Xəbər lenti
18/09/2020 [10:27]:
İşdən çıxarılan polis rəisinin yerinə təyinat oldu
18/09/2020 [10:24]:
BMT-nin ikinci ən böyük strukturu türkün rəhbərliyində...
18/09/2020 [10:21]:
Azərbaycanlı milyarder Rus Kilsəsinin ordenlərinə layiq görüldü...-FOTO
18/09/2020 [10:20]:
Operativ Qərargah: Şəkidə bazar 3 günlük bağlanıb
18/09/2020 [10:12]:
Ermənistana Gəncə mesajı: “Başınıza od yağdıracağıq!”
18/09/2020 [10:06]:
İrəvan onları Qarabağa bu cür gətirib – Şok təfərrüat
18/09/2020 [10:03]:
DTX məşhur terror dəstəsinin tərkibində döyüşmüş terrorçunu həbs etdi - FOTO
18/09/2020 [10:00]:
Nəcməddin Sadıkovun qızı Emin Ağalarovla nişanlandı - FOTOLAR
18/09/2020 [09:53]:
Dünyada koronavirusdan sağalanların sayı 22 milyonu keçdi - STATİSTİKA
18/09/2020 [09:52]:
Xaçmaz sakini qayınata və qayınanasını güllələyib
18/09/2020 [09:50]:
Ermənistan silahlı qüvvələri atəşkəsi 38 dəfə pozub
18/09/2020 [09:48]:
Türkiyənin iki hərbçisi şəhid olub
18/09/2020 [09:47]:
"Mənəviyyatı maddiyatdan üstün tutanlardan xoşuma gəlmir, qadın, yaxud kişi fərqi yoxdur"
18/09/2020 [09:33]:
“Xalqın sevgisi əsl sənətkar üçün ən böyük təltifdir”
18/09/2020 [09:30]:
Türkiyənin 2 şəhərində güclü zəlzələ
18/09/2020 [09:24]:
Qardaşı “Quli klanı”nın parçalanmasının qarşısını aldı - yeni qan üçün barışıq...
18/09/2020 [09:22]:
7 ayın düşündürən statistikası: az doğulub, çox ölürük...
18/09/2020 [09:18]:
Ziya Məmmədov klanı tam çökə bilər
18/09/2020 [09:17]:
Füzulidə “tok”la balıq tutan erməni  o dünyalıq oldu...
18/09/2020 [09:14]:
Venerada həyat axtaracaqlar
18/09/2020 [09:13]:
Abşeronda ər və arvad bellə döyüldü
18/09/2020 [09:12]:
Cenifer Lopezin çimərlik görüntüləri pərəstişkarlarını heyran etdi - FOTO
18/09/2020 [09:10]:
2100-cü ildə Çin əhalisinin sayı yarıya qədər azalacaq: İlk onluq
18/09/2020 [08:00]:
Bu türk qızına “karantinin yaxşılıq mələyi” adı verildi...-FOTOLAR
18/09/2020 [07:14]:
İnsanın əməlləri harada qeydiyyata alınır?..
18/09/2020 [00:13]:
Xalq artisti qonşusunu məhkəməyə verdi
17/09/2020 [23:39]:
Avropa Parlamentinin qətnaməsi pislənildi
17/09/2020 [23:27]:
Məşhur müğənni paylaşımı ilə tənqid hədəfi oldu - FOTO
17/09/2020 [22:46]:
"Neftçi"nin baş məşqçisi: "Uşaq səhvləri etdik"
17/09/2020 [22:42]:
Seçkiyə hazırlaşan Trampa cinsi təcavüz ittihamı: Tualet otağında aktrisanın bütün bədən nahiyələrinə toxunub və...
17/09/2020 [22:27]:
Fatih Terim: "Qardaş Azərbaycandan qardaşcasına ayrılırıq"
17/09/2020 [22:19]:
COVID-19-a görə ayrı düşən baba və nənənin romantik görüşləri - FOTO
17/09/2020 [21:57]:
“Qalatasaray” “Neftçi”ni avrokuboklardan kənarlaşdırıb
17/09/2020 [21:54]:
Yeni peyvəndin sınaqlarında yaşlıların iştirakı tövsiyə olunur
17/09/2020 [21:42]:
Hikmət Hacıyev sosial, iqtisadi və demokratiya sahəsində işləyən QHT rəhbəri ilə görüşdü - FOTO
17/09/2020 [21:27]:
TƏBİB rəsmisi Tofiq Yaqublunun vəziyyəti haqqında: “Həyati təhlükəsi yoxdur“ - YENİLƏNİB
17/09/2020 [21:23]:
"Qalatasaray" "Neftçi" ilə matçda yenidən önə keçdi
17/09/2020 [21:19]:
Oğuzda iribuynuzlu heyvanlar arasında müəmmalı şəkildə tələfat olub
17/09/2020 [21:01]:
Anar Ələkbərov Ramiz Mehdiyevlə görüşdü - FOTOLAR
17/09/2020 [20:56]:
Navalnının adamları onun harada zəhərləndiyini üzə çıxardılar - FOTO/VİDEO
17/09/2020 [20:46]:
Çinli milyarderə lüks yaşamaq qadağan edildi
17/09/2020 [20:44]:
“Neftçi” - “Qalatasaray” matçında hesab açıldı - CANLI YAYIN (YENİLƏNİR)
17/09/2020 [20:32]:
DOST Mərkəzi 110 minə yaxın vətəndaşa xidmət edib
17/09/2020 [20:24]:
Qərbi Kaspi Universiteti abituriyentlər üçün hansı güzəşt və təqaüdlər nəzərdə tutur?
17/09/2020 [20:22]:
QAT Tərtər şöbəsinin sədr müavini sərbəst buraxıldı
17/09/2020 [20:18]:
Pandemiyaya görə dünya iqtisadiyyatına dəyən ziyan 7 trln dollara çatacaq
17/09/2020 [20:16]:
"Neftçi" - "Qalatasaray" matçı başladı - CANLI YAYIN
17/09/2020 [20:08]:
İntihar edən müəllim intim şəkilləri ilə ŞANTAJ OLUNURMUŞ
17/09/2020 [19:58]:
BDU-nun rektoru Enactus Azərbaycan Milli Yarışının qalib komandası ilə görüşüb
17/09/2020 [19:52]:
İyulda ən çox neft hasil edən ölkələr məlum olub
17/09/2020 [19:51]:
ABŞ-da son sutkada COVID-19-dan 1 123 nəfər vəfat edib
17/09/2020 [19:47]:
Türkiyə Futbol Federasiyası AFFA-ya təşəkkür etdi
17/09/2020 [19:33]:
Azərbaycanda yeni telekanal açılır - VİDEO
17/09/2020 [19:31]:
Avropa Liqası: "Neftçi" - "Qalatasaray" cütünün rəqibi bəlli oldu
17/09/2020 [18:59]:
“İşğaldakı torpaqlardakı tarixi-mədəni abidələrlə bağlı informasiya bazasının yaradılmasına ehtiyac var”
17/09/2020 [18:55]:
Azərbaycanda kütləvi yoluxma qeydə alınan bazar bağlandı
17/09/2020 [18:52]:
Virtual dərslərdə iştirak edə bilməyən şagirdlər nə etməlidir? - AÇIQLAMA
17/09/2020 [18:49]:
Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb
17/09/2020 [18:47]:
Kiyevdə partlayış olub, 2 nəfər yaralanıb
17/09/2020 [18:41]:
Ermənistanda hökumətin tam tərkibdə istefası tələbi ilə aksiya keçirildi
17/09/2020 [18:36]:
Azərbaycan və İran avtomobil daşımaları sahəsində razılıq əldə edib
17/09/2020 [18:34]:
Mahir Emreli: "Penalti vuranları Qurban Qurbanov müəyyənləşdirirdi"
17/09/2020 [18:31]:
Kamran Əliyevdən yeni TƏYİNAT
17/09/2020 [18:24]:
Beyl sabah London klubu ilə müqavilə bağlayacaq
17/09/2020 [18:21]:
Türkiyə bayraqlarını asdığı üçün AFFA-ya təşəkkür edildi - FOTO
17/09/2020 [18:17]:
Sahibə Qafarova Sergey Lavrovla görüşəcək
17/09/2020 [18:08]:
Yeni dərsliklər istifadəyə verildi
17/09/2020 [18:06]:
Deputatlar “Köçkünün kafesi olar?” deyən “Azərişıq” işçisi barədə ölçü götürülməsini istədilər
17/09/2020 [18:02]:
“Neftçi” qalıb ki? – Yazıçılar “Qalatasaray”la oyundan danışdı
17/09/2020 [17:59]:
Nazir müavini: “Fəxri adların verilməsində dəyişikliklər olacaq”
17/09/2020 [17:57]:
Sürücü avtomobilini piyadaların üzərinə sürdü: Doqquz yaralı
17/09/2020 [17:56]:
""Vikipediya"da keyfiyyətə və kəmiyyətə üstünlük verilməlidir"
17/09/2020 [17:50]:
"Türkiyə olmasaydı, başımıza nələr gəlmişdi, onu bir Allah bilir..."
17/09/2020 [17:48]:
"Azərbaycanda korrupsiyaya qarşı mübarizə yeni müstəviyə keçib"
17/09/2020 [17:46]:
Vahid Ələkbərovun şirkəti yenidən Rusiyanın ən böyük özəl şirkətləri reytinqində birinci oldu
17/09/2020 [17:34]:
Azərbaycanın bu rayonunda koronavirusa kütləvi yoluxma qeydə alındı - RƏSMİ
17/09/2020 [17:31]:
Damla ərə gedib? - AÇIQLAMA
17/09/2020 [17:24]:
“WhatsApp”da nasazlıq yaranıb
17/09/2020 [17:21]:
Zeynəb Xanlarova Tofiq Yaqublu ilə bağlı İlham Əliyevə müraciət etdi
17/09/2020 [17:15]:
Azərbaycanda son sutkada 119 nəfər COVID-19-a yoluxub, 140 nəfər sağalıb, 2 nəfər vəfat edib
Bütün arxiv bir sırada
22/05/2020 [20:55] - Cəmiyyət - ( 876 dəfə baxılıb)

Prezident İlham Əliyevlə “Signify”nin rəhbərləri arasında videokonfrans keçirilib - YENİLƏNİB



Mayın 22-də “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

"Report" xəbər verir ki, 1891-ci ildə yaranan bu şirkət dünyanın 74 ölkəsində fəaliyyət göstərir, 140 ölkədə xidmət və məhsul satışı həyata keçirir. “Signify” işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, 10 “yaşıl” şirkətdən biridir.

Prezident İlham Əliyev: Sabahınız xeyir.

Baş icraçı direktor Erik Rondolat: Sabahınız xeyir.

Prezident İlham Əliyev: Sizi görməyə çox şadam.

Erik Rondolat: Vaxt ayırdığınıza görə minnətdaram. Mən də Sizi görməyimə çox şadam.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Davosdakı görüşümüzü xatırlayıram. Mənə verilən məlumata görə, o vaxtdan bəri bizim yaxşı irəliləyişimiz olub. Baxmayaraq ki, koronovirusla bağlı vəziyyət bizim planlarımıza bir az müdaxilə etdi, lakin mənə məlumat verildiyi kimi, bizim müzakirə etdiklərimiz və razılaşdırdıqlarımızın hamısı indi icra mərhələsindədir.

Erik Rondolat: Bəli, tamamilə doğrudur. Çox məmnunuq ki, Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və onların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcək. Qənaət göstəricisi minimum 50 faiz təşkil edir. Həmin layihə davam edir. Eyni zamanda, çox şadıq ki, Siz bizə tam dəstək verirsiniz. Bu işə bağlantının yaradılması ilə başladıq. Bu, ona görə edilir ki, sonrakı mərhələdə quraşdırılan işıqlar arasında bağlantı mümkün olsun.

Prezident İlham Əliyev: Çox yaxşı. Şadam ki, bayaq da qeyd etdiyim kimi, hər şey cədvələ uyğun olaraq gedir. Mənə məlumat verildi ki, Davosdakı görüşdən sonra sizin komandanız bizi mart ayında ziyarət etmişdir. Sizin də qeyd etdiyiniz kimi, sentyabrın sonunadək bizdə Bakı üçün minlərlə yeni küçə işığını özündə ehtiva edəcək birinci mərhələ artıq icra edilmiş olacaq. Bu da birinci növbədə küçələrin işıqlandırılması baxımından vəziyyəti yaxşı olmayan əraziləri əhatə edəcək. Eyni zamanda, sizin də qeyd etdiyiniz kimi, biz böyük miqdarda enerjiyə qənaət etmiş olacağıq. İnsanlar da bunun faydasını görəcəklər. Bizim müzakirə etdiyimiz kimi, bu birinci layihədən sonra birgə fəaliyyətimizin genişləndirilməsinə, Bakı və digər şəhərlərin əhatə edilməsinə dair böyük planlarımız var. Birinci mərhələdə ola bilsin ki, böyük şəhərlər əhatə olunacaq. Biz Sumqayıt şəhərinin küçə işıqları barədə danışdıq. Mənim bildiyimə görə qiymətləndirmə prosesi gedir. Beləliklə, ümid edirəm ki, bizim bu sahədə uzunmüddətli əməkdaşlığımız olacaq.

Erik Rondolat: Bəli, biz də dəqiqliklə həmin işləri görmək istərdik. COVID-19 səbəbindən bizdə işin icrası ilə bağlı müəyyən yubanma ola bilər. Lakin hesab edirəm ki, hamımız işin başa çatdırılmasına köklənmişik.

Erik Rondolat işıqlandırma sistemlərinin quraşdırılmasının şəhərin yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində rolunu qeyd etdi. Pandemiya bitəndən sonra təmsil etdiyi şirkətin Azərbaycanla əməkdaşlığının uğurla davam edəcəyinə ümidvar olduğunu dedi.

Erik Rondolat: Biz çox fərəhlənirik ki, işıqlandırmanın ən son yeniliklərini Bakıda tətbiq edə biləcəyik.

Prezident İlham Əliyev: Bəli, təşəkkür edirəm. Bilirəm ki, şirkətiniz artıq Azərbaycanda dövlət və özəl sektorla bir neçə layihə həyata keçirib. Lakin Davosda müzakirə etdiyimiz və indi birgə icra etdiyimiz bu layihə, əlbəttə ki, ən böyük miqyaslı layihədir. Əvvəllər də müzakirə etdiyimiz kimi, onun gələcək üçün böyük potensialı var. Çünki bu, birinci təcrübədir. Mən əminəm ki, bu, çox uğurlu bir təcrübə olacaqdır və sonra da bələdiyyə, şəhər idarəetmə orqanları bunun faydasını görəcəklər. Bildirildi ki, biz çoxlu enerjiyə, yerin təkindən hasil edilən yanacağa digər məqsədlər üçün, ixrac üçün qənaət edəcəyik və şəhərin həyatını daha da yaxşı edəcəyik.

Erik Rondolat: Əvvəlcə qeyd etdiyim kimi, biz sonrakı mərhələdə bağlantını da təmin edəcəyik və onun sayəsində əlavə imkanlar ortaya çıxacaq. Beləliklə, Bakı şəhərinin işıqları “Ağıllı şəhər”in komponentinə çevriləcək. Bir daha verdiyiniz dəstəyə görə minnətdaram.

Prezidentin köməkçisi Natiq Əmirov “Signify” şirkəti ilə əməkdaşlıqdan və perspektiv layihələrdən danışdı.

Natiq Əmirov: Cənab Prezident. Əvvəla sıx iş qrafikinizə rəğmən bu görüşü təşkil etdiyinizə və bizə “Signify” şirkəti ilə birlikdə bu layihə ilə bağlı bütün məsələləri müzakirə etmək imkanı yaratdığınıza görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Əslində “Bakı ağıllı şəhər” işıqlandırılması layihəsi üzrə işlərin gedişi hazırda çox yaxşıdır və bir çox işlər görülmüşdür. Onlar bizim müqaviləni tamamlayıblar. İyul ayından başlayaraq bütün lampaların ölkəmizə idxalı prosesi başlayacaq və idxal prosesi sentyabrın sonu, oktyabrın əvvəlində başa çatacaq.

Erik Rondolat: Cənab Prezident, bir məsələni də qeyd edim. Bütün dünyada hazırda böhrandır. Bilirik ki, Siz pandemiyanı dayandırmaq üçün Azərbaycan Respublikasında çox ciddi tədbirlər görürsünüz.

“Signify” şirkətinin baş icraçı direktoru COVID-19 virusu ilə mübarizə sahəsində müasir texnologiyalar üzərində iş aparıldığını dedi və bu sahədə ölkəmizlə əməkdaşlığa hazır olduğunu vurğuladı.

Prezident İlham Əliyev: Virus bütün ölkələrə təsir edib. Aydındır ki, o, yoxa çıxmayacaq, biz bu virusla yaşamalı olacağıq. Ona görə də düşünürəm ki, bu ehtiyat tədbirləri, əlbəttə, artıq bizim həyatımıza çox uzun müddətə daxil olub. Bu səbəbdən də bizim müasir, ən mürəkkəb texnoloji tələblərə cavab verən qabaqlayıcı vasitələrə ehtiyacımız var. Biz insanlarımızı qorumaq üçün əlimizdən gələni edirik. Lap əvvəldən biz çox mühüm qabaqlayıcı tədbirlər gördük, bu da bizə insanlarımızı qorumağa və minimum itki ilə bu vəziyyətdən çıxmaq üçün yol tapmağa imkan verdi. Bizim səylərimiz Azərbaycanı koronavirusa qarşı mübarizədə nümunə adlandıran Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qiymətləndirilib. Əlbəttə ki, mən sizin bəşəriyyətin özünü qorumasına yardım etmək üçün texnologiyalar təşəbbüsünüzü tam dəstəkləyirəm.

Şirkətin MDB üzrə baş meneceri Erik Benedetti Bakının müxtəlif hissələrinin, o cümlədən şəhərin mərkəzi tarixi hissəsinin müvafiq şəkildə işıqlandırılması ilə bağlı aparılan işlərdən danışdı.

Şirkətin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə satış Meneceri Andrey Zaxarkiv Bakıda həyata keçiriləcək “Ağıllı şəhər” layihəsindən danışdı və pilot layihənin icrası üçün işlərin hazır olduğunu dedi.

Erik Rondolat kənd təsərrüfatında, o cümlədən heyvandarlıq, quşçuluq və əkinçilik sahələrində məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, su istehlakının azaldılması sahələrində əməkdaşlıq məsələlərinə toxundu, ölkəmizlə bu istiqamətlərdə təcrübəni bölüşməyə hazır olduğunu dedi. Söhbət zamanı kənd təsərrüfatı sahəsində müasir texnologiyaların tətbiqi və bu işdə gənc kadrların hazırlanması məsələləri də müzakirə olundu.

Prezident İlham Əliyev: Bu sahədə aparılan islahatlar sayəsində biz daha çox gəncin kənd təsərrüfatı üzrə mütəxəssis olmaq istədiyini və Aqrar Universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artdığını görürük. Biz yeni elektron kənd təsərrüfatı sistemini həyata keçiririk. Bu, artıq bizə həyatımızın və iqtisadiyyatımızın mühüm sahəsinin səmərəliliyini artırmağa çox kömək edir. Çünki ölkə əhalisinin demək olar ki, 50 faizi kənd yerlərində yaşayır. Beləliklə, əminəm ki, bu, bizim birgə həyata keçirə biləcəyimiz çox mühüm yeni layihə ola bilər. Ümumilikdə, Azərbaycan yeni texnologiyalara, innovasiyalara hazırdır. Biz artıq bunun üçün əhəmiyyətli insan kapitalı yaratmışıq və bizim dövlət xidmətləri, sosial xidmətlərlə bağlı texnologiyalarımız bu gün bəzi başqa ölkələr tərəfindən istifadə olunur. Ona görə də biz yeni texnologiyalara tam açığıq, çünki onlar yeni miqyasa, dinamizmə, tərəqqiyə, iş yerlərinə və rifaha gətirib çıxarır.

Erik Rondolat: Təşəkkür edirəm cənab Prezident. Bilirəm ki, siz çox məşğulsunuz. Bizə bu səhər vaxt ayırdığınıza və Davosdakı son görüşümüzdən sonra işlərin olduqca sürətli həyata keçirilməsinə görə çox təşəkkür edirəm. Siz bizim şirkətə və şəxsən mənə arxalana bilərsiniz. Biz planlaşdırdığımız bütün birgə layihələri dəstəkləməyə hazırıq. Mən çox şadam ki, Siz ölkənizdə texnologiyaların inkişafına önəm verirsiniz. Çünki bir çox hallarda bəzi ölkələr texnologiyanın ölkənin inkişafı üçün bir vasitə olduğunu bilmir və ya buna əhəmiyyət vermir. Azərbaycanda isə Siz bu texnologiyaların çox mütərəqqi olduğunu nümayiş etdirirsiniz. Sizin vaxtınızı çox almaq istəmirik. Sizinlə danışmaq imkanına görə çox şadam və Azərbaycan Respublikasına tərəqqi arzulayıram. Bilirəm ki, bu ayın 28-i Respublika Günü qeyd edilir. Mən Ramazan ayının qeyd edildiyi bir ölkədə doğulmuşam və bilirəm ki, bu gün Ramazan ayının son günləridir. Bu münasibətlə də Sizi təbrik edirəm və bir daha dərin minnətdarlığımızı bildirirəm.

Prezident İlham Əliyev: Çox sağ olun. Çox təşəkkür edirəm. Mən bizim şəxsi münasibətlərimizi yüksək qiymətləndirirəm, onlar nəticəyə hədəflənmiş münasibətlərdir. Düşünürəm ki, bu, insanların həyatını yaxşılaşdırmaq, iqtisadiyyatı gücləndirmək, resurslara qənaət etmək və kənd təsərrüfatında daha çox nəticə əldə etmək üçün sizin müasir texnologiyalarla bizim ölkənin bu texnologiyaların tətbiqində liderlərdən biri olmaq istəyinin çox yaxşı vəhdətidir. Mən bilirəm ki, sizin şirkətiniz bu sahədə dünyada aparıcı şirkətlərdən biridir. Ona görə də nə qədər çox yeni texnologiya ixtira etsəniz, birgə əməkdaşlığımız üçün bir o qədər çox imkan yaranacaq. Buna görə sizə təşəkkür edirəm. Tezliklə sizinlə şəxsən görüşməyə ümid edirəm.

Erik Rondolat: Mən də Cənab Prezident.

loading...
Seçkiyə hazırlaşan Trampa cinsi təcavüz ittihamı: Tualet otağında aktrisanın bütün bədən nahiyələrinə toxunub və...
“İnternetdən məhrum olan minlərlə şagirdə onlayn dərs tətbiq etmək olmaz”
Yeni tədris ilinin başladığı ölkədə pandemiya qaydaları bu şəkildə pozuldu...
Evinin üstündən uçan təyyarəyə qəzəblənib tüfənginə sarıldı...
Maska əvəzinə üzünə ilan doladı - FOTOLAR
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
“Təəssüf ki, özəl kanallarda Bədii Şuraların necə fəaliyyət göstərməsiylə bağlı məlumatım yoxdur...”
Cəmiyyət
"Bu məmurlarda psixologiya maddi gəlir əldə etməyə, şəxsi sərvətini artırmağa yönəlib..."
Cəmiyyət
Ləkidən Qəbələyə çəkilən dəmir yolu nə zaman hazır olacaq? - VİDEO
Cəmiyyət
“Heç bir maddi dəyər halallığı, ədaləti, sədaqəti, etibarı əvəz edə bilməz...”
Cəmiyyət
İçkili olduğu üçün arvadı evə buraxmadı, avtobusda öldü...

Yazar
İlham İsmayıl
Bir gün Zaman, ya da Amerika prezidenti bizi də yaxalayacaq...
Seymur Verdizadə
İlqar Məmmədovun jurnalistlər qarşısında nə xəcalətli işi var ki, təmasdan qaçır..?
Sultan Laçın
15 Sentyabrı hələ də  bayram edə bilmiriksə -  içimizdə Şeytan oturub...
Həftənin ən çox oxunanları
Şagird qadın müəlliminin ona göndərdiyi lüt şəkillərini hamıya yaydı, qalmaqal qopdu
Rövşən Lənkəranski sağdır? - Məzarından GÖRÜNTÜLƏR - VİDEO
Tanınmış gitaraçını oğlu qəsdən öldürüb? – SENSASİON İDDİA
Azərbaycanda bütün qadağalar bu tarixdə yekunlaşacaq - Əhaliyə ŞAD XƏBƏR
"Bu adam indiyə kimi heç bir təhsil naziri ilə yola getməyib, bilirsiniz niyə..?"
“Vətənə xəyanət etməmişəm ki, 400 manat qurbandı mənim vətənimə...”
Paşinyan İrana qarşı vuruşmuş erməni “sərkərdə”nin  qəbrinə GÜL QOYDU...
"Bu şəhərdə" bu dəfə Siyavuş Novruzovu parodiya etdi - VİDEO
“Torpaqları azad etmək istəyən bir nömrəli adam İlham Əliyevdir, çünki o, bilir ki...”
Separatçı liderdən Ağdamdakı üzüm və nar bağından həyasız bəyanat - FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247