Xəbər lenti
13/07/2020 [19:37]:
Paşinyanın həyat yoldaşı Azərbaycan analarına çağırış edib
13/07/2020 [19:36]:
XİN: “Ermənistanın törətdiyi təxribat yeni bir aqressiya, təcavüz aktıdır” - VİDEO
13/07/2020 [19:22]:
Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ
13/07/2020 [19:19]:
190 manata qarpız alıb qıran qardaşlar peşman olub - VİDEO
13/07/2020 [19:06]:
"Ramiz Mehdiyevlər bu xalqdan nə istəyirlər?..” -1998-ci il...
13/07/2020 [18:54]:
Təhsil İdarəsinə yeni rəis təyin olundu
13/07/2020 [18:39]:
“Qarabağ və Krımın ardınca, bu dəfə Türküstanın hansısa vilayəti əməliyyat masasında ola bilər”
13/07/2020 [18:38]:
"Artıq Ermənistan ictimaiyyəti Paşinyanın yalanlarını ironiya ilə qarşılayır"
13/07/2020 [18:31]:
Batmanqılıncdan Aqil Abbasa qədər...
13/07/2020 [18:25]:
“Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur” - MN
13/07/2020 [18:24]:
DTX sabiq müdafiə nazirini SAXLADI
13/07/2020 [18:21]:
*İdeyalarını reallaşdırmaq istəyənlər üçün fürsət: “EduHack” hakatonu*
13/07/2020 [18:20]:
"İşğalçı ölkənin baş naziri bununla sıravi ermənilərin qəzəbindən yayınmağa çalışır"
13/07/2020 [18:16]:
"Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir"
13/07/2020 [17:55]:
Bakıda ləğv olunmuş Avropa çempionatı beş il sonra keçiriləcək
13/07/2020 [17:37]:
Makedoniya türklərinin lideri: ”Ermənistan ordusu böyük itkilər verib”
13/07/2020 [17:36]:
Daha bir həkim koronavirusdan vəfat etdi
13/07/2020 [17:35]:
İlham Əliyev Emmanuel Makrona məktub yazıb
13/07/2020 [17:30]:
Röya Qazaxda Əsmər nənənin evini təhvil verdi – VİDEO
13/07/2020 [17:15]:
KTMT-nin təcili iclası təxirə salındı
13/07/2020 [17:14]:
Ombudsman Ermənistan silahlı qüvvələrinin təxribatı ilə bağlı bəyanat yayıb
13/07/2020 [17:13]:
Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin təxribatı ilə bağlı bəyanat yaydı
13/07/2020 [17:12]:
Azərbaycanda daha 529 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər vəfat edib
13/07/2020 [17:11]:
"Bu dövlətə, bu millətə, bu bayrağa dil uzadanın dili, əl uşadanın əli kəsiləcək" - VİDEO
13/07/2020 [17:05]:
Ermənistanın təxribatı ilə bağlı İctimai Liderlər Platformasının BƏYANATI...
13/07/2020 [17:03]:
"Ramiz Mehdiyevin kölgədəki adamları bu tezisi tirajlamaqda çox maraqlı görünürlər..."
13/07/2020 [16:57]:
Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozdu, cavabını aldı...
13/07/2020 [16:47]:
Ermənilər yenə özlərini biabır etdilər: 2018-ci ilin görüntüsü yeni kimi paylaşıldı - FOTOFAKT
13/07/2020 [16:36]:
"Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır"
13/07/2020 [16:32]:
Mehriban Əliyeva: “Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir!”
13/07/2020 [16:31]:
“Bizim üçün Ravil ikinci dəfə dünyaya gəldi...” - Şəhid gizirimizin atası...
13/07/2020 [16:29]:
Akademik: "Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır"
13/07/2020 [16:29]:
"Hiyləgərlik və fitnəkarlıq Ermənistanda siyasi hakimiyyətlərdən bir-birinə qalan ənənədir"
13/07/2020 [16:24]:
"Rəsmi Bakı Kremldən gələcək budəfəki zənglərə məhəl qoymamalıdır..."
13/07/2020 [16:13]:
Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat yayıb
13/07/2020 [16:12]:
"Həmin müqavilə imzalanmalıdır ki, Çavuşoğlunun dediyi kimi, qardaş ölkə bizə yardım edə bilsin"
13/07/2020 [16:12]:
Azərbaycan bu gün dördüncü şəhidini qarşılayır
13/07/2020 [16:10]:
XİN: Mülki əhali arasında itki yoxdur
13/07/2020 [16:07]:
Şirvanda 5 nəfəri hədələyərək 2000 manat pul alan şəxs tutulub
13/07/2020 [16:04]:
Rusiyalı ekspert: "Nikol Paşinyan öz problemlərindən diqqəti yayındırmaq istəyir"
13/07/2020 [15:58]:
“Türkiyənin daxili işidir...” -Rusiyadan Ayasofya açıqlaması...
13/07/2020 [15:50]:
Ermənistanın təxribatını şiddətlə qınayırıq - AKP
13/07/2020 [15:43]:
Azərbaycan və Rusiya XİN başçıları Ermənistanın növbəti təxribatını müzakirə etdilər
13/07/2020 [15:39]:
FHN Gəncədə yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb
13/07/2020 [15:37]:
"Ermənilərin törətdiyi əməllər təxribat deyil, işğalçılıqdır"
13/07/2020 [15:35]:
“Azərbaycan ordusu hər an mübarizəyə hazırdır”
13/07/2020 [15:35]:
“Bu cür addımları təbliğ etmək lazımdır ki, digər insanlara da nümunə olsun...”
13/07/2020 [15:30]:
Ermənistan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub
13/07/2020 [15:28]:
“Gözümün ağı-qarası bir oğlum vardı” - Şəhid atası
13/07/2020 [15:27]:
Düşmən sərhəddə polis dəstələri gətirdi, ordumuz onları da pərən-pərən saldı...
13/07/2020 [15:09]:
Etiraf: Ermənistan DƏHŞƏT İÇİNDƏDİR: cəbhədə 200 ölü, 300 yaralı... - FOTO
13/07/2020 [14:55]:
"Paşinyanın Azərbaycandakı qohumları da ölkəmizdə iğtişaş yaratmaq üçün bu cür variantlara əl atacaqlar"
13/07/2020 [14:35]:
Professor: “COVID-19-un dəqiq diaqnostikası üçün 3 növ analiz vermək daha yaxşıdır”
13/07/2020 [14:28]:
“Ermənistan bu təxribatı Azərbaycanı KTMT ilə üz-üzə qoymaq üçün törədib”
13/07/2020 [14:17]:
Əli Əhmədov: “Xalq yeni qəhrəmanlarını tanıdı”
13/07/2020 [14:14]:
İranda koronavirusdan ölənlərin sayı 13 mini ötüb
13/07/2020 [14:14]:
Rusiya XİN Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanatla çıxış edib
13/07/2020 [14:10]:
Dövlət Xidməti: Ehtiyatda olan Azərbaycan gəncləri könüllü döyüşə getmək üçün çoxsaylı müraciətlər ediblər
13/07/2020 [14:07]:
"Azərbaycan Qarabağla bağlı hansı çözümü seçərsə, onun yanında olacağıq" - VİDEO
13/07/2020 [14:06]:
"Neft-kimyəvi və üzvi sintezdə NMR metodunun rolu" mövzusunda onlayn elmi seminar keçirilib
13/07/2020 [14:04]:
"Prezidentin islahatları dərinləşdikcə cəbhədə döyüşlər intensivləşəcək" -YUNUS OĞUZ
13/07/2020 [14:04]:
İlham Əliyev: “Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər”
13/07/2020 [14:02]:
“Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edib”
13/07/2020 [14:02]:
"Beynəlxalq hüquq və BMT-nin Nizamnaməsi Azərbaycanın tərəfindədir " - Çingiz Qənizadə
13/07/2020 [14:01]:
Azərbaycan Prezidenti: "Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib"
13/07/2020 [14:00]:
Dövlət başçısı: “Bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb”
13/07/2020 [13:59]:
QAT: Tam qələbəyədək müharibə!
13/07/2020 [13:59]:
Azərbaycan Prezidenti: "Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaq"
13/07/2020 [13:58]:
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB
13/07/2020 [13:51]:
“Azərbaycan dövlətinə torpaqlarımızı azad etmək üçün gözəl bir fürsət yaranıb...”
13/07/2020 [13:19]:
Polad Bülbüloğlu: “Genişmiqyaslı müharibə başlaya bilər”
13/07/2020 [13:17]:
Gəncədə yanacaqdoldurma məntəqəsində partlayışda 2 nəfər xəsarət alıb
13/07/2020 [13:16]:
Elmar Məmmədyarovun rusiyalı həmsədr və Anjey Kaspşiklə telefon söhbətləri olub
13/07/2020 [13:14]:
MN: Hər zaman olduğu kimi düşmən itkilərini gizlədir
13/07/2020 [13:13]:
Vaqif Dərgahlı: "Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib"
13/07/2020 [13:02]:
"Gəlin aldanmayaq, düşmən oyunlarına alət olmayaq..."
13/07/2020 [12:49]:
“Anti-terror əməliyyatına başlamaq üçün hansısa olayı fürsət kimi dəyərləndirməyə ehtiyac yoxdur”
13/07/2020 [12:49]:
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi - FOTOLAR
13/07/2020 [12:47]:
KTMT baş katibi cəbhədəki vəziyyətlə bağlı iclas çağırdı - Təcili
13/07/2020 [12:46]:
Gəncədə yanacaqdoldurma məntəqəsi partladı
Bütün arxiv bir sırada
25/05/2020 [00:13] - Cəmiyyət - ( 9080 dəfə baxılıb)

AzTV-də "sezon finalı": Nə dəyişdi, nə qaldı və nə baş verir..?



Postpandemiya dönəmində dünyanın büsbütün dəyişəcəyini proqnozlaşdıranlara və ya dəyişməli olduğunu iddia edənlərə haqq qazandırmamaq mümkün deyil. Görünən odur ki, qlobal dünya və onun bir parçası olan Azərbaycan da inqilabi dəyişikliklərə hamilədir. Təbii ki, söhbət sistem və ya hakimiyyət dəyişikliyindən deyil, insan oğlunun davranışlarından gedir. Hələliksə koronabəla ilə elliklə savaşmaqda, eyni zamanda da onunla "burun-buruna" yaşamaq zorundayıq.

Biz də qələm əhli olaraq prezident İlham Əliyevin təbirincə desək, onun köməkçiləri və ölkədə ictimai nəzarəti təşkil edən hakimiyyətin dördüncü qolu kimi belə təlatümlü zamanda cəmiyyət həyatının bir çox məqamlarına toxunmaq, xoşxassəli dəyişiklikləri təqdir etmək, bədxassəli davranışların mövcudluğunu isə ifşa etmək haqqına sahibik.

Dəyərli oxucu! Ümid edirəm ki, bu sətirlərin müəllifinin Azərbaycan Televiziyasında postAlışanov dönəmində baş verənlərlə bağlı müşahidələrinin ictimaiyyətə bölüşmə zərurəti hiss etməsini də anlayışla qarşılayacaqsınız...

Gəlin hər şeydən öncə bu suala cavab axtaraq ki, son dövrlərdə AzTV - də nə baş verir və cəmiyyət bu qurumda yaşananlardan müfəssəl məlumatlıdırmı? Təbii ki, bir tamaşaçı olaraq pandemiya dövründə AzTV -nin xəbər istehsalçılığı və informasiyaların operativ çatdırılması sahəsində təqdim etdiyi yenilikləri görməmək mümkün deyil. Ancaq təbii ki, sadə tamaşaçı AzTV -də baş verənlərlə bağlı o qədər də məlumatlı deyil. Elə isə, mühakimə yürütməkdə onlara yardım edək...


2019-cu ilin yanvarında Azərbaycan Prezidenti “Azərbaycan Televizya və Radio Verilişləri” QSC-ni gənc və daim efirlərdə ictimai-siyasi mövzularda kreativ aparıcılıq üslubu ilə diqqətimizi çəkən bir jurnalistə - Rövşən Məmmədova həvalə etdi. Yeri gəlmişkən, R. Məmmədov həm də gənc yaşda və bu sahədə nadir elmlər doktorlarındandır. Yəni, başqa sözlə, Prezident tam ünvanına etimad göstərdi desək, daha doğru olar.

Bununla illərdir ictimaiyyətdə "qapalı məkan" imicini yaradan Azərbaycan Televziyası bütün mənalarda qapılarını insanlara açdı. Özü də elə taybatay ki, artıq hər kəs milli televziyada baş verən yenilikləri dərhal hiss edir, məmnunluqla izləyir.

Bir ilin içində AzTV ailəsinə daxil olan hər üç kanalın – AzTV, İdmanTV, Mədəniyyət TV - nin siması büsbütün dəyişib. Daha doğrusu, yenilənib. Vaxtı ilə bu və ya digər səbəblərdən incidilmiş, yaxud ümumiyyətlə, kənarda qalmış peşəkarlar AzTV-yə qaytarıldı, kollektiv gəncləşdirildi, milli dəyərlər qorunmaq şərtilə modernləşdirildi. Verilişlərin məzmunu AzTV-də heç kimin ağlına gəlməyəcək qədər aktuallaşdırıldı. İndi AzTV-də “Çıxışa Doğru”, “Gənclik stansiyası”, “Hədəf analitika”, “1AzTV” və sair kimi yeni formatlı verilişlər, pandemiya dövründə “Koronavirus İnfo”, “EvdəQal”, “Gündəlik”, bundan başqa “Döyüşçü”, “Vətənə xidmət edirəm” kimi vətənpərvər verilişlər görürük. Canlı yayımlar, birbaşa bağlantılar xüsusi karantin rejimin ağır psixoloji basqısı altında əzilən məmləkət sakinin ruhunu oxşadı, milyonlarla izləyiciyə xoş ovqat yaşatdı. Bu yaxınlarda multiedia üzrə tanınmış ekspert Osman Gündüzün də sosial şəbəkə hesabında ifadə etdiyi kimi: “AzTV-də təkcə bu canlı efir və onun təşkili səviyyəsi, elə bizi təəccübləndirməyə bəs edir”.

Hesabatlarından aydın olur ki, bu telekanallarda qısa zaman kəsiyində ümumilikdə 60-a yaxın yeni veriliş açılıb. Yerilişlərin 30-dan çoxu AzTV, 10-dan çoxu Mədəniyyət TV, elə 10-dan çoxu da İdman TV-nin payına düşür. İl ərzində 17 yeni studiya tikilən milli teleməkanda - hər 3 kanal (AzTV, Mədəniyyət TV və İdman TV) rebrendinq olunub, bütün qrafiklər yenilənib. Ona da şahid olduq ki, bir ildə QSC-də həmçinin 40-a qədər yenii film hazırlanıb ki, onlardan 11-i siyasi, 25-i Telefilmin məhsulu olan bədii filmdir. Araşdırmamız zamanı onu da öyrənə bildik ki, 10-a qədər film isə istehsaldadır. Bir sözlə, inqilabi dəyişikliklər davam edir və yeni ideyalarla heç də hər yeniliyi bəyənməyən, əksinə, hər şeydə bir əmma axtaran ərköyün tamaşaçının belə, zövqünü oxşamaq istiqamətində silsilə addımlar atılır.

Diqqətçəkən bir məqam AzTV-nin müasir dünyanın olmazsa olmazı hesab edilən və hər kəsin həyatına nüfuz edən sosial şəbəkələrdə və YouTube portalında telekanalın nəzərəçarpacaq perfomans sərgiləməsi və yenilikləri anındaca ictimai müzakirəyə təqdim etməsidir. Bunlar AzTV haqqında onilliklər ərzində yaddaşlara hopmuş neqativ sterotiplərin dondurma kimi əriyib yoxa çıxması üçün yetərli oldu. 

Üstündən vaz keçilməsi mümkünsüz bir məqam da vaxtı ilə uzaqlaşdırılmış peşəkar diktorların Teleradio Akademiyasına cəlb edilməsi, onların məsləhətlərinə yer verilməsidir. İctimaiyyətin, peşəkar televiziya mütəxəssislərinin irad və təkliflərinin həssaslıqla nəzərə alınması nəticəsiz qalmadı. (Yeri gəlmişkən, məhz tənqidə qarşı Arif Alışanovun sərgilədiyi yersiz dözümsüzlüyə görə bu sətirlərin müəllifi və tanınmış teletənqidçi, professor Qulu Məhərrəmli AzTV-nin 60 illiyi münasibətilə Moderator.az-a verdiyi müsahibədə səsləndirdiyi bəzi tənqidi fikirlərə görə xüsusi ittiham qaydasında məhkəməyə verilmişdik və Alışanov bizdən nə az, nə çox 100 min manat təzminat, eyni zamanda həbs olunmağımızı tələb etmişdi, amma onu bizi məhkəməyə verdiyinə elə peşman etdik ki, sonradan üstümüzə minnətçi göndərdi) Məhz bunun nəticəsidir ki, AzTV efiri artıq demək olar ki, hər kəsin üzünə açılıb. Hətta telekanal artıq gözümüzün öyrəşdiyi standart simalarla kifayətlənmir. Nəinki hakimiyyətin siyasətini birmənalı olaraq dəstəkləyən insanlar, hətta müxaliffikirli müxtəlif peşə sahibləri və siyasətçilər də AzTV-nin efitində görsənməyə başlayıblar. Bu, olduqca vacib məqamdır və telekanal rəhbərliyi tərəfindən ölkədə siyasi iqlimin mülayimləşməsinə xidmət edən çox ağıllı gedişdir.

İlin - günün bu vaxtında, yəni ölkə rəhbərliyinin antikorrupsiya təşəbbüslərinin qızğın çağında hansısa dövlət qurumunun fəaliyyətinə nəzər salıb baş verənləri öz arşınınla ölçəsən, amma korrupsiyaya qarşı mübarizənin üstündən sükutla keçəsən, heç doğru olmazdı. Heç kimə sirr deyil ki, uzun illər ərzində məhz əvvəlki rəhbərliyin "gözütox"luğu üzündən AzTV mərkəzi və yerli icra hakimiyyətlərinə dəxli olan heç bir reportajı və ya hətta bir neçə saniyəlik süjeti belə, təmənnasız efirə vermirdi və bu artıq ölkədə "məmə deyəndən pəpə yeyənədək" hər kəsin bildiyi bir ənənə halını almışdı. Xüsusən "Xəbərlər" Departamenti üzərindən efirə verilən materialların əksəriyyətində "şirinlik dadı" açıqca hiss edilirdi. Amma R. Məmmədovun rəhbərliyə gətirilməsi ilə bu ənənə obrazlı ifadə edilsə, "Saakaşvili gedişi" ilə darmadağın edildi və bütün əməkdaşlar qarşısında rüşvət və korrupsiyanın ən elementar təzahürlərindən uzaq durmaqla bağlı sərt qadağalar qoyuldu. Təbii ki, bu qadağa da qısa zamanda öz bəhrəsini verdi. 

Amma təbii ki, 2 mindən çox insan oğlunun çalışdığı nəhəng bir qurumda heç də hər kəs ağ süddən çıxmış ağ qaşıq deyil və bəzi kəmfürsətlərin köhnə dönəmlərin ab-havasının xiffətini çəkməsi də günümüzün reallığıdır. Elə əslində R. Məmmədovun sonadək çözə bilmədiyi problem əvvəlki rəhbərliyin bəzi ərköyünlərinin yeni dövrün tələblərinə boyun əyməməsi və hər vəchlə müqavimət göstərməsidir. Maraqlıdır ki, rəhbərlik tərəfindən heç də onlara qapı göstərilməyib, bəzisi başqa işə keçirilib, (məsələn, bir vaxtlar AzTV də sədr müavini və ən yaralı yeri olan "Xəbərlər" Departamentinin rəhbəri olan Faiq Hüsüyev və proqram direktoru İlham Alışanov əvvəlki rəhbərliyin dönəmində telekanalda əsas söz sahiblərindən hesab olunurdular. R. Məmmədov Faiq Hüsüyevi kənarlaşdırmaq əvəzinə başqa sahəyə - Teleradio Akademiyasına keçirdi, amma İlham Alışanov hələ də proqram direktoru postunu qoruyub saxlamağı bacarıb) bəzisi isə ona təklif olunan işi bəyənmədiyi üçün qapını çırpıb getməklə kifayətlənməyib, sosial şəbəkədə və ya yaratdığı sayt vasitəsilə telekanal rəhbərliyinin islahatlarına kölgə salan fəaliyyətlə könül bulandırmaq yolu seçib. Xoşbəxtlikdən bu cür özfəaliyyətlər ictimai rəyə təsir edəcək səviyyədə olmayıb. Odur ki, artıq əminliklə söyləmək olar ki, Azərbaycan Televiziyası müasir dünyanın tələblərinə və çağırışlarına cavab verən bir məkana və tamaşaçının vaz keçə bilməyəcəyi "sehrli qutu"ya çevrilməkdədir. Əgər Rövşən Məmmədov AzTV-də başlatdığı kadr islahatlarını sona çatdırmağa nail olsa və bütün komandanı öz istədiyi kimi formalaşdıra bilsə, əminliklə iddia etmək oklar ki, bu telekenal qarşıya qoyulan hədəflərə çatacaq. Odur ki, gözlər islahatların davamını gözləməkdə...

Zülfüqar Hüseynzadə

loading...
"Hiyləgərlik və fitnəkarlıq Ermənistanda siyasi hakimiyyətlərdən bir-birinə qalan ənənədir"
Qatar qəzası 2500 illik cinayəti ortaya çıxardı - FOTO
Bank soyğunu saniyələrlə qeydə alındı - VİDEO
Yeni qlobal epidemiya üçün həyəcan təbili çalındı - FOTO
"Bəlkə də DTX-nın XİN-də keçirdiyi son əməliyyatında bu amilin açar rolu var..."
Clean City Company
N.Tusi adına Klinika

Siyasət
"Ramiz Mehdiyevin kölgədəki adamları bu tezisi tirajlamaqda çox maraqlı görünürlər..."
Cəmiyyət
"Rəsmi Bakı Kremldən gələcək budəfəki zənglərə məhəl qoymamalıdır..."
Cəmiyyət
“Türkiyənin daxili işidir...” -Rusiyadan Ayasofya açıqlaması...
Cəmiyyət
“Bu cür addımları təbliğ etmək lazımdır ki, digər insanlara da nümunə olsun...”
Cəmiyyət
Şəhid əsgərimizin nəşi ata evinə gətirildi -FOTOLAR
Yazar
Seymur Verdizadə
Dünənə kimi “Toylar yoxdur, acından ölürük” deyib, efirdə göz yaşı axıdan siz deyildiniz?
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Sultan Laçın
“Gündə koronavirusla zarımaqdansa, qalxaq kişi kimi “ya ölum -ya qalım” savaşına!..”
Həftənin ən çox oxunanları
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
"Mənə ağıl öyrətmə, Emil, mənim nitqimdə heç kim qüsur tuta bilməz, çünki mən..."
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
"Artıq qərar vermək zamanıdır" - Etibar Məmmədov İlham Əliyevə səsləndi...
Ermənilər ağır itkilər verdilər — Düşmənin 31 hərbçisi məhv edildi - FOTO
Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
Tovuz təxribatının baiskarı olan erməni general - FOTO
"Xalxın fahişəsinə, bizim də “nemes"lərə bax..."
Kürdoğlu Əsgərovdan Süleyman Süleymanlıya şillə kimi cavab: "Get işinlə məşğul ol..."
DTX tərəfindən həbs edilən XİN əməkdaşı məşhur "avtoş"un atası imiş... - FOTO + VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247