Xəbər lenti
02/07/2020 [15:23]:
“İndi sevişmək də qadağandır”
02/07/2020 [15:13]:
General Polkovnik Tofiq Ağahüseynovdan Polis Günü TƏBRİKİ...
02/07/2020 [15:09]:
Kamran Əliyevdən yeni struktur islahatları...
02/07/2020 [14:56]:
Təhsil Nazirliyindən dərsliklərlə bağlı AÇIQLAMA
02/07/2020 [14:40]:
Səudiyyə Ərəbistanı OPEK+ ölkələrini neft müharibəsi ilə təhdid etdi
02/07/2020 [14:40]:
Azərbaycanlı model yarımçılpaq şəkillərini paylaşdı - FOTO
02/07/2020 [14:37]:
Paytaxtda karantin postları tam yığışdırılmayıb - VİDEO
02/07/2020 [14:36]:
“Qarabağ danışıqlarında Paşinyanın nə intellekti, nə iradəsi, nə də istəyi çatmır” – Erməni politoloq
02/07/2020 [14:29]:
“Əzizlərimizə sevgi, həyata məhəbbət arzu ediriksə, bu günki qaydalara riayət etməliyik...”
02/07/2020 [14:27]:
Novak: "Gələn il qlobal neft tələbatının bərpası üzrə proqnoz nikbindir"
02/07/2020 [14:26]:
"Həmin zavodun Şəkidə açılması nəzərdə tutulduğu halda, Balakənə dəyişdirilməsi başadüşülən deyil"
02/07/2020 [14:26]:
TƏBİB AzTV-nin koronavirusdan vəfat edən əməkdaşı barədə açıqlama verib
02/07/2020 [14:24]:
Komitə sədrinin müavini: “Təhsil kreditləri haqqında” qanun layihəsi yeni variantda hazırlanıb”
02/07/2020 [14:00]:
Koronavirusa yoluxan Nursultan Nazarbayev sağalıb
02/07/2020 [13:58]:
Bayram Nurlu karantin rejimini pozduğu üçün cərimələnib - VİDEO
02/07/2020 [13:56]:
“Hər dəfə Türkiyədə olanda bu iradı eşidirdik, sağ olsun ölkə başçısı ki...”
02/07/2020 [13:54]:
“Fiziki və psixoloji olaraq travma alıb” – Məşhur aktyor məhkəməyə müraciət etdi
02/07/2020 [13:45]:
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib - FOTO
02/07/2020 [13:43]:
Lukaşenko koronavirus üzərində qələbəni elan etdi
02/07/2020 [13:30]:
Afrikada 350 fil naməlum səbəbdən ölüb
02/07/2020 [13:30]:
"Ümid edək ki, qısa müddətdə Bəhram Bağırzadə ilə bağlı daha sevindirici xəbərlər verəcəyik”
02/07/2020 [13:30]:
“Laçınım”ı efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu...
02/07/2020 [13:19]:
“İstənilən ekstremal vəziyyətdə əsas çətinlik və fədakarlıq məhz polisin üzərinə düşür”
02/07/2020 [13:16]:
Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ
02/07/2020 [13:15]:
“DİN sosial şəbəkələrdə qaldırılan məsələlərə aktiv reaksiya verir” - Jurnalist
02/07/2020 [13:12]:
"Doğru deyir Qüdrət bəy, Azərbaycan uyğun bir ortam tapıb Türkiyəyə müraciət etməlidir..."
02/07/2020 [13:05]:
Avtosfer.az və QHT polisləri belə təbrik etdi - FOTO + VİDEO
02/07/2020 [13:05]:
Maska taxmamağa görə cərimələrin iki dəfə artırılması ilə bağlı qanun qüvvəyə minib
02/07/2020 [13:02]:
“Gəlin onlar bizi qoruduqları kimi, biz də onları dəyərləndirək”
02/07/2020 [13:02]:
İlham Əliyev Vladimir Putini təbrik etdi
02/07/2020 [12:54]:
“Azərbaycan polisinin Şuşada, Xankəndində asayişi təmin edəcəyi günlərin arzusu ilə yaşayırıq...”
02/07/2020 [12:52]:
“Əlli yaşını keçəndən sonra adam ümumiyyətlə, Bakını görmək istəmir...”
02/07/2020 [12:49]:
Nazirlik: “Karantin rejimi qaydalarına əməl etməyən ticarət obyektləri barəsində ciddi tədbirlər görüləcək”
02/07/2020 [12:48]:
Polşada ağzında pul olan onlarla uşaq skeleti tapıldı - FOTO
02/07/2020 [12:46]:
Pandemiya xəstəxanasının həkimi: “Koronavirus qar topası kimi böyüyür” - MÜSAHİBƏ
02/07/2020 [12:43]:
DİN Qəbələdə qardaşın qardaşını gülləməsi faktı ilə bağlı məlumat yayıb
02/07/2020 [12:30]:
Hərbi xidmətə çağırılanlar koronavirus testindən keçirilir? - RƏSMİ
02/07/2020 [12:17]:
“Mars şəhəri”nin inşası yekunlaşmaq üzrədir - FOTO
02/07/2020 [12:16]:
Azərbaycanın əməkdar geoloqu vəfat edib
02/07/2020 [12:09]:
İqtisadiyyat nazirinin müavini supermarket rəhbərləri ilə görüşdü
02/07/2020 [12:08]:
Kamran Əliyevdən daha bir təyinat
02/07/2020 [12:07]:
Sürücülərin icazə alması qaydası müəyyənləşib - 8103-də daha bir YENİLİK
02/07/2020 [12:06]:
Bəhram Bağırzadə komadan ayıldı
02/07/2020 [12:05]:
Postlar yığışdırıldı: Maşındakı sərnişinlərə nəzarət necə həyata keçiriləcək? - RƏSMİ AÇIQLAMA
02/07/2020 [11:47]:
Bakıda 29 yaşlı iş xanımı qəfildən öldü - Tanınmış cərrahın qızı idi... - FOTO
02/07/2020 [11:45]:
Şeirləri əbədi canlı Səyavuş Sərxanlı
02/07/2020 [11:45]:
“Məhəbbət Kazımovun cığırıyla getmək olar, amma onu əvəz etmək mümkün deyil...”
02/07/2020 [11:35]:
Monqolustanda vəba təhlükəsi: Bölgəyə giriş-çıxış bağlandı
02/07/2020 [11:29]:
Mahir Emreli karantin qaydalarını pozdu - VİDEO
02/07/2020 [11:26]:
"İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək sessiya beynəlxalq ictimaiyyətin səfərbər edilməsinə şərait yaradacaq"
02/07/2020 [11:25]:
Azərbaycan Polisi Günü balacaların diqqətindən kənarda qalmadı - VİDEO
02/07/2020 [11:23]:
Tağıyev bulağında qətl söhbəti – Ayxan Ayvazın yeni reportajı...
02/07/2020 [11:23]:
Dünyada koronavirusa qarşı 141 peyvənd hazırlanır
02/07/2020 [11:19]:
İlon Mask Los-Ancelesdəki dörd malikanəsini satışa çıxardı
02/07/2020 [11:10]:
"Nə qədər evdən onlayn oxumaq olar?"
02/07/2020 [11:06]:
Tramp amerikalılara pandemiyaya görə 1200 dollar paylamaq istəyir
02/07/2020 [11:04]:
“Biz Kann festivalına ermənilərdən əvvəl getmişik” - Nazirlikdən açıqlama
02/07/2020 [10:53]:
Karantini pozan Səhiyyə naziri istefa verdi
02/07/2020 [10:52]:
Türk generalı qətlə yetirən erməni terrorçu – Dosyelər yenidən açılacaq
02/07/2020 [10:52]:
Yeni magistral yolun İranla dövlət sərhədinədək olan hissəsinin tikintisinə başlanılıb
02/07/2020 [10:51]:
"Silahlı Qüvvələrdə vətənpərvərliyin, şəxsi heyətin ideoloji hazırlığının işləri davam etdirilməlidir"
02/07/2020 [10:50]:
"Musa Musayev niyə Naftalanın icra başçılığından çıxarılıb, özü yaxşı bilir..."
02/07/2020 [10:41]:
Myanmada sürüşmə nəticəsində 50 şaxtaçı ölüb
02/07/2020 [10:39]:
İlham Əliyevdən Azərbaycan Polisi Günü ilə bağlı paylaşım - FOTO
02/07/2020 [10:37]:
"O əlcəyi əlinizdə yarım saat saxlaya bilməzsiniz, amma onlar gecə-gündüz əllərindən çıxarmırlar"
02/07/2020 [10:27]:
Ziya Məmmədovun qardaşı oğlu sürücülük hüququndan məhrum edilir
02/07/2020 [10:21]:
Milli Məclisə gəlməyən Oqtay Əsədov özünə köməkçi də götürməyib
02/07/2020 [10:19]:
Almaniyadan daha səkkiz Azərbaycan vətəndaşı deportasiya ediləcək
02/07/2020 [10:11]:
Aygün Kazımovanın bu videosu müzakirələrə səbəb oldu - VİDEO
02/07/2020 [10:07]:
Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi
02/07/2020 [10:05]:
Bakıda sevgililər koronavirusa yoluxdu: “Üzük almışdı, evlilik təklif edəcəkdi“
02/07/2020 [10:04]:
İsrail və ABŞ səfirləri Vatikana çağırıldı...-SOS!.. 
02/07/2020 [09:49]:
Lerikdə maşın dərəyə yuvarlanıb, ölən və yaralananlar var
02/07/2020 [09:48]:
İrəvandakı Rusiya səfirliyindən sərt bəyanat – Bakı da hazır olmalıdır
02/07/2020 [09:46]:
Rusiyada Konstitusuya referendumunun nəticələri AÇIQLANDI
02/07/2020 [09:44]:
Azərbaycana iki qonşusundan su zərbəsi: Samur və Kür suyu olmasa...
02/07/2020 [09:41]:
Müdafiə Nazirliyi cəbhə xəttindəki vəziyyətlə bağlı məlumat yaydı
02/07/2020 [09:21]:
Şamaxı icra başçısına yeni müavin təyin olundu
02/07/2020 [09:19]:
"İstər Paşinyan olsun, istərsə də ondan sonra başqa bir erməni lider..."
02/07/2020 [09:13]:
"Buna görə Sahibə Qafarovaya şəxsən təşəkkürlərim var..."
Bütün arxiv bir sırada
23/05/2020 [09:14] - Cəmiyyət - ( 924 dəfə baxılıb)

Ermənistanın Şuşa həyasızlığı hərbi toqquşmanı qaçılmaz edir



“Düşmən başa düşməlidir ki, münaqişənin ”don"u açılsa..."

Ermənilərin Qarabağdakı son davranışları müharibəni, hərbi toqquşmanı qaçılmaz edir. Artıq əksəriyyət bu qənaətdədir ki, Azərbaycan tərəfi işğalçının qudurğanlığına hərb dildə cavab verməlidir.

Ermənistanın baş naziri Nikol Paşinyanın son iki həftədə iki dəfə işğal altındakı ərazilərimizə saymazyana gəlişinə Minsk Qrupu həmsədrləri də səssiz qaldı. Həmçinin vasitəçilər Qarabağ separatçılarının “seçki” şousunu “inauqurasiya” ilə bitirməyə də hərtərəfli imkan yaratdılar. Hər halda vasitəçilərin sükutu və işğalçının və separatçıların həyasız davranışları üçün stimul rolunu oynayır. Bəllidir, böyük güclər Azərbaycana genişmiqyaslı hərbi əməliyyatlar aparmaq imkanı vermir. Ancaq müxtəlif ekspertlər bu qənaətdədir ki, lokal, ildırımsürətli əməliyyatlarla düşmənə sarsıdıcı zərbələr endirə və onu danışıqlar masasında korrekt davranmağa sövq edə bilər.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, indiyədək danışıqların sürətləndirilməsi cəhdləri heç bir nəticə verməyib. “Danışıqlarla bağlı vəziyyət o qədər aydındır ki, artıq imitasiya etmək də mümkün deyil. Azərbaycan mövqeyində israrlıdır və hər hansı bəhanəni qəbuledilməz sayır. İndi belə bir mənzərə formalaşdırmaq istəyənlər var ki, gedişat Azərbaycanın öz ərazilərinin işğalı ilə barışdığını göstərir. Bu, Azərbaycan və onun siyasi elitası üçün qəbuledilməzdir”, - sabiq nazir “Ayna”ya deyib.

O, həmçinin əmindir ki, Rusiya hərbi əməliyyatların başlamasını istəmir və bu səbəbdən münaqişənin sülh yolu ilə nizamlanmasına, gərginliyin diplomatik üsullarla aradan qaldırılmasına üstünlük verəcək: “Lakin Ermənistan rəhbərliyinin anlaşılmaz mövqeyi üzündən Azərbaycanın hərbi üsuldan başqa variantları qalmayıb. Belə vəziyyətdə nəsə söyləmək çətindir: ya real diplomatik nailiyyət qazanıb, Azərbaycan ictimaiyyətini rahatlatmaq lazımdır, ya da hərbi əməliyyatların yenidən başlaması qaçılmazdır. Aydın məsələdir ki, Rusiya Ermənistana ”radikal mövqeyiniz tərəfimizdən dəstəklənməyəcək" mesajını verib".

Bununla yanaşı, Zülfüqarov hesab edir ki, Moskva ilə İrəvan arasındakı münasibətlərin pisləşməsinə baxmayaraq, Rusiya hələ də Azərbaycanın qarşısında yeganə maneədir: “Çünki tarix boyu Rusiya özünü ermənilərin müdafiəçisi elan edib. İndi ermənilər elə bir hərəkət etdilər ki, onları müdafiə etmək mənəvi formada da mümkün olmayan bir iş olacaq. İstənilən halda, Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə aparılmasına və 750 min insanı yurd-yuvasından qovulmasına göz yumması mümkün deyil”.

Elxan Şahinoğlu: “Ermənistan hakimiyyətinin təxribatları fonunda ya danışıqlara ara verilməli, ya da danışıqlardan imtina edilməlidir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 21-də işğal altındakı Şuşaya gəlişi və bu şəhərdə Dağlıq Qarabağın yeni “seçilən prezidenti” Araik Aratunyunanın andiçmə mərasiminin keçirilməsi müharibəyə dəvətdir: “Son tədbir erməni separatçılarının və baş nazir Nikol Paşinyanın təxribatı idi. Çünki keçmiş illərdə də Dağlıq Qarabağda ”prezidentin" andiçmə mərasimi keçirildi və bu tədbirlər ermənilərin yaşadığı Xankəndidə olurdu. Bu dəfə isə “andiçmə” mərasimini Şuşada keçirdilər. Halbuki beynəlxalq vasitəçilərin hazırladığı bütün həll planlarına görə, Şuşa boşaldılmalı və azərbaycanlılara qaytarılmalıdır. Nikol Paşinyanın “andiçmə mərasimini” Şuşada keçirməkdə iki məqsədi var idi. Birinci məqsəd: erməni separatçıları Şuşanı Dağlıq Qarabağın paytaxtı etmək istəyirlər. İkinci məqsəd: erməni separatçıları göstərmək istəyirlər ki, Şuşanı azərbaycanlılara qaytarmayacaqlar. Nikol Paşinyan hər açıqlamasında bildirir ki, müharibənin əleyhinədir və Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etmək istəyir. Ancaq Paşinyanın Şuşada tədbir keçirməsi müharibəni yaxınlaşdırır. Çünki biz ermənilərin təxribatlarına uzun müddət dözə bilmərik".

E.Şahinoğlu xalqımızın savaşa hazır olduğu qənaətindədir: “Azərbaycan cəmiyyəti hakimiyyətdən mayın 21-də Şuşada tədbir keçirən ermənilərə qarşı ciddi tədbirlər görməyi tələb etdi. Sosial şəbəkələrdə hətta ”Şuşanı vurun!" təbliğatı aparıldı. Əlbəttə, müharibənin riskləri var. Ermənilər Şuşada tədbir keçirəndə həm də onu düşünüblər ki, bölgədə koronavirus yayıldığı dövrdə Azərbaycan müharibəyə başlamayacaq. Onların bu düşüncələrinin yanlış olduğunu elə onların özünə sübut etməliyik. Azərbaycan Xarici İşlər Nazirliyi təkrarlanan bəyanatlarından birini yaydı. Azərbaycan cəmiyyətində isə belə fikir var ki, hazırki dövrdə söz sahibi Xarici İşlər Nazirliyi deyil, Müdafiə Nazirliyi olmalıdır".

Ekspert Azərbaycan ordusunun hərbi təlimlərinə də diqqət çəkdi: “Düzdür, Azərbaycan Dağlıq Qarabağın yollarına nəzarət edə bilmir. Buna baxmayaraq, Azərbaycanın hərbi hava qüvvələri Dağlıq Qarabağın səmasına nəzarət edir. Hərbi təyyarələrin Dağlıq Qarabağ səmasında mütəmadi uçuşları erməni separatçılarına Ermənistan hakimiyyətinə, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrlərinə ciddi xəbərdarlıq olar. Erməni separatçıları Azərbaycanın hərbi təyyarəsini vursalar, bu, müharibənin başlanmasına şərait yaradacaq. Azərbaycan cəmiyyətində belə bir fikir var ki, Ermənistan rəsmilərinin helikopterlə Dağlıq Qarabağa gəlişlərinin qarşısı alınmalıdır. Bu arada həmsədrlər - Rusiya, ABŞ və Fransa Ermənistan hakimiyyətini təxribatlardan çəkindirmirlər. Azərbaycan XİN vasitəçilərə ən azı iki sual verməlidir: birincisi, həmsədrlər Ermənistan hakimiyyətinin işğal altındakı Şuşada keçirilən tədbiri haqqında nə düşünürlər? İkincisi, erməni separatçıları həmsədrlərin hazırladıqları planların əksinə olaraq Şuşada, Kəlbəcərdə və Laçında məskunlaşdırma siyasətinin qarşısını niyə almırlar? Axı bütün həll planlarına görə bu bölgələr boşaldılmalıdır. Bu suallara cavab yoxdur. Bu şəraitdə danışıqlara ehtiyac qalmır. Ermənistan hakimiyyətinin təxribatları fonunda ya danışıqlara ara verilməli, ya da, ümumiyyətlə, danışıqlardan imtina edilməlidir. Bu, Azərbaycanın Ermənistana və beynəlxalq aləmə ciddi mesajı olar. Azərbaycan cəmiyyəti hakimiyyətdən erməni separatçılarına qarşı radikal addımlar atılmasını gözləyir”.

Politoloq Arzu Nağıyev isə “Yeni Müsavat”a dedi ki,  pandemiyadan öz siyasi məqsədləri üçün istifadə edən Paşinyan rejimi məhz belə bir dövrdə saxta seçkilərə getdi və özünü çox gülünc bir vəziyyətə saldı: “Məlumdur ki, dolayı olaraq məqsədinə çatdı. Hətta ”ikinci tur" başa çatmamış “prezident”i, yəni Araik Arutunyanı hətta Ermənistan rəhbəri Sərkisyan tərəfindən təbrik edilir, alqışlanır. Məqsəd ondan ibarətdir ki, Paşinyan nəyin bahasına olursa- olsun, “Qarabağ klanını oradan aralamaq istəyir və demək olar ki, müəyyən qədər buna nail oldu. İndiki ”rəhbər" legitim deyil, varlıdır, biznesmendir və hərtərəfli Paşinyanı razı sala biləcək bir şəxsdir. Əsası da odur ki, Köçəryan və Sərkisyanın nəzarətində olan deyil. Hətta bu “seçki”lərdən sonra belə rəsmi İrəvan qondarma qurumun tanınmasını gündəmə gətirmir. Təsəvvür etmək belə çətindir, seçki keçirilir, ancaq belə bir dövlət yoxdur. Məlum məsələdir ki, bu cür yanaşma hərbi qarşıdurmaya gətirib çıxarmanın ən asan yoludur".

A.Nağıyevin sözlərinə görə, ermənilər də bunu başa düşür və mümkün qədər öz havadarlarını bu işlərə qoşmağa çalışırlar: “Beynəlxalq təşkilatların da bu ”seçkiləri konstitusion və hüquqi baxımdan tanımaması vacib məsələ idi. Təbii ki, danışıqlara bunun heç bir təsiri olmayacaq, sadəcə olaraq, yenə də bu kart ermənilər və onların əsas havadarı üçün bir şansdır. Lakin düşmən də başa düşməlidir ki, bu münaqişənin “don”u açılsa və danışıqlar prosesi tam şəkildə dalana dirənsə, acınacaqlı nəticələr gözlənilir".

loading...
“Laçınım”ı efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu...
"Musa Musayev niyə Naftalanın icra başçılığından çıxarılıb, özü yaxşı bilir..."
Şəhərin ortasında koronavirusa vida ziyafəti təşkil etdilər - MARAQLI
64 milyon dollarlıq saray yanaraq kül oldu - FOTO
İdmanla məşğul olmadan 150 kiloqram arıqladı - MARAQLI...+ FOTOLAR
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
“Əzizlərimizə sevgi, həyata məhəbbət arzu ediriksə, bu günki qaydalara riayət etməliyik...”
Gündəm
“Azərbaycan polisinin Şuşada, Xankəndində asayişi təmin edəcəyi günlərin arzusu ilə yaşayırıq...”
Cəmiyyət
“Məhəbbət Kazımovun cığırıyla getmək olar, amma onu əvəz etmək mümkün deyil...”
Cəmiyyət
"Nə qədər evdən onlayn oxumaq olar?"
Gündəm
“Koronavirus testləri imkansız vətəndaşlar üçün pulsuz olmalıdır”
Yazar
İlham İsmayıl
Bir erməni gecikmir, bir də Putin...
Sultan Laçın
“Ordumuzun Mütəllibov və Elçibəy dövründəki uğurları  nədən ekranlaşdırılmır?..”
Həftənin ən çox oxunanları
"Mərc gəlirəm: bu gecə çevriliş olacaq..."- ABŞ səfirliyinin 1-ci katibindən şok iddia...
Aygün Kazımovanın yarıçılpaq videosu yayıldı - VİDEO (18+)
Arvadı ruhi xəstə, oğlu qumarbaz, dostu xəyanətkar...
Şadlıq saraylarının işçiləri Maliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirdi...- FOTO
Ərini başqa qadınla tutan, doğuş sancısıyla səhnəyə çıxan, şüşə gözlü Xalq artisti...
4 dəfə evlənən, erməni qayınanasına görə ailəsi dağılan, namus üstündə ölkədən gedən Xalq artisti
"Xüsusi sesiyanın çağırılması Azərbaycanın beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi nüfuzunu göstərir"
DÜNYAYA ŞAD XƏBƏR - Koronavirusu 25 saniyədə məhv edən üsul
Zirəddin koronavirusun yox olacağı dəqiq tarixi AÇIQLADI
"Rəhim Qazıyev Heydər Əliyevin mandatına dair sualı verməklə özünə qəbir qazımış oldu..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247