"YAP-ın qurucuları partiyadan kənardadırlar, amma sonradan gələnlərsə vəzifə başındadır"
Müsahibə
Oxunub: 4929
22 May 2020 | 00:42
“Hökumətə inamın azalmasında təəccüblü bir şey yoxdur. Azərbaycanda korrupsiyanın ən eybəcər üsullarından istifadə olunur, vallah, nə deyim, adam utanır…”

Moderator.az Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri, partiya Siyasi Şurasının sabiq üzvü, əməkdar elm xadimi, professor Əli Əlirzayevin “Press Klub”a müsahibəsini təqdim edir:

- Əli müəllim, ölkənin mövcud vəziyyətini necə görürsünüz? Həm siyasi, həm iqtisadi, həm də idarəetmə baxımından.

– Qloballaşmanının həm xeyirli, həm də ziyanlı tərəfləri Azərbaycanda çox açıq şəkildə görünür. Xüsusilə də koronavirus pandemiyası ilə əlaqadər iqtisadi əlaqələrdə müəyyən çətinliklər yaranıb. Pandemiya təkcə iqtisadiyyatda deyil, insanların yaşayışı, cəmiyyətdə qorxu xofu yaranması baxımından da xeyli problemlər ortaya çıxarıb. Bu mənada ölkədə vəziyyət o qədər də yaxşı deyil. Düzdür, Azərbaycan əhalisi hər şeyi görmüş insanlardır, vəziyyəti başa düşür və bir-birini yola verə bilirlər… 

- Koronavirus pandemiyası dövründə icra hakimiyyəti orqanlarındaki xoşagəlməz hallar da üzə çıxdı…

- Bunların hamısı idarəetmədəki çox ciddi qüsurların təzahürüdür. Vəziyyətin bu yerə gəlib çatmasında subyektiv amillər daha çox rol oynayır. Azərbaycanda rüşvət və korrupsiyanın ən eybəcər üsullarından istifadə olunur. Bunu dünya ölkələrində də görürlər, irad tuturlar ki, heç yerdə ömürboyu rüşvət ola bilməz. Vallah, nə deyim, adam utanır. Azərbaycanda həm iqtisadi, həm mənəvi, həm də insani xüsusiyyətlər baxımından doğrudan da deformasiya gedib… 

– Az qala 30 ildir eyni problemdən danışılır, deyilir ki, korrupsiya və rüşvət, inhisarçılıq iqtisadiyyatın, ümumən ölkənin inkişafının qarşısını alır. Amma heç nə dəyişmir. Hansısa başqa bir mexanizm görürsünüzmü? Bu problemlərdən yaxa qurtarmaq üçün nə təklif edərdiniz?

- Korrupsiya və rüşvətxorluq sovet vaxtında da vardı və dünyanın bir çox ölkələrində davam etməkdədir. Korrupsiya özü bir iqtisadiyyatdır, korrupsiya həyatın bir hissəsidir. Amma bir ölkədə daha çoxdur, başqasında zəifdir. Bəzi ölkələrdə isə tamamilə dondurulub. Bu prizmadan baxanda korrupsiyanın səviyyəsinə görə Azərbaycanın hansı yerdə olduğunu demək çətindir. Amma müzahidələr göstərir ki, Azərbaycanda korrupsiya var və yüksələn xətt üzrə cərəyan etməkdədir. Son aylar həbs olunan icra başçılarının hansı motivlər əsasında saxlanıldığına diqqət yetirəndə də bunu görürürk. İcra başçısı nə deməkdir? İcra hakimiyyəti yuxarı təbəqədə ikinci ierararxiyadır, yəni dövlət idarəetməsində mərkəzi icra orqanlarından sonra ikinci sıradadır. Yerlərdə olan korrupsiyanın səviyyəsinə baxanda nə qədər yaramazlıqların olduğunu görürük. Elə vəzifədən çıxarılan nazirlərin əməllərində də korrupsiya faktları az deyil, indi də eyni motivlərlə nazir müavinlərini həbs edirlər. Bu, o deməkdir ki, korrupsiya dövlət idarəçiliyinin yuxarı ieararxiyasına qədər yüksələ bilib. Korrupsiya qeyri-bərabərlik, ölkənin ən yaxşı ənənələrini məhv etmək, inkişaf imkanlarını boğmaq baxımından çox pis haldır və dəhşətli xəstəlikdir. Bizim ölkədə isə korrupsiya daha eybəcər haldadır. O dərəcədə eybəcərdir ki, indiki ağır şəratdə kiminsə payına sahib olurlar, kiminsə zəifliyindən istifadə edib, ona düşən yardımı götürürlər. Belə hallar çox qorxuludur, Azərbaycan iqtisadiyyatını geri itələyir, mənəviyyatını korlayır, bundan istifadə edən qüvvələr isə hədsiz dərəcədə varlanır. Ona görə də əhali arasında narazılıq yaranır, beynəlxalq ictimaiyyət isə deyir ki, bu qədər zəngin iqtisadi resursları olan ölkə niyə belə olmalıdır?

– Bu suala sizin özünüzün cavabınız varmı?

– Azərbaycanda belə hallar olmamalıdır. Axı, yaxın keçmişimizə baxanda Azərbaycanın hansı mərhələlərdən, hansı ağır sınaqlardan gəlib bu günə çıxdığını hamı görür – özümüz də, beynəlxalq təşkilatlar da, Avropa ölkələri də. Ancaq çox təəssüf ki, bu cür eybəcərliklər hələ var və çox pis şəkildə cərəyan edir. Ən pisi odur ki, korrupsiya ilə məşğul olub tutulan icra başçıları həm də bizim əzab-əziyyətlə qurduğumuz Yeni Azərbaycan Partiyasını təmsil edən məmurlardır. Bu, dəhşətdir!

- Bu, həm də onu göstərir ki, sizin də qurulmasında iştirak etdiyiniz, zəhmətiniz olan YAP-ın yuxarı eşelonunda korrupsiya elementləri var. İcra başçılarının həbsi həm də bu demək deyilmi?

- Bu sualı mənə tez-tez verirlər. Amma korrupsiya təkcə YAP-ın eyibi və təqsiri deyil ki! YAP-ın ideologiyasında belə şeylərə rəvac verə biləcək bir işartı tapmaq mümkün deyil. Partiyanın iqtisadi islahat platformasını mən yazmışdım və bu işdə Heydər Əliyevin sağ əli idim. Amma indi söhbət ondan gedir ki, bəzi adamlar ondan öz şəxsi məqsədləri üçün istifadə etdilər. YAP-ın qurucuları bu saat partiyadan kənardadırlar, amma sonradan gələnlər indi də vəzifə başındadır. Halbuki onlar YAP-ın üzvlüyünə qəbul ediləndə də, səlahiyyət veriləndə də sovet hökumətinin vaxtında olduğu kimi, düzgün yoxlanılmalı idi. Amma birdən-birə gəlib, partiya üzv olmaq üçün ərizə yazıblar və dərhal yüksək vəzifəyə təyin olunublar. Adamlar var ki, 2002-ci ildə YAP-a keçib, 2003-cü ildə yüksək vəzifə alıb. Əslində o adamlar YAP-çı deyillər. O vaxt YAP-ın təşəbbüsü ilə vəzifəyə təyin olunanların bəziləri hələ də vəzifədədirlər, amma əksəriyyəti vəzifədən çıxarılıb. Halbuki birinci növbədə o adamlar vəzifəyə seçilməlidir ki, xalqa, dövlətə sədaqətlə xidmət eləməyi bacarsınlar. Ola bilsin ki, o adamlar müəyyən mənada açıq danışırlar, amma dövlətçiliyə, xalqa-millətə sadiq adamlardır. Belələrini vəzifədən çıxarmaq yox, əksinə, irəli çəkmək lazımdır. Mənə elə gəlir ki, indi YAP-ın özündə də çoxlu adamlar var ki, onları heç bir halda icra başçısı qoymaq düzgün deyil. Axı, Biləsuvarın, yaxud da İmişlinin icra baçşılarını hansı keyfiyyətlərinə görə, nə ilə əsaslandırıb bu vəzifəyə irəli çəkmişdilər?! İndi həmin adamların korrupsiya əməllərini, hansı eybəcər üsullarla işlədiklərini gördünüzmü?! Bu baxımdan gözütox, dövlətə və dövlətçiliyə, xalqa, millətə bağlı olan adamları vəzifəyə qoymaq lazım idi. Bu da bizim səhvimizdır!

- Bunu həm də şəxsən sizin səhviniz kimi qiymətləndirmək olarmı?

- Bəli, bu, doğrudan da bizim səhvimizdir. Biz YAP-ı yaradanda, Heydər Əliyevin ətrafına toplaşanda partiyanın daxilində belə hadisələrin olacağını gözləmirdik. Elə təşkilatlanmışdıq ki, hakimiyyətə gələcəyimizi bilirdik. Çünki hər şey birdən-birə baş verməmişdi. Yadımdadır, 91 nəfər yığışıb Naxçıvana getdik ki, partiya yaradaq. Amma biz tələsmirdik, hələ yaxşı təşkilatlanmaq istəyirdik. O zaman partiyanın ideologiyasını müzakirə edəndə də, strukturlara nümayəndə təyin edəndə də kadrların seçilməsi məsələsinə xüsusi diqqət yetirirdik. Amma indi qorxmadan deyirəm ki, partiya zəbt olunub. Partiyanın bütün strukurlarındakı insanlar o vaxt YAP-ın ideologiyasının hazırlanmasında iştirak edən adamlar deyillər. Hazırda ideologiyanı korlayanlar da yerində olmayan, düzgün seçilməyən kadrlardır. Biz bu məsələlərə etiraz edəndə YAP-ın rəhbərliyindəki bəzi adamlar danışmağa imkan vermirdilər, deyirdilər ki, vaxtilə səhvi olanlar indi özünü düzəldib və artıq YAP-a gələ bilər. Mən də bilirəm ki, insan dəyişir, yaşa dolduqca formalaşır, əvvəlki yaramazlıqlarına görə tövbə edir və sair… İnsan olan yerdə belə şeylər mümkündür, kimsə səhv edibsə, tövbə edib, səhv hərəkətlərindən əl çəkə bilər. Amma əgər o adamlar Mütəllibovun və ya Xalq Cəbhəsinin dövründə işləyib satqınlıq ediblərsə, indi də edəcəklər. 

- Deyirsiniz ki, korrupsiyanın hakimiyyətin yuxarı eşelonuna qalxmasında günahkar YAP deyil. Amma ölkədə dövlət idarəetmə aparatı və hakimiyyət YAP-ın əlində cəmləşib. Bu mənada “indiki vəziyyətə görə təqsirkar təkcə YAP deyil” söyləmək nə dərəcədə düzgündür?

– Yenə də o fikirdəyəm ki, təqsirkar YAP deyil, YAP-dan istifadə edib, yüksək vəzifələrdə oturan kadrlardır. Bunlar o kadrlardır ki, YAP-a məhz bu məqsədə çatmaq üçün daxil olublar. Onlar YAP-ı ona görə seçmişdilər ki, buradan vəzifəyə getsinlər. 1992-1993-cü illər bizim üçün çox ağır dövr idi, YAP-da üzvlərin sayı çox az idi, hətta “Səs” qəzetini buraxmaq üçün pul tapmırdıq. O vaxt varlı adamları çəkib gətirdik ki, partiyaya kömək etsinlər. Heydər Əliyev tapşırırdı ki, gedin, filankəsə deyin, partiyaya pul versin. Çünki yenicə yaranmış partiya iqtisadi cəhətdən də zəif idi. Zəif partiya ilə nə etmək olar? Ona görə də çoxlu varlı adamlar cəlb etmək lazım idi. Heydər Əliyev vəzifəyə gələn kimi, YAP-a kütləvi axın başladı. Bu axının içərisində çoxlu sayda yaramaz, rüşvətxor, özlərinin şəxsi məqsədlərini güdən adamlar vardı. Halbuki Ziya Bünyadov, Sirus bəy kimi saf əqidəli, xalqına və dövlətinə bağlı olan insanlar da az deyildi. Belə adamlara rüşvətxor demək olardımı? Bu insanların yeganə amalı dövlətə və dövlətçiliyə xidmət etmək idi. Amma sonradan YAP-a qoşulanların böyük əksəriyyətinin məqsədi vəzifəyə gəlmək idi və belə də oldu. YAP yaranan vaxt partiyaya gəlmək istəməyən, qaçıb gizlənən adamlar indi vəzifə başındadır, mən bunu çəkinmədən o adamların üzlərinə deyirəm. Özləri deyirlər ki, YAP-a üzv olmasan, vəzifəyə təyin eləmirlər. Hətta mərkəzdən uzaqda olan, bölgələrdə yaşayan adamlar da bunu bilirlər. Bu, biabırçılıqdır. Adam var ki, qoyarsan xəzinəyə, onun da tamahı var, yedikcə yeyər, amma doymaz. Belə adamları vəzifəyə qoymaq YAP-a və xalqa böyük xəyanətdir. 

- Belə adamları necə tanımaq olar? Vəzifə təyinatında kadrları necə seçmək lazımdır ki, bu cür adamlar dövlət idarəçiliyinə yol tapa bilməsin?

– Hər şeydən əvvəl ictimai nəzarət və ictimai idarəetmə sistemi qurulmalıdır. Axı, insanları xalq hamıdan yaxşı tanıyır, ona görə “el gözü tərəzidir” deyirlər. Vəzifəyə qoyulan adamın ictimai şüuru olmalıdır, xalq onun şəxsiyyətini, nəslini-kökünü, əqidəsini tanıyır. Belə şeyləri seçilmiş kadrların vəzifəyə namizədliyini irəli sürən adamlar yaxşı bilməlidir. Düzdür, prezident yeni kadrları vəzifəyə təyin edəndə onun haqqında məlumatları toplayır, müxtəlif yollarla nələrisə öyrənməyə çalışır. Amma xalqın rəyi, fikri əsasdır, gərək xalqın da rəyini nəzərə alasan. Ona görə deyirəm ki, ictimai nəzarət və ictimai idarəetmə sistemi qurulmalıdır. Cəmiyyətdə tanınan və qəbul olunan adamları vəzifəyə qoymaq lazımdır ki, təmiz işləyə bilsin, xalqa ləqayətlə xidmət eləsin, dövləti və milləti şərəfləndirsin. 

- Dediniz ki, bəziləri YAP-da təmsil olunmağı vəzifəyə gəlmək vasitəsi kimi görür. Bu tendensiyanı, bu kadr siyasətini quran da hakimiyyət özü deyilmi?

- Əlbəttə, bunun təqsirkarı hökumətdir. Amma hökumət deyəndə kimi nəzərdə tutursunuz? YAP-ı nəzərdə tutursunuzsa, partiya kadr təyinatında yeganə söz sahibi deyil. Kadrları prezidentə təqdim edənlər var, YAP-ın rəhbərliyi, Əli Əhmədov da onlardandır. Amma Əli Əhmədovun kimdən xoşu gəlir onu qoyur, xoşu gəlməyənləri qoymur. Orada elə adamlar var ki, nə YAP-ın yaranmasında itirak edib, nə də sonrakı inkişafında hansısa əməyi olub, nə də əqidəsinə görə tanınır. Yaltaqlıq da gərək qəlbən olsun. Qəlbən olmayanda bu, sözün həqiqi mənasında yaltaqlıq və yaramazlıq sayılır. Gərək obyektiv olasan, adamların mənfi tərəfini də, müsbət tərəfini də deyəsən. O adam da mənfi tərəflərini aradan qaldırsın ki, daha güclü olsun. Kadrları da bu cür öyrətmək, onlara belə təlqin etmək lazımdır. Yoxsa, boş-boşuna “çiçəklənən iqtisadiyyat” dedirtməklə heç bir gerçək inkişaf mümkün deyil. Bəli, sovet dövründə “çiçəklənən iqtisadiyyat” deyirdilər, amma tənqidlərdən, səhvlərdən nəticə çıxarmaq üçün istənilən məsələni müzakirə edib, təkliflər də hazırlayırdılar. İndi isə nə təkliflərə baxan var, nə də tənqidlərə… Çünki ürəkləri yanmır, o adamlar YAP-ın qurulmasında, yetişməsində və inkişafında iştirak etməyib, əksinə, bu cür əməlləri ilə partiyanı nüfuzdan salırlar. 

- Son bir neçə ayda 5 icra başçısının həbs olunmasından sonra YAP-a inamın sarsıldığını deyənlər çoxalıb…

- Belə də olmalıdır, 20-30 il icra başçısı işləmiş bir adamı gətirib o biri rayona icra başçısı qoyurlar. Axırda da dövlətin vəsaitləri, camaatdan oğurladığı pullar hesabına özünə var-dövlət yığandan sonra həbs edirlər. Bunu xalq görür axı… Belə olan halda partiyaya inam əlbəttə, azalmalıdır. Ona görə də YAP-ın strukturunda dəyişiklik lazımdır. İndi elə dövrdür ki, təkcə çıxış eləməklə, təbliğatla nəyəsə nail olmaq mümkün deyil, fundamental proqramlar işlənib hazırlanmalıdır. İctimai narazılıq müəyyən səviyyəyə qalxandan sonra cəmiyyət təbliğat yox, konkret iş gözləyir. Narazılıqların hamısı ədalətsizlikdən yaranır. Rüşvətin və korrupsiyanın yüksək olduğu cəmiyyətlərdə ədaləti bərpa etmək mümkün deyil. Ona görə də korrupsiyaya qarşı mübarizə sadəcə, təbliğata yox, konkret addımlara söykənməlidir. Xüsusilə ədliyyə, prokurorluq, polis və məhkəmə orqanları təmiz işləməlidir. Ədalətli sistem təkcə idarəetmə ilə bağlı deyil, bu, cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir. Mən açıq deyirəm, polis sistemində vicdanlı, qeyrətli, əqidəli kadrlar çoxdur. Amma korrupsiyanın əhatə dairəsi o qədər genişdir ki, onlar da rüşvətxorları həbs etməkdən qorxur. Çünki hakimiyyətin içərisində müəyyən qüvvələr də baş qaldırıb. Axı, hamı Heydər Əliyevin ideoloji xəttinə sadiq deyil, İlham Əliyevi istəməyənlər də var. Bu adamlar müəyyən dairələrə diktə edir. Ona görə deyirəm ki, tövbə edib partiyaya gələn adamlara inanmaq olmaz. Onlara səlahiyyət vermək, Milli Məclisdə oturtmaq çox təhlükəlidir. Amma Milli Məclisin tərkibinə baxın, oradakı adamların əksəriyyətini əqidəsini, ideoloji xəttini dəyişən adamlardır. Bəziləri isə hətta bir neçə dəfə əqidəsini dəyişib. Bütün bunlara baxanda əlbəttə ki, hökumətə inam azalmalıdır, burada təəccüblü bir şey yoxdur. 
Oxşar xəbərlər
22:50, Bu gün
"Zaporojye AES qəzaya təhlükəli yaxın məsafədədir" - MAQATE
22:44, Bu gün
ABŞ Rusiyanın dondurulan aktivlərini müsadirə edə bilər
22:34, Bu gün
Nazirdən yeni təyinat
22:27, Bu gün
Tbilisidə aksiya zamanı DİN-in bir əməkdaşı yaralanıb
22:24, Bu gün
Fuad Hüseynəliyev: “Ermənistan hökumətinin siyasətini Fransadan aldığı illüziyalar müəyyənləşdirir” - VİDEO
22:22, Bu gün
Amerikada ərə gedən aparıcı oğlan DANIŞDI – NİYƏ? / FOTO
22:20, Bu gün
Damla şəxsi təyyarə alıb? – VİDEO
22:08, Bu gün
“60 yaşlı kişinin əlinə silah verib qoyublar səngərə...”
22:04, Bu gün
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
21:58, Bu gün
Gürcüstanda iğtişaşlar: Parlament qarşısında etirazlar davam edir - VİDEO
21:51, Bu gün
Bakıda dar küçədə böyük dərd: Nə təcili tibbi yardım maşını gəlir, nə də taksi - VİDEO
21:40, Bu gün
Xarıbülbülü Cəlilabada gətirən Xalq artisti DANIŞDI: “Belə bir gülün olduğunu bilmirdim” - VİDEO
21:17, Bu gün
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
21:15, Bu gün
"İsrail Baydenə böyük siyasi problemlər yaradıb" - "The Wall Street Journal"
21:12, Bu gün
Brüsseldəki Ədliyyə Sarayında bomba təhlükəsi: İşçilər təxliyə edildilər
21:06, Bu gün
Meyityuyan: “Heç biri yuxuma da girməyib” - VİDEO
20:58, Bu gün
"Nədən İordaniyanın hava hücumundan müdafiə qüvvələri İran raketlərini vurub?.."
20:51, Bu gün
Dubayda təyyarələr “gəmiyə” çevrildi, onlarla aviareys ləğv edildi - VİDEO
20:48, Bu gün
2000-ci illərdə reperlərin geyindiyi cinslər qadınlar üçün dəbə çevrilib - FOTO
20:36, Bu gün
Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb
20:33, Bu gün
Sabah Astara və Yardımlının bəzi ərazilərində qaz olmayacaq
20:24, Bu gün
Qazaxda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb
20:19, Bu gün
Kakaonun qiyməti yeni tarixi maksimuma çatıb
20:07, Bu gün
Səhər asanlıqla necə oyanmaq olar?
20:04, Bu gün
Biləsuvarda əmək yarmarkası keçiriləcək
19:56, Bu gün
Xəzərin suyunun duzsuzlaşdırılması Azərbaycanın su probleminə son qoya bilərmi?
19:50, Bu gün
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
19:45, Bu gün
Leyla Əliyevanın iştirakı ilə paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib
19:37, Bu gün
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19:35, Bu gün
Bakıda COP29 çərçivəsində Mərkəzi Asiya üçün İnvestisiya Forumu keçiriləcək
19:34, Bu gün
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
19:27, Bu gün
5 yaşlı oğluna milyonluq maşın aldı, daha sonra təkzib etdi - FOTO/VİDEO
19:24, Bu gün
Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib
19:23, Bu gün
Bakının illər sonra ilk dəfə səki salınan küçəsi - FOTO
19:20, Bu gün
Gündə 1 ovuc ərik tumu yemək görün nələrə faydalıdır - FOTO
19:18, Bu gün
Səfir: Türkiyə 2024-cü ildə 60 milyon turist gözləyir
19:14, Bu gün
60 yaşdan sonra bu qidalardan imtina edin, yoxsa...
19:05, Bu gün
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
18:57, Bu gün
Dövlətdən pul almaq istəyənlərin NƏZƏRİNƏ - Mütləq bunları edin - RƏSMİ AÇIQLAMA
18:54, Bu gün
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
18:49, Bu gün
Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO
18:47, Bu gün
Bakıda külək elektrik stansiyası tikiləcək
18:45, Bu gün
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:38, Bu gün
İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO
18:33, Bu gün
Əsirlikdən azad olunan dini abidələrimiz və tikilən yeni məscidlər - VİDEO
18:30, Bu gün
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:24, Bu gün
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:18, Bu gün
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:16, Bu gün
Hazır qəhvə nədən hazırlanır? - İnsanların 90 faizi bilmir
18:10, Bu gün
“Azəriqaz”ın baş direktoru Ağdamda vətəndaş qəbulu keçirəcək
18:08, Bu gün
Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL + FOTO
18:07, Bu gün
Azay Quliyev seçicilərinin məşğulluq problemi ilə bağlı görüş keçirib
18:03, Bu gün
“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı təşkil olunub - FOTO
17:57, Bu gün
Bakıda avtomobil dirəyə çırpıldı - VİDEO
17:54, Bu gün
Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
17:48, Bu gün
Rusiyalı məşhur bloqerlə bağlı protokol hazırlandı
17:46, Bu gün
ASCO törəmə şirkətinin nizamnamə kapitalını cüzi artırıb
17:45, Bu gün
Yılmaz Erdoğan şəxsi görüntülərini çəkərək paylaşan iki bacını məhkəməyə verdi - FOTO/VİDEO
17:42, Bu gün
Gecikmiş və əhəmiyyətsiz: Tokayevin səfəri Ermənistanda ikitirəlik yaradıb - ŞƏRH + FOTO
17:40, Bu gün
Qan laxtalanması riski kimlərdə olur?
17:38, Bu gün
Qırmızı ətdən imtina hər il 750 min insanın həyatını xilas edə bilər
17:35, Bu gün
“Əxlaqdan danışır, dönüb öz keçmişinə baxsın” - Xalq artisi
17:30, Bu gün
"Bu, əbləhlikdir! Bu nə ölkədir belə?.."
17:26, Bu gün
Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərildi
17:23, Bu gün
Nura Suri libası ilə diqqəti özünə çəkdi - FOTO
17:19, Bu gün
KTMT baş katibi Ermənistandan qurumdakı fəaliyyətinə aydınlıq gətirilməsini tələb etdi...
17:19, Bu gün
Bakıda qollarını doğrayıb uşaq evindən qaçan qızla bağlı daha bir MƏLUMAT - YENİLƏNİB
17:15, Bu gün
Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub: Xəsarət alanlar var - FOTO
17:10, Bu gün
Xəzərdə yeni platformadan neft hasilatı başlanıb
17:05, Bu gün
AzTV komandasının sualtı çəkilişi: “Çöl adam”ı çayın dibində görün nələrlə rastlaşdı? - VİDEO
17:00, Bu gün
Tehranın yaratdığı presedent, ABŞ-nin maraqları, İsrailin cavab zəngi - TƏHLİL
16:56, Bu gün
Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR
16:52, Bu gün
“Qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb” - FOTO
16:48, Bu gün
"ABŞ İran dronları kimi Rusiya dronlarını vurmayacaq" - Con Kirbi
16:44, Bu gün
Andrey Lunyov: “Tənqidlər mənə qətiyyən təsir etmir”
16:40, Bu gün
Şamaxının Çıraqlı kənd sakinləri illərdir susuz qalıblar - VİDEO
16:35, Bu gün
Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir - FOTO
16:30, Bu gün
YAP Xətai rayon təşkilatı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlərə start verir
16:25, Bu gün
Masazırda narkotik anbarı kimi istifadə olunan ev aşkarlandı: Həbs edilənlər var - FOTO
16:22, Bu gün
Tiktoker "Semka" həbs edildi
16:20, Bu gün
Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək - FOTOLAR
16:15, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi
16:11, Bu gün
BDU-da təlim: “Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili” - FOTO
16:07, Bu gün
"Əl-ayağımı, ağzımı bağlayıb, 10 min manat istədi"
16:05, Bu gün
“Bakcell” böyük yeniliklərə hazırlaşır
16:04, Bu gün
Vladimir Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - FOTO
16:02, Bu gün
Brüssel “sxodka”sının ŞOK gizlini açılır – Tələdəki pendir yemək üçün deyil!
16:00, Bu gün
Bakıda evdən meyit tapıldı
15:57, Bu gün
Xəzərdə süni torpaq sahəsinin yaradılması parlamentdə müzakirə olundu - FOTO
15:53, Bu gün
50 milyardlıq iş müqabilində 16 milyon əmək haqqı alan əsirlər – SENSASİON DETALLAR
15:48, Bu gün
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi - FOTOLAR
15:43, Bu gün
BDU-da “Gənclik həftəsi” keçirilir - FOTO
15:39, Bu gün
"Elə müasir silahlarımız var ki, İranı daş dövrünə qaytara bilər..."
15:36, Bu gün
BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir - FOTO
15:32, Bu gün
"Bu gün insanların küçə iğtişaşlarına çağırılması Vətənə və xalqa xəyanətdir" - Vüqar Rəhimzadə
15:30, Bu gün
Maksimum bal toplayan Bakı məktəbliləri - FOTO
15:28, Bu gün
Şimal-qərb regionunun daha 2 məktəblisi maksimum nəticə göstərdi
15:23, Bu gün
ATƏT-in konfransında Azərbaycandakı multikultural mühit barədə məlumat verilib - FOTO
15:19, Bu gün
FHN qar uçqunu təhlükəsi ilə bağlı əhaliyə müraciət etdi
15:15, Bu gün
Türkiyə və ABŞ rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə ediblər
GÜNLÜK
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
15 Apr 2024 | 23:47
Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur
15 Apr 2024 | 22:58
Miller: ABŞ İrana qarşı sanksiyaların sərtləşdirilməsi variantlarını araşdırır
08:12, Bu gün
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
15 Apr 2024 | 23:29
91 yaşlı ana Kəlbəcərdə oğlunun şəhid olduğu ərazidə: Göz yaşlarını saxlaya bilmədi - VİDEO
15 Apr 2024 | 23:52
Gürcüstanda "xarici agentlər" haqqında qanuna qarşı kütləvi etirazlar baş verib
15 Apr 2024 | 23:27
Amerikada yaşayan məşhur aparıcı pişik kafeyə gedib, VİDEO hazırladı-MARAQLI
15 Apr 2024 | 23:04
Bakıda çoxmərtəbəli binanın lifti işləmir: “Bələdçi rəhmətə gedib” - VİDEO
00:03, Bu gün
Niyə qadınlara nisbətən kişilərdə keçəlləşmə daha çox yayılıb? - MARAQLI FAKT
15 Apr 2024 | 23:42
Səyyad Ağbabalı: “Soydaşlarımız İslam fundamentalizminə qarşı mübarizə adı altında təqib olunurdular” - VİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
10 Apr 2024 | 10:59
DİQQƏT: Aprelin 15-dən sonra DOLLAR bu qiymətə SATILACAQ- Rəsmi
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
AYLIQ
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
15 Apr 2024 | 23:47
Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur
15 Apr 2024 | 22:58
Miller: ABŞ İrana qarşı sanksiyaların sərtləşdirilməsi variantlarını araşdırır
08:12, Bu gün
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
15 Apr 2024 | 23:29
91 yaşlı ana Kəlbəcərdə oğlunun şəhid olduğu ərazidə: Göz yaşlarını saxlaya bilmədi - VİDEO
15 Apr 2024 | 23:52
Gürcüstanda "xarici agentlər" haqqında qanuna qarşı kütləvi etirazlar baş verib
15 Apr 2024 | 23:27
Amerikada yaşayan məşhur aparıcı pişik kafeyə gedib, VİDEO hazırladı-MARAQLI
15 Apr 2024 | 23:04
Bakıda çoxmərtəbəli binanın lifti işləmir: “Bələdçi rəhmətə gedib” - VİDEO
00:03, Bu gün
Niyə qadınlara nisbətən kişilərdə keçəlləşmə daha çox yayılıb? - MARAQLI FAKT
15 Apr 2024 | 23:42
Səyyad Ağbabalı: “Soydaşlarımız İslam fundamentalizminə qarşı mübarizə adı altında təqib olunurdular” - VİDEO