/05/2020 [22:45]:
ABŞ-da kütləvi etirazlar şiddətlənib: Polis bölməsi ələ keçirildi, bina yandırıldı - FOTO
29/05/2020 [22:43]:
Türkiyə bu ölkəyə F-16-lar göndərir - Müharibə...
29/05/2020 [22:39]:
230 nəfər koronavirusa yoluxduqdan sonra “Tarqovu” bu gün... - VİDEO
29/05/2020 [22:11]:
İmişlidə 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb
29/05/2020 [21:44]:
Rusiyanı yalnız belə dayandırmaq olar - Eks-prezident
29/05/2020 [20:53]:
Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə cavab verdi
29/05/2020 [20:49]:
Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb
29/05/2020 [20:47]:
Külək güclənəcək, intensiv yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
29/05/2020 [20:07]:
Pakistanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
29/05/2020 [20:05]:
Səfir: "BTQ Çindən Avstriyaya qədər ərazini birləşdirir"
29/05/2020 [20:04]:
“Sanki karantində deyil, istirahətdəyik” – Damla
29/05/2020 [19:54]:
Elmira Axundova etimadnaməsini Vladimir Zelenskiyə təqdim edib FOTO
29/05/2020 [19:51]:
Hərbi müəssisələr və təcridxanalarda koronavirusla bağlı vəziyyət açıqlandı
29/05/2020 [19:50]:
Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ - VİDEO
29/05/2020 [19:48]:
Koronavirusa yoluxanlar üçün açılacaq xəstəxanaların yerləri bilindi - RƏSMİ
29/05/2020 [19:32]:
Toylarla bağlı daha bir açıqlama
29/05/2020 [19:31]:
Naxçıvanda komanda-qərargah məşqi keçirildi
29/05/2020 [19:29]:
Rayonlara gediş-gəlişin hansı halda bərpa olunacağı açıqlandı - RƏSMİ
Bütün arxiv bir sırada
27/04/2020 [10:44] - Siyasət - ( 2609 dəfə baxılıb)

Rusiya sindromu: Cümhuriyyətə son qoymuş rus-bolşevik işğalının 100 illiyinə həsr olunur...



“Yalama” sənədli povestində müəllif Arif Əliyev 100 il bizdən gizlədilən bir həqiqəti gün işığına çıxarıb. Elə bir həqiqəti tapıb ki, xəbər tutan hər vətənsevərin fərəhdən ürəyi coşur, gözü yaşarır.

Həm də qəlbi sızlayır…

Bilməyənlər üçün deyim ki, Yalama Azərbaycanın Rusiya ilə sərhədində sonuncu stansiyanın adıdır.

Müəllifin tapıntısı bilirsən nəyə bənzəyir?

Təsəvvür elə, uzun illər səni inandırıblar ki, anadangəlmə sağalmaz xəstəliyin var. Sən də ömrün boyu uğursuzluqlarının səbəbini bunda görmüsən. Gün gəlir, sappasağlam olduğunu öyrənirsən.

”Yalama” yaddaşları dirildən kitabdır. Oxuduqca anlayırsan ki, kommunistlər həyasızcasına tariximizə yalan yazıbmışlar, bütöv xalqı ləkələyibmişlər. Sən demə, ən ağır anda xalq şərəf və ləyaqəti naminə ayağa qalxıbmış, onun oğulları Vətən yolunda qorxmadan dirigözlü ölümə gedibmişlər.

Sən demə, biz, Rusiyanın XI Qızıl Ordusunu 1920-ci ilin aprelində gül-çiçəklə, duz-çörəklə qarşılamamışıq. Bizim bu orduyla vuruşanlarımız olub. 350 əsgərimiz Yalama sərhəd məntəqəsində 70 minlik ordunun qabağına çıxıb, ölümün gözünə dik baxıb.

Sən demə, Rusiya Azərbaycanı təzədən işğal edəndə Milli Ordumuzun əsas qüvvələri Qarabağda elə Rusiyanın təhrikiylə başlayan erməni qiyamlarını yatırmaqla məşğul imiş. Ona görə şimal sərhədimizdə cəmi 350 nəfərlik qarnizonumuz qalıbmış.

Deyərsiniz, yenə ermənilərdən yazıram! Bu yerdə ermənilərin rolundan – Rusiyanın Qafqazdakı 200 illik layihəsindən necə yazmayım, axı!

SSRİ dağılandan sonra bilmişik ki, Rusiya 1805-1828-ci illərdə işğal etdiyi Qarabağ, İrəvan xanlıqlarının ərazilərinə erməniləri başqa ölkələrdən köçürürmüş, öz cənub sərhədlərini onların hesabına möhkəmlədirmiş. Çar Rusiyasının bu siyasətini Sovet Rusiyası daha amansız davam etdirirmiş. Etnik təmizləmə siyasətiylə bizi torpaqlarımızdan qovub erməniləri yerləşdirirmiş.

Bu gün Ermənistan mənə dənizdə yaradılan süni adanı xatırladır. Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edibsə, ermənilər də Rusiyanın tamını zəbt etmiş kimi görünür. İnanmırsınızsa, Baş nazir, xarici işlər naziri postunu tutan, media maqnata çevrilən, ölkənin siyasi, iqtisadi idarəetmə rıçaqlarında kök salan ermənilərə baxın. Yaxın gələcəkdə Rusiyanın cənub torpaqlarında erməni muxtariyyatı tələbi elan olunarsa, təəccüblənməyin.

Amma bu yazıda ermənilərdən yazmıram, Rusiyanın 100 il əvvəlki işğalından yazıram.

Bizim tarixi bəlalarımızın baiskarı Rusiyadır! Tarix öz yerində, məni bu günümüz düşündürür. Müstəqilliyimizin bərpasından 29 il keçib, müstəmləkə boyunduruğu görməyən yeni nəsil də yetişib. Bəs, Rusiyadan necə, azad ola bilmişikmi? Öz xalqının azadlığını boğan, qonşu ölkələri işğal təhdidində saxlayan bir dövlətə bel bağlamaq olarmı? Bir kəndi belə geri almağımıza imkan verməyən Rusiya Qarabağ davamızda bizim haqq sözümüzümü deyəcək? Bu müharibə ocağını alovlandıran Rusiya deyilmi? Bu sualların cavabını bilə-bilə kimi inandırır, kimi aldadırıq?

Bütün ölkələr, kim necə bacarır, Rusiyadan uzaq durmağa can atır, bu dövlətə ”şər yuvası”sı kimi baxır. Bizim siyasət yürüdənlərimiz ondan beləmi qorxur ki, Azərbaycanı az qala rusca danışanlar ölkəsinə çeviriblər. Bu qədər dövlət hesablı rus məktəbləri dünyanın başqa hansı ölkəsində var? Müstəqil Azərbaycanda doğulan uşaqları hansı ”uzaqgörən” siyasətlə ”rusca” böyüdürlər?

***

Psixologiyada ”Stokholm sindromu” deyilən termin var. Zora məruz qalıb şok yaşamış adamlar onlara zülm edənə duyğusal hisslər bəsləyirlər. Bu termin həbsdən qaçmış bir soyğunçunun 1973-cü ildə Stokholmda ”Kreditbank”ın dörd içşisini altı gün girov saxlaması olayından sonra yaranıb. Azad olunanlar onları girov götürmüş adamı məhkəmədə müdafiə edirlər. Deyilənə görə, girov qadınlar sonra həbsxanaya məktublar da göndərirmişlər. Bir qadın hətta sevgilisini atıb, türmədən çıxanacan onun yolunu gözləyibmiş.

Qəribə haldı insanın ona zülm edənə pərəstişi!

Bizim Rusiyaya münasibətimiz də bu sindroma bənzəyir. Bizimkinin adı ”Rusiya sindromu” olsun gərək – xilas ola bilmirik!

***

Rusiyadan qurtulmağın yolu Rusiyanın demokratikləşməsindən keçir!

Bu, belədirmi? İnanmaq istəyirəm. Amma ha fikirləşirəm, demokratik Rusiyanı göz önünə gətirə bilmirəm. Sonacan demokrat qalan bir rusiyalı siyasətçi tapmaq çətindir, bəlkə də mümkünsüzdür. Hansısa anda ya imperialist, ya da şovinist düşüncələrinə rast gələcəksiniz.

Rusiyalı siyasətçilər içində hörmət bəslədiyim Boris Nemtsovun Kreml yaxınlığında qətlinin səhəri günü isveçli bir tanışım rus xalqının xarakteri barədə məni söhbətə tutdu. Xeyli sual verdi. Keçmiş sovet ölkəsindən olduğumu bildiyindən elə zənn eləyirdi ki, bu mövzuda xeyli bilgim var. Ürəyimdə deyindim: “Rəhmətliyin qızı, neçə yüz ildi bütün dünya “загадочная русская душа” mifindən baş aça bilmir, mən sənə bu dar macalda onu necə izah edim!”

Rus şairi Tyutçevin məşhur “Rusiya ağılla dərk olunmaz!” misrasını ona söyləyib dedim ki, mənim fikirlərim səndə tam təsəvvür yaratmaya bilər, gəl sənə bir məsləhət verim. Ona Karlskrona şəhər kitabxanasının rus bölməsindən Aleksey İvanovun ötən il oxuduğum “Coğrafiya müəllimi qlobusu gillətdi” («Географ глобус пропил») romanını götürüb oxumağı, sonra da “Durak” və “Levifian” adlı rus filmlərinə baxmağı tövsiyyə elədim. “Kitab rus insanını duymağa, filmlər də Rusiyanı dərk eləməyə kömək edər”, dedim. Danışıq ruscası sən deyən yaxşı olmasa da, rus ədəbiyyatını rus dilində oxuya bilirdi tanışım.

Bir müddət sonra onunla rastlaşanda kitabı oxuduğunu, filmlərə də baxdığını söylədi. “Doğrudan da Rusiya ağılla dərk olunmazdır!” sözlərinə belə cavab verdim: “Hər halda öz klassikləri anlayıbmışlar. Saltıkov-Şedrininmi, ya Zoşşenkanın sözüdür: “Yatsam, bir də yüz il sonra oyansam və məndən soruşsalar ki, Rusiyada nə baş verir, deyərdim: İçirlər və talan edirlər”.

İsveçli tanışıma söylədiklərimi üzünü hələ də Rusiyaya tutan soydaşlarıma da demək istərdim…

Son iki əsrin cəmi 3 ilini Rusiyasız ötüşmüşük. 1918-1920, bir də 1992-1993-illərdə. Bu gün Azərbaycan tarixi növbəti ”rusiyalı” dönəmini yaşayır. Cəmiyyətin bunu dərk və dərd edən kəsimi mətbuatda, sosial şəbəkələrdə müzakirələr açır. Rus dilinin qeyri-rəsmi dominanta çevrilməsindən, xarici və daxili siyasətimizdə Rusiya vektorunun aydın sezilməsindən narahatlığını dilə gətirir. Bu kəslər bilirlər ki, biz hətta rus dilini dövlət dili eləsək belə, Rusiya bizə Qarabağı qaytarmağa imkan verməz, sivil dünyaya inteqrasiya etməyimizlə barışmaz!

***

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 100 il keçir. Müsəlman Şərqinin ilk dünyəvi respublikasına bolşevik Rusiyası son qoydu. Amma AXC-ni tarix səhnəsindən silə bilmədi. Biz onu bərpa elədik.

Tarix təkərini geri fırlatmaq mümkün deyil. Mən inanıram ki, Azərbaycan azad, demokratik, Qarabağı xilas etmiş bir dövlətə çevriləcək. Bunu ”Rusiya sindromu”na yoluxmayan insanlarımız edəcəklər.

Vahid Qazi

Aprel, 2020

Helsinqborq, İsveç

Bütün dünyanı ayağa qaldıran adamın polislərə dedikləri ürəkləri sızlatdı...
"İndi Milli Şuranın zoomağazasında boş-boş danışanları gərək Əbülfəz bəylə tanış etməyəydim"
"Təəssüf ki, ildən-ilə ali məktəblərdə “Azərbaycan tarixi”nə ayrılan saatlar azalır" - MÜRACİƏT
Leninin qohumları...
"Din dövlətdən ayrı olsa da, vətəndaş vətənindən ayrı deyil, ona görə də..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Maraqlı
Mütəxəssis dişlər üçün  ən zərərli 3 qidadan danışdı...
Gündəm
Müharibəyə başlamadan öncə qərar verməlisiniz: Öz ayağınıza atəş açmağa hazırsınız?
Dünya
Dünyada koronavirusdan ölənlərin sayı 360 mini keçdi - STATİSTİKA...
Dünya
Rus milyarderlər koronavirusdan xilas olmaq üçün Avropa çimərliklərinə qaçırlar...
Cəmiyyət
"Laçın - Laçını xatırlayan sonuncu laçınlı öləndə Azərbaycan üçün öləcək"
Yazar
Seymur Verdizadə
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb?
İlham İsmayıl
Millət özündə qeyrət, şərəf tapıb bu alçaldıcı tarixə son verəcək...
Sultan Laçın
"Əbülfəs Qarayevləri 26 il tanımamışıq?.. -İnnən belə mübarizə mədəniyyətimiz artacaqmı?.."
Həftənin ən çox oxunanları
İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı - FOTO
"Koçaryanı da axtarırdım ki, tikə-tikə etdirim, amma Pənah kimilər qoymadı..." - VİDEO
Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə...
Türkiyə Azərbaycanla uçuşları bu tarixdən bərpa edir – RƏSMİ AÇIQLAMA
Ermənistan Tehranı hədələdi: "İran ermənilərə görə ayaq üstə qalıb, "təşəkkür"ümüz bu oldu"
“Əri ölən qadına 800 manat təklif etdilər ki, koronavirusdan öldüyü ilə razılaşsın”
Azərbaycan Respublikasıının 20 faizində  təhlükəsizlik atası azərbaycanlı olan generala tapşırıldı... 
Valentina Tereşkova ilə Vilyam Hacıyevi nə bağlayır?
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb?
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247