Türkiyənin “Səadət” Partiyasının sədri qatıldığı televiziya proqramlarının birində ABŞ idarəçiliyi və prezident Donald Tramp haqqında sensasion hesab edilən ifadələr işlədib.
Moderator.az Türkiyə KİV-ə istinadla bildirir ki,
partiya lideri Təməl Qaramolloğlu Amerika Birləşmiş Ştatlarının dövlət idarəçiliyində
müxtəlif nəzarətedici qurumların olduğunu və NATO Parlamentlərarası
Assambleyanın üsvü olduğu zaman bu mexanizmlərlə yaxından tanış olduğunu söyləyib.
ABŞ-da dövlət başçılarının kimlər tərəfindən maliyələşdiyini
hər kəsin bildiyini deyən Qaramollaoğlunun sözlərinə görə, prezident də onu dəstəkləyənlərin
mövqelərini müdafiə edir:
“Biz Amerikada çoxluğu təmsil edən bir demokratiya
olduğunu düşünürük, amma realda bu o qədər də güclü deyil. Kimlərsə bu
seçilmişlərə nəzarət edir və onları manipulyasiya edir”.
Partiya sədri Tramp idarəçiliyində ədalətə və ləyaqətə
yer verilmədiyini bildirməklə yanaşı, onun ölkəni bir “kavboy məntiqi” ilə idarə
etdiyini söyləyib və haqqında daha sərt ifadə işlədib:
“O, əxalqsızlığı təsbit edilmiş bir insandır”.
Taleh