Xəbər lenti
03/07/2020 [23:50]:
Maksim Musayev "boz kardinal"ın paxırını açdı: "Ramizi Elyanora Petrosova tapıb gətirmişdi"
03/07/2020 [23:40]:
"Mən 3 il öncə Elmar Məmmədyarovun nə yuvanın quşu olduğu barədə mətbuatda çıxış etmişəm"
03/07/2020 [23:33]:
"Rusiya ölkəyə miqrant axınında maraqlıdır"
03/07/2020 [23:31]:
Bərdədə 7 yaşlı uşaq bacısını öldürüb
03/07/2020 [23:21]:
Britaniyada COVID-19 qurbanlarının sayı 44,1 mini ötdü
03/07/2020 [23:19]:
Meymunları koronavirusa yoluxdurdular, nəticə şoka saldı...
03/07/2020 [22:51]:
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
03/07/2020 [22:47]:
Bakı yenə rayonlara axın edir - FOTO
03/07/2020 [22:43]:
Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
03/07/2020 [22:12]:
Azərbaycanın fəxri Fərman Salmanovla bağlı unikal kadrlar üzə çıxdı – VİDEO
03/07/2020 [22:10]:
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - FOTO
03/07/2020 [22:02]:
Azərbaycanda koronavirusun ikinci dalğasının başlayacağı vaxt açıqlandı — RƏSMİ
03/07/2020 [21:41]:
“Fəxri ad davası aparan elən adamlar var ki, jurnalistikanın baş hərfindən xəbəri yoxdur"
03/07/2020 [21:20]:
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
03/07/2020 [21:18]:
Ermənilər  separatçı rejim “polisi”nin  Laçındakı idarəsi üçün yeni bina tikməyə başladı...-FOTO 
03/07/2020 [21:15]:
Bu gün ləğv olunmuş İstanbul-Bakı-İstanbul uçuşları bərpa edilib
03/07/2020 [21:14]:
Naxçıvan Qarnizonu Qoşunlarında buraxılış mərasimi keçirilib - FOTO
03/07/2020 [20:55]:
Heç kim məni işdən çıxarmayıb - Hüsniyədən Nuraya cavab
03/07/2020 [20:55]:
DYP postları yenidən fəaliyyətə başladı - VİDEO
03/07/2020 [20:36]:
Putin konstitusiyaya dəyişikliklər haqqında fərmanı imzalayıb
03/07/2020 [20:29]:
Pakistanın Xarici İşlər naziri koronavirusa yoluxub
03/07/2020 [20:28]:
"İlham Əliyev bütün ölkələrin pandemiya ilə üz-üzə qaldığı böhranlı şəraitdə yeni performans sərgiləyir"
03/07/2020 [20:28]:
“ASAN xidmət”də xüsusi karantin rejimi il bağlı qeyri-iş günləri məlum oldu - RƏSMİ
03/07/2020 [20:23]:
Işğalçı Ermənistan “Su-30SM” qırıcılarının ilk döyüş təlimlərini keçirdi...-VİDEO
03/07/2020 [20:22]:
Rusiya var deyə, Qarabağ ermənilərə peşkəş edilməlidir?!
03/07/2020 [19:52]:
"Polislər və həkimlər kimi jurnalistlər də işləməlidirlər, əks təqdirdə, vəziyyət daha pis ola bilər”
03/07/2020 [19:48]:
COVID-19-a yoluxan Ukrayna Prezidentinin xanımı sağalaraq xəstəxanadan evə buraxılıb
03/07/2020 [19:47]:
Türkiyədə yeni tədris ili avqustun 31-dən başlayacaq
03/07/2020 [19:46]:
SMS-lə icazə alınmayan avtomobillərin videomüşahidə kameraları vasitəsi ilə cərimələnməsi üçün qanun layihəsi hazırlanır
03/07/2020 [19:45]:
"Rafiq müəllimin fərqli və bizim üçün doğmalığı odur ki..."
03/07/2020 [19:44]:
COVİD-19-a yoluxmuş hamilə qadınlar necə qorunmalıdır? - VİDEO
03/07/2020 [19:32]:
TƏBİB vətəndaşların səhiyyə sisteminə inanmamasına münasibət bildirdi
03/07/2020 [19:27]:
Saatlıda su problemi nəzarətə götürüldü - RƏSMİ AÇIQLAMA
03/07/2020 [19:24]:
Koronavirusdan müalicə alan baş redaktor evə buraxıldı
03/07/2020 [19:21]:
“Əlavə iqtisadi paketə ehtiyac görmürük”
03/07/2020 [19:18]:
“Sonuncu verilişə çıxıb bütün kanallara səsləndim ki, pandemiya bitməyənə qədər məni verilişlərə çağırmayın...”
03/07/2020 [19:14]:
Apteklərdə dərman çatışmazlığı var? - Prezidentin köməkçisindən cavab
03/07/2020 [19:11]:
Pandemiyadan zərər çəkən sahələrin siyahısına yenidən baxılacaq - RƏSMİ
03/07/2020 [19:04]:
Naxçıvanda 11 nəfər koronavirusdan ölüb
03/07/2020 [19:01]:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi artırıldı
03/07/2020 [19:01]:
"Sabiq deputat Musa Musayevin haça-paça mövqeli müsahibəsi diqqətimi cəlb etdi..."
03/07/2020 [19:00]:
Krediti olanlara güzəşt ediləcək? - AÇIQLAMA
03/07/2020 [18:59]:
TƏBİB sədri özəl xəstəxanalardan narazıdır - məlumatlar bizə gec daxil olur
03/07/2020 [18:57]:
Ermənistanla Qazaxıstan arasındakı müqavilə kimin xeyrinədir? 
03/07/2020 [18:47]:
“Məhəmməd Hadinin sənət idealları və müasir dövr” adlı onlayn elmi konfrans keçirilib 
03/07/2020 [18:43]:
“Onların evi tərk etməsi cinayət məsuliyyəti yaradır”
03/07/2020 [18:42]:
“Torpaq yollarla hansısa otelə gedib əylənmək bəlkə də kiminsə ölümünə səbəb olub”
03/07/2020 [18:40]:
Şahmar Mövsümov: “Testin özünün etibarlılığı 70 faizdir”
03/07/2020 [18:39]:
Metronun sərnişinləri 600 mindən 160 minədək azalıb
03/07/2020 [18:35]:
Prezident Şahin Mustafayevi bu vəzifədən azad etdi - SƏRƏNCAM
03/07/2020 [18:34]:
Zərərçəkmiş sahələrə dövlət dəstəyini davam etdirəcək - Prezidentin köməkçisi
03/07/2020 [18:32]:
Ədalət Vəliyev və Arzuxan Əlizadə arasında görüş keçirilib
03/07/2020 [18:19]:
Hazırda əsas diqqət mağaza və marketlərə yönəlib - Prezidentin köməkçisi
03/07/2020 [18:17]:
TƏBİB vəziyyətin normallaşmasının şərtini açıqladı
03/07/2020 [18:15]:
TƏBİB sədri: "Bütün tibb personalı içərisində yoluxma göstəricisi 8%-dir"
03/07/2020 [18:07]:
“Vaxtımızı səmərəli keçirmək üçün muğamımızı amerikalılara tanıtmağa qərar verdik...”
03/07/2020 [18:02]:
“Şəhərlərarası gediş-gəlişin açılması məqbul deyil” - Şahmar Mövsümov
03/07/2020 [17:59]:
Ermənistanın xarici işlər naziri Azərbaycan ərazisinə gəldi
03/07/2020 [17:56]:
Bölgələr üzrə koronavirusa yoluxma faizi açıqlanıb
03/07/2020 [17:55]:
TƏBİB xaricdən bir sıra məşhur həkimlər dəvət edib
03/07/2020 [17:52]:
Prezidentin köməkçisindən 190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA
03/07/2020 [17:31]:
Azərbaycanda bir yasda 84 nəfər koronavirusa yoluxub
03/07/2020 [17:28]:
Baş prokuror Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb - FOTO
03/07/2020 [17:27]:
Elektrik qatarları həftəsonu hərəkətdə olmayacaq
03/07/2020 [17:25]:
“Onun düşüncəsi ancaq xeyirxahlıqdı ki, kiməsə nəsə kömək etsin...”
03/07/2020 [17:24]:
“Caspian European Club”un təşəbbüsü ilə Anar Bağırovun onlayn dəyirmi masa formatında görüşü keçirildi
03/07/2020 [17:23]:
“Hamımız bir olmalıyıq” - Prezidentin köməkçisi
03/07/2020 [17:20]:
Azərbaycanda aparılan koronavirus testlərinin sayı 500 mini keçib
03/07/2020 [17:16]:
Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
03/07/2020 [17:13]:
Həftəsonları hansı taksilərin fəaliyyətinə icazə veriləcəyi açıqlanıb
03/07/2020 [17:11]:
Türkiyə Yaxın Şərqin yeni sahibinə çevrilir: Amerika məyus, Avropa kədərli, Rusiya dirəşib
03/07/2020 [17:07]:
MMP sədri rayon təşkilatları ilə onlayn görüşdü
03/07/2020 [17:05]:
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM
03/07/2020 [17:02]:
Düşmən Murovda postlarımızı “ələ keçirib”? – MN-dən açıqlama
03/07/2020 [16:54]:
Dövlət Vergi Xidmətinə yeni səlahiyyət verildi - FƏRMAN
03/07/2020 [16:53]:
“XİN-də belə bir əməliyyatın keçirilməsi təəssüf doğuran haldır”
03/07/2020 [16:48]:
Həftəsonu bəzi elektrik qatarları işləməyəcək - RƏSMİ
03/07/2020 [16:44]:
Nazir müavini növbəti tədris ili ilə bağlı tapşırıqlarını verdi
03/07/2020 [16:40]:
“Ölkədə koronavirusun ikinci alovlanması gedir” - AÇIQLAMA
03/07/2020 [16:40]:
Mətbuata dövlət qayğısı demokratik ənənələrə sadiqliyin növbəti nümunəsidir
Bütün arxiv bir sırada
12/05/2020 [19:08] - Cəmiyyət - ( 1165 dəfə baxılıb)

İlham Əliyev və Mehriban Əliyeva Sumqayıtda açılışda - YENİLƏNİB + FOTO/VİDEO



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mehriban Axundova dövlətimizin başçısına və birinci xanıma müəssisələrin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, tibbi maska fabrikində birdəfəlik istifadə üçün maskalar istehsal olunacaq. Maskalar üçqatdır və orta qatı xüsusi süzgəc funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir. Bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur. May ayının sonunadək burada əlavə avadanlıq quraşdırılacaq. Bu isə öz növbəsində istehsal gücünü artırmağa imkan verəcək. Beləliklə, fabrikdə mərhələli şəkildə bu göstərici 300 min ədədədək artırılacaq. Hazırda istehsalat prosesinə cəlb olunmuş işçilərin sayı 30 nəfərdir, əlavə avadanlıq quraşdırıldıqdan sonra isə 50 nəfərə çatacaq.

“Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətində birdəfəlik istifadə üçün qoruyucu kombinezonların da istehsalına başlanılıb. Məhsullar polietilen qoruyucu membranla örtülüb, yüksək sıxlıqlı polipropilendən olan toxunmamış parçadan tikilir. Bu isə öz növbəsində məhsulun keyfiyyətini artırır. Belə ki, bu parça möhkəmliyi, sukeçirməzliyi, kimyəvi maddələrə davamlılığı, yüngüllüyü ilə fərqlənir. İstehsal olunan qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli kimyəvi maddələrdən və ya həssaslıq yarada bilən məhsul və proseslərdən qoruyur. Məhsulun uyğunluğu müvafiq standartlar üzrə sertifikatlaşdırılıb. Burada gün ərzində 6 min ədəd qoruyucu kombinezonun istehsalı nəzərdə tutulur. Müəssisənin istifadəyə verilməsi yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır. Belə ki, buradakı istehsalat prosesinə 210 işçi cəlb olunub. Yerli tələbat ödənildikdən sonra həm tibbi maskaların, həm də qoruyucu kombinezonların ixracı da nəzərdə tutulur. Beləliklə, bu cür müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın ixrac potensialının artırılmasına xidmət etməklə bərabər, qeyri-neft sektorunun inkişafı baxımından da böyük rol oynayır.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müəssisələrin bir qrup işçisi ilə görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda tibbi sənayenin inkişafı daha aktual mövzuya çevrilibdir. Bildiyiniz kimi, bu sahə Azərbaycanda az inkişaf edib, bir çox hallarda biz idxaldan asılı idik və bu gün də bu, davam edir. Ancaq koronavirus pandemiyası hər bir ölkə üçün gözlənilməz bir bəla oldu və bütün ölkələr, ilk növbədə, öz daxili resurslarını səfərbər etməyə çalışmış və pandemiyaya qarşı mübarizə üçün lazım olan tədbirləri görməyə başlamışdır, o cümlədən Azərbaycan. Deyə bilərəm ki, Azərbaycan ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Məhz bu addımlar nəticəsində biz bu günə qədər vəziyyəti tam nəzarətdə saxlayırıq və yoluxanların sayı kifayət qədər azdır. Əlbəttə ki, indiki şəraitdə karantin rejiminin təmin edilməsi, gözlənilməsi pandemiyaya qarşı mübarizə işində əsas məqsədlərdən biridir. Hesab edirəm, bu müddət ərzində hər bir ölkə gördü ki, çətin vəziyyətdə, çətin şəraitdə bəzi ölkələr özlərinə qapanır, bəzi ölkələr ancaq öz daxili bazarlarını təmin etmək üçün çalışır. Əlbəttə, müəyyən çətinliklər də yarandı, xüsusilə tibbi ləvazimatların, tibbi avadanlıqların alınması və ölkəmizə gətirilməsi üçün. Bir daha gördük ki, tibbi sənayenin inkişafı böyük əhəmiyyət daşıyır. Son müddət ərzində bu istiqamətdə müəyyən addımlar atılmışdır, Pirallahı adasında iki müəssisə fəaliyyətə başlamışdır, biri dərman preparatları müəssisəsi, digəri isə tibbi şprislərin istehsalı.

Tibbi maska istehsalı Azərbaycanda ümumiyyətlə yox idi, nəzərdə də tutulmurdu. Çox sevindirici haldır ki, özəl sektor böyük sosial təşəbbüs göstərərək, dövlətin çağırışına cavab verərək qısa müddət ərzində bizim üçün lazım olan – həm həkimlər, həm də adi vətəndaşlar üçün lazım olan bu vasitələri istehsal etməyə başlamışdır. Bu gün bu müəssisədə fəaliyyətə başlamış tibbi maska fabriki ölkəmizdə ikinci istehsalat sahəsidir. Birinci müəssisə də Sumqayıt şəhərində yerləşir, Sumqayıt Kimya Sənaye Parkının ərazisində. Əlbəttə ki, əgər bizim inkişaf etmiş müasir sənaye potensialımız olmasaydı, bu istehsalat sahələrini yaratmaq mümkün olmazdı. Məhz sənayeləşmə siyasəti nəticəsində və xüsusilə Sumqayıt şəhərində yeni müasir sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində qısa müddət ərzində fabriklər öz profilini dəyişdirərək, artıq tibbi maskaları və qoruyucu kombinezonları istehsal etməyə başlamışdır.

Mən 7 il bundan əvvəl bu müəssisənin açılışında olmuşam və şadam ki, bu müddət ərzində bu müəssisə uğurla fəaliyyət göstərib. Bu müəssisənin məhsulları həm daxili bazarda tanınır və eyni zamanda, ixrac potensialı da mövcuddur. Bu, onu göstərir ki, müəssisədə istehsal olunan mallar yüksək keyfiyyətə malikdir. Bu gün mənə verilən məlumata görə, kombinezon istehsalı gündə 6 min ədədə çatdırılacaq və həkimlərimizin qorunması üçün bunun xüsusi əhəmiyyəti var. Biz bu günə qədər qoruyucu kombinezonları xaricdən alırıq. Problem onda deyil ki, biz buna vəsait ayırırıq, valyuta xərcləyirik, məsələ ondadır ki, koronavirus pandemiyası dövründə lazım olan vasitələrin alınması problemə çevrilir. Hətta pul olan zamanda bu vasitələrin, avadanlığın gətirilməsi böyük problemdir və biz bu problemlə üzləşmişik. Buna baxmayaraq, biz bütün imkanları səfərbər edib ölkəmiz üçün lazım olan vasitələri gətizdiririk.

Ona görə hesab edirəm ki, bu gün çox əlamətdar gündür. Çünki həm birinci, həm də bu gün burada fəaliyyətə başlayan ikinci tibbi maska istehsalı müəssisəsi bizim daxili tələbatımızı tam ödəməlidir və qoruyucu kombinezonlar da həmçinin. Sənaye potensialının inkişafı, əlbəttə, imkan verdi ki, biz buna nail olaq.

Bütövlükdə bu gün Sumqayıtın inkişafı böyük dərəcədə şəhərin sənaye potensialı ilə bağlıdır. Mənə verilən məlumata görə, “Gilan Tekstil Park”da işləyənlərin 95 faizi Sumqayıt şəhərinin sakinləridir. Son illərdə Sumqayıtda onlarla yeni müəssisə yaradılıbdır və mən bu müəssisələrin açılışlarında iştirak etmişəm. Onların arasında xüsusilə iki nəhəng, flaqman müəssisəni qeyd etmək istərdim – azot gübrələri zavodu və polimer zavodu. Bu zavodların tikintisinə dövlət çox böyük vəsait xərcləyib. Ancaq digər zavodların fəaliyyəti sırf özəl sektor tərəfindən təşkil edilib, əlbəttə, dövlətin dəstəyilə dövlət ərazi ayırır. Bildiyiniz kimi, Sumqayıtda iki sənaye parkı fəaliyyət göstərir - Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı. Sumqayıt Kimya Sənaye Parkının ərazisi 10 hektarlarla ölçülür. Tamamilə təmizlənmiş bu ərazidə yeni infrastruktur layihələri icra edilib. Özəl sektor da artıq bu parkda uğurla fəaliyyət göstərir, hər il burada bir neçə müəssisə açılır. Beləliklə, Sumqayıt nəinki Azərbaycanın, eyni zamanda, Cənubi Qafqazın ikinci böyük sənaye şəhərinə çevrilib. Sovet dövründən fərqli olaraq, bu gün burada fəaliyyət göstərən sənaye müəssisələri bütün ekoloji standartlara cavab verir.

Siz gəncsiniz, siz o illəri xatırlamırsınız. Ancaq sovet dövründə Sumqayıtın yanından keçərkən maşında oturanlar pəncərələri bağlayırdılar, çünki o iydən insanların gözü yaşarırdı. Yəni, Sumqayıt doğrudan da böyük bir ekoloji bəla mərkəzi idi. Çünki kimya sənayesinin sürətli inkişafı və bir çox hallarda ekoloji standartlara riayət edilməməsi nəticəsində Sumqayıtın ekoloji vəziyyəti çox ağır idi və burada bir neçə növ xəstəliklər geniş vüsət almışdı. Biz isə Sumqayıtı müasir, təmiz sənaye mərkəzinə çevirdik. Bu gün Sumqayıtın havası Bakının havasından daha təmizdir. Sumqayıtda aparılan yaşıllaşdırma işləri, yeni parkların salınması, ekoloji tədbirlərin görülməsi, uzun illər sumqayıtlıları narahat edən Acıdərə kanalının tamamilə təmizlənməsi və yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Ona görə bir sənaye şəhəri kimi Sumqayıtın siması tamamilə dəyişib və bu gün ən yüksək standartlara cavab verir. Bununla yanaşı, əlbəttə, digər başqa layihələr də icra edilmişdir. Sosial layihələr - köçkünlər üçün artıq bir neçə ildir ki, böyük şəhərciklər salınır. Mən bu yaxınlarda növbəti şəhərciyin tikintisi ilə tanış olmuşam. Abadlıq işləri aparılır, Sumqayıt bulvarı da nəhayət ki, fəaliyyətə başlayıb. Bu, mənim çoxdankı arzum idi və bilirəm ki, sumqayıtlılar da həmişə bunu arzulayırdılar. Artıq neçə ildir ki, Sumqayıt bulvarı sumqayıtlıların sərəncamına verilib və çox gözəl istirahət zonasıdır. Bir sözlə, biz bu məsələyə kompleks şəkildə yanaşırıq. Hazırda 2 saylı şəhər xəstəxanasının tikintisi gedir. Biz onu əvvəlcə təmir etmək istəyirdik, sonra gördük ki, tamamilə dağılmış vəziyyətdədir, ora söküldü. 1 saylı xəstəxana fəaliyyətdədir, ikinci xəstəxananın da tikintisi yaxın zamanlarda başa çatacaq.

Əlbəttə ki, bu gün hamımızı və bütün dünyanı narahat edən koronavirus pandemiyasıdır. Bu sahədə də Azərbaycan nümunəvi yanaşma göstərir. Bunu həm Azərbaycan vətəndaşları deyir, - mənə ünvanlanmış minlərlə təşəkkür məktubunda bu, əksini tapır, - həm də beynəlxalq təşkilatlar. Bu yaxınlarda mən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorundan ikinci məktubu almışam. Birinci məktub mart ayının sonunda mənə ünvanlanıb, ikinci məktub isə mayın 7-də. İkinci məktubda da Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda koronavirusla mübarizə sahəsində görülmüş işlərə çox yüksək qiymət verir, işlərimizi təqdir edir. Əlbəttə ki, bu, görülmüş işlərə verilən böyük qiymətdir. Ancaq bir daha demək istəyirəm ki, ən böyük qiyməti Azərbaycan xalqı verir.

Bu gün vəziyyəti nəzarətdə saxlamaq o qədər də asan məsələ deyil. Biz bütün səylərimizi insanların sağlamlığının qorunmasına yönəltdik. Pandemiyanın ilk günlərindən demək olar ki, bizim üçün seçim etməkdə heç bir tərəddüdlü məqam olmamışdır. Mən birmənalı şəkildə demişdim ki, ilk növbədə, vətəndaşların sağlamlığı, onların həyatıdır. O ki qaldı, iqtisadi vəziyyətə, hər kəs üçün aydın idi, iqtisadiyyat zərər çəkəcəkdir, nəinki bizim iqtisadiyyatımıza, bütün dünya iqtisadiyyatına böyük ziyan vurulacaqdır. İndi artıq ilkin hesablamalar üzə çıxır və deyilir ki, inkişaf etmiş ölkələrdə bu il iqtisadiyyat 7-10 faiz düşə bilər və bu da təbiidir. Ancaq bizim əsas vəzifəmiz vətəndaşları qorumaq idi. Ona görə məhdudlaşdırıcı tədbirlərin böyük rolu olmuşdur. Əgər biz bu addımları atmasaydıq, indi vəziyyət nəzarətdən çıxa bilərdi, necə ki, bir çox ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə, səhiyyə sistemi bizdən qat-qat inkişaf etmiş ölkələrdə vəziyyət nəzarətdən çıxıb, xəstələr üçün xəstəxanalarda yataqlar çatmır, xəstələr bəzi hallarda xəstəxanalara ümumiyyətlə qəbul edilmir. Artıq sirr deyil ki, bir çox ölkələrdə yüngül simptomlu xəstələri xəstəxanalara qəbul etmirlər. Onlara deyilir ki, gedin öz evinizdə qalın və faktiki olaraq onlar müalicəsiz qalırlar. Bizdə isə bütün xəstələri, bütün yoluxanları, hətta onun simptomu olmasa belə, mütləq xəstəxanalara qəbul edirik. Biz ən müasir xəstəxanalarımızı koronavirus xəstələrinin ixtiyarına vermişik.

Bu yaxınlarda modul tipli birinci xəstəxananın açılışı oldu. Belə xəstəxanaların sayı 10-a çatacaq. Onların 4-ü özəl sektor tərəfindən inşa ediləcək. Bu, bir daha göstərir ki, özəl sektor bizim çağırışımıza cavab verərək öz sosial məsuliyyətini nümayiş etdirir. Eyni zamanda, mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunda artıq 100 milyon manatdan çox vəsait yığılıb. Hələ ki, 1 manat da xərclənməyib. Biz Fondun fəaliyyəti və nəzarət mexanizmi üçün ictimai nəzarət formatı da yaratdıq. Bu, bir daha göstərir ki, vətəndaşlar, sahibkarlar həmrəylik, birlik nümayiş etdirirlər. Ona görə qabaqlayıcı tədbirlərin görülməsi birinci mərhələdə imkan verdi ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq. Başqa ölkələrlə, o cümlədən əhalisi bizimlə eyni sayda olan ölkələrlə müqayisədə Azərbaycanın vəziyyəti qat-qat yaxşıdır. Ancaq bu, o demək deyil ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməliyik. Koronavirus qeyb olmayıb, koronavirus dolaşır. Peyvənd icad edilənə qədər bu problem mövcud olacaq. Ona görə vətəndaşlar da buna hazır olmalıdırlar. Biz üç həftənin müsbət dinamikasını nəzərə alaraq aprelin 27-dən etibarən yumşalma addımlarımızı atmağa başladıq. Çünki başa düşürük ki, bu, hər kəs üçün çox çətin dövrdür. Ancaq gördük ki, yumşalma tədbirləri artıq başlayan kimi yoluxanların sayı artmağa başladı. Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar. Ona görə mən bir daha Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, bu qaydalara əməl etmək o qədər də çətin deyil. Həkimlər, mütəxəssislər deyirlər ki, indi əsas şəxsi gigiyenaya fikir vermək, dezinfeksiya vasitələrindən istifadə etmək, bir metr yarım, iki metr məsafə saxlamaq və maska taxmaq lazımdır. Çətin məsələ deyil. Ona görə bütün vətəndaşlardan bir daha xahiş edirəm ki, bu qaydalara əməl etsinlər. İndi biz yumşalma addımlarımızı artırırıq və siz bilirsiniz ki, bütün dünyada bu proses gedir. Hətta bu gün yüzlərlə vətəndaşı vəfat edən ölkələr artıq açılırlar. Çünki başqa cür mümkün deyil. Biz də yavaş-yavaş bu istiqamətdə gedirik. Ancaq burada əsas məsələ vətəndaşların məsuliyyətidir. Çünki dövlət nə lazımdırsa, onu edir. Bütün resurslar səfərbər edilib. Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması üçün təxminən 100 milyon manat vəsait ayrılıb və əlavə olaraq 150 milyon manat ehtiyatda saxlanılır.

İşini itirənlər üçün dövlət öz sosial dəstəyini göstərir. İşsiz, qeyri-formal məşğulluqda fəaliyyət göstərən və aztəminatlı kateqoriyaya aid olan 600 min insan dövlətdən iki ay ərzində 190 manat vəsait alır. Pandemiyadan ən çox zərər çəkən özəl sektorda 690 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Dövlət sektorunda çalışan 900 min nəfərin hər birinin əməkhaqqı ödənilir. Bu və digər tədbirlərə biz bütövlükdə 3,5 milyard manat vəsait ayırmışıq və nə qədər lazımdırsa, o qədər də ayıracağıq. Ona görə dövlət bu işləri görür, bütün təşkilati məsələləri uğurla həyata keçirir.

Mən qeyd etdiyim kimi, bu sahədə aparıcı beynəlxalq təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı bizim işlərimizə yüksək qiymət verir. Təkcə o qalıb ki, vətəndaşlar məsuliyyət və nizam-intizam göstərsinlər. Əlbəttə, nəzarətedici mexanizm daha da təkmilləşdirilməlidir. Əlbəttə, karantin rejimi yumşaldıqca, nəzarət etmək üçün də müəyyən problemlər yaranır. Ancaq buna baxmayaraq, bütün müvafiq orqanlara göstəriş verildi ki, onlar nəzarəti gücləndirsinlər. Amma yenə də deyirəm ki, indiki şəraitdə uğurumuzun əsas şərti vətəndaşların məsuliyyəti olmalıdır. Əks təqdirdə, bu xəstəlik nəzarətdən çıxacaq. Biz bunu açıq deməliyik və bilməliyik ki, dövlət nə qədər iş görsə də, vəziyyət nəzarətdən çıxacaq, kütləvi yoluxma halları baş verəcək, insanlar kütləvi qaydada vəfat edəcək, xəstəxanalarda yerlər, reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmayacaq. Beləliklə, Allah eləməsin, biz indi böyük böhran içində olan ölkələrin vəziyyətinə düşə bilərik. Biz buna qətiyyən yol verə bilmərik. Ona görə mən bir daha bütün vətəndaşlara çağırış edirəm, məsuliyyətli olun, intizamlı olun, qaydaları pozmayın, özünüzü, öz yaxınlarınızı, öz tanışlarınızı qoruyun ki, biz bu bəladan az itkilərlə çıxa bilək.

Mən əminəm ki, biz buna nail olacağıq. Çünki artıq neçə aydır ki, bu pandemiya bütün dünya üçün böyük problemdir. Amma bu günə qədər vəziyyəti nəzarət altında saxlamaq doğrudan da böyük nailiyyət hesab oluna bilər. Xüsusilə qeyd etməliyəm ki, indiki şəraitdə cəmiyyətdə mövcud olan həmrəylik bəlkə ən yüksək səviyyədədir. Çünki bütün cəmiyyət bu mübarizədə birləşib.

Fürsətdən istifadə edərək özəl sektorun nümayəndələrinə, ictimai təşkilatlara, ayrı-ayrı adamlara bir daha təşəkkürümü bildirmək istəyirəm, həm ianələrə, həm vətəndaşlara göstərdikləri yardımlara, həm də bu qısa müddət ərzində tibbi sənayeni bizim maraqlarımıza uyğun şəkildə təşkil etdiklərinə görə. Bu gün ehtiyac içində yaşayanlara da özəl sektor, ictimai təşkilatlar tərəfindən yardım göstərilir. Onların arasında birinci yerdə əlbəttə ki, Heydər Əliyev Fondu dayanır. Fond, ayrı-ayrı adamlar ehtiyacı olan insanlara kütləvi surətdə kömək göstərirlər, kimin imkanı nəyə çatır etməlidir. Bu, bizim xalqımıza xas olan ən yüksək keyfiyyətləri bir daha göstərir. Ümid edirəm ki, pandemiya gec-tez sona çatacaq, ondan sonra bu həmrəylik ovqatı, həmrəylik əhval-ruhiyyəsi cəmiyyətimizdə daha da güclənəcək.

Bugünkü açılışlar münasibətilə Sizi təbrik edirəm, sizə fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Sağ olun.

Sonra müəssisənin əməkdaşı Aygün Məhərrəmova çıxış edərək deyib:

- Möhtərəm cənab Prezident və çox hörmətli Mehriban xanım.

Sizi ulu öndərimiz Heydər Əliyevin kiçik Azərbaycan adlandırdığı Sumqayıt şəhərinin əhalisi və “Gilan Tekstil” fabrikinin işçiləri adından salamlayıram. Mən bu gün bildirmək istəyirəm ki, özümü çox xoşbəxt və şanslı hesab edirəm. Ona görə ki, mən bu gün Sizlərin qarşısında çıxış etmək imkanı qazanmışam.

Ulu Öndərimiz Sumqayıta, onun zəhmətkeş əhalisinə və şəhərimizin inkişafına xüsusi diqqət yetirirdi. Sumqayıtın bir şəhər kimi yaranıb formalaşması böyük tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Biz çox sevinirik ki, Ulu Öndərimizin şəhərimizə olan bu xüsusi diqqəti Sizin tərəfinizdən uğurla davam etdirilir.

Cənab Prezident, xüsusən son illərdə birbaşa diqqət və qayğınız nəticəsində şəhərimizdə yaradılan sosial və sənaye müəssisələri Sumqayıtı daha da inkişaf etdirib, müasir, abad, işıqlı bir şəhərə çevirib. Sumqayıt hazırda Ulu Öndərimizin və Sizin arzuladığınız bir şəhərdir.

Aygün Məhərrəmova qeyd etdi ki, respublika əhəmiyyətli tibbi maska və qoruyucu geyimlər istehsal edən müəssisənin məhz Sumqayıtda açılması dövlətimizin başçısının bu şəhərə olan diqqət və qayğısının növbəti nümunəsidir. Vurğuladı ki, müəssisələrdə işləyənlərin sayı 110-dan artıqdır və onların 95 faizindən çoxu Sumqayıt sakinləridir. O, həmçinin şəhərdə müasir tələblərə cavab verməyən köhnə sənaye müəssisələrinin əvəzinə dövlətimizin başçısının tapşırığı ilə müasir sənaye parklarının yaradıldığını dedi, bu gün Sumqayıtın ekoloji cəhətdən təmiz şəhər olduğunu qeyd etdi, buna görə minnətdarlığını bildirdi:

-Biz bu gün Sizin və Mehriban xanımın şəhərimizə olan xüsusi hörmət və diqqətinizi əyani şəkildə gördük.

Cənab Prezident və hörmətli Mehriban xanım, şəhərimizə göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə Sumqayıtın çoxsaylı əhalisi adından dərin ehtiramımızı və təşəkkürümüzü bildirirəm. Xalqımızın rifahı və daha xoşbəxt gələcəyi naminə, cənab Prezident, Sizə və hörmətli Mehriban xanıma, ailənizə möhkəm cansağlığı, daha böyük uğurlar arzulayıram. Uca Tanrı Sizi qorusun.

Prezident İlham Əliyev: Çox sağ ol, təşəkkür edirəm.

Müəssisənin əməkdaşı Kərim Babayev qeyd etdi ki, Prezident İlham Əliyevin Sumqayıta hər səfəri şəhərin inkişafında yeni bir mərhələ açır. O, həmçinin dövlətimizin başçısına gənclər üçün yaradılan şəraitə görə minnətdarlığını bildirərək dedi: “Gilan Tekstil Park”ının işçiləri adından Sizə təşəkkür edirəm. Gənclərə göstərdiyiniz diqqət və qayğıya, etimada görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Biz gənclər Sizin etimadınızı doğrultmaq üçün səylə çalışırıq. Allah Sizi və dəyərli ailənizi qorusun. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Çox sağ olun. Mən çox şadam ki, bu fabrikdə Sumqayıt şəhərinin sakinləri fəal işləyirlər. İş yerlərinin yaradılması bizim üçün əsas məsələlərdən biridir. Mən bir daha demək istəyirəm, son illər ərzində Sumqayıtda onlarla yeni, müasir müəssisə yaradılıb və orada işləyənlərin mütləq əksəriyyəti bu şəhərin sakinləridir, Bakıdan gələnlər də var. Mən keçən dəfə demişəm ki, indi Bakı ilə Sumqayıt elə bil birləşib. Ona görə karantin rejimi tətbiq olunanda biz Bakını, Abşeron rayonunu və Sumqayıtı bir ərazi kimi nəzərə aldıq. Çünki bilirik ki, Sumqayıtda yaşayıb Bakıda işləyən var və əksinə.

Əlbəttə, müasir sənaye potensialının inkişafı müasir kadrlar tələb edir. Bu gün gənclər məhz o təkanverici qüvvədir ki, müasir yanaşmanın, müasir sənayenin təşkilini təmin edirlər. Mən demişəm ki, bir çox ölkələr indi iqtisadi cəhətdən əziyyət çəkir, o cümlədən də biz. Mənim bu yaxınlarda Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərləri ilə videokonfrans şəklində görüşüm olmuşdur. Orada qeyd olundu ki, Azərbaycan pandemiya dövründə iqtisadi sahədə də yaxşı nəticələr göstərir. Təkcə onu demək kifayətdir ki, bu gün dünyada 150-dən çox ölkə yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Yəni, onların daxili maliyyə resursları imkan vermir ki, lazım olan işlər görülsün. Azərbaycanın bu siyahıda adı yoxdur. Biz o ölkələrdənik ki, öz gücümüzə bu bəla ilə mübarizə aparırıq. Onu da bildirməliyəm ki, biz artıq 10-dan çox ölkəyə yardım göstərmişik, yük təyyarələri, tibbi ləvazimat, dezinfeksiya materialları göndərmişik. Bəzi ölkələrə maliyyə yardımı göstərmişik. Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə donor ianəsi etmişik. Belə ölkələrin sayı o qədər də çox deyil. Ona görə bu, bizim məsuliyyətimizi göstərir. Onu göstərir ki, biz pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayırıq.

O ki qaldı, bizim iqtisadi göstəricilərimizə, əlbəttə, bu ilin yanvar-fevral ayları çox ümidverici idi. Mən, sözün düzü, fikirləşirdim ki, biz bu ili rekord göstəricilərlə başa vuracağıq. Ancaq bu pandemiya həyatımıza müdaxilə edərək bizim planlarımızı pozdu. Amma buna baxmayaraq, - indi dedim ki, bir çox ölkələrin indi iqtisadi vəziyyəti ağırdır və iqtisadiyyat tənəzzülə uğrayıb, - Azərbaycanda dörd ayın yekunları göstərir ki, iqtisadiyyat az da olsa artıb - 0,2 faiz. Əlbəttə ki, bu, şərti artım sayıla bilər. Amma yenə də hələ ki, düşməyib.

O ki qaldı, qeyri-neft sektorunun inkişafına, bu sektorun sənaye artımı 16 faizdən çoxdur. Bu, görülmüş işlərin nəticəsidir. Məhz sənayeləşmə, yeni sənaye müəssisələrinin yaradılması, o cümlədən Sumqayıt şəhərində buna imkan verir. Ancaq hər kəs bilməlidir ki, bizim valyuta ehtiyatlarımız azalıb. İqtisadiyyatı yenidən canlandırmaq, iş yerlərini bərpa etmək üçün vaxt lazım olacaq. Ona görə biz indi 90 min ictimai ödənişli iş yeri yaradırıq, 80 min ailə dövlətdən sosial yardım alır, özünüməşğulluq proqramı çərçivəsində 12 min ailəyə lazım olan vasitələr verilir. Bütün bunları biz edirik ki, işsizlik artmasın. Ancaq bütün ölkələrdə işsizlik artıbdır, ən inkişaf etmiş ölkələrdə sürətlə artıb. Yəqin indi rəqəmlər göstərəcək ki, bizdə də artıb. Ona görə bizim bundan sonra əsas vəzifəmiz koronavirusla bağlı vəziyyəti həm nəzarətdə saxlamaqdır və həm də artıq pandemiyadan çıxmağı planlaşdırmaqdır ki, bu çıxış həm hamar, həm səmərəli olsun və biz iqtisadi fəallığı maksimum qısa müddət ərzində bərpa edə bilək. Ona görə indi bütün dövlət, hökumət qurumları bu üç istiqamətdə təkliflər hazırlayırlar. Hesab edirəm ki, biz buna da nail olacağıq.

Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram.

14:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mehriban Axundova dövlətimizin başçısına və birinci vitse-prezidentə müəssisələrin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, tibbi maska fabrikində birdəfəlik istifadə üçün maskalar istehsal olunacaq. Maskalar üçqatdır və orta qatı xüsusi süzgəc funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir. Bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur. May ayının sonunadək burada əlavə avadanlıq quraşdırılacaq. Bu isə öz növbəsində istehsal gücünü artırmağa imkan verəcək. Beləliklə, fabrikdə mərhələli şəkildə bu göstərici 300 min ədədədək artırılacaq. Hazırda istehsalat prosesinə cəlb olunmuş işçilərin sayı 30 nəfərdir, əlavə avadanlıq quraşdırıldıqdan sonra isə 50 nəfərə çatacaq.

“Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətdə birdəfəlik istifadə üçün qoruyucu kombinezonların da istehsalına başlanılıb. Məhsullar polietilen qoruyucu membranla örtülüb, yüksək sıxlıqlı polipropilendən olan toxunmamış parçadan tikilir. Bu isə öz növbəsində məhsulun keyfiyyətini artırır. Belə ki, bu parça möhkəmliyi, sukeçirməzliyi, kimyəvi maddələrə davamlılığı, yüngüllüyü ilə fərqlənir. İstehsal olunan qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli kimyəvi maddələrdən və ya həssaslıq yarada bilən məhsul və proseslərdən qoruyur. Məhsulun uyğunluğu müvafiq standartlar üzrə sertifikatlaşdırılıb. Burada gün ərzində 6 min ədəd qoruyucu kombinezonun istehsalı nəzərdə tutulur. Müəssisəsinin istifadəyə verilməsi yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır. Belə ki, buradakı istehsalat prosesinə 210 işçi cəlb olunub. Yerli tələbat ödənildikdən sonra həm tibbi maskaların, həm də qoruyucu kombinezonların ixracı da nəzərdə tutulur. Beləliklə, bu cür müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın ixrac potensialının artırılmasına xidmət etməklə bərabər, qeyri-neft sektorunun inkişafı baxımından da böyük rol oynayır.

Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva müəssisələrin bir qrup işçisi ilə görüşüblər.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar tibbi maska, qoruyucu geyimlərə son dövrlərdə dünyada tələbat kəskin artıb. Bu səbəbdən də həmin məhsulların dünyanın bir çox ölkələrində böyük qıtlığı yaşanır. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda ilk günlərdən həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, insanların sağlamlığı, virusun yayılmasının qarşısının alınması baxımından mühüm rol oynayan bu məhsullar ölkəmizdə istehsal olunmağa başlayıb. Bu müəssisələrin fəaliyyətə başlaması, ilk növbədə, Azərbaycanda dövlət səviyyəsində əhalinin sağlamlığının qorunması məsələsinə yüksək dərəcədə həssaslıqla yanaşıldığını göstərir.

loading...
Rusiya var deyə, Qarabağ ermənilərə peşkəş edilməlidir?!
"Sabiq deputat Musa Musayevin haça-paça mövqeli müsahibəsi diqqətimi cəlb etdi..."
Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti yubiley yaşında...
DTX İctimai Əlaqələr Şöbəsi XİN-də keçirilən əməliyyatla bağlı ilkin açıqlama yaydı...
Dmitri Peskovun qızı hər il Ramazan ayında oruc tutacaq...
Clean City Company
N.Tusi adına Klinika

Gündəm
Ermənilər  separatçı rejim “polisi”nin  Laçındakı idarəsi üçün yeni bina tikməyə başladı...-FOTO 
Cəmiyyət
“Vaxtımızı səmərəli keçirmək üçün muğamımızı amerikalılara tanıtmağa qərar verdik...”
Gündəm
“Mingəçeviri vurmaq təklifi şüşə evdə oturan şəxsin yoldan keçənlərə daş atmasına bənzəyir”
Gündəm
Orta  məktəblərdə mülki müdafiə fənninin proqramına  “pandemiya” termini niyə məhz 2019-cu ildə daxil edilib?..  
Cəmiyyət
“Dünyasını dəyişən yaxınlarıma görə telefonla başsağlığı vermişəm, getmək mümkün deyil”
Yazar
İlham İsmayıl
Ermənilər bizdən niyə razılıq edirlər?!
Həftənin ən çox oxunanları
"Mərc gəlirəm: bu gecə çevriliş olacaq..."- ABŞ səfirliyinin 1-ci katibindən şok iddia...
Aygün Kazımovanın yarıçılpaq videosu yayıldı - VİDEO (18+)
Arvadı ruhi xəstə, oğlu qumarbaz, dostu xəyanətkar...
Şadlıq saraylarının işçiləri Maliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirdi...- FOTO
4 dəfə evlənən, erməni qayınanasına görə ailəsi dağılan, namus üstündə ölkədən gedən Xalq artisti
Ərini başqa qadınla tutan, doğuş sancısıyla səhnəyə çıxan, şüşə gözlü Xalq artisti...
"Xüsusi sesiyanın çağırılması Azərbaycanın beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi nüfuzunu göstərir"
Zirəddin koronavirusun yox olacağı dəqiq tarixi AÇIQLADI
"Mnasakanyan Azərbaycanın təslim olmasını tələb etdi, ancaq rəsmi Bakı hələ də..."
"Axı Azərbaycanın nə qədər Solmaz Tohidisi, Firdovsiyyə Əhmədovası və ya Qulu Məhərrəmlisi var ki..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247