“Bu yaramazlar icra hakimiyyətlərini bankomata çevirib, YAP biletlərini də rüşvət kartlarına...” 
Oxunub: 4720
19 May 2020 | 13:43
“Bu yaramazlar icra hakimiyyətlərini bankomata çevirib,  YAP biletlərini də rüşvət kartlarına...” 
“Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, ilk Milli Məclisin deputatı  kimi mənim üçün çox ağır və dözülməzdir ki, bu rüşvətxor və korrupsioner şəbəkə ucbatından dövlətçiliyimizə belə  zərbələr vurulur. Bəli,  rüşvətxorların aşkar edilib cəzalandırılması inzibati orqanların, güc və təhlükəsizlik strukturlarının bilavasitə vəzifəsi və borcudur... Amma  təəssüf ki, son hadisələr onu göstərir ki,  artıq elə bir vəziyyət yaranıb, bu yaramaz rüşvətxor və korrupsionerlər icra hakimiyyətlərini bankomata çevirib, YAP biletlərini də rüşvət kartlarına... Buna dözmək olmur. Şəxsən YAP-da əməyi olan, minbir zülm və əziyyətlə bu partiyanı yaradanlardan biri kimi mən buna dözə bilmirəm...”

 Bu fikirləri Moderator.az-a açıqlamasında 1990-cı illərin əvvəllərində icra hakimiyyəti başçısı vəzifəsində çalışmış, Yeni Azərbaycan Partiyasının fəal qurucularından biri, sabiq deputat Maksim Musayev son günlər ölkədə icra başçılarının və digər vəzifəli məmurların korrupsiyaya qurşanmasıyla bağlı  geniş müzakirə olunan məsələlərə münasibət bildirərkən söyləyib.   

“Vaxtilə mən də rayon rəhbəri olmuşam.  Tale elə gətirdi ki,  Heydər Əliyev Azərbaycan KPMK-nın birinci katibi olduğu dövrdə - 1982-ci ilin aprelində sonuncu rayon 1-ci katibi kimi mənim əmrimi verdi – Qax rayonuna rəhbər göndərdi... İlk Prezident  Ayaz Mütəllivovun dövründə də birinci katib işlədim, sonra isə yenə icra başçısı. Elçibəy hakimiyyəti dövründə isə cəmi 6 ay həmin vəzifədə qaldım. Hər iki prezidentlə birgə işlədik... 

Onu  da deyim ki,  mən Elçibəy hakimiyyətinə müxalifətdə olmuşam. Özü də qatı müxalifətdə. Bir-birimizin gözündə tük axtarırdıq...  Amma istər Ayaz Mütəllibovun rəhbərliyi, istərsə də Elçibəy dönəmində biz rüşvət barədə düşünə bilməzdik. Heç bu haqda fikirləşmək mümkün deyildi. Biz o qədər halal və təmiz işləmişik ki, indi buna inanmazlar ki, belə təmiz də işləmək olar... 

Keçmiş rayon rəhbəri sovet dövründəki  rayon partiya komitəsinin  1-ci katibliyi və hazırkı icra başçılığı vəzifələri arasında müqayisəli təhlil də aparıb və  o illərdə 1-ci katiblərə, eləcə də digər məmurlara qarşı partiya nəzarətinin ciddi tətbiq edildiyini vurğulayıb:

“Soruşa bilərsiz ki, sovet dövründəki raykom birinci katibliyi ilə indiki icra baçılığı vəzifələri arasında hansı fərqli cəhətlər var.  Hər iki dönəmdə rayon rəhbəri işləmiş şəxs kimi deyə bilərəm ki,  o dövrdə rayon  1-ci katiblərinin səlahiyyətləri xeyli üstün idi.  İlk növbədə o strukturda  xüsusi cəza metodları var idi. Kommunistlərin cəzalanması halları mərhələ- mərhələ icra edilirdi: şifahi xəbərdarlıq, yazılı töhmət, şiddətli  töhmət və partiyadan xaricedilmə...  Bu cür partiya cəzaları vəzifəlilər üçün ciddi siqnal idi ki, siz artıq işdən qovulma və həbs olunma astanasındasınız...  Hazırkı icra hakimiyyətlərinə gəldikdə, burada  həm tələbkarlıq azdır, həm də hesabat tələb olunmur. Halbuki,  raykom 1-ci katibləri ildə iki dəfə hesabat verirdilər. Və həmin hesabat həm aşağı, həm də yuxarı səviyyələrdə qiymətləndirilirdi... 

Bir neçə dəfə hesabat verən, məruzə edən keçmiş birinci katib kimi bir məqamı da xatırlada bilərəm.   O vaxt həm Moskvanın, həm də Bakının tələbi idi ki,  hesabat məruzəsində bir neçə dəqiqə Moskvanı, sonra Bakıdakıları tərifləməli idin, sonra öz yaxşı işlərini tərifləməli, daha sonra isə çıxışının 15-20 faizini tənqidə həsr etməli idin.  Nöqsanların araşdırılması, həmin nöqsanların yaranmasında təqsirkarlar, hansı nəticələr çıxarılması və təqsirkarlar haqda hansı tədbirlərin görülməsi barədə danışmalı idin. Bax, bu məqam  xeyli  şərait yaradırdı ki, rayon rəhbərlərinin özləri ilə yanaşı, idarə müdirləri, kolxoz sədrləri və s. bir az özlərini yığışdırıb tamahlarına “dur” desinlər...   

Həm sovet dönəmində, həm də müstəqillik illərində rüşvət verərək “irəli” getməyə, “yeyib-dağıtmağa” vərdişkarlar rayon rəhbərləri ətrafında fır-fır fırlanıb gözə girmək üçün məqam axtarırdılar.  Vəzifəyə  qədəm qoyduğun ilk günlərdə işə gələndə baxırsan ki, belə üzdəniraq işbazlar qəbul otağında düzləniblər. Guya bunlar  hansısa konkret işi müzakirə etmək üçün gəliblər. Halbuki, bir neçə kəlmə işdən danışandan sonra  keçirlər, “əsas” mövzuya ki, bəs filankəs müəllim, qonaq-qaranız olur, uşaq oxudursunuz, bəlkə... Bu halda çox ustalıqla onları qovmalısan.  Əgər tamahına “dur” deməsən, bir də ayılacaqsan ki, belələri hamısı boynuna miniblər. Ailən də, uşaqların da biabır oldu, sonra da damğa vuruldu sənə və türməyə düşdün...  

Bir maraqlı epizodu da xatırladım. Rüşvətxorlar rayon başçısının kabinetindən çıxandan sonra aralarında müzakirə aparırlar: “Ə, nə oldu bir şey verə bildinmi? Nəyə “gedir”? Pula “gedir”, qızıla “gedir”, qonaqlığa “gedir”, yaxud eşqbazlığa “gedir”?.. Biri cavab verir ki, əşşi bu, pula “getmədi”. O birisi də deyir ki, get, gör bir bahalı üzükdən-filandan hədiyyə eləməyə çalış və s...  

Bir sözlə, elin gözü tərəzidir.  Vəzifədə  heç nəy gizlədə bilməzsən. Bir dənə qoçaqlığın o olar ki, tamahına qalib gələ biləsən. Bunu edə bilməsən, Aşqabad batan kimi batarsan, necə ki, indi yaxalanan başçılar batır...

Özü də indi elə zamandır ki,  nəinki cibindəki pulu, danışdığın sözü, aldığın nəfəsi, hətta beynindəki fikirləri də gizlətmək olmur. İnternet, texnologiya əsridir...  Görün, bu icra başçıları nə qədər savadsız imişlər ki,  bu məqamı da nəzərə almayıblar...”  

Maksim Musayev icra başçıları və digər yüksək vəzifəlilərin rüşvətxorluğa, dələduzluğa qurşanmasının əsas səbəblərinə də toxunub:

“Bu rüşvətxor başçıların bu günə düşməsində yalnız özləri təqsirkar deyillər. Əvvəla, onların aylıq maaşları çox aşağıdır. Hədsiz dərəcədə... Əgər icra başçılarına 5-10 min manat maaş versələr, bəlkə də çoxları girişməzdi bu çirkin əməllərə...

Yadımdadır ki,  1991-ci ildə   o vaxtkı Prezident Ayaz Mütəllibov tərəfindən yenicə yaranan icra hakimiyyətləri barədə 6 ay müddətinə təsdiqlənmiş.əsasnamədə yazılmışdı ki,  maaşlar rayonların əhalisinin sayına uyğun olaraq müəyyən edilir. İndi də  bütün bunları nəzərə almaqla icra başçılarının maaşları dəfələrlə qaldırılmalıdır...”

"Açığı deyim ki, bu məsələlər o qədər ağırlaşıb ki, ölkəmizin içəridən çürüməyə getməsi hiss olunur. Burada təqsirkar mən yalnız müvafiq dövlət strukturlarını deyil, partiyanın yaradıcılarından biri kimi,  YAP-ın İdarə Heyəti və Siyasi Şurası üzvlərini də təqsirkar görürəm, onlar da ciddi məsuliyyət daşımalıdırlar...  

Mən Moderator.az redaksiyasından təkidlə xahiş edirəm ki, bu fikirlərim olduğu kimi verilsin... Çünki tənqid və özünətənqid olmasa, cəmiyyət, ölkə, dövlət inkişaf edə bilməz... Qoy kimlərsə, mənim sözlərimdən inciyib ora-bura yozmaq əvəzinə, konkret nəticələr çıxarıb işlərində kəskin dönüş yaratsınlar... 

Neçə illərdir bunlar fəxrlə məlumat verirlər ki, partiyamızın  700 min üzvü var. Budurmu sizin  partiya üzvləri ilə gördüyünüz işlərin nəticəsi?  1992-1993-cü illərdə biz  heç bir ciddi maliyyə bazası-filan olmadan cəmi-cümlətanı   150 nəfərlə hakimiyyət dəyişikliyinə nail olduq.  Bəs sizin 700 minlik partiya üzvləri arasından  bu rüşvətxor dəstəsi necə peyda olub ortaya çıxıb? Hanı sizin siyasi, ideoloji maarifləndirmə, tərbiyə işləriniz?..   

Sizlərin hazırda özünüzün,  rayon şöbələrinin  qərargahlarının kabinetlərinə girirsən, adam heyran qalır... Mən Kremldə də  olmuşam, orda da belə yüksək səviyyəli dəm-dəsgah  görməmişəm.  Prezident, dövlət şərait yaradıb, zəhmət çəkin, işləyin də...  Yoxsa yalnız kefə, eyş-işrətə baxmaqdı sizin məqsədiniz? Bu minvalla ölkəmizin o ağır günlərində minbir əziyyətlə yaradılmış partiyanı pis vəziyyətdə qoyursunuz axı...  Ona görə də dözmək olmur bunlara... Kimsə yaxşı iş görməyib qürrələnəndə adama çox pis təsir edir...  Budurmu sizin gördüyünüz işin nəticəsi?  Yaxşı iş olanda qürrələnərsiniz, bir balaca pis işlə rastlaşanda, niyə belə olmasının səbəbini soruşanda  cavab verirsiz ki, cənab Prezidentin tapşırığını gözləyirdik. Məgər əliəyri, tamahkar partiya üzvlərinə doğru yol  göstərmək üçün  cənab Prezidentin birbaşa göstərişinə, tapşırığına ehtiyac var. Bəs sizlərin şəxsi vicdanı, partiya, dövlət qarşısındakı məsuliyyəti harada qaldı?.. Məgər cənab Prezidentin vaxtı, imkanı var ki, hər rayonda hansısa icra başçısının, digər rəhbər məmurun nə işlə məşğul olduğunu, kimdən nə verib-aldığını görə bilsin? Bunları sizin nəzarət etdiyiniz mərkəzi aparat və rayon şöbələri  bilməlidir. Axı, demək olar ki, bütün icra başçıları, nazirlər, digər yüksək vəzifəli məmurların hamısı YAP üzvləridir.  Bunların işlərinə partiya tərəfindən nəzarət olunmalı, nöqsanları, günahları müəyyən edilməli,  cinayətə meyl edənlər bundan çəkindirilməli, yeri gələndə partiya cəzaları tətbiq edilməlidir... Prezident Administrasiyasının şöbələri düzgün işləmir, heç olmasa, partiyanın şöbələri işləsin... İkincisi də Administrasiyanın əsas əməkdaşlarının sayı, uzağı, 150-200 nəfər olar. Axı partiyanın 700 minədək üzvü var. Sovet dövründə Azərbaycanda      Kommunist Partiyasının  400 mindən artıq üzvü olmazdı... 

Bu biabırçılıqları mən  YAP-a da, Azərbaycan dövlətçiliyinə də ağır zərbə, ləkə hesab edirəm. Bunu   müstəqil dövlət  quruculuğumuzda erroziya faktı kimi dəyərləndirmək olar. Bunlar Konstitusiya əleyhinə cinayətdir. Beynəlxalq aləmdə Azərbaycanı nüfuzdan salmaqdır. Daha bundan artıq nə olmalıdır ki,  YAP-ın rəhbər üzvləri nəticə çıxarsın. Və əgər Siyasi Şurada və İdarə Heyətində qeyrətli  oğullar varsa,  onlar istefa verməlidirlər ki, xalqın və bizim kimi partiya qurucularının ürəyi soyusun. Bu, partiya üçün fövqəaladə vəziyyət deməkdir... 

Bəzi rəhbər YAP üzvləri deyir ki,  hardadır prokurorluq, digər dövlət qurumları, niyə vaxtında tədbir görmürlər bu rüşvətxorlar haqda. Sual olunur ki, bəs siz hardasınız, niyə üzvləriniz haqda vaxtında tədbir görmürsünüz? İkincisi də imkan verirsiz ki, prokurorluq, digər orqanlar qaydasında işləsin.  Bir sözlə,  partiya rəhbərliyi məsuliyyətdən yaxasını heç cür kənara çəkməməli, heç olmasa, bundan sonra təcili tədbirlər görməlidir... 

Eyni zamanda mən bu günədək  işsiz qalan  YAP-ın ilk Siyasi Şurasının üzvlərindən, təcrübəli, qocaman sıravi üzvlərindən də inciyirəm.  Onlar da  öz qəti etirazlarını bildiriməlidirlər qurulması üçün əzab-əziyyət çəkdikləri partiyanın üzdəniraq üzvlərinin  bəhs etdiyimiz yaramaz əməllərinə qarşı... 

Bu məsələyə heç kəs laqeyd qalmamalıdır. Bir daha təkrar edirəm, bu, xalqımızın, dövlətimizin, bizim nəvələrimizin, nəticələrimizin gələcəyinə vurulan ən ağır zərbədir...” – deyə Maksim Musayev təəssüf hissi ilə fikirlərini tamamlayıb.

Sultan Laçın

Oxşar xəbərlər
N.Tusi adına Klinika
01:47, Bu gün
Paytaxt sakinləri zəlzələyə hazırdırmı? - SORĞU + VİDEO
01:42, Bu gün
Meksikada 5,8 maqnitudalı zəlzələ olub
01:41, Bu gün
İsrail ordusu Livanda “Hizbullah”ın hədəflərinə yeni hava zərbələri endirib
01:20, Bu gün
“Separatçı rejimin ləğvilə sülh müqaviləsi qarşısında duran əngəl aradan qaldırılıb” - FOTO
01:12, Bu gün
Erməni əsirliyindən azad ediləcək Aqşin Bəbirovun atası: “Sevincimizin həddi-hüdudu yoxdur” - VİDEO
01:09, Bu gün
Ukraynaya yardım pul xərcləmək üçün yaxşı fürsətdir - Stoltenberq
00:59, Bu gün
Toyundan bir gün sonra qadın köpək balığının hücumuna məruz qalıb...
00:53, Bu gün
İki başlı doğulan buzov hər kəsi şoka salıb
00:42, Bu gün
Bakıda keçirilən beynəlxalq “Təhsil” turnirində beş çəkidə qaliblər bəlli olub - FOTO
00:40, Bu gün
Sumqayıtda niyə marşrut problemi yaşanır? - VİDEO
00:27, Bu gün
İspaniya kəşfiyyat əməkdaşlarına rüşvət verən ABŞ diplomatları ölkədən qovulub
00:20, Bu gün
Borel Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb: “Bu mühüm siyasi addımdır”
00:18, Bu gün
Ermənistanda hərbi əsirlikdə olan Hüseyn Axundovun anası: "Onun azad olunacağına inanırdım"
07 Dec 2023 | 23:55
"Azərbaycan dünyada İsraili dəstəkləyən yeganə müsəlman ölkəsidir" - İsrailin "Vesty-Ynet" nəşri
07 Dec 2023 | 23:54
Almaniya 2024-cü ilin büdcəsini razılaşdıra bilməyib
07 Dec 2023 | 23:45
Netanyahu Beyrut və Livana ciddi xəbərdarlıq etdi - FOTO
07 Dec 2023 | 23:41
Erməni əsirliyindən azad ediləcək Hüseyn Axundovun anası sevinc göz yaşlarını saxlaya bilmədi - VİDEO
07 Dec 2023 | 23:32
Litvanın hazırkı prezidenti ikinci müddətə seçilmək niyyətindədir
07 Dec 2023 | 23:24
"Yalı çapkını"nın aktyoru yeni serialda - Foto
07 Dec 2023 | 23:23
XİN başçısının müavini səudiyyəli həmkarını Azərbaycanın sülh təşəbbüsləri barədə məlumatlandırıb - FOTO
07 Dec 2023 | 23:22
Baydenə qarşı impiçment üçün qətnamə təqdim olundu
07 Dec 2023 | 23:14
Norayr Demirci vəfat etdi
07 Dec 2023 | 23:10
Günaydan Elnura hədiyyə - Fotolar
07 Dec 2023 | 23:05
Erməni əsirliyindən azad ediləcək Azərbaycan hərbçilərinin adları açıqlandı - VİDEO
07 Dec 2023 | 23:04
Paşinyan hərbi əsirlərin azad olunmasını şərh etdi - FOTO
07 Dec 2023 | 23:02
Gürcü politoloq: Əsirlərin dəyişdirilməsi Azərbaycanla Ermənistan arasında münasibətlərdə yeni səhifədir
07 Dec 2023 | 23:01
Erməni əsirliyindən azad edilmiş Aqşin Bəbirovun anası: “Biz ölmüş anaları diriltdilər” - FOTO
07 Dec 2023 | 22:58
"Çinin sabiq XİN rəhbəri işgəncələrdən və ya intihardan dünyasını dəyişib" - "Politico"
07 Dec 2023 | 22:47
Şəkidə iki nəfəri sahibsiz it dişləyib
07 Dec 2023 | 22:45
Azad ediləcək erməni hərbçilər arasında Azərbaycan xalqına qarşı cinayətlər törətmiş qondarma rejim başçıları yoxdur
07 Dec 2023 | 22:44
ABŞ İrana “hərbi siqnal” göndərə bilər
07 Dec 2023 | 22:42
Almainya səfiri: Azərbaycan və Ermənistan tərəfindən atılan bu cəsarətli addımı alqışlayırıq
07 Dec 2023 | 22:41
Ermənistan XİN-in rəhbəri ABŞ-da Azərbaycan tərəfi ilə görüşə hazır olduğunu bildirib
07 Dec 2023 | 22:40
İsrail nazirinin oğlu döyüşdə həlak olub
07 Dec 2023 | 22:25
Ermənistan XİN başçısı Lui Bono ilə görüşüb
07 Dec 2023 | 22:23
Şarl Mişel: Ermənistan-Azərbaycan birgə bəyanat yayaraq münasibətlərində böyük irəliləyiş əldə etdi
07 Dec 2023 | 22:22
Pentaqon Rusiya və Çinlə münaqişə üçün peyk sistemini sınaqdan keçirdi
07 Dec 2023 | 22:21
Şimali Koreya qaçaqmalçılıq ittihamlarına görə İsveçrədəki səfirini geri çağırıb
07 Dec 2023 | 22:07
Hadrut istiqamətində aparılan antiterror tədbirləri zamanı həbs edilmiş şəxslərin SİYAHISI
07 Dec 2023 | 22:00
İsrail Ordusu HƏMAS-ın yüksək rütbəli kəşfiyyatçılarının məhv edildiyini açıqlayıb
07 Dec 2023 | 21:57
Rəşad Nəbiyev İraqın Baş nazirinin müavini ilə SOCAR-la əməkdaşlığın genişləndirilməsini müzakirə edib
07 Dec 2023 | 21:43
Qaxda kişi siçan əleyhinə dərman içdi
07 Dec 2023 | 21:39
"Tarix azadlıq uğrunda mübarizədən yayınanları ciddi mühakimə edəcək" - Bayden
07 Dec 2023 | 21:34
Türkiyənin XİN başçısı ABŞ-yə səfər edəcək
07 Dec 2023 | 21:30
Qəzza zolağında ölənlərin sayı 17 mini keçib
07 Dec 2023 | 21:21
Azərbaycan səfiri Mərakeşin İqtisadi inkluzivlik, kiçik biznes, məşğulluq və bacarıqlar naziri ilə görüşüb
07 Dec 2023 | 21:17
"Zəlzələ şəhərin bu rayonlarını çökdürə bilər!" - Seysmoloqdan ŞOK xəbərdarlıq - VİDEO
07 Dec 2023 | 21:12
Ermənistan  Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb
07 Dec 2023 | 21:07
Azərbaycanla Ermənistan arasında razılıq əldə olunub - RƏSMİ
07 Dec 2023 | 21:02
Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb - SON DƏQİQƏ!
07 Dec 2023 | 21:00
FHN köməksiz vəziyyətdə qalan bir nəfər yeniyetməni xilas etdi
07 Dec 2023 | 20:57
İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər dünya mediasının gündəmində
07 Dec 2023 | 20:51
İran Prezidenti: “Beynəlxalq təşkilatlar öz effektivliyini itirib”
07 Dec 2023 | 20:46
Elcan Rəsulov: “Arvad paltarında oturub şor satırdım” - VİDEO
07 Dec 2023 | 20:43
Rəisi: “Rusiya ilə İran arasında əməkdaşlıq yaxşı inkişaf edir”
07 Dec 2023 | 20:34
“Mançester Yunayted” üç futbolçu ilə yollarını ayıra bilər - FOTO
07 Dec 2023 | 20:34
"Rusiyada prezident seçkilərinin tarixi müəyyən edilib, Putin hələ ki, susur..."
07 Dec 2023 | 20:31
Səudiyyə Ərəbistanında qırıcı təyyarə qəzaya uğrayıb
07 Dec 2023 | 20:30
"Time" jurnalı "İlin adamı"nı açıqlayıb: bu, nə "Barbi", nə də Putindir
07 Dec 2023 | 20:20
Mina problemi ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlanıb
07 Dec 2023 | 20:15
Ölkə gəncləri arasında “100 könüllü əməl” adlı kampaniya keçirilir
07 Dec 2023 | 20:13
Milli fəal dəfn mərasimində həbs edilib - FOTO
07 Dec 2023 | 20:07
Putin: “Moskva ilə Tehran arasında ticarət dövriyyəsi 5 milyard dollara çatıb”
07 Dec 2023 | 20:00
Bu Universitetin iki dekanı vəzifəsindən azad olunub
07 Dec 2023 | 19:55
"Aralıq dənizi hövzəsində yaşıl keçid üçün parlament fəallığı lazımdır" - Azay Quliyev
07 Dec 2023 | 19:45
Azərbaycan dəmir yollarının modernləşdirilməsinə böyük sərmayələr yatırır
07 Dec 2023 | 19:42
"Mən bu dünyaya kometlə gəlmişəm" - Dahilərin QƏRİBƏLİKLƏRİ
07 Dec 2023 | 19:40
Bakıda Qərbi Azərbaycandan olan rəssamların əsərlərindən ibarət sərgi açılıb
07 Dec 2023 | 19:37
DİQQƏT!: Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
07 Dec 2023 | 19:34
Qardaşı şəhid oldu, barəsində cinayət işi açıldı - Təranə Qumral haqqında maraqlı faktlar
07 Dec 2023 | 19:30
Rusiya və İran prezidentlərinin görüşü baş tutub - VİDEO
07 Dec 2023 | 19:29
Çay evində FACİƏ: Çay içəndə öldü
07 Dec 2023 | 19:20
Danimarka parlamentində Quranın yandırılmasını qadağan edən qanun qəbul olunub
07 Dec 2023 | 19:15
Aİİ və İran tezliklə azad ticarət sazişi imzalayacaq
07 Dec 2023 | 19:14
Bakıda İlk Yaradıcı Psixologiya Simpoziumu keçiriləcək
07 Dec 2023 | 19:12
Yataqxanalarda israf olunan sulara kim nəzarət etməlidir? - VİDEO
07 Dec 2023 | 19:02
Azərbaycan-İran münasibətləri düzəlir? - rəylər
07 Dec 2023 | 19:00
İranlı kəşfiyyatçının qızının güney azərbaycanlılara qarşı təxribatının üstü açıldı - FOTO
07 Dec 2023 | 18:58
Musiqili Teatrda qəribə yubiley tamaşası – “Qorxma, biz səninləyik!”
07 Dec 2023 | 18:55
7,3 maqnitudada zəlzələ baş verdi
07 Dec 2023 | 18:46
UNESCO "Yallı, Naxçıvanda ənənəvi qrup rəqsləri”nin Təcili Qorunma Siyahısında saxlanmasına qərar verib
07 Dec 2023 | 18:45
Maşının seriya nömrəsinə müdaxilə edən sürücü məsuliyyətə cəlb olundu - FOTO
07 Dec 2023 | 18:40
Piyada keçidlərindən istifadə etməyənlərlə bağlı tədbir görüldü - FOTO
07 Dec 2023 | 18:38
Sürücülərin DİQQƏTİNƏ! Maşınların üzərinə belə yazılar yazmayın – VİDEO
07 Dec 2023 | 18:35
Naftalan şəhərində keçirilən aksiyada cəmi 4 müraciət ünvanlandı
07 Dec 2023 | 18:35
Azərbaycanın qadınlardan ibarət badminton millisi Şotlandiyaya uduzub
07 Dec 2023 | 18:33
“O jurnalistin evində həbs olunması əməliyyatını mən pozdum... İndi vicdanım rahatdır...”
07 Dec 2023 | 18:32
Zooparkdakı qəfəsdə insan cəsədi tapılıb
07 Dec 2023 | 18:24
Evin döşəməsi çökdü bir nəfər komadadır
07 Dec 2023 | 18:23
Məşhur supermarketlər şəbəkəsinin milyonlarla vergi borcu var - Aydın Talıbovun ağlagəlməz borcu
07 Dec 2023 | 18:18
Ceyhun Bayramov Yaponiya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
07 Dec 2023 | 18:17
"Arvadıma icazə verirəm mənə xəyanət eləsin, buna çox yaxşı baxıram"
07 Dec 2023 | 18:10
"Qarabağ"ın rəqibinin futbolçusu: "Avropa Liqasında xalsız qalmaq istəmirik"
07 Dec 2023 | 18:10
Azərbaycanda dənizçilik sahəsində xidmətlərə görə yeni rüsumlar müəyyənləşir
07 Dec 2023 | 18:09
KİV: "Ukraynaya yardımın həcmi minimal həddə düşüb"
07 Dec 2023 | 18:07
Türkiyə ilə Yunanıstan arasında Afina Bəyannaməsi imzalandı
07 Dec 2023 | 18:05
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin say həddi müəyyənləşib
07 Dec 2023 | 18:04
Kivanın qətlinin versiyaları: "Kiyev, Zelenski və ya Budanovla Avakov..."
07 Dec 2023 | 18:02
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şəmkirdə vətəndaşları qəbul edəcək
07 Dec 2023 | 17:55
DİM-də şəhid övladları ilə görüş keçirilib - FOTOLAR
GÜNLÜK
07 Dec 2023 | 08:20
Bakıda 5 bal gücündə zəlzələ oldu...
07 Dec 2023 | 09:10
“Həyatımda bir kişi var, həbsxanada olanda təklif etdi ki...”-FOTO
07 Dec 2023 | 14:12
Şuşada keçmiş erməni postu ərazisində mina partlayıb, xəsarət alan var, araşdırma aparılır - YENİLƏNİB
07 Dec 2023 | 08:48
Zəlzələ metroda belə hiss olundu
07 Dec 2023 | 12:04
“Tamaşaçının zövqünü niyə korlayırıq?!” – Əməkdar artist
07 Dec 2023 | 21:07
Azərbaycanla Ermənistan arasında razılıq əldə olunub - RƏSMİ
07 Dec 2023 | 09:33
“Həyatımda 5 insan var ki, onları heç vaxt bağışlamayacam”-FOTO
07 Dec 2023 | 08:43
Zəlzələdən necə qorunaq?
07 Dec 2023 | 07:45
“Reyqan öz partiyasının Putinə at oynatmağa yol verdiyini görsəydi, məzarda çevrilərdi...”
07 Dec 2023 | 11:00
Bakıdakı zəlzələ anı televiziyanın canlı efirində - VİDEO
HƏFTƏLİK
06 Dec 2023 | 19:20
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib
05 Dec 2023 | 19:55
Canlı yayımda şok hadisə: "Yalan deyir, mən onun əri olmamışam"
02 Dec 2023 | 08:55
"Daxili işlər naziri  vəzifəsindən azad edilməlidir... -Rusiya casusudur..."
05 Dec 2023 | 14:54
“Bu, hərbçilərin sosial hüquqlarının məhdudlaşdırılmasıdır” - Qüdrət Həsənquliyev
03 Dec 2023 | 00:13
“Toyda yanımda oturan insanlar məni tanımadan haqqımda danışırdılar”-ÖZƏL+FOTO
03 Dec 2023 | 00:38
“Nəsimi roluna təsdiq olunanda sevindiyimdən ağlamışdım, deyirdilər ki, üzün kinoya düşmür”-FOTOLAR
04 Dec 2023 | 23:30
Aurelia Qriqoriu Ermənistandan azərbaycanlıların qovulmasını insan hüquqlarının pozuntusu adlandırıb
07 Dec 2023 | 08:20
Bakıda 5 bal gücündə zəlzələ oldu...
07 Dec 2023 | 09:10
“Həyatımda bir kişi var, həbsxanada olanda təklif etdi ki...”-FOTO
03 Dec 2023 | 11:15
"Yalçın müəllimə bir minnətdarlıq borcum var, nə yaxşı ki..."
AYLIQ
07 Dec 2023 | 08:20
Bakıda 5 bal gücündə zəlzələ oldu...
07 Dec 2023 | 09:10
“Həyatımda bir kişi var, həbsxanada olanda təklif etdi ki...”-FOTO
07 Dec 2023 | 14:12
Şuşada keçmiş erməni postu ərazisində mina partlayıb, xəsarət alan var, araşdırma aparılır - YENİLƏNİB
07 Dec 2023 | 08:48
Zəlzələ metroda belə hiss olundu
07 Dec 2023 | 12:04
“Tamaşaçının zövqünü niyə korlayırıq?!” – Əməkdar artist
07 Dec 2023 | 21:07
Azərbaycanla Ermənistan arasında razılıq əldə olunub - RƏSMİ
07 Dec 2023 | 09:33
“Həyatımda 5 insan var ki, onları heç vaxt bağışlamayacam”-FOTO
07 Dec 2023 | 08:43
Zəlzələdən necə qorunaq?
07 Dec 2023 | 07:45
“Reyqan öz partiyasının Putinə at oynatmağa yol verdiyini görsəydi, məzarda çevrilərdi...”
07 Dec 2023 | 11:00
Bakıdakı zəlzələ anı televiziyanın canlı efirində - VİDEO