Xəbər lenti
19/09/2020 [06:55]:
“Ata və ananızı razı salın ki, Allah da sizdən razı olsun...”
19/09/2020 [01:13]:
Dubay şeyxinə ərə getmiş Zeynəb Cavadlının mübhəm aqibəti... - FOTO + VİDEO
19/09/2020 [01:08]:
“Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib, lakin heç vaxt belə hazırlıq nümayişi olmamışdı"
19/09/2020 [00:59]:
Misir Mərdanovun qızı “Azəriqaz”ı məhkəməyə verdi: “Göyərçin" Uşaq Bağçası etiraz edir...
19/09/2020 [00:45]:
Bu gündən Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyatın işi dayandırılır
19/09/2020 [00:43]:
Biləcəridə özünü asan şəxsi xilas etdilər
19/09/2020 [00:41]:
Alimlər koronavirusun əsas yoluxma üsulunu müəyyənləşdirdilər
19/09/2020 [00:23]:
Conson: “Britaniyada pandemiyanın ikinci dalğası qaçılmazdır”
19/09/2020 [00:16]:
117 yaşlı qadın yeni rekorda imza atdı
18/09/2020 [23:45]:
Yunanıstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
18/09/2020 [23:42]:
ABŞ sentyabrın 20-dən “TikTok”un yüklənməsini qadağan edəcək
18/09/2020 [23:31]:
Qeyts: COVID-19 bu müddətdə bitəcək
18/09/2020 [23:30]:
Gənc tarzəndən Milli Musiqi Günü ilə bağlı möhtəşəm ifa - VİDEO
18/09/2020 [23:26]:
Rusiya Türkiyəyə, Ermənistan da Dağlıq Qarabağa PKK terrorçularını gətirir- şok faktlar
18/09/2020 [22:54]:
Rusiyanın ən varlı dövlət qulluqçuları və deputatları - SİYAHI
18/09/2020 [22:51]:
Qarabağa terrorçu köçü – torpaqlarımız işğalçılar kimi onlara da məzar olacaq!
18/09/2020 [22:44]:
Kiyev Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək istəyir
18/09/2020 [22:38]:
Alimlər: İstilik qazları fəlakətə səbəb ola bilər
18/09/2020 [22:30]:
“Sumqayıt sənaye parkı qeyri-neft ixracatının formalaşmasında xüsusi paya malikdir”
18/09/2020 [21:49]:
İsrail təkrar karantin tətbiq edən ilk inkişaf etmiş ölkə oldu
18/09/2020 [21:47]:
Tramp “heç kimə bəlli olmayan” silahdan danışdı: “Ümid edirəm, istifadə etməyəcəyik”
18/09/2020 [21:41]:
FIFA futbola sərmayəni 5 dəfə artırdı
18/09/2020 [20:52]:
Rayon Təhsil Şöbələri Təhsil Nazirliyinə qaytarılmalıdır - POLEMİKA
18/09/2020 [20:36]:
Ermənistan İsraildə səfirliyini  rəsmən açdı...-FOTO
18/09/2020 [20:31]:
Kolumbiyanın Azərbaycandakı səfiri Ədəbiyyat İnstitutunda olub
18/09/2020 [20:29]:
"İnşallah, Tofiq Yaqublunun ev dustaqlığı tezliklə azadlığına qovuşması ilə nəticələnər"
18/09/2020 [20:23]:
BQXK qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsi qaldırıldı - FOTO
18/09/2020 [20:13]:
“Virusun da sahibi Allahdır, bizim də”
18/09/2020 [20:11]:
Zibil toplayarkən baxın nə tapdı - FOTO
18/09/2020 [20:06]:
"Marığa durmuş “beşinci kolon”un himayədarları böyük ümidlə gözləyirdilər ki..."
18/09/2020 [19:57]:
Məhkəmələrə ayrılan xidməti avtomobillərin sayı artırıldı - QƏRAR
18/09/2020 [19:56]:
DTX rəhbərliyi yüksək bal toplamış kursantlarla görüşüb
18/09/2020 [19:54]:
Siyavuş Novruzov hesabat verdi - FOTO
18/09/2020 [19:39]:
60 nəfərin qatıldığı toyun bədəli ağır oldu - FOTO
18/09/2020 [19:28]:
Suriya böhranı yenidən dərinləşir: Bu “hərbi-siyasi bataqlıq” iki nəhəng dövləti qarşıdurmaya sürükləyir
18/09/2020 [19:18]:
“Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olunub
18/09/2020 [19:16]:
Kişi cinsi orqanına bənzədilən heykəl uçuruldu - FOTO
18/09/2020 [19:12]:
Co Baydenlə “dərinlər” arasında gizli toplantı - bu toplantı onun seçkilərdəki taleyini müəyyən edə bilər
18/09/2020 [19:10]:
“Üzeyir bəy Ermənistan rəhbərini azərbaycanlıların bəzi problemlərinin həllinə vadar etdi...”
18/09/2020 [19:08]:
Rusiya Qarabağa görə NATO ilə vuruşacaq? - Rus politoloqun blefi, yoxsa...
18/09/2020 [19:05]:
Tanınmış neyrocərrah: “Şumaxerin əməliyyatı gecikdirilib”
18/09/2020 [19:02]:
Sarı camış - Kamal Abdulladan yeni hekayə...
18/09/2020 [18:58]:
Milyonlarla istifadəçisi olan bu tətbiqlər qadağan ediləcək...
18/09/2020 [18:44]:
"Tofiq Yaqublu barədə qərar dövlətin öz vətəndaşına humanist yanaşdığının növbəti təzahürüdür"
18/09/2020 [18:38]:
Qəssabxanadakı bu görüntülər ortalığı qarışdırdı - VİDEO
18/09/2020 [18:37]:
Cəlilabadda fərdi yaşayış evi yandı
18/09/2020 [18:36]:
Akopyan dalaşıb, istefa verdi - Paşinyan ailəsində şok
18/09/2020 [18:28]:
Rezidenturaya qəbul imtahanı başa çatıb
18/09/2020 [18:18]:
Sevgilisinin tabutu üzərində omba rəqsi etdi - VİDEO
18/09/2020 [18:05]:
“Azəriqaz”ın baş direktoru və müavinləri qəbul keçirdi - FOTO
18/09/2020 [18:03]:
“Ümidvarıq ki, bu qərar əsəb və hikkə savaşından barış mühitinə qayıtmağa təkan olacaq”
18/09/2020 [18:02]:
Elman Paşayev vəkillik statusundan məhrum edilib
18/09/2020 [18:00]:
Bizə qarşı böhtan və qarayaxma kampaniyası aparılır - "Qaçqınkom" etiraz bəyanatı yaydı...
18/09/2020 [17:50]:
Tofiq Yaqublu xəstəxanadan evə buraxıldı
18/09/2020 [17:48]:
Özünüməşğulluq proqramına qoşulan aztəminatlı ailələr üçün kiçik təsərrüfatlar qurulur - FOTO
18/09/2020 [17:45]:
“Generalların təmas xəttinə səfərləri hər şeydən öncə ona görə əhəmiyyətlidir ki...”
18/09/2020 [17:45]:
"Prezident bu məsələlərə humanist yanaşır" - Vahid Əhmədov
18/09/2020 [17:27]:
Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA
18/09/2020 [17:25]:
Prezident Şahin Mustafayevə yeni vəzifə verib
18/09/2020 [17:24]:
Meşələrlə bağlı ən problemli rayonların adları açıqlandı
18/09/2020 [17:22]:
Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
18/09/2020 [17:19]:
Çində peyvənd laboratoriyasında qaz sızması - 3 mindən çox insan xəstəliyə yoluxdu
18/09/2020 [17:14]:
Əflatun Amaşov “agent“ siyahısından yazdı - “Orada tanıdığımız hər kəsin adı ola bilərdi“
18/09/2020 [17:12]:
“Milli mədəniyyətimizin Üzeyir zirvəsi” adlı musiqili-bədii layihəyə start verilib - VİDEO
18/09/2020 [17:09]:
“Biz ancaq təhsil nazirlərini dəyişməklə məşğuluq, amma təhsili kökündən dəyişmək haqda heç kim fikirləşmir...”
18/09/2020 [17:05]:
Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib - FOTOLAR
18/09/2020 [16:56]:
Bu il Azərbaycanda nə qədər meşə ərazisi yanıb? - AÇIQLAMA
18/09/2020 [16:54]:
“Lotereya oynadım, Bakıda ev aldım” - Xalq artisti Məleykə Əsədova
18/09/2020 [16:50]:
İntihar edən Naidə İsayevanın atası və qardaşı ŞOK FAKTLAR AÇIQLADILAR
18/09/2020 [16:39]:
Ceyhun Bayramov və Avropa İttifaqının komissarı müzakirə apardılar
18/09/2020 [16:37]:
Terrorçuların Qarabağa yolunu kəsməyin tək yolu: HƏRBİ ZƏRBƏLƏR...
18/09/2020 [16:33]:
“Xəzər Dəniz Gəmiçiliyi” cərimələndi
18/09/2020 [16:30]:
Düşmənimizin İsraildə səfirliyi rəsmən fəaliyyətə başladı
18/09/2020 [16:28]:
Tofiq Yaqublu ev dustaqlığına buraxıldı
18/09/2020 [16:26]:
Xaçmazda meşədə narkotik plantasiyası aşkarlanıb - FOTO
18/09/2020 [16:18]:
Təhsil Nazirliyi özəl ümumi təhsil müəssisələrinə xəbərdarlıq edib
18/09/2020 [16:10]:
Ərdoğandan peyvənd açıqlaması
18/09/2020 [16:07]:
“Miri Yusif müğənni deyil” - Roza Zərgərli
18/09/2020 [16:03]:
Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir görüntü yayıldı - VİDEO
18/09/2020 [16:01]:
Vitse-spiker xaricdəki azərbaycanlı iş adamlarına çağırış etdi
Bütün arxiv bir sırada
23/05/2020 [10:15] - Cəmiyyət - ( 1483 dəfə baxılıb)

Düşmənə zəhmli Naxçıvan “yumruğu” - Ermənistan iki dəfə düşünməli olacaq



Muxtar bölgənin hərbi və döyüş potensialı işğalçı ölkənin “qorxulu yuxu”suna çevrilir; hərbi ekspert: 

“Naxçıvan Ermənistanın Qarabağda hərbi əməliyyatlar aparmaq imkanları qarşısında böyük əngəldir...”

Azərbaycan ordusunun növbəti irimiqyaslı təlimləri başa çatdı. Naxçıvan Muxtar Respublikasını da əhatə edən budəfəki təlimlər həssas bir dönəmə - sülh danışıqlarının, faktiki, dayandığı zamana təsadüf edirdi. Düşmən tərəfdə ən əvvəl məhz buna görə bir panika var idi ki, Bakının genişmiqyaslı təlimləri real döyüş əməliyyatlarına keçə bilər.

İşğalçı Ermənistanın məxsusi təlaşı isə Naxçıvan istiqaməti ilə bağlıdır. Etiraf edək ki, düşmənin bu narahatlığı tamamilə əsaslıdır. Birincisi, ona görə ki, anklav bölgə olmasına rəğmən, burada Azərbaycan ordusunun elit qüvvələri, ən müasir döyüş sistemləri yerləşdirilib. İkincisi, Naxçıvan qardaş Türkiyənin təhlükəsizlik zəmanəti altındadır. Üçüncüsü, Naxçıvan sərhədindən İrəvana cəmi 40-45 km-lik məsafədir və düşmən ölkənin paytaxtı, onun digər strateji məntəqələri, o cümlədən Metsamor AES oradan asanca hədəf alına bilər. Bu isə həm də o anlama gəlir ki, yeni Qarabağ müharibəsi başlayarsa, işğalçıya arxadan sarsıdıcı zərbə vurula bilər. Nəticə etibarilə düşmən öz qüvvələrini Qarabağ istiqamətində cəmləyə bilməyəcək. Yəni “ikinci cəbhə” məsələsi.

Hərbi analitiklər də Naxçıvanın düşmən Ermənistandan ötrü bir göz dağı, qardaş Türkiyənin birgə köməyi ilə yaradılan “güclü hərbi yumruq” olduğunu təsdiqləyir. Xatırladaq ki, bu günlərdə ABŞ-ın Ceymstaun Araşdırma Fondunun (“Jamestaun Foundation”) saytında dərc edilmiş təhlili məqalədə Azərbaycan muxtar bölgədə yüksək dəqiqlikli, dağıdıcı sistemlər yerləşdirdiyi bildirilirdi. Amerikalı ekspertlər məqalədə Qarabağ müharibəsinin başlayacağı halda, Ermənistanı yaxşı sonluğun gözləmədiyi barədə xəbərdarlıq ediblər...

*****

“Ermənistanın Naxçıvanla bağlı düşüncəsi ciddi ölçüdə dəyişib. Belə ki, Naxçıvanın Azərbaycanla quru sərhədinin olmaması düşmənin gözündə Azərbaycanın zəifliyi olaraq görülürdü. Lakin bu gün Ali Baş Komandanın səyləri nəticəsində Naxçıvandakı ordumuz Ermənistan üçün daha böyük təhlükə olaraq qiymətləndirilir”.

Bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Türkiyədən alınan müasir “TRG-300", ”Pələng" reaktiv yaylım atəşi sistemlərinin muxtar respublikaya yerləşdirilməsi haqqında Türkiyə mediasında yayılan və Ermənistanda narahatlıqla qarşılanan informasiyanı şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan Naxçıvanda yerləşən ordu birləşmələrinin güclənməsi, modernləşməsi və ən yeni silahlar ilə təkmilləşməsinə xüsusi diqqət yetirir: “Naxçıvan Muxtar Respublikasının bu gün Azərbaycanla quru sərhədi yoxdur. Lakin Naxçıvan Əlahiddə Birləşmələri də Azərbaycan Silahlı Qüvvələrinin bir parçasıdır. Ali Baş Komandan İlham Əliyevin son illərdə Naxçıvandakı ordu hissələrimizə xüsusi diqqət yetirməsi, təbii ki, ilk növbədə Ermənistanı narahat edir. Bunun başlıca səbəbi isə Naxçıvanın artıq mümkün bir müharibədə rahat hədəf deyil, Ermənistanın birbaşa özü üçün ciddi təhlükə olaraq görülməsidir. Faktiki olaraq Naxçıvan Əlahiddə Ümumqoşun hissələri Ermənistan üçün ciddi təhlükədir”.

Hərbi ekspert qeyd edib ki, Türkiyənin “Roketsan” şirkətinin istehsalı olan “Pələng” reaktiv yaylım atəşi sistemləri öz sinfinin ən müasir növüdür: “Bu gün bir çox mütəxəssis etiraf edir ki, Azərbaycan mümkün müharibədə Ermənistan ordusunun hərəkətini yayındırmaq və Qarabağdakı hərbi birləşmələrlə əlaqəsini kəsmək üçün paytaxt İrəvanı belə hədəfə ala bilər. Yəni bu, heç kəsə sirr deyil. Məhz bu səbəbdən Naxçıvandakı ordumuz xüsusi uzaqmənzilli reaktiv yaylım atəşi sistemləri ilə gücləndirilib. ”Pələng" - Türkiyə istehsalı olan 300 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin ən son versiyasıdır. Bu qurğuların maksimal uçuş məsafəsi 120 kilometrdir, 90 kilometr məsafədəki hədəfi dəqiqliklə vura bilir. Ermənistan ordusu dəfələrlə rəsmi və qeyri-rəsmi olaraq bildirib ki, müharibə başlanan zaman ilk hədəf Bakı ərazisində yerləşən neft buruqlarıdır. Lakin GPS sistemi ilə dəstəklənən “Pələng” sistemi faktiki olaraq Ermənistanın bu planını alt-üst edir. Çünki bu raket sistemləri hazırda Naxçıvanda ordumuzun, Ermənistanın paytaxtı da daxil olmaqla, istənilən nöqtəsini vurmaq imkanına malikdir. Raketin hədəfdən yayınma ehtimalı çox azdır".

Onun sözlərinə görə, Naxçıvan Ermənistanın Qarabağda hərbi əməliyyatlar aparmaq imkanları üçün də böyük səddir: “Naxçıvandakı ordumuzun Günnüt istiqamətində hərbi əməliyyatlar aparması və müvəffəqiyyət əldə etməsi bu gün Ermənistan üçün başqa bir problem də yaradıb. Faktiki olaraq Naxçıvandan Laçın dəhlizi və Qarabağın strateji nöqtələrinə nəzarət edilir. Bu isə Ermənistanın mümkün müharibədə əl-qolunu bağlayan faktdır”.

*****

“Azərbaycan ordusu bu gün, istər silahlanma, istərsə də döyüş ruhu baxımından, ermənidən üstündür. Və bu, rusofobiya fonunda müttəfiqlərini itirən İrəvanı ciddi  narahat edir”. Bu sözləri isə tanınmış rusiyalı ekspert Yevgeni Mixaylov deyib. 

Bir sözlə, Azərbaycan Qarabağda antiterror əməliyyatları başlayanda Ermənistan iki dəfə düşünməli olacaq - daha bir dəfə Naxçıvanla bağlı. Ancaq müharibə olmaya da bilər. Yetər ki, Ermənistan rəhbərliyi, bütövlükdə erməni toplumu “ikinci erməni dövləti” xülyasından əl çəksin. Mümkün olan sülh barədə düşünsünlər və müharibəyə rəvac verməyə deyil, Qarabağa dair danışıqları irəli aparan konstruktivliyə köklənsinlər.

Əfsus ki, erməni tərəfi, hələ ki, kosntruktivlikdən xeyli uzaqdır. Bunu iki gün öncə işğal altında olan qədim Azərbaycan şəhəri Şuşada Qarabağ quldurlarının yeni başçısı üçün düzənlənən “andiçmə” mərasimi bir daha təsdiqlədi. Demək, müharibə konfliktin həlli üçün yeganə yol olaraq qalır. Azərbaycanın müharibə haqqını isə heç kim onun əlindən almayıb. Biz özümüz bu hüququ könüllü şəkildə verməsək, heç bir təşkilat və ya dövlət onu ləğv edə bilməz.

“Azərbaycan torpaqlarını azad etmək üçün hər cür hüquqi əsasa da, hərbi qüdrətə də malikdir”.

Musavat.com xəbər verir ki, bu barədə “Eurasian Regional Center of İCYF” - İslam Həmrəyliyi Gənclər Forumunun Avrasiya Regional Mərkəzi tərəfindən keçirilən onlayn müzakirə zamanı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Milli Məclisin üzvü Tural Gəncəliyev bildirib.

O, işğal olunmuş ərazilərin boşaldılmasını tələb edən çoxlu sayda qətnamə və qərarların Ermənistan tərəfindən hələ də qulaqardına vurulduğunu xatırladıb. “Biz bu işğala son qoymalıyıq. Münaqişənin həll olunmaması bütün regiona, o cümlədən Qarabağdakı ermənilərə mənfi təsir edir. Azərbaycan torpaqlarını azad etmək üçün hər cür hüquqi əsasa da, hərbi qüdrətə də malikdir” deyən icma rəhbəri Ermənistan tərəfinin bu münaqişənin həllində maraqlı olmadığını dilə gətirib.

“Bir qarabağlı kimi, mən Qarabağ ermənilərinə dəfələrlə müraciət etmiş, onları barışığa çağırmışam. Eyni zamanda bölgənin Ermənistan tərəfindən işğalını pisləyən, əvvəlki kimi yaşamaq istəyən Qarabağ ermənilərindən məktublar alırıq. Münaqişə dinc yolla həll edilsə, hər kəs bütün regionun inkişafının şahidi olacaq. Dağlıq Qarabağ tarixən Azərbaycan torpağı olub”, - deyə T.Gəncəliyev əlavə edib.

Əslində əvvəlki kimi, yəni Azərbaycan tərkibində yaşamaq istəyən Qarabağ ermənilərinin sayı Tural Gəncəliyevə məktub yazanlardan qat-qat çoxdur. Çünki işğal altındakı Dağlıq Qarabağda yaradılmış kriminal rejimin oradakı erməni əhalini total nəzarətdə və girovluqda saxladığı bəllidir. Erməni vətəndaşları bu girovluqdan qurtarmaq Azərbaycan dövlətinin borcudur...(musavat.com)

loading...
Zibil toplayarkən baxın nə tapdı - FOTO
60 nəfərin qatıldığı toyun bədəli ağır oldu - FOTO
Kişi cinsi orqanına bənzədilən heykəl uçuruldu - FOTO
Milyonlarla istifadəçisi olan bu tətbiqlər qadağan ediləcək...
Qəssabxanadakı bu görüntülər ortalığı qarışdırdı - VİDEO
Clean City Company
N.Tusi adına Klinika

Siyasət
“Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib, lakin heç vaxt belə hazırlıq nümayişi olmamışdı"
Siyasət
Ermənistan İsraildə səfirliyini  rəsmən açdı...-FOTO
Gündəm
“Generalların təmas xəttinə səfərləri hər şeydən öncə ona görə əhəmiyyətlidir ki...”
Şou-biznes
“Həmin bəstəkarların musiqiləri insanın iç dünyasını səliqə-sahmana salır...”
Cəmiyyət
“Cəmiyyətimizdə istənilən şəxsi intihara gətirib çıxaracaq addımlardan çəkindirməliyik”

Yazar
İlham İsmayıl
Bir gün Zaman, ya da Amerika prezidenti bizi də yaxalayacaq...
Sultan Laçın
15 Sentyabrı hələ də  bayram edə bilmiriksə -  içimizdə Şeytan oturub...
Həftənin ən çox oxunanları
Rövşən Lənkəranski sağdır? - Məzarından GÖRÜNTÜLƏR - VİDEO
Tanınmış gitaraçını oğlu qəsdən öldürüb? – SENSASİON İDDİA
"Bu adam indiyə kimi heç bir təhsil naziri ilə yola getməyib, bilirsiniz niyə..?"
“Vətənə xəyanət etməmişəm ki, 400 manat qurbandı mənim vətənimə...”
Paşinyan İrana qarşı vuruşmuş erməni “sərkərdə”nin  qəbrinə GÜL QOYDU...
"Bu şəhərdə" bu dəfə Siyavuş Novruzovu parodiya etdi - VİDEO
“Torpaqları azad etmək istəyən bir nömrəli adam İlham Əliyevdir, çünki o, bilir ki...”
Ermənistana Gəncə mesajı: “Başınıza od yağdıracağıq!”
Bill Qeyts də o dünyaya köçdü...- FOTOLAR
Separatçı liderdən Ağdamdakı üzüm və nar bağından həyasız bəyanat - FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247