104 il yaşamış qəhrəman...
Cəmiyyət
Oxunub: 1413
10 May 2020 | 19:38
104 il yaşamış qəhrəman...
Bir-birinin ardıyca qazanılan qələbələr, düşmənin geri çəkilməyə məcbur etmək, alayın şəxsi heyətinin döyüş ruhunu daha da yüksəltmişdi. Alay Moldovanın azad olunmasında iştirak etdikdən sonra, Rumıniya və Bolqarıstanı azad etmək üçün hücuma keçməyə hazır idi. Lakin alayın şəxsi heyəti Dunay çayı sahillərindəki düşmən pusqusundan xəbərsiz idi. Sonu dəhşətli itkililərlə nəticələnəcək mühasirədən xəbərsiz irəliləyən əsgərlər körpüyə yaxınlaşırdı ki, birdən çayın o tayından üzərilərinə yağış kimi güllə yağdıran düşmənin açıq hədəfinə çevrildi. Düşmən qətiyyətlə məğlub olmaq istəmir, çay üzərindəki körpünü qorumaqla hücumun qarşısını almağa çalışırdı. Gözlənilməz pusqu alayın bütün heyətini sarsıtmışdı və ciddi şəkildə itkilərə məruz qoyurdu. Komandir çaşqınlıq içərisində ard-arda “Atəş!” əmrləri verirdi. Alayı mühasirədən çıxarmağın yollarını düşünmək, plan cızmaq, döyüş tapşırığı yerinə yetirmək üçün zaman yox idi. Lakin komandirin “atəş!” əmrlərini yerinə yetirmək mümkün deyildi. Çünki düşmən aman vermirdi. Yerindən tərpənmək istəyən, düşmən gülləsinə tuş gəlib amansızca qətlə yetirilirdi. Komandir çarəsiz şəkildə, son “Atəş!” əmrini alayın pulemyotçusuna verdi. Lakin pulemyotçu əsgər pulemyotdan atəş aça bilmək üçün əlverişli mövqe tutmaq, düşməni susdurmaq üçün bir qədər yüksəkdə qərarlaşmaq lazım olduğunu yaxşı bilirdi. İndiki halda isə bu mümkün deyildi. Belə olan halda əsgər ona tuşlanmış güllələrə məhəl qoymayaraq bir əli ilə “Maksim” pulmeyotunda yapışıb körpüyə tərəf sürünməyə başladı. Çəkisi 64 kq olan təkərli pulemyotla sürünmək olduqca çətin idi lakin, alayı mühasirədən azad etmək, itkilərin sayını azaltmaq lazım idi. Əsgər xeyli sürünərək irəliyə getdi. Komandir onun atəş açmasını gözləyirdi. Əsgər sürünməyə davam edirdi. Düşmən güllələrinin istiqamətini təkbaşına hərəkət edən əsgərə doğru yönəltdi. Cəsur pulemyotçu ona tuşlanmış, üzərinə yağış kimi yağdırılan güllələrə məhəl qoymayaraq, körpünün üzərinə çıxır. Bir qədər də iməkləyib çayın sahilində, düşməndən bir qədər hündür mövqedə qərarlaşır. Pulemyotunun ayaqlarını yerə bərkidib döyüşə hazır vəziyyətə gətirir. Pulemyotun ağzını Rumınya istiqamətinə çevirir. Başının üzərindən uçuşan güllələr, Allahın möcüzəsi ilə ondan yan keçirdi. Əsgər özünü döyüşə hazır hiss etdikdən sonra anidən başını qaldırıb tətiyi basır və durmadan pulemyotun ağzını sağa, sola, yuxarı aşağı doğru hərəkət etdirir. Lakin belə davam edərsə gülləsinin bitəcəyini də hiss edir. Bir müddət sonra qarşı tərəfdən gələn atəş səsləri səngiməyə başlayır. Pulemyotçu əsgərin düşmən üzərinə açdığı atəşlərin heç də hamısı havaya səpilmir, düşmən əsgərlərini bir-bir qırıb tökürdü. Əsgər alayın irəliyə gələ bilməsi üçün tək dəhlizi, köprünü azad etmişdi. Komandir isə bu şansı əldən verməməli, alayı çayın digər sahilinə keçirə və düşmənin qalan qüvvələrini də məhv etməli idi. Pulemyotçu əsgər döyüş tapşırığının öhəsindən kifayət qədər məharətlə gəlmiş və onlarla alman əsgərini məhv edə bilmişdi. Tərkibində döyüşdüyü alayı təkbaşına, ölümü gözə alaraq, mühasirədən qurtara bilmişdi. Çətin döyüşün bitməsindən sonra, komandir bu cəsur əsgərə yaxınlaşır, əlini sıxır və ona “bu döyüşü sən qurtardın!” deyir. Geriyə dönüb digər əsgərlərinə səslənir: “Baxın! Komanda verirəm heç kəs yerinə yetirə bilmir! Hər kəs qorxur. Amma o qorxmur. Əliyev Ömər Osmanoviç qəhrəmandır!” Növbəti gün, alayın sıra düzülüşündə pulemyotçu əsgər Əliyev təltif üçün sıra önünə çağırılır və ona bütün bu qəhrəmanlığına görə sadəcə diviziya komandirinin adından “təşəkkür” bildirilir...


Yəgin ki, çoxlarınız razılaşarsınız ki, bu əsl film ssenarisinə bənzəyir deyilmi? Elədir. Qəhrəmanlar, təkcə filmlərdə, əsərlərdə, nağıllarda olmur. İkinci dünya müharibəsi illərində, 600 mindən çox, sovet ordusu sıralarına səfərbər olunmuş minlərlə azərbaycanı döyüşçülər, sona qədər, qəhrəmanlıqla vuruşmuş, igidlik göstərmişlər. Onların hər biri ayrı bir tarix yazmış, film kimi həyat yaşamışlar. Bəzilərinin üzlərinə tale gülməmiş öz vətənlərinə qələbə hissləri ilə qayıda bilməmişlər. Bəziləri isə, yuxarıda qəhrəmanlığından söz açdığımız pulemyotçu əsgər, 104 il ömür sürmüş, indiki Astara rayonunda, Talış dağlarının ətəyində yerləşən, mənzərəsi, Xəzər dənizinə və Astara şəhərinə açılan, adının mənası “kar obası”olan Koraoba kəndində doğulmuş, Ömər Osman oğlu Əliyev kimi çətin müharibənin od-alovundan çıxıb vətənlərinə geri dönə bilmişlər.


Ömər Əliyev 10 may 1900-cu ildə anadan olmuşdur. Onun doğum tarixinə dair beş fərqli mənbə vardır. Lakin ən gec tarix məhz elə 1900-cu ildir. Ömər Əliyevə anasını görmək nəsib olmayıb. Atasını isə çox tez, 6 yaşına çatmamış itirib. Atasını itirdikdən sonra qısa bir müddət əmilərinin öhdəliyində yaşayıb.

Bürzüband kənd orta məktəbini 2-ci sinifə qədər oxuya bilib. Gənc yaşlarında bacısı aclıq səbəbindən vəfat edib. 1918-ci il mart soyqrımılarının canlı şahidi olub. Ömər kişi rayonun Sıpiəpard kəndində əhalinin kütləvi soyqırıma məruz qalmasını sağlığında tez-tez vurğulamış və bunu öz gözləri ilə gördüyün deyirdi. Bu fakt təəssüf ki, heç bir tarixi mənbədə öz əksini tapmır. Lakin bu hadisə tarixdə hər nə qədər öz əksini tapmasa da Astara və Lənkəran ərazilərində soyqırımların törədilməsi tarixə və tarixçilərimizə məlumdur. Kiçik yaşlarından həyatın çətinlikləri ilə üz üzə qalan, Ömər həyatının bütün fəaliyyətini kimsəsiz uşaqlara, yoxsul insanlara kömək etməklə keçirib. Əmisi Həsənverdi kişinin ölümündən sonra, onun 5 övladına baxmaq gənc Ömərin öhdəsinə düşüb. Qaçaqların, quldurların, xüsusi ilə də İrandan sərhəddi aşıb Astara kəndlərini talan edən Şahsevən tayfalarının hücumundan qorumaq məqsədi ilə kənddə başsız qalan ailələrə hamilik edib. Öz övladları ilə birgə hamilik etdiyi uşaqların o dövrdə “fuzi” adlanan məktəblərdə və digər təhsil ocaqlarında təhsil almasına şərait yaradıb. Minik olmadığı dövrlərdə mütəmadi olaraq, rayon mərkəzindən aldığı ərzaqları çiyinlərində gətirərək kənd əhalisinə paylayıb. Lakin vətəninə, xalqına millətinə bağlı olan bu insanı, qanlı müharibə sevdiklərindən bir müddətlik ayrı salıb.

SSRİ Müdafiə Nazirliyindəki şəxsi işində yer alan məlumatlara əsasən 1938-ci ildə Lənləran rayon hərbi kommissarlığında hərbi qeydiyyata alınıb. Qeydiyyat zamanı 38 yaşı olmasına baxmayaraq, iri, fiziki cəhətdən sağlam görünən cüssəsi, üz cizgiləri komissarlıq işçilərini yanıldıb. Bu səbəbdən də onlar Ömər Əliyevin yaşını düz 10 il az, yəni 1910-cu il təvəllüdlü kimi qeyd ediblər. Bəzi mənbələrdə isə doğum tarixi 1913-cü il olaraq göstərilib. 19 yanvar 1942-ci ildə isə Ömər Əliyev 2 azyaşlı oğlunu doğulduqları kənddə tək buraxaraq müharibəyə yollanıb. Mart ayının 5-dən, iyun ayının 28-dək Qafqazın müdafiəsində dayanan, 15-ci ehtiyyat atıcı briqadanın, 46-cı ehtiyat atıcı polkunun atıcısı kimi xidmət göstərib. Krasnodar və Stalinqrad uğrunda gedən döyüşlərdə iştirak edib. 1942-ci ilin oktyabr ayında xidmət etdiyi alayla birgə əsir alınıb. Əsir düşdükdən sonra təltif edildiyi bütün mükafatlardan məhrum edilib. Əsir kimi Almaniya ərazisində hərbi sənayedə çalışdırılıb. 1944-cü ilin avqust-sentyabr ayında əsirlikdən qaçmağı bacarıb. Özü bu haqqda sadəcə bunları deyib: “Bizi tutub Almaniyaya apardılar. Orada o qədər hündür binalar vardı ki, yuxarıya baxanda papaq başdan düşürdü.” Əsirlik həyatı ilə bağlı heç vaxt danışmaq istəməyib. Görünür, ağır işgəncələr, çətin günlər ondan yan keçməmişdi və bu hadisələri hər dəfə kiməsə nəql edəndə yenidən yaşamaq istəmirdi. Əsirlikdən qaçma hadisəsini isə yalnızca bu cür ifadə edirdi: “Mən qaçdım. Bir qədər qaçandan sonra qabağıma bir bulaq çıxdı. Orada əyilib su ilçmək istəyəndə, haradansa bir güllə atıldı və güllə qarşımdakı bulağı parçaladı” Əsirlikdən qaçdıqdan sonra 213-cü ehtiyat atıcı alaya qoşulub. Sənədlərdə yazılan məlumatlara əsasən 1944-cü ilin senytabr ayının əvvəllərində 244-cü atıcı diviziyanın 907-ci atıcı alayına təyinat alıb. Ona burada fiziki gücü nəzərə alınaraq pulemyotçu vəzifəsi verilir.Çünki Ömər Əliyev 2 nəfərlik heyəti, 64 kq çəkisi olan “maksim” pulemyotunu tək başına həm daşıyır, həm də rahatlıqla döyüşə hazır vəziyyətə gətirə bilirdi. Belə əsgərlər müharibə şəraitində, əsgər heyəti çatışmayan ordu üçün üstünlük əsas qüvvə hesab olunurdu. Ömər Əliyev isə əsirlik həyatı yaşadığı üçün, SSRİ rəhbərliyi üçün önəmli əsgər hesab olunmurdu. Əksinə bütün döyüşlərdə ən öndə, dağıdıcı, taran qüvvə kimi göndərilməsi nəzərdə tutulmuşdu. Elə həmin ay, yəni əsrilikdən qaçıb gəldiyi ilk aylarda, 244-cü atıcı diviziyanın tərkibində yuxarıda hekayə etdiyimiz Dunay çayı ətrafında gedən döyüşlərdə müstəsna xidmətlər göstərərək, Rumınya və Bolqarıstanın azad olunmasında iştirak edir. Müharibənin sonunadək 244-cü atıcı diviziyanın tərkibində Kazanlık şəhərində xidmət edib. 1945-ci ilin dekabr ayında 1-ci kateqoriya və ehtiyyata buraxılıb.

Yaxınlarının, kənd sakinlərinin dediklərinə görə Ömər Əliyev Sovet ölkəsi dağılan günə qədər müharibə haqqında heç bir hadisəni ətraflı şəkildə nəql etməyib. Müharibə haqqda isə çıx qısa və az danışıb. Yalnız SSRİ süqut etdikdən sonra müəyyən hadisələri üzə danışmağa başlayıb. Buna əsas səbəb isə əsirlik həyatı olub. Əsirlik həyatı yaşaması, əsirlikdən qaçması və yenidən orduda xidmət etməsi, onu, SSRİ süqut edənədək SSRİ “КГБ”-sinin diqqət mərkəzində saxlayıb. Müharibədən sonrakı həyatında fəhlə və eyni zamanda qarovulçu işlədiyi müddətdə belə SSRİ “КГБ”-si onu təqib etməkdə davam edib. Öz övladı kimi baxdığı əmisi oğlu onun aylarla rus zabitləri tərəfindən gecə saatlarında təqib olunmasına dəfələrlə şahid olduğunu qeyd edirdi. Hətda bir çox yubiley medallarının verilməsi üçün adı müharibə iştikaçısı siyahılarına əlavə edilməyib.

Müharibədən sonrakı həyatı:

Ömər Əliyev müharibədən sonrakı həyatını yaşadığı rayonun iqtisadiyyatının dirçəlməsinə, kənd əhalisinin firavan yaşamasına həsr etmişdir. Müharibədən döndükdən sonra bir hektarlıq meşəni tək başına əkin sahəsinə çevirməyə başlamış və həmin sahəyə paxla əkərək müharibədə ailə üzvlərini itirən ailələrə paylamışdır. Növbəti il, həmin ərazidə buğda əkmiş yenə də məhsulun hamısını başsız ailələrə paylamışdır. Hətda bu təqdirəlayiq hərəkəti üçün, SSRİ rəhbərliyi bir neçə dəfə onu sorğuya almışdır. Kimsəsiz uşaqların təhsil alması üçün şəxsən Lənkəran rayon birinci katibiylə görüşər və onlar üçün şərait yaradılmasını tələb edərmiş. 1963-cü ildə doğulduğu Koraoba kəndində ibtidai məktəb binasının tikintisi üçün rayon birinci katibi ilə görüşmüş və ondan müvafiq addımlar atılmasını istəmişdir. Birbaşa onun təşəbbüsü ilə 1963-cü ildə kənddə 3 sinifli ibtidai məktəb binası tikilmiş və tikintisində şəxsən özü təmənnasız iştirak etmişdir. Məktəb binası 3 sinifli olduğuna və şagird tutumu az olduğuna görə uzun zaman öz evinin qonaq evində dərslərin keçilməsinə şərait yaratmışdır. Kənddə yaşanan su problemini müəyyən qədər aradan qaldırmaq üçün öz həyətyanı sahəsində heç kəsin maddi və fiziki köməyi olmadan qazdığı su quyusunu, kənd sakinlərinin istifadəsinə vermişdir. Kənd ərazisində yaşamış bütün kimsəsiz uşaqların toy mərasimlərini öz evində təşkil etmişdir. Son oğul övladına 68 yaşında sahib olmuşdur. Ümumilikdə 10 övladdan 30 nəvəyə sahib idi. 2004-cü ilin iyunun 8-də ömrünün 104-cü ilində doğulub boya başa çatdığı kənddə dünyasını dəyişmişdir.

Allahın bəxş etdiyi inanılmaz güc:

Bu kənddə Ömər kişinin adı çəkiləndə ilk yada düşən maraqlı məqamlardan biri də onun eşitdiyinizdə inanmaq mümkün olmayan gücü ilə bağlıdır. Bir növ Allah vergisi olan bu güc haqqında kənd sakinləri bir birindən maraqlı hadisələr danışırlar. Deyilənlərə görə bir gün palçıqda batıb qalmış tırtıllı trkatorun dartıb çıxarılması üçün əlavə texnika çağırılıb. Lakin Ömər kişi texnikanın gəlməsini gözləmədən, traktoru tək çəkib palçıqdan çıxarıb. Hətda palçıqdan bol olan bu kənddə batıb qalmış bütün maşınların çıxarılması üçün Ömər kişi köməyə çağırılırmış. Daha bir maraqlı hadisə bundan ibarətdir ki, deyilənlərə görə bir gün güclü külək böyük palıd ağacını düz yolun ortasına aşırıbmış. Kəndin kişiləri ağacı dartıb yoldan kənara atmağa çalışdıqları zaman işin üstünə Ömər kişi gəlir və ağacın başına yığılan bütün kişilərə deyir ki, siz keçin ağacın budaqlar olan hissəsindən hərəniz bir yerdən yapışın. Özü isə kötük hissəsini çiyninə qoyub ağacı yoldan kənara atıb. Hətda onu görənlər deyirlər ki, o ata minəndə atın ayaqları ağırlıqdan palçığa batarmış. Müharibədən sonra "Lenin adına Sovxoz"da fəhlə işlədiyi müddətdə "Staxonovçu Ömər" ləqəbini almışdır. Günlərin bir günü bir neçə yoldaş, Mərkəzə məktub yazaraq bildirirlər ki, soxvozda, digər fəhlələrdən artıq əmək haqqı alan Ömər Əliyev adlı bir fəhlə var. Xəbər Bakıya çatır və tezliklə komissiya yaradılaraq və Astara rayonun Kijəbə qəsəbəsinə göndərilir. Komissiya üzvlərinə bildirilik ki, o gündəlik normadan artıq işləyir. Lakin komissiya daxil olan şikayəti dəqiqləşdirmək üçün, əkin sahəsində açıq iclas keçirməyi qərara alır. Sitrus meyvə ağacları 100 sm enində və 100 sm dərinliyində, üzvi gübrə ilə qarışıq münbit torpaqda əkilməlidir ki, bu ağacların əkilməsi üçün quyuların qazılması 1 fəhlə üçün gündəlik norma 18 ədəd nəzərdə tutulmuşdu. Komissiya rəhbəri masasının üzərindəki saatın düyməsini basaraq Ömər kişiyə “başla!” əmri verir. Ömər kişi, bir saata yeddi ağac quyusu qazaraq 1 saata 7 norma yerinə yetirir. Hadisələri təəccüblə izləyən komissiya üzvləri 1 saat dayanmadan yer qazan fəhləni saxlayırlar. Hesablama aparmağa başlayırlar və hesablamalara görə bir günə dörd fəhlənin normasını yerinə yetirə bilən bu fəhləyə aylıq əmək haqqından səkkiz dəfə artıq yəni, səkkiz fəhlənin toplam maaşı ilə təmin edilməsini qərarını alırlar. Bunula rayon tarixində rekord nəticəyə imza atmış Ömər kişnin təltif edilməsi üçün, Bakıdan gəlmiş komissiya "Lenin Ordeni" üçün mərkəzə müraciət edir. Ordenin təqdim olunması üçün sənədlər hazırlansa da müəmmalı şəkildə təltif təxirə salınır. Qısa müddət sonra ona ayırılan aylıq maaş qeyd olunduğundan iki dəfə az verilir. Əvəzində isə 1979-cu il sentyabrın 17-də "Əmək veteranı" medalı ilə təltif olunur. Bütün bu olanlar danışdığımız hadisələr bir qədər nağıl kimi görünə bilər lakin bütün yazdıqlarımızın canlı şahidləri hələ də sağdır və doğma Azərbaycanımızn Cənub Mirvarisi hesab olunan Astara rayonunda yaşayırlar. Ölümündən 16 il keçməsinə baxmayaraq bu gün də böyükdən kiçiyə hər kəs kənd ağsaqqılını dərin hörmətlə yada salır və onun səxavəti, fiziki gücü haqqında ağız dolusu danışır. Bəli. Allah həyata elə insanlar bəxş edir ki, onları ölümün, müharibənin od-alovlu caynağından, əsir düşərgələrindən çəkib çıxarır. Bununla kifayətlənmir doğum gününə bir gün qalmış ona böyük müharibə qələbəsi hissi ilə birgə 104 il ömür də hədiyyə edir.

Eldar Əzimov
Oxşar xəbərlər
21:36, Bu gün
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
21:36, Bu gün
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
21:34, Bu gün
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
21:33, Bu gün
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
21:31, Bu gün
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
21:06, Bu gün
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
21:05, Bu gün
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
20:52, Bu gün
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
20:47, Bu gün
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
20:30, Bu gün
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
20:08, Bu gün
Şagirdlərin tətil günləri AÇIQLANDI
20:05, Bu gün
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
19:55, Bu gün
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
19:50, Bu gün
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
19:45, Bu gün
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
19:40, Bu gün
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
19:36, Bu gün
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
19:32, Bu gün
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
19:28, Bu gün
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
19:25, Bu gün
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
19:22, Bu gün
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
19:20, Bu gün
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
19:15, Bu gün
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
19:10, Bu gün
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
19:05, Bu gün
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
19:00, Bu gün
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
18:57, Bu gün
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
18:53, Bu gün
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
18:47, Bu gün
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
18:44, Bu gün
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
18:40, Bu gün
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
18:27, Bu gün
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
18:24, Bu gün
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
18:21, Bu gün
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
18:14, Bu gün
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
18:08, Bu gün
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
18:02, Bu gün
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
17:59, Bu gün
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:56, Bu gün
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
17:54, Bu gün
COP29 sülh prosesinin nəticəsidir
17:50, Bu gün
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
17:47, Bu gün
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
17:42, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
17:40, Bu gün
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
17:38, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
17:36, Bu gün
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
17:34, Bu gün
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
17:32, Bu gün
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
17:30, Bu gün
“Bakcell” ilə innovasiya dövrü başlayır!
17:29, Bu gün
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
17:25, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
17:24, Bu gün
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
GÜNLÜK
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib