7199
12 May 2020 | 19:02

"Ən başlıcası,xa0tez vaxtda səfərbər olunaraq torpaqlarımızı işğaldan azad etməliyik..."

Xəbər verdiyimiz kimi, bu gün – mayın 12-də Azərbaycan Respublikasının birinci Prezidenti Ayaz Mütəllibovun 82 yaşı tamam olur.

Moderator.az əməkdaşı yaşından asılı olmayaraq hər bir insanı duyğulandıran belə bir gündə təəssüratlarını öyrənmək üçün sabiq dövlət başçısına müraciət edib.

“Öncə bu gün məni xatırlayan, yad edən bütün insanlara, vətəndaşlara, o cümlədən jurnalistlərə, ayrıca Moderator.az saytının kollektivinə təşəkkürümü yetirirəm.xa0 Xalqımıza əmin-amanlıq, səadət diləyirəm. Vətənimizin, dövlətçiliyimizin gələcək müqəddəratını düşünməklə bir-birimizə dəstək verərək hər birimiz əlimizdən gələni etməliyik... Xarici və daxili siyasətdəxa0 ehtiyatımızı əldən buraxmayaq...

Bizim bir xalqımız, vətənimiz, dövlətimiz var. Hamı birləşsə, hər kəs əlindən gələni etsə, əsas problemlərimizi qısa müddətdə həll edə bilərik. Ən başlıcası,xa0 tez vaxtda gücümüzü səfərbər edərək torpaqlarımızı işğaldan azad etməliyik. Allah bizi ən ümdə arzularımıza çatdırsın... Bir daha hər bir Azərbaycan vətəndaşınaxa0 xoşbəxtlik, cansağlığı diləyirəm...”- deyəxa0 keçmiş ölkə rəhbəri gələcəyə ümidlərini ifadə edib.

Sultan Laçınxa0

Link kopyalandı!
Son xəbərlər