“Mən, Arzu, bir də ki, Laçın...” – MÜSAHİBƏ
Müsahibə
Oxunub: 1987
17 May 2020 | 19:21
“Mən, Arzu, bir də ki, Laçın...” –  MÜSAHİBƏ

Laçınsız 28 il…

 

Bu 28 illik torpaq həsrəti, 28 əsrə bərabər işğal, bizə yaşatdığı dəhşətləri, faciələri, sarsıntıları ilə ömrümüzdən ömür aldı…

Vətənim Azərbaycanın 30 ildir düşmən tapdağı altında qalan hər bir qarışı, bütün varlığı ilə bu gün də həmin ağrı ilə yaşayır...

Bu gün Laçının işğal günüdür. Bir az əvvəl Şuşanın işğal tarixini varaqladıq, ondan əvvəl Ağdamın... bu siyahı uzundur… o qədər ki, hər ayımıza bir qara gün düşüb. Hələ 4 bir yandan öz dogma torpaqlarınla sərhəddə yaşamağın necə açı, utancverici, necə bir cəhənnəm hissi olduğunu demirəm…

Bu acı hisslərlə məmləkətimdə özümü qaranlıq qəfəsə, məngənəyə salınmış, çırpınan bir quş kimi hiss edirəm… Elə  Laçına qayıdacağı günü xəyallarında yaşadan, Laçını nağıllara yazan laçınlı jurnalist Arzu Zeynallı kimi…

Bu gün məhz onun xəyallarına, arzularına qanad olub, Laçına yollandıq. Bizimlə danışan Arzunun nağıllara çevrilən Laçın xəyalları, xatirələri idi…

O, bu xatirələri mənə hər söhbətində danışır və biz əsirlikdə qalan torpaqlarımıza yas tuturuq. Həmin anlar özümə, hamıya, elə Arzuya verdiyim, bəlkə də ən acizanə, ən üsyankar sualım bu olur: “Laçını necə xatırlayırsan, Laçınsız necə yaşadın, Axı, Laçını niyə qoruya bilmədin Arzu?..

O da mənə eyni sualı verir: sən necə yaşadın Tahirə, sən niyə qorumadın dədə torpağını - Vedibasarı, Zəngəzuru,elə Laçını?..

Demək olar ki, bu, hər dəfə Arzudan dinlədiyim, ən kədərli, həm də ən şirin real hekayədir. Vətən sevgisi, vətən həsrəti, onu azad etmək eşqi, əzmi var bu hekayədə... O, danışanda ağlayır, hönkürtü ilə… mən də qoşuluram ona. Bəzən o, ağlamır, ağlayan mən oluram… İşğal günlərində torpaqlarımızın həsrətini beləcə ovundururuq… Xeyir, bu heç də acizliyimiz, zəifliyimiz deyil, əsla!.. Bu, düşmənə olan qəzəb hissinin qələbə yürüşündən əvvəl doğurduğu göz yaşlarıdır. Bilirik ki, daha belə davam etməyəcək!.. Buna əminəm. Çünki, Arzular, Mübarizlər qisas gününü gözləyir - ŞƏHİD, ya da QAZİ kimi

 


TAHİRƏ QAFARLI

 

Versus.az-ın baş redaktor müavini, tanınmış jurnalist Arzu Zeynallı suallara cavab verərkən gah bir uşaq, gah da bir döyüşçü oldu…

 

“Şəhidlərdən utanıram… Sanki dil açıb, hansı üzlə hüzurlarına getdiyimi soruşurlar…”

 

- Arzu, Laçını səndən yenə soruşsam, onu necə təsvir edərdin?

 

- Laçın haqqında laçınlı şairlərimiz çox yazıblar, vəsf ediblər, ağrılarını, acılarını ədəbi dillə təsvir ediblər. Hər kəs onu necə görür, xatırlayırsa, o cür də təsvir edib. Düzü, bəlkə də mən yeganə laçınlıyam ki, Laçınla bağlı ictimai tədbirlərə can atmıram, işğal günündə Şəhidlər Xiyabanını ziyarət etməyə yollanmıram, kütləvi mərasimlərin təşkilində iştirak etmirəm. Bu 28 ildə saysam bəlkə də 8-10 dəfə laçınlılarla birgə toplantıda olmuşam. O da ilk vaxtlar. Həmin vaxtlar isə sakitcə çıxışçıları seyr etmişəm, bütün diqqətimlə və cəhdimlə daxilimdəki 18 yaşlı Arzunu ovutmaqla məşğul olmuşam. Tədbir iştirakçıları çıxış edib, mən onların üz cizgilərində Laçının “dal küçə”sini, “şəhərin başı”nı, “şəhərin ayağı”nı axtarmışam, “Dağdağan bulağı”ndan axan suyu ovuclamışam, “köhnə hamam” məhləsindən keçib kəndimizə gedən avtobus dayanacağına qaçmışam… Ağırdı mənə, çox ağır… Çünki aradan az vaxt keçməyib. Hər il eyni təkrarçılıqdan başqa heç bir yenilik, irəliləyiş yoxdur. Artıq utanıram Şəhidlər Xiyabanını ziyarət etməkdən. Şəhidlərdən utanıram… Sanki dil açıb, hansı üzlə hüzurlarına getdiyimi soruşurlar…

Soruşursan ki, Laçını necə təsvir edərdin… Çox deyil, bir neçə şeirimdə, bir az küncə çəkilib kağızlara köçürdüyüm düşüncələrimdə təsvir etmişəm. Nə qədər təsvir edə bilmişəm bilmirəm. Bilmirəm pis haldır, ya yaxşı haldır, amma Laçın və uşaqlığımın, yay tətillərimin keçdiyi kəndimiz olan Qovuşuq mənim gözlərimdə, baxışlarımda, xəyallarımdadır. Yalnız məni daha yaxşı tanıyanlar, duyanlar söhbətlərim zamanı onu görə bilir. Belə dillə, sözlə təsvir etməyi bacarmıram. Bir də adam təsvir etməyə də qorxur. Sanki Laçını o qədər vəsf etdik ki, hər kəsin tamahı keçdi. Qonşu ölkələrin gözü düşdü və əlimizdən aldılar. Eləcə də Şuşanı, Ağdamı, digər işğal edilmiş rayonları.

 

“Laçınsız qalmağım, Laçının işğalda qalması mənə çox əzab verir”

 

- Laçınsız 28 ilin 25 ilini səni tanıyırm və hər dəfə də Laçınlı günlərdən danışanda ağladığını görürəm. Özü də sən kiminlə gəldi bölüşmürsən o xatirələrini. Aradan 28 il ötür, amma hər dəfə sanki bu gün ayrılıbsanmış kimi həyəcanla, gözyaşı ilə danışırsan. Deyirlər ki, zamanla dərdlər köhnəlir, amma gör bu necə hissdr, bu nə dərddir ki, zaman keçdikcə təzələnir. Qaysaq bağlamayan bu yaranın adı nədir, dərmanı nədir…

 

- Hə, Laçınla bağlı göz yaşlarımı ancaq sən görmüsən. Nə bilim, bəlkə sən danışdıra bilibsən, yaxud, dinləməyi daha yaxşı bacarıbsan...

Laçın mənim üçün dərd deyil, həsrət qaldığım uşaqlığımdır, yaşaya bilmədiyim gəncliyimdir. Laçın dərd olsaydı köhnəlməsə də, qaysaq bağlayardı. Laçın mənim üçün sadəcə doğulub böyüdüyüm vətən deyil. Laçın sevdiyimdi. “Laçın” sözünün özünü belə sevirəm. Laçın mənim qanımdır, canımdır… O mənin damarlarımda, baxışımda, yerişimdədir. Bu yaranın adı “Əsir qalan vətən”, dərmanı isə Azadlığıdır. Yəqin ki, hər bir laçınlı üçün də bu, belədir. Və yəqin ki, çoxları özüylə Laçını tək görür, mənim kimi. Bir şeirimdə dediyim kimi:

 

Bir mən, bir də ki, Laçın...
Əsir düşmüşük!
Mən qəribliyin kölgəsində,
O, yadların caynağında.

 

Bir mən, bir də ki, Laçın...
Ayağımız dəymir yerə!
Mən taqəti kəsilmiş,
O, tapdanıb əzilmiş.

 

Bir mən, bir də ki, Laçın...
Açılıb göyə əlimiz!
Mən Vətən yalvarışlı,
O, övlad duaçısı.

 

Bir mən, bir də ki, Laçın...
Əzabın içində biz!
Mən qanadı qırılmış,
O, dizləri bükülmüş.

 

Bir mən, bir də ki, Laçın...
Uzalıdır qollarımız!
Mən ağuşuna sığınmağa,
O, qucub oxşamağa.

 

Nənələrim, əmim, atam Laçına həsrət köçdülər bu dünyadan. Hardasa onların ölümünə həsəd də çəkirəm. Özləri gedə bilməsələr də, yəqin ki, ruhları Laçını, Qovuşuğu gəzir…

 

Laçınsız qalmağım, Laçının işğalda qalması mənə çox əzab verir. Torpağının, evinin yağı düşmən əlində olduğunu bilə-bilə yaşamaq, ölümdür. Amma, bu gün hələ də ayaqdayıqsa, varıqsa, demək bizi yaşadan o ümiddir. Laçını azad etmək, ora yenidən dönmək ümidi... Laçın onu xəyallarımda  canlandıranda göz yaşlarıma sahib çıxa bilmədiyimə görə məni bağışlasın, özümdən asılı deyil. Bu da mənim üsyanımdır... Ona görə bağışlasın ki, mən ona ağlamalı deyiləm, onun üçün vuruşmalıyam...

 

“...“Laçına gedəndə” gözlərim yaşarır, özümü diz çöküb hönkürən görürəm”

 

- Arzu, bir dəfə “facebook” səhifəndə bir statusunda laçınlı günlərin haqqında xatirəni oxumuşdum. Mən xəyallarının əsirliyini yaşıyan bir gənci gördüm o xatirələrdə. Bilirəm ki, hər gün xəyallarında Laçına gedirsən. Orda Laçın səni necə qarşılayır - döyüşçü kimi, yoxsa bir uşaq kimi? Laçına dönən zaman özünü hansı obrazda görürsən?

 

- Hə, xatirələrimin əsiriyəm. Elə ki, Laçının adı çəkilir gözümün qarşısında böyük bir ekran açılır. O ekranda yaxşı-pis, yaşadıqlarımın hamısını görürəm.

30 il əvvəl filmlərdə uzun illərdən sonra nəhayət vətəninə dönə bilən insanların ayaqları vətən torpağına dəyən kimi necə diz çöküb onu öpdüklərini görəndə o yaşanan hisslər mənə çatmırdı. Fikirləşirdim filmdir də… Amma indi… Xəyalımda Laçına getdiyimi canlandıranda belə, gözlərim yaşarır, özümü diz çöküb hönkürən görürəm. Bununla bağlı şeirim də var:

 

İçin-için ağlamaqdan yoruldum,
Göz yaşımın damlasında boğuldum,
Vətənsizlik yanğısıyla qovruldum
Laçınımda hönkürmək istəyirəm!

 

Qucaqlayıb daş-kəsəyin yalayım,
Talan olmuş qəbirlərin ağlayım,
Yarasını yaralarımla bağlayım
Laçınımda hönkürmək istəyirəm!

 

Qismət ola dağ, dərəsin gəzişəm,
Laçınımsız çöl, biyaban, dəvrişəm,
Hayqırtıyla deyəm - geri gəlmişəm,
Laçınımda hönkürmək istəyirəm!

 

- Laçının laçınlılarla olan son günlərini necə xatırlayırsan?

 

- 1991-ci il idi, orta məktəbin sonuncü sinfini bitirirdik, son zəng öncəsi uşaqlarla 1941-1945 abidəsini ziyarət etdik, orda vədələşdik ki, 5 ildən sonra, yəni ali təhsili bitirib qayıdanda məktəblilərin son zəng günü burda görüşərik… O vəziyyətdə yenə də ümid edirdik ki, hər şey yoluna düşəcək. Amma məktəblərdən hərbi hazırlıq dərsləri üçün əyani vəsait olaraq istifadə edilən silahlar da həmin ərəfələrdə Laçına yerləşdirilən sovet əsgərləri tərəfindən yığılanda vəziyyətin ürəkaçan olmayacağı hiss olunurdu.

Hardan biləydik ki, ermənilər tarixi düşmənçiliklərini növbəti dəfə həyata keçirməyə başlayıblar...

 

“ermənilər müharibə etmədikləri üçün qoruya bilmədik Laçını…”

 

- Hansı epizodlar yadından çıxmır. Bu işğal laçınlıların həyatında hansı faciəni yaşatdı? "Niyə Laçını qoruya bilmədik" sualını verərkən, hansı cavabı ala bilirsən?

 

…Ermənilər üç saatdan bir Laçını atəşə tuturdular. Atışma başlayan kimi hamı təlaşla, çığırtıyla yaxınlıqdakı kəndə tərəf qaçırdılar. Bir ananın uşağının əlindən tutub necə qaçdığını həmişə xatırlayıram. Ana qaçır, xəbəri yox idi ki, əlindən tutduğu körpəsini yerlə sürütləyir. Uşağın üz-gözü qan içində idi, çığırtısını isə o qədər çığırtının içində eşitmirdi…

Bizim evin bir qapısı “o tay” dediyimiz dağlara baxırdı. Hər axşam pilləkəndə oturub evlərin işıqlarını sayırdım… Hər gün işıqlar bir az azalırdı. Bu, məni ağladırdı. Hiss edirdim ki, daha Laçını görmüyəcəyik...

Laçında son Novruz bayramı da yadımdadır. Böyük atəşfəşanlıq, təmtəraqlı şənliklər… Sanki Laçında sonuncu yazı qarşılayırdıq…

Bir epizod da məni çox kövrəldir xatırlayanda. Laçından çıxırdıq artıq. Alt evə düşüb anamın taxçalara səliqə ilə düzdüyü mürəbbə, kanpot bankalarına baxdım, qapını örtüb çıxdım. Sonra toyuq-cücənin saxlandığı qapını açdım, torbadakı dənləri yerə səpdim, digər kisəni isə aşırıb yarısını dağıtdım ki, bizdən sonra ac qalmasınlar. Qapılarını da açıq qoydum ki, dən qurtarsa çıxıb çöl-bayırda dənlənsinlər. İndi deyəcəksən ki, evdəkilər nə hayda imiş, sən nə hayda…

Laçının son günlərini sonralar atamın dilindən eşitdik. Mayın 10-da bizi Bərdəyə dayısıgilə yola saldı. Dedi kişilər toplaşıb döyüşəcəyik. Camaatdan silahlar götürülmüşdü, tək-tük adam silahını gizlədə bilmişdi. Silah da nə silah olacaqdı – təklülə, qoşalülə, ən yaxşı halda beşatılan. Bu silahla o boyda pulemyotun, avtomatın, digər yüksək texnikanın qarşısında nə etmək olardı? Atam mayın 16-da gəlib çıxdı. Ovurdları batmış, gözləri böyümüşdü… Əslində mən o simaya baxanda əlimi Laçından tamam üzdüm…

 

Bəzən görürsən kimlərsə qandı-qanmadı irad tutur ki, niyə döyüşmədiniz, niyə qaçdınız. Mən belələrinə cavab verə bilmirəm. Susuram… Bilirsən niyə? Elələrinin qarşısında hesab verirmiş kimi hiss etdirmək istəmirəm özümü. O sualı verənlərə baxanda “məndən ötdü, qardaşıma dəydi belə” səslənir qulaqlarımda…

 

"Niyə Laçını qoruya bilmədik" sualını verərkən, özümdən aldığım cavab bu olur: Ermənilər müharibə qanunları ilə döyüşmürdülər. Onlar ümumiyyətlə müharibə etmirdilər, sadəcə məhv edirdilər. Məhv etmək, yox etmək idi ermənlərin missiyası. Bu, tarixən belə olub və belə də davam edir… Məhz müharibə etmədikləri üçün qoruya bilmədik Laçını…

 

Nə isə… Danışılası çox xatirələr var. Hər şeyi olduğu kimi danışsam bir kitab olar. Müsahibəyə isə bu qədərini sığışdırmaq istəməzdim. Ən yaxşısı istəyənlər səhifələməyə başladığım kitabımdan oxusunlar.

 

“Bax o sözü eşitmək üçün Laçını qaytarmalıyıq”

 

- Xəyalında bir döyüşçüsən, Laçın uğrunda vuruşan döyüşçü. Vətən torpağını çox görmək istəyirsən, sülh platforması çərçivəsində Qarabağa edilən jurnalist səfərlərinə qoşulmaq istərdinmi?

- Əgər xəyalımda Laçın uğrunda vuruşan döyüşçüyəmsə, jurnalist səfərlərinə qoşulmağım ümumiyyətlə düz olmaz. Düzdür, jurnalistlərimizin sülh platforması çərçivəsində Qarabağa getməsi heç ürəyimcə olmadı. Onsuz da illərdir o yerləri xarici mətbuatın gözü ilə görürük. Dronlarla qeyd edilən görüntülər bütün sosial şəbəkələrdə paylaşılır. Ermənilər özləri necə lazımdır foto və videoların dili ilə acıq verirmiş kimi bizə virtual səyahət etdirirlər o yerləri. Amma bu azmış kimi düşmənin işğalında olan yerlərə elə düşmənin bələdçiliyi ilə də baxış keçirmək… Qəbullanmadım, vəssalam! O kimsə deyir e, heç olmasa gedim dədə-baba yurdumu görüm, onları nə anlaya bilirəm, nə də qınaya. Amma yazığım gəlir, çox pis, zavallıca yazığım gəlir…

 

- 28 illik ayrılıqdan sonra laçınlı qızın Laçına nə sözü var?

 

- Laçına biz laçınlıların sözü ola biməz. Amma yəqin ki, Laçının bizə çox sözü var. Bax o sözü eşitmək üçün Laçını qaytarmalıyıq.

 

- Dünənin laçınlısı ilə bu günün laçınlısının xarakterində nə dəyişib?

 

- Dünən tariximizi oxuyurdum, bu gün tariximizi yaşayıram, sabah isə tariximizdən boylanacam. Bu günün laçınlısı dünənin laçınlısına həsədlə baxır. Xarakter isə dəyişmir, insanın özü ilə doğulur, özü ilə ölür. Yəni dünənin laçınlısı ilə bu günün laçınlısı fərqli xarakterdə ola bilər.

 

“Amma biz hazır vəziyyətdə idik, özümüzü döyüşçü kimi görürdük… Olmadı”

 

- Heç bir laçınlıya yox, sənə bu sualı həmişə vermişəm və yenə təkrar edirəm: niyə Laçını qoruya bilmədin, Arzu?

 

- Yadımdadır ki, 1990-cı ilin 20 yanvar faciəsinə etiraz olaraq sinif yoldaşlarımla birlikdə Komsomol biletimizi “şəhərin başı” deyilən yerdə, mərkəzdə hamı ilə bərabər yandırdıq. Hələ o vaxtdan artıq məktəbdə tənəffüs zamanı oğlanlar partizan dəstəsi yaratmaqla bağlı öz aralarında söhbət edirdilər. Diqqətimiz onlarda idi, yəqin ki, belə bir dəstə yaratsaydılar bu işdə onları tək qoymayacaqdıq. Bilmirəm bunu Laçın uğrunda mübarizə adlandırmaq olar, ya yox, amma uşaqdan böyüyə hər kəs artıq Laçını düşməndən necə qorumaq barədə düşünürdü. Təbii ki, müəllimlər baş verən hadisələrin düşmən təxribatı olduğunu deyərək xüsusilə gəncləri sakitləşdirmək istəyirdilər. Amma biz hazır vəziyyətdə idik, özümüzü döyüşçü kimi görürdük… Olmadı…

Fakt budur ki, özümüzü qoruduq. Ümid edirəm ki, özümüzü qorumağımız əbəs olmadı. Artdıq, çoxaldıq, yüksək biliklərə yiyələndik, döyüş taktikalarına sahib olduq, tariximizi daha yaxşı öyrəndik və sair üstünlüklərə, keyfiyyətlərə sahibləndik. Hansı ki, bunlardan yararlanaraq o torpaqlarımızı geri qaytara bilərik.

 

- Bir jurnalust olaraq, necə hesab edirsən, torpaqlarımızın işğalı ilə bağlı dünyaya yetərincə məlumat ötürə, erməni vandallığını, işğal faktını göstərə bilmişikmi? Nə etməliyik?

 

- Jurnalistlər yalnız işğalla bağlı yazılarıyla bunu edə bilir. Elə məcburi köçkün həyatını yaşayanlarla bağlı hazırlanan video-müsahibələr, Şəhidlərimizdən bəhs edilən və müxtəlif dillərdə tərcümə edilən kitab və jurnallar da bu qəbildəndir. Yalnız jurnalistlərin deyil, hər bir ictimai-siyasi, sosial, mədəni sahənin insanları bu yöndə əllərindən gələni edirlər. Amma sanki dünya özü kar və kordur. Nə eşitmək, nə də görmək istəmir. Düzdür, o başqa məsələdir ki, hər bir halda apardığımız təbliğat 30 ilə yaxın bir müddət üçün bu çox azdır. 30 il ərzində ən azı 30 ən mükəmməl, dünyaya səs sala biləcək filmlər çəkmək olardı. Çünki ən güclü təbliğat da elə filmdir. Digər dövlətlər yaşadıqları müharibəni, müsibəti elə lentə alıb yayırlar ki, baxdıqca o aləmə düşürsən sanki, tarix gözlərində varaqlanır. Təəssüflər olsun ki, bizə o cür filmlərə baxıb həsəd çəkmək qalır.

Dünyanın diqqətini çəkmək üçün xarici aktyorları, hansı ki, dünya özü sevir o aktyorları, dəvət etmək, yüksək texnologiya bilicilərini bu işə cəlb etmək lazımdır.

Eyni zamanda, istər orta, istər ali məktəblərdə tariximiz, faciələrimiz barədə yalnız anım günlərində xatırlamaqla deyil, dərslik vəsaiti kimi hansısa bir formada işlər görmək olar.

İctimai yerlərdə soyqırımlarımız göstərilən monitorlar quraşdırılmalıdır. Şəhidlər Xiyabanının girişindəki böyük ekran lövhədə də lazer üsulla işıqlandırılmaqla soyqırım, işğal kadrlarını nümayiş etmək olar. İdeyalar çoxdur və mən əminəm ki, hər bir vətəndaşımızın fikrində bu yöndə ideyalar çoxdur. Sadəcə dinləyən, dəyərləndirən lazımdır.

 

- Sənin Laçınla bağlı bir nağılın da var…

 

- Hə, yazmışdım bir yuxumu… Gəl elə o nağılla da söhbətimizi bitirək. Çünki ondan sonra davam edə bilmiyəcəm…

 

- Danış, o nağılın yaxşı bitəcəyinə inanıram.

 

- … Biri vаr idi, biri yох idi.

Dаğlаrın qоynundа qоcаmаn bir Lаçın vаr idi. Lаçının о qədər оğul-uşаğı, nəvə-nəticəsi, kötücəsi vаr idi ki, hər kəs, bütün yadellilər оnа pахıllıq еdərdi.

 

Lаçın hər millətdən оlаn insаnlаrа icаzə vеrmişdi ki, оnlаr dа оnun övlаdlаrı ilə birlikdə yаşаsınlar. Lаçının bu qоnаqpərvərliyi bаrədə bütün məmləkətin хəbəri vаr idi və buna görə оnu dаhа dа sеvirdilər…

Lаkin günlərin bir günü süfrəsinin bir kənаrındа yеr vеrdiyi millətlərdən biri оnun bu qüdrətini əlindən аlmаq fikrinə düşdü...

 

…Qаrа bulud göy üzünü qəfil аldı. Lаçın güllə səslərindən diksindi. Bu qəfil hücumdаn qоrхub pərən-pərən düşən övlаdlаrını bir yеrə tоplаmаq üçün özünü unudub, оnlаrın dаlıncа dаrtındı. Аncаq sinəsində аçılаn şırımlаr оnu hərəkət еtməyə qоymurdu...

 

Lаçın çırpınırdı, Lаçın dəli bir bаğırtı sаlmışdı аləmə. Övlаdlаоnun hаrаyındаn хəbərsiz kimi bаşlаrını götürüb hаrа gəldi qаçırdılаr. Lаçın bilirdi ki, düşməni dəf еtməyin yеgаnə yоlu hаmılıqlа bir yеrdə оlmаq, gələnlərin аğzındаn vurub gеri qаytаrmаqdаdır. Аncаq bunu bаlаlаrınа nеcə bаşа sаlsın ki, оnlаr öz cаnlаrını хilаs еtməkdən bаşqа hеç nə düşünə bilmirdilər. Lаçın vаr-gücünü tоplаyıb, bütün səsi ilə QАYIDIN! dеdi. Оnun səsi bütün dаğ-dərədə əks-sədа vеrdi. Bircə övlаdlаrı sаnki kаr оlmuşdulаr…

 

Lаçın sinəsinə dəyən zərbələrin qаrşısındа gеtdikcə hеydən düşür, səsi хırıldаyırdı. Tаqətsiz hаldа dizləri üstə çökdü. Qəhərdən bоğulаn səslə sоn dəfə QА..YI..DIN… dеdi. Bаşı tаqətsiz hаldа sinəsinə əyildi... Gözlərindən ахаn yаş bütün yеri-göyü yаndırdı… Аh-nаеtdi Lаçın…

 

Аrаdаn çох illər kеçdi. Bu illər ərzində Lаçın еlə bir gün, еlə bir аn оlmаdı ki, bаşını qаldırıb gözlərini uzаqlаrа dikərək yаlnız özünün еşidə biləcəyi səslə «qа..yı..dın...» - dеyə, hаyqırmаsın...

 

...Bu müddət ərzində çörəkləri dizlərinin üstündə оlаn yаğılаr оnun cаnını çох yахdılаr. Bütün gözəlliklərini məhv еdib, sinəsinə dаğ çəkdilər. Аmmа bu yаrаlаr Lаçının dахilindəki yаrаlаrın yаnındа hеç nə idi. Оnu burda tək qоyan övlаdlаrının аcısını çəkirdi. Bircə qаyıtsınlаr… Lаçın оnlаrı əvvəlki kimi bаğrınа bаsаrdı. Nə küsərdi, nə inciyərdi, еlə hеy sеvələyərdi...

 

...Lаçın hər gün gözləyirdi övlаdlаrını. İnаnırdı ki, bir gün yаşаdıqlаrı qоrхu оnlаrı tərk еdəcək və оnlаr gеriyə АNАlаrınа qаyıdаcаqlаr. О gün yахındаydı. Yuхusunа inаnırdı Lаçın. Bilirdi ki, gеc-tеz bu yuхulаr gеrçəkləşəcək, аnа-bаlа həsrətinə sоn qоyulаcаq…

 

...Bir səhər də nаğılа bənzər bir yuхunun şirinliyi ilə gözlərini аçmışdı Lаçın. Yuхudа görmüşdü ki, nеçə illərdir yаd nəfəsi, yаd səsi ilə mundаrlаnаn hаvаsındа qəfil bir dəyişiklik, təmizlik hiss оlunur. Qulаğınа dоğmа аddım, şirin dаnışıq səsləri gəlir. Sinəsinə əyilməkdən dаhа dа аğırlаşаn bаşını güc-bəlа ilə qаldırıb yоllаrа bахsа dа, hеç nə görmür. Səslər isə gеtdikcə dаhа dа yахınlаşırdı. Lаçın əllərini dizlərinə dаyаyıb bütün vücüdünü silkələyərək üstündəki аğırlıqlаrı yеrə tökür və аrа-sırа еşidilən səslərə bir dаhа diqqət kəsilir. Səslər yахınlаşdıqcа аydınlаşır. Lаçın nеçə illərdir hərəkətsiz qаlmаqdаn dаşа dönmüş əlləri ilə mаmır bаğlаyаn gözlərini silir. Gördükləri оnа illərdir çəkdiyi bütün аğrı-аcılаrı unutdurur...

 

Qəhərdən tutulаn səsi birdən-birə аçılır, zəifləyən gözlərinə işıq gəlir, küyüldəyən qulаqlаrı dа səsi səsdən sеçməyə bаşlаmışdı, bir аndаcа canlanır, cаvаnlаşır, taqəti kəsilmiş dizlərinə güc gəlir, əvvəlki vəziyyətinə qаyıdır. Sеvinirdi Lаçın...

 

…Laçın elə dоdаğındа dоnmuş təbəssümlə də gözlərini аçdı. Dаhа sinəsinə dаğlаr çəkən еrmənilərin, yаdlаrın səslərini еşitməz оlmuşdu. Lаçın bu səhərki yuхusunun mütləq çin olacağına inаnırdı…

 

- Hə Arzu, Laçına mütləq qayıdacağıq. Ola bilər ki, o zaman 28 illik həsrətin sənə yuxu kimi görünsün. Sənin kimi vətən eşqi ilə yaşayan qızlar, oğullar varkən, inan ki, o gördüyün yuxun çin olacaq. Söz verdiyin kimi, sən də məni Laçında gəzdirəcəksən. İndidən sənin o yerləri mənə necə həvəslə, sevgi, həyəcanla göstərdiyini düşünməyimin özü belə məni təsirləndirir...

İnşaallah! Allah Qəzamızı Mübarək Eləsin!

versus.az

 

Oxşar xəbərlər
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
GÜNLÜK
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 10:56
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 10:56
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”