Koronavirus təhlükəsi, eləcə də dünya bazarında neftin qiymətinin hələ də aşağı səviyyədə qərarlaşması beynəlxalq iqtisadiyyat üçün təhdid olaraq qalmaqdadır
Bəs Azərbaycanda vəziyət
necədir? Yaxın gələcəklə bağlı mütəxəssislərin gözləntisi nədən ibarətdir?
Moderator.az-a açıqlama
verən millət vəkili Vahid Əhmədov büdcənin xərclər hissəsinə yenidən baxmağın zəruri
olduğunu vurğuladı:
“Bütün dünyada olduğu
kimi, ölkəmizdə də baş verən proseslərin iqtisadiyyata ciddi təsirlər var. Ölkə
başçısı bunun qarşısını müəyyən iqtisadi amillərlə almağa çalışır. Yardımlar edir
və s. Amma Azərbaycan iqtisadiyyatı neftdən asılıdır. Ona görə də neftin qiymətindəki
dəyişikliklər iqtisadiyyatımıza təsirsiz ötüşmür. Neftin qiyməti isə hazırda 30
dollardan yuxarı qalxmır. Ona görə də burada iqtisadiyyatımız üçün problem var.
Buna görə də büdcəyə baxmalı, onun xərc hissəsinə nəzər yetirməliyik, qənaət
rejiminə keçməliyik. Burada baxılası məsələlər həddindən artıq çoxdur”.
Seymur ƏLİYEV