Xəbər lenti
04/06/2020 [08:40]:
"Bəlkə biz sadələşmək üçün bir az rus olaq, ağlımızı işlətmək üçün bir az yəhudi olaq..."
04/06/2020 [08:32]:
"Pul çoxaldıqca, sadəcə, var-dövlət həvəsi qalmır, hakimiyyətin zirvəsinə qalxmaq həvəsi artır"
04/06/2020 [08:26]:
Koronavirusun əlində başını itirən baş nazir - niyə Azərbaycana qarşı işğalçılıq siyasətini dəyişmək istəmir?
04/06/2020 [08:22]:
Braziliyada COVID-19 diaqnozu ilə ölənlərin sayı 32 mini keçib
04/06/2020 [08:11]:
Bayden seçki yarışında yenidən Trampı qabaqladı
04/06/2020 [08:09]:
Corc Floydun ailəsi göz yaşları içində ədalət istədi - VİDEO
04/06/2020 [07:54]:
"Halalı haramdan ayırmağın tək yolu – seçim anında Allahı yada salmaqdır..."
04/06/2020 [00:36]:
"Yalanlar ifşa olunmayanda, həqiqət olur..." - VİDEO
03/06/2020 [23:18]:
Azərbaycanda koronavirusdan ölənlərin dəfni xüsusi qaydalara uyğun həyata keçirilir - VİDEO
03/06/2020 [23:15]:
Tramp tibbi müayinədən keçdi
03/06/2020 [23:11]:
“Paşinyan istefa verməlidir, yoxsa fəlakət olacaq...”
03/06/2020 [23:08]:
Məşhur yutuber uşağını çinli bir ailəyə övladlığa verdi - FOTO
03/06/2020 [22:40]:
"Həyatım boyunca belə bir şeylə qarşılaşmamışam" - MARAQLI... + VİDEO
03/06/2020 [22:28]:
Qaxın kəndinə dolu yağıb
03/06/2020 [22:23]:
Nənəsinin cəsədini yeyərkən yaxalandı - QANDONDURAN HADİSƏ
03/06/2020 [22:20]:
190 manat məsələsinə yenidən baxılacaq
03/06/2020 [22:19]:
İki ay ərzində küçəyə çıxma qadağası təklif edilib - RƏSMİ
03/06/2020 [22:18]:
Növbəti həftədən qadağalar bütün ölkəni əhatə edəcək
03/06/2020 [22:16]:
“Ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar” - İlham Əliyev
03/06/2020 [22:06]:
"Vikipediya"nın Azərbaycan dili bölməsində məqalələrin sayı 160 mini keçib
03/06/2020 [21:44]:
Həftəsonu imtahanlar olacaq? - Açıqlama
03/06/2020 [21:35]:
Türkiyədə koronavirusdan ölüm sayı 4600-ü keçib
03/06/2020 [21:31]:
"Geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün əməliyyatlarımız uğurla nəticələnsin..."
03/06/2020 [21:15]:
Fransızlar dörd il əvvəl öldürülmüş qaradərili üçün ayağa qalxıb VİDEO
03/06/2020 [21:12]:
İlham Əliyev: "Avropa Şurası anti-Azərbaycan mövqedədir"
03/06/2020 [21:11]:
Bu qadağa bəzi jurnalistlərə aid edilməyəcək
03/06/2020 [21:08]:
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər davam etdirilir
03/06/2020 [21:05]:
Beynəlxalq uçuşlarla bağlı məsələyə - Münasibət
03/06/2020 [21:02]:
Şənbə və bazar günləri bu şəxslərə qadağalar olmayacaq
03/06/2020 [21:02]:
ABŞ-dakı etirazlara dəstək verən aktrisa təyyarədən endirildi - FOTO
03/06/2020 [20:55]:
Belarus Prezidenti hökuməti buraxdı
03/06/2020 [20:47]:
Donald Tramp öldürülən polis məmurunun fotosu paylaşdı - FOTO
03/06/2020 [20:28]:
UEFA "Trabzonspor"u avrokuboklardan kənarlaşdırdı - RƏSMİ
03/06/2020 [20:20]:
Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək
03/06/2020 [20:18]:
Maska qıtlığı yaradanlara SƏRT XƏBƏRDARLIQ
03/06/2020 [20:15]:
İbrahim Məmmədov: “Məhdudlaşdırmanı hökumət də istəmir, amma...”
03/06/2020 [20:07]:
Bütün ölkə ərazisində məhdudiyyətlərin tətbiq ediləcəyi vaxt açıqlandı - RƏSMİ
03/06/2020 [19:57]:
TƏBİB sədri: "İnsanlar diqqətli olmalıdır"
03/06/2020 [19:56]:
Metroda karantini pozan 5 nəfər barəsində cinayət işi başlanıldı
03/06/2020 [19:54]:
Operativ Qərargah: Vətəndaşlar həftəsonları üçün ərzaqlarını əvvəlcədən ala bilərlər
03/06/2020 [19:53]:
Həftəsonu keçiriləcək imtahanlarla bağlı açıqlama
03/06/2020 [19:52]:
Ramin Bayramlı: "Həftəsonu məhdudiyyətləri mətbuat sahəsinə də şamil ediləcək"
03/06/2020 [19:52]:
Azərbaycanda işçilərin işdən müxtəlif saatlardan çıxması ilə bağlı təklif verilib
03/06/2020 [19:50]:
Rayonlara gediş-gəlişin açılmamasının səbəbi açıqlandı
03/06/2020 [19:50]:
Azərbaycanda bəzi xəstəxanalar viruslu xəstələri qəbul etmək üçün tam boşaldılıb
03/06/2020 [19:49]:
Maskaların vahid qiyməti ilə bağlı - Açıqlama
03/06/2020 [19:48]:
Həftəsonları dükan və apteklər də bağlana bilər
03/06/2020 [19:47]:
Xankəndidə keçmiş təcridxananın zirzəmisindən adam skeletləri tapıldı...-Bəlkə bizim əsirlərinkidir?..
03/06/2020 [19:43]:
Azərbaycanda yeni QADAĞALAR
03/06/2020 [19:40]:
Mağazalar bağlanacaq, iş saatları qısaldılacaq
03/06/2020 [19:36]:
Corc Floyda dəstəyini nümayiş etdirən futbolçularla bağlı qərar verildi - Almaniyada
03/06/2020 [19:33]:
“Azərxalça” ASC-nin Tərtər filialı açılıb - FOTO + YENİLƏNİB
03/06/2020 [19:31]:
3 gün ərzində küçəyə çıxma qadağası tətbiq ediləcək - RƏSMİ
03/06/2020 [19:29]:
TƏBİB sədri həyəcan təbili çalır: “Normal həyata dönə bilmirik”
03/06/2020 [19:26]:
Aylarla gizlədilən koronavirus hesabatı ortaya çıxdı - MARAQLI
03/06/2020 [19:24]:
Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 325 yeni yoluxma faktı qeydə alınıb - RƏSMİ
03/06/2020 [19:24]:
UNEC-in tələbələrinə imtahan sessiyasında əlavə güzəştlər olunub
03/06/2020 [19:22]:
Karantinin yumşaldılması dayandırılır, məhdudlaşdırma olacaq
03/06/2020 [19:19]:
“Yazılan məlumatların hamısı şər və böhtan xarakterlidir” - Səfir danışdı
03/06/2020 [19:15]:
BDU-da “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda Respublika virtual elmi konfransı keçirilir
03/06/2020 [19:10]:
Bir neçə dəqiqəyə 48 nüvə raketi: Səmadan gələn “cəhənnəm”!
03/06/2020 [19:08]:
Əbülfəz Qarayev pulları Panama, Malta, Litva və Rusiyaya daşıyıb...
03/06/2020 [19:05]:
Dövlət başçısı Tərtər Olimpiya İdman Kompleksinin açılışında - FOTOLAR
03/06/2020 [18:55]:
Prezident icra başçısına irad bildirdi
03/06/2020 [18:55]:
Boyanı qatıq hesab edərək yedi, canından oldu - FOTO
03/06/2020 [18:52]:
"Firuz müəllim canlı klassikdir"
03/06/2020 [18:45]:
“Kim işdən çıxarılırsa, altından çoxlu pullar, milyonlar çıxır” - Əli Məsimli
03/06/2020 [18:40]:
Şuradan yeni elektron tətbiq: SƏLİS müqavilə
03/06/2020 [18:39]:
Karantini pozan obyektlər bağlandı - FOTOLAR
03/06/2020 [18:33]:
Ölümü ilə ABŞ-ı ayağa qaldıran, Trampı bunkerdə gizlənməyə məcbur edən Corc Floyd
03/06/2020 [18:29]:
Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib
03/06/2020 [18:08]:
"Dava saldı ki, mən dura-dura Mələkxanım "Leyli" olmamalıdır"
03/06/2020 [18:05]:
Prezident Ağcabədidə “ASAN xidmət” mərkəzinin açılışında
03/06/2020 [18:01]:
Ramzan Kadırov məsciddə ağladı - VİDEO
03/06/2020 [17:59]:
Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək
03/06/2020 [17:51]:
Prezident taxıl zəmisində olub - FOTO
03/06/2020 [17:49]:
Ermənistan ordusu Qarabağda itki verdi: Ölən və yaralananlar var
03/06/2020 [17:45]:
Prezident İlham Əliyev Ağcabədi rayonuna səfər edib
03/06/2020 [17:37]:
ABŞ-dakı mitinqlərdə Rusiya izi varmı?
03/06/2020 [17:34]:
Koronavirusa yoluxan jurnalist: “İnanmayanlara demək istəyirəm ki…”
Bütün arxiv bir sırada
22/05/2020 [23:35] - Cəmiyyət - ( 972 dəfə baxılıb)

“Koroğlu” romanı haqqında qeydlər...



“Koroğlu” romanı Vüqar Əhmədin dördüncü romanıdır. Tarixi mövzuda qələmə alınan əsər “Ecoprint” nəşriyyatında çap olunub. Romana AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy ön söz yazmışdır. Bədii əsərin rəyçisi “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı, redaktoru isə Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi Təhminə Vəliyevadır. 
Seyfəddin Rzasoy ön sözdə Koroğlu obrazı və ədəbiyyat mövzusu üzrə tarixi paralellik aparmışdır. 
Koroğlu... Hər bir erkək türk cocuğunun bənzəmək istədiyi  fövqəladə gücə malik basılmaz bir pəhləvan, yenilməz bir xalq qəhrəmanı. Hansı birimiz ağlımız kəsəndən bəri, yeniyetmə vaxtlarımızda Koroğluya bənzəmək istəməmişik. Hansı birimiz uşaq olanda ağacdan yonub “misri qılınc” düzəltməmişik, xəyalən Koroğlunun misilsiz Qıratının belində oturmamışıq. Hansı birimiz “Koroğlu” dastanından heç olmasa iki-üç şeir nümunəsini əzbərdən bilməmişik. Fəqət məhz bizə Koroğlunu da ulu ozanlarımızın bizim üçün miras qoyduğu bu qəhrəmanlıq dastanı tanıdıb. Biz məhz “Koroğlu” dastanını oxuyandan sonra əsl qəhrəmanın nə olduğunu Koroğlunun timsalında görmüşük və Allahdan başqa heç kimdən, heç nədən qorxmayan, zalımın zalımı, acizin, fəqirin müdafiəçisi olan, zülmkarlara qarşı sərt, kəskin mübarizə aparan, barışmaz mövqe tutan, həqiqət carçısı, haqq-ədalət bərpaçısı, düşmənlə döyüş zamanı nərəsi yeri-göyü titrədən, düşmənin canını lərzəyə salan, bir həmlədə yüzlərlə düşməni pərən-pərən salan, alçaqların, xainlərin, zülmkarların leşini bir tərəfə, başını bir tərəfə ayıran Koroğlunu tanımışıq və sevmişik. 
 “Koroğlu” dastanı yuxarıda deyildiyi kimi, bizə ulu ozanlarımızdan miras qalıb. İyirminci əsrin birinci yarısında dahi Üzeyir Hacıbəyov “Koroğlu” dastanının motivləri əsasında Azərbaycan musiqisinin ən qiymətli gövhərlərindən birini, “Koroğlu” operasını yaradıb və bu əsər tez bir zamanda bütün dünyaya səs salıb. 1960-cı illərin əvvəllərində Sabit Rəhmanın ssenarisinə əsasən, məşhur sinema rejissoru Hüseyn Seyidzadə “Koroğlu” bədii filmini ərsəyə gətirib və məşhur komediya ustası olmasına baxmayaraq Sabit Rəhman  “Koroğlu”nun ssenarisini o qədər də mükəmməl yarada bilmədiyinə görə Azərbaycanın ən peşəkar rejissorlarından sayılan Hüseyn Seyidzadənin bu filmi uğursuz alınıb. 
 İndi isə Vüqar Əhməd Koroğluya müraciət edib və bizə elə gəlir ki, çox düzgün də bir iş tutub. Vüqar Əhmədin bu romanı da “Koroğlu” dastanının motivləri əsasındadır, lakin müəllifin özünəməxsus təhkiyəsi ilə qələmə alınıb və əsərdə heyrətamiz bir səviyyədə bədiilik mövcuddur. Əvvəlki əsərlərindən də biz Vüqar Əhmədin orijinal bir üsluba, kimsəyə bənzəməyən bədii dilə, poetik lövhələrə malik olduğunu bilirik. Müəllif “Koroğlu”da da bu bədii piryomlardan, qeyri-adi variantlardan məharətlə istifadə etmişdir. 
 Romanda Koroğlu, dastanda nəql olunan kimi, Alı kişinin doğma oğlu deyil, Alı kişi onu körpə ikən qayalıqdan tapıb və doğma övladı kimi bəsləyib, tərbiyə verib, boya-başa çatdırıb. Ümumiyyətlə, kompazissiyası mükəmməl qurulmuş romanda dastandakından çox fərqli cəhətlər vardır. Müəllif obrazlarda da dəyişiklik etmişdir. Məsələn, burada müsbət obraz kimi verilən Ərəb Reyhan Koroğlunun düşməni deyil, onun oğlu Ayxan isə Koroğlunun ən yaxın dostuna çevrilir. Keçəl Həmzə əvvəlcə Koroğluya qarşı namərd hərəkət edib onun atını qaçırtsa da, sonra öz səhvini başa düşür. Koroğlu təkbaşına yüzlərlə düşmənlə döyüşərkən ona kömək edir və beləliklə, onun dəlilərinin sırasına daxil olur. Giziroğlu Mustafa bəy Çənlibeldə Koroğlu ilə birlikdə düşmənə qarşı mübarizə aparır. Əsərdə Həsən xan, Xotkar obrazları yoxdur, Nigar nə dastandakı kimi Xotkarın, nə də filmdəki kimi Həsən xanın qızıdır. Bayandur mahalının adil hökmdarı İsmayıl xanın övladıdır. Koroğlu da, əslində, Nigarın dost-doğma əmisi oğludur və körpə ikən, sonralar İsmayıl xanı nankorcasına öldürüb taxta oturan xain Qara vəzir tərəfindən anası zəhərlənmiş, özü isə qayalığa atılmışdır. Qara vəzir xəmiri riyakarlıqla, əxlaqsızlıqla, xainliklə, hiyləgərliklə yoğrulmuş iyrənc bir adamdır. Daha doğrusu, Vüqar Əhməd onun, eyni zamanda Türküstan hökmdarı Məhdim şahın ortancıl oğlu Xəyratın timsalında hakimiyyət, qızıl, külli miqdarda var-dövlət hərislərinin, hakimiyyətə yiyələnməkdən ötrü hər cür çirkinliyə, iyrənc əməllərə əl atanların, qadın düşkünlərinin, vətən, torpaq xainlərinin, xalq düşmənlərinin olduqca mənfi obrazlarını yaratmışdır. 
Əsərdə nə dastanda, nə operada, nə də filmdə olmayan hadisələr və obrazlar mövcuddur. Buradakı hadisələrin çoxu dastandakından fərqli olaraq tamamilə başqa cür cərəyan edir. Bayandur mahalındakı Təbərrük meşəsində istirahət etməyə gələn rus çarının ailəsi, ülyahəzrət Nadejda, qızları Anastasiya, Marusya, knyaz Barkovski, Vüqar Əhmədin ayrıca tapıntılarıdır. Koroğlunun cirə sazı sinəsinə basıb rus mahalının qənirsiz gözəli vəsf eləməsi, eyni zamanda Anastasiyanın Koroğluya dəlicəsinə aşiq olması əsərə xüsusi bir yaraşıq verir və Vüqar Əhmədin nə qədər yenilikçi, orijinal bir sənətkar olduğunu sübuta yetirir. 
Əsər həm də macəralarla doludur, maraqlı hadisələrlə zəngindir. Müəllif bu əsərə həm də uşaqlıqdan nağıllarda oxuyub başına gələn hadisələrə bəzən təəccüb etdiyimiz, bəzən heyrətləndiyimiz Azərbaycan nağıllarının ən məşhur personajlarından biri Ovçu Pirimin parlaq surətini də salmışdır ki, yüz yaşlı ixtiyar, əsərdə çox az görünsə də, romana özünəməxsus bir naxış vurur. 
  “Koroğlu” dastanında Aşıq Cünun surəti vardır. Orada Aşıq Cünun el aşığıdır və Koroğlunun ən yaxın sirdaşlarından biridir. Vüqar Əhməd isə bu əsərdə Aşıq Cünunu artıq məziyyətlərlə vermiş, onu bir növ övliya mərtəbəsinə yüksəltmişdir. Burada Aşıq Cünun Uca Yaradan tərəfindən kəramət verilmiş haqq aşığıdır və onun Koroğlu ilə hər görüşü  çox xeyirli olur. Belə ki, Aşıq Cünun gah Koroğluya bir ağsaqqal tək hikmətamiz kəlmələrlə öyüd-nəsihət, təsəlli verir, gah da üstünə naqafil qoşun gəldiyindən xəbərdar edir.  Koroğlunun Nigarla toyu olan zaman isə gəlib xeyir-dua verir. 
 Bu əsərdə Aşıq Cünun tək Azərbaycanın deyil, bütün türk dünyasının ən böyük yazılı abidəsi “Dədə Qorqud” eposundakı Dədə Qorqud obrazına çox bənzəyir. Belə ki, Dədə Qorqud yalnız ən lazmlı hallarda peyda olduğu kimi, Aşıq Cünun da əsərdə heç vaxt boş yerə görsənmir, hər gəlişi Koroğlunun uğur qazanmasına səbəb olur. 
Aşıq Cünundan başqa, bu romanda Allah tərəfindən kəramət verilmiş hamımızın müqəddəs “Qurani-Kərim”in “Loğman” surəsindən tanıdığı və sevdiyi Loğman surəti vardır. Müqəddəs “Qurani-Kərim”də adı hallanan Loğman şübhəsiz ki, tarixi bir şəxsiyyət olmuşdur və Uca Yaradanın ən xoşbəxt bəndələrindən olduğuna görə adı hər bir müsəlmanın həyat kitabı müqəddəs “Qurani-Kərim”ə düşmüşdür. “Loğman” surəti bizə nağıllarımızdan da tanışdır. Dünyanın ən məşhur tibb alimlərindən olan İbn-Sinaya da loğman demişlər. Lakin buradakı Loğman sadəcə olaraq çox güclü təbib olduğu üçün xalq arasında Loğman kimi tanınır. Əsl adı isə Hacı İbrahimdir.  Burada Loğmana Uca Yaradan tərəfindən kəramət verildiyi üçün bəsirət gözü açıqdır və o da Aşıq Cünun kimi çoxlarının bilmədikləri şeylərdən xəbərdardır və İbn Sadatın qoşunu ilə döyüşdə nizə yarası alıb xeyli qanitirmiş Nigarı Allahın intəhasız inayətilə ölümdən xilas edib həyata qaytarır. 
Həm Aşıq Cünun, həm Loğman, həm Ovçu Pirim, həm də bir çox nağıllarımızdan çox mənfi bir personaj kimi tanıdığımız Qara vəzir surətləri Vüqar Əhmədin dastanlarımıza, nağıllarımıza nə qədər bağlı olduğunu bəyan edir. 
Vüqar Əhməd romanda Koroğlunun hələ, necə deyərlər, sağ vaxtında ona bənzəmək istəyənlərin olduğunu göstərir. Məsələn,  Kərbəla səhrasında valideynləri və kiçik bacısı ilə birlikdə yaşayan Zülfüqar, Yezid nəslindən olan Şimrin əmriylə İbn Sadatın rəhbərliyi altında iyirmi minlik qoşunun Koroğlunun üstünə getdiyindən xəbər tutub düz üç gün, üç gecə at qovub özünü Bayandur mahalına çatdıraraq bundan Koroğlunu xəbərdar edir. 
Vüqar Əhməd əsərə bacı-qardaşlar, Qızılgüllə Rüstəmin surətini salmaqla Koroğlunun atılmış, kimsəsiz, yetim  uşaqlara da qayğısını əsirgəmədiyinin, Ulu peyğəmbərimiz Həzrəti Muhəmməd əleyhəssalatu vəssələmin mübarək hədisi-şərifinin hikmətinə əsasən yetim başına sığal çəkdiyinin şahidi oluruq. 
Hamıya məlumdur ki, Koroğlu tarixi bir şəxsiyyətdir və Allaha bütün qəlbi ilə inanan bir insan olmuşdur. Tarixi mənbələrin əksəriyyəti onun Kərkük elindən olduğunu göstərir. Bu da çoxlarına məlumdur ki, kərküklər istər Kərbəlaya, istər Nəcəfə, Şimali və Cənubi Azərbaycandan Həzrət Əli əleyhəssalamın, İmam Hüseyn əleyhəssalamın və ümumiyyətlə Kərbəla şəhidlərinin eşqinə köçmüşlər ki, dünyalarını dəyişdikləri zaman onları bu müqəddəslərin məzarının yaxınlığında dəfn etsinlər. Belə olan təqdirdə Koroğlunun da Əhli-Beyt aşiqi olmasının şərhə ehtiyacı yoxdur. Folklorşünaslar və tarixçilər “Koroğlu” dastanının yaşının çox olduğunu qeyd edirlər. Bu da öz növbəsində dastanın baş qəhrəmanı olan Koroğlunun bütün məziyyətlərini, o cümlədən dindar bir müsəlman olduğunu sübut edir. Lakin şübhəsiz ki, sovetlər dönəmində Koroğlunun dastandakı dindarlığı ilə bağlı səhifələr çıxarılmışdır və Koroğlu oxucuların nəzərinə sosializm ideologiyasının tələblərinə əsasən dinin nə olduğunu bilməyən bir şəxsiyyət kimi qələmə verilmişdir. Vüqar Əhməd bunu da nəzərdən qaçırmamış, Koroğlunun dindarlığını, ələlxüsus Əhli-Beyt aşiq olmasını ön plana çəkmiş, bununla da, Koroğlunun timsalında olduqca əməlisaleh bir obraz yaratmışdır. 
 Uzun illər öz cəfəngiyyatları ilə bəşəriyyətin beynini qarışdıran Karl Marksın materiyanın şüura olan nisbəti cəfəng fəlsəfəsi əsasında cərəyan edən sosializm ideologiyası daim belə bir fikir irəli sürmüşdür ki, bütün kasıblar yaxşı, bütün varlılar isə pis adamdır. Özü də məhz xalqın qanını sora-sora milyonlar sahibi olmuş adamlar sosializm ideologiyasını bu şəkildə təbliğ və tətbiq etmişlər. Çox əfsuslar olsun ki,  Marksın ibliscəsinə hazırladığı bu zəhərin indi də şərbət əvəzinə içənlər var və onlar da “öz sələflərinin” yolunu tutaraq dövlətin, xalqın var-yoxunu altdan-altdan mənimsəyə-mənimsəyə başqalarını da zəhərləndirmək istəyirlər. Vüqar Əhməd yenilikçi və orijinal bir sənətkar kimi əvvəlki əsərlərində olduğu kimi, bu romanda da bu fəlsəfənin yalnış və gülünc olduğunu sübuta yetirir və çöllərdə kasıbcasına ömür sürən Koroğlunu xan sarayında böyümüş Nigarla bir araya gətirərək, istər sarayda boya-başa çatmış Nigarın, istərsə də çöllərdə at otarmış Koroğlunun və onun ətrafına toplaşmış vətənpərvər adamların timsalında sadəcə olaraq əsl insan obrazları yaradır. Bu əsərdəki Koroğlu və Nigar başda olmaqla onların ətrafındakı müsbət surətlər, dövlətli və yaxud kasıb olmasından asılı olmayaraq vətənpərvər, torpaq sevən, alicənab, əməlisaleh, mərd, adət-ənənələrinə, milli dəyərlərinə, dininə, dilinə intəhasız hörmət göstərən surətlərdir. Vüqar Əhməd bununla insanın dəyərlərinin onun kasıb və yaxud zəngin olması ilə deyil, əməlləri ilə ölçüldüyünü, kasıbların da arasında olduğu qədər, varlıların da arasında gözəl insanlar olduğunu bədii ustalıqla göstərə bildirmişdir. 
 Vüqar Əhməd bu əsəri Azərbaycanın qəhrəmanlıq tarixinə adını qızıl hərflərlə yazmış, eyni zamanda azğın düşmənə Azərbaycan əsgərinin onların düşündüyü kimi zəif, qorxaq, aciz deyil, yer üzündə tayı-bərabəri olmayan, cəsarəti, rəşadəti bütün dünyaya nümunə ola bilən bir əsgər olduğunu bir neçə saatın ərzində yüzlərlə erməni dığasını cəhənnəmin dibinə göndərmiş Mübariz İbrahimova ithaf etmişdir. Buna da səbəb, şübhəsiz ki, yuxarıda qeyd olunduğu kimi, ən əlçatmaz zirvələrdən biri olan şəhidlik zirvəsinə yüksəlmiş igidlər igidi Mübariz İbrahimovun milyardlarla insandan birinə nəsib olan fövqəladə şücaəti, məhz çox zaman düşmənin üstünə təkbaşına gedən Koroğlu kimi bir həmlədə yüzlərlə düşmənin leşini leş üstünə qalamasıdır. 
 Əslində, həqiqətən də, Mübariz İbrahimov Koroğluya çox bənzəyir. Etiraf etmək lazımdır ki, biz bir xalq olaraq zəmanəmizin Koroğlusunu çoxdan gözləyirdik və budur, Koroğlu yeni qiyafədə, artıq misri qılıncla yox, müasir silahlarla silahlanmış, lakin fiziki qüdrətindən, zirəkliyindən, qorxmazlığından, vətənpərvərliyindən, basılmazlığından, yenilməzliyindən, yüksək mənəvi keyfiyyətlərindən, nəcib sifətlərindən, əməlisalehliyindən, işıqlı imanından, eyni zamanda qüsursuz yaraşıqlı görkəmindən Koroğlunu bizə çox xatırladan yeni bir Koroğlu peyda oldu. Və gəlişilə hələ qiyamətə qədər də Koroğluların doğulacağını popurist nitqlərlə, alovlu çıxışlarla yox, heyrətamiz ruhu, cəsurluğu və fövqəladə hərbi bacarığı ilə bəyan etdi. 
Mən elə düşünürəm ki, Vüqar müəllim məhz bu səbəbdən yenicə qələmə aldığı bu çox vacib və dəyərli əsəri Mübariz İbrahimova ithaf etmişdir. 
Yuxarıda qeyd olunduğu kimi, Vüqar müəllim çox gözəl bir təhkiyə ustasıdır. O, bu hekayətini də elə bir şəkildə nəql edir ki, həm vəzifəsindən, tutduğu mövqeydən asılı olmayaraq yaşlı insanlar, həm də artıq oxumağı bacaran azyaşlı uşaqlar da əsəri, necə deyərlər, özünküləşdirir və əsər onu o qədər özünə bağlayır ki, özünü Koroğlunun yanında, bu el qəhrəmanının macəralarını, düşmənlərlə savaşlarını gözü ilə görüb müşahidə etmiş kimi hiss edir.  
Vüqar müəllimin Koroğluya müraciətinin bir səbəbi də onun şəxsən özünün uşaq vaxtından bu igidlər-igidinə intəhasız dərəcədə bağlılığıdır. Gözəl bir zərb-misal var ki, niyyətin hara, mənzilin də ora. Layiq olan bir şəxsiyyəti çox sevirsənsə, ona hədsiz dərəcədə bağlanırsansa hökmən haçansa qarşılığını alırsan. Əsrlər öncə Koroğluya heyran olan aşıqlar sevə-sevə onun haqqında çox dəyərli dastan qoşublar. İyirminci əsrin əvvəllərində dahi Üzeyir bəy Koroğlu haqqında sevə-sevə tək Azərbaycan incəsənətini deyil, dünya opera xəzinəsini bəzəyən “Koroğlu” operası yaradıb. Sonralar Bülbül kimi, Lütfiyar İmanov kimi nəhəng müğənnilər sevə-sevə Koroğlu obrazını oynayıblar. İndi də Vüqar müəllim sevə-sevə “Koroğlu” romanını qələmə alıb. İnanırıq ki, Vüqar müəllim də hökmən Koroğluya qarşı olan bu sevginin qarşılığını alacaq, əsər damarlarından əsl azərbaycanlı qanı axan hər bir vətənpərvər insan tərəfindən sevilə-sevilə oxunacaq və yüz minlərlə insan bu kitabı özünün stolüstü kitabına çevriləcək. 
 Vüqar Əhmədin indiki zamanda, iyirmirinci əsrdə Koroğluya yeni baxışı həm də ona görə vacibdir ki, türk oğlu, türk övladı Koroğlunun kim olduğunu bütün dünya bir də görsün. Çoxlarına məlumdur ki, tarixləri məlum olmayan, bu səbəbdən də folklorları, mədəniyyətləri, milli dəyərləri mövcud olmayan, eyni zamanda türk qəhrəmanlarını hər vasitə ilə aşağılamaq istəyən ermənilər son zamanlar Koroğluya da əl ataraq onu fransız xalqına qorxaq və bir çox mənfi xüsusiyyətə malik olan bir adam kimi qələmə vermiş, daha doğrusu, bunu türklərin özlərinin yaratdığı Koroğlu dastanının fransız dilinə tərcüməsi kimi formalaşdırmışlar. Vüqar Əhmədin Koroğlunu ən yüksək keyfiyyətlərə, nəcib sifətlərə, misilsiz qəhrəmanlığa, əyilməzliyə, basılmazlığa malik olduğunu sadə, aydın və rəvan bir şəkildə bəyan edən bu romanı həm də tuği-lənət olub boğazımıza keçmiş nankor ermənilərə tutarlı bir zərbə, layiqli bir cavabdır. Şübhə etmirik ki, yaşından asılı olmayaraq Azərbaycan oxucusu məhz bu romanı oxuyub Koroğlunun indiyə qədər bizə məlum olmayan keyfiyyətləri ilə tanış olacaq və Koroğlu kimi bir igidlə eyni millətdən olduqlarına görə qürur duyacaq.


Seyfəddin Rzasoy
AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor

"Yalanlar ifşa olunmayanda, həqiqət olur..." - VİDEO
Məşhur yutuber uşağını çinli bir ailəyə övladlığa verdi - FOTO
"Həyatım boyunca belə bir şeylə qarşılaşmamışam" - MARAQLI... + VİDEO
Nənəsinin cəsədini yeyərkən yaxalandı - QANDONDURAN HADİSƏ
ABŞ-dakı etirazlara dəstək verən aktrisa təyyarədən endirildi - FOTO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
Xankəndidə keçmiş təcridxananın zirzəmisindən adam skeletləri tapıldı...-Bəlkə bizim əsirlərinkidir?..
Gündəm
“Orta məktəblərdə hərbi dərslərin keçirilməsi bərpa edilməli və gücləndirilməlidir”
Cəmiyyət
“Fədayə yaxşı sənətkardı, insandı, dostcanlıdır, yüz yaşını qeyd etsin...”
Cəmiyyət
“Könül xanım səbirli olsun, həyatın qanunu budur...”
Cəmiyyət
“Bundan sonra ancaq yarımçıq işləri ömür möhlət verdiyi qədər tamamlamağı düşünürəm...”
Yazar
Seymur Verdizadə
"Donuza güllə atan adamın başını donuz kimi kola soxub, şalvarını əynindən çıxarırdılar..."
Sultan Laçın
“Elə bildim, qaçqınlar “Qaçqınkom”un qarşısında  Qarabağın azadlığı tələbilə aksiya keçirir...”
Həftənin ən çox oxunanları
İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı - FOTO
Azərbaycan Respublikasıının 20 faizində  təhlükəsizlik atası azərbaycanlı olan generala tapşırıldı... 
Valentina Tereşkova ilə Vilyam Hacıyevi nə bağlayır?
Elçibəyin Klintona Kəlbəcərlə bağlı yazdığı məxfi məktub: Prezident amerikalı həmkarından nə istəyib?
ABŞ hər iki ölkəni “bombalayacaq”: Pentaqon sülhə “razı deyil”!
"Ay it uşaqları, Ramil Markaryanı yatdığı yerdə öldürməyib..."
Niyə Əbülfəs Qarayevin işdən qovulmasına ən çox sevinən Bərdə camaatıdır...?
Rusiyaya səs salan azərbaycanlı müğənni: “Gəncədə dörd manata ofisiant işləyirdim” - VİDEO
“Heç biriniz məndən nə ağıllı, nə də tərbiyyəli ola bilməzsiniz...”
"Qarayevin qonağı olan Jerar Depardye gördüklərindən o qədər heyrətə gəlmişdi ki..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247