"Dişini xaricdə düzəldən baş nazirin müavini yox, dişi tökülmüş Hafiz Hacıyev hakimiyyətə gəlməlidir”
Oxunub: 9833
25 May 2020 | 12:30
Erməni terrorçularının Şuşada keçirdiyi “inaqurasiya”dan sonra Azərbaycan cəmiyyətinin düşmənə qəzəbi, regionda erməni cinayətlərinə göz yuman beynəlxalq ictimaiyyətin isə hüququn aliliyinə dırnaqarası yanaşması bir daha meydana çıxdı. Sərhədlərimiz separatçı dövlət tərəfindən pozulmaqda davam edir, amma ərazi bütövlüyümüzü dəstəkləyən və münaqişənin nizamlanma missiyasını üzərinə götürən həmsədr qrupu bu biabırçılığa göz yumurlar. Görünən odur ki, düşmən öz məkirli niyyətindən, dünya gücləri isə region maraqlarından əl çəkmirlər. O zaman biz niyə acızik. Düşmən çəkinmədən Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada bayram keçirirsə, güc nazirliklərimiz, diplomatlarımız, cəmiyyət olaraq hansı qəti adımları atmalı idik və nə baş verdi?
 

Bu və ya digər məsələlərlə bağlı MMP sədri Hafiz Hacıyev sərt çıxışı ilə dünya və ölkə ictimaiyyətinə ciddi mesajlar verdi.

“Ermənilərlə qohum olmayan insanlar hakimiyətə gəlməlidir. Hafiz Hacıyev minimum baş nazirin müavini gəlməlidir. Dişini aparıb xaricdə düzəldən baş nazirin müavini yox ha, dişi tökülmüş Hafiz Hacıyev hakimiyyətə gəlməlidir”.
 
“Hərəmiz bir kəndir tapıb özümüzü asmalıyıq”
 
- Hafiz müəllim, erməni işğalçılarının Şuşada keçirdiyi “inaqurasiya”düşmənin torpaqlarımızda sərgilədiyi həyasızlığı, Azərbaycanın ərazi bütövlüyünə, beynəlxalq hüquqa tüpürməsi idi. Yaxşı, bəs biz bu biabırçılığa qarşı hansı qəti mövqe sərgiləyə bildik. Nə baş verir. Niyə düşmənin “bayram havası” susdurulmadı, nə vaxta qədər dözməliyik?

 

- Bu gün mən özümü təhqir olunmuş hesab elədim. Ermənistanın bir dığası, pozğunu bir qrup pozğunla gəlib Şuşada seçki, and içmə mərasimi keçirirsə, öz parlamentini Şuşada qurmaq istəyirlərsə, hərəmiz bir kəndir tapıb özümüzü asmalıyıq. Utanıram ki, yerində olmayan tərbiyəsiz bir Paşinyan gəlib Azərbaycanda, gözümüzün qarşısında belə bir hərəkət elədi.

Çox təəssüf ki, erməniyə tutarlı cavab verilmədi. Bizim xarici işlər naziri baş qaxıncıdır. “İnaqurasiya” günü Xarici İşlər Nazirliyində bir qızı - mətbuat xidmətini çıxartdılar ortaya, o da yüngülvari nəsə dedi. Mən xəcalət çəkirəm, mən ölüb gedirəm. Biz 1 metr ağdan başqa bu dünyadan nə aparacağıq? O da qismət ola, olmaya. Bizim namusumuz, qeyrətimiz Şuşada, Laçında, Qarabağda, Xankəndində tapdanıb ay kişilər, nə vaxta qədər qeyrətsiz hərəkət edəcəyik?!.

Qardaş, əgər Elmar Məmmədyarov oğluna erməni alıbsa, bu gün vəzifəsindən çıxarılan baş prokurorun müavinin altından milyardlar çıxırsa, işdən çıxarılan icra başçılarının altından milyardlar çıxırsa və yaxud milyardaları olan və hələ bu gün üstlərinə gedilməyən insanlar varsa, bundan artıq nə gözləməliydik? Mən bu hadisələrdən sonra yaşamağı özümə artıq blirəm.

“Bu gün müdafiə naziri də istefa verməlidir, xarici işlər naziri də”
 
- 30 ildir torpaqlar işğaldadır və sizin kimi milyonlarla azərbaycanlı bu cür düşünür: növbəti dəfə psixoloji zərbə aldılar. Sadəcə bir “kəndirlə də” iş bitməyəcəksə, o zaman nəhayət, bu durumdan çıxmaq üçün nə etməliyik?

- Ermənilərlə qohum olmayan insanlar hakimiyətə gəlməlidir. Hafiz Hacıyev minimum baş nazirin müavini gəlməlidir. Dişini aparıb xaricdə düzəldən baş nazirin müavini yox ha, dişi tökülmüş Hafiz Hacıyev hakimiyyətə gəlməlidir. Və bu gün ölkə Prezidentinə kömək lazımdır. Bu gün cənab Prezident İlaham Əliyev çox əziyyət çəkir, ətrafı xəyanət yuvasıdır. Bir misal çəkim sizə, prokurorun keçmiş müavinini götürün. Lazım idimi onun bu gün bu qədər sərvətlənib çıxması? Niyə vaxtında bunun hesabını ondan soruşmurdular? Ona görə biz Ali baş Komandanın ətrafında yığışmalıyıq. Cənab İlaham Əliyevin rəhbərliyi altında olan adamların hamısı təmiz olmalıdır. Yoxsa vaxtilə ASAN xidmətləri tikib, bu gün də gedib kənd təsərrüfatını bərbad vəziyyətə salan yox. Yəni bu gün hakimiyyətdə Prezidentə sadiq adamlar olmalıdır. Ona görə də hakimiyyətə sağlam qüvvələr gəlməlidir. Bizə cənab Prezidentin özü kimi qeyrətli, xalqın qədrini bilən insanlar lazımdır. Və biz işğal altında olan ərazilərimizdə antiterror əməliyyatını həyata keçirməliyik. Dağlıq Qarabağı, Laçını, Kəlbəcəri, Cəbrayılı, Zəngilanı azad eləməliyik. Burda bizim qarşımızda duran kimdir?! Bizim torpaqlarımız işğaldadırsa, niyə azad eləməməliyik?! Sadəcə namusumuz, qeyrətimiz yoxdur, bundan danışmaq lazımdır. Bu gün hakimiyyətdə olanların çoxunun namusu, qeyrəti yoxdur. Bunu yazın, qoy məni öldürsünlər. Mənim qanım bu xalqa halaldır. Mən imkan verməyəcəm ki, ölkə Prezidentinə bu qədər xəyanət olsun. Xarici İşlər Nazirliyində bir dənə gözəl qız var, hər dəfə erməni terroru həddini daha çox aşanda, ya da başqa bir məsələ ortaya çıxanda onu çıxardırlar ortaya. O da yalandan deyir, Qarabağda belə oldu, ele oldu. Nə oldu, xanım?! Mənə Şuşam lazımdır. Əgər ermənilər Şuşada and içib, parlament qururlarsa, bizim nə haqqımız var, yaşamağa. Bunun gələcəkdə hansı nəticələr verəcəyini düşünürlərmi?!. Ölkədə hansı “yeraltı sular axır”, hansı proseslər gedir, bilirlərmi, bilmirlər!

“Yaxın aylarda ölkədə böyük iğtişaşların törədilməsini planlaşdırırlar”
 
Bilmirlərsə deyim: yaxın aylarda ölkədə böyük iğtişaşların törədilməsini planlaşdırırlar! Niyə? Xalq artıq dözə bilmir. Xalq artıq Rüstəm Yusifovun, Zakir Həsənovun belə zəif ordu generalı olmasına dözə bilmir. Cənab Prezident də məmurlara qarşı çıxışında deyir ki, bunlar ölkədə daşı daş üstündə qoymayıblar. Bunlar getməlidir. Biz Xankəndimizi, Şuşamızı, Kəlbəcərimizi azad eləməliyik! Xudafərin körpüsünü azad eləməliyik! Bunun üçün hakimiyyətə Prezidentimizi istiyən, 30 ildir mənim kimi həyatını, canını Heydər Əlievin, İlaham Əliyevin yolunda qoyan Hafiz Hacıyevlər lazımdır. Gəlin başlayaq iş görməyə. Əgər bu gün xarici işlər naziri gedib Amerikada oğluna erməni qızı alırsa, Vaşinqtonda erməni gəlininə milyonluq ev alırsa, bunun o vəzifədə nə işi var? Niyə mən bunu deyəndə az qalırlar dilimi boğazımdan çıxartsınlar. Mən həqiqəti deyirəm. Mən öz həyatımı bir nəfərə qurban vermişəm və mən ona xəyanət edən adamları bağışlaya bilmərəm. Bu gün xarici işlər naziri təcili istefa verməlidir, təcili onun xaricdə olan mülklərinə Şüvəlandakı villalarına arest qoyulmalıdır. Satılıb ordunun hesabına köçürülməlidir, ordu hücuma keçməlidir, torpaqlarımız işğaldan azad olunmalıdır.

“Hörmətli Ramiz Mehdiyev məni çağırıb izahat alırdı ki...”
 
- Belə bir durumda guya münaqişənin həlli ilə bağlı ortaya atılan danışıqlar prosesinin bundan sonrakı aqibəti necə olmalıdır?

- Nə danışıqlar, boş söhbətlərdir. Hər il bir söz deyirlər. Elmar Məmmədyarov 27 ildir torpaqları danışıqlar yolu ilə alırdı, nə oldu bəs!? 27 İldir ATƏT-in Minsk Qrupunun fəaliyyəti nədən ibarət oldu?! Ermənistan artıq Şuşanı Dağlıq Qarabağın paytaxtı elan edir, ay Elmar Məmmədyarov hanı sənin düşmənə olan kəsərli sözün, dünyaya etdiyin kəsərli çağırış?! ATƏT-in Azərbaycana verdiyi tövsiyyələrin xeyri bundan ibarət idimi?! Bu adamın mənəvi haqqı yoxdur, orda oturmağa. Mən bunu 5 il qabaq demişəm. Hörmətli Ramiz Mehdiyev məni çağırırdı Prezident Admnistrasiyasına məndən izahat alırdı ki, niyə belə deyirsən!? İndi Ramiz Mehdiyev ölkə Prezidentinə xəyanət edir, bunu görən yox idi?!. Bunu Hafiz Hacıyev deyirdi və bu gün də deyir.

Ona görə də həmsədrlərin danışmasının heç bir mənası yoxdur. Lavrov kimdir? Anası ermənidir, mənim torpaqlarımı işğal edən nəslin nümayəndəsidir. Onlar Qarabağı, Zəngəzuru, Göyçəni, Vedini işğal ediblər. İrəvan Azərbaycan torpaqları olub. Cənab  İlham Əliyev bunu dəfələrlə deyib. Bu gün bunlar İlham Əliyevi devirmək üçün min oyunlardan çıxırlar. İstəyirlər, xalqa göstərsinlər ki, cənab Prezident Qarabağı azad edə bilmədi. Amma cənab Prezident dəfələrlə yüksək tribunalardan səsləndirib ki, Qarabağ Azərbaycanındır və onun bir qarışını da düşmənə verməyəcəyik. İndi neynəsin Prezident, hamınızın əvəzinizə danışsın?! Bizim xarici işlər naziri, müdafiə naziri nə işlə məşğuldurlar?!. İndi Prezident durub başınızın üstündə, sizə söz öyrətyməlidir, sizə hərbi hazırlıq keçməlidir, cənab nazirlər? Niyə öz işinizi görmürsüz?! Niyə bu məsələdə ciddi hərəkətə keçmirsiz?! Bilirsiz necədir, yetər! Adamın abrı, isməti olar, çıxıb cəhənnəm olub getsinlər. Qoyun bu xalqın dərdini çəkək, qeyrətimizi, namusumuzu qaytaraq: Şuşada, Laçında Kəlbəcərdə, Fizulidə, Ağdamda...

Yalandan “Şuşa” restoranında bakallar qaldırıb şuşalıların sağlığına işməkləri bəsdir! Adamın qeyrəti, namusu olar. Bundan sonara bu dünyadan nə aparacağıq, bir iki metr ağdan başqa. Ona görə də bu gün müdafiə naziri də istefa verməlidir, xarici işlər naziri də istefa verməlidr. Getməlidirlər və əllərində olan hər şey alınmalıdır. Ölkədə Prezidentin apardığı sağlamlaşma prosesinə uyğun olaraq biz xalqımızın birliyini, fəhdətini təşkil edərək, Şuşamızı, Xankəndini azad etməliyik.  Biz bunu etməsək, kimsə gəlib etməyəcək. Başqa cür mümkün deyil.

“Getdin sərhəddi pozan Paşinyanın vertalyotunu vurdun, səni öldürdülər?!”
 
- Bundan sonra danışıqlara ehtiyac qalırmı? Belə deyilir ki, artıq ermənilər “danışıqların fatihəsini” oxudular.

- Mən buna ehtiyac görmürəm. ATƏT-in Minsk Qrupundan imtina eləmək, Türkiyəni bu prosesə qoşmaq lazımdır. Rusiyaya konkret demək lazımdır ki, mənimləsən, yoxsa erməninin yanındasan? Rusiya İrəvanı ermənilərə verdi, Şuşanı, digər torpaqları işğal elədi. Ona görə də heç Rusiyanın nə deməsinə də ehtiyac yoxdur.

Xatırlayın, Türkiyə öz sərhədlərinin kənarını qorumaq üçün gedib harda antiterror əməliyyatları keçirdi. Amma biz gəlib “çiynimizdə oturub, istədiyi vaxt ayaqlarını yellədən” düşmənə heç nə etmirik. Axı bu bizim torpağımızdır, onu biz qorumalıyıq. Ona görə də heç bir danışığa getmək lazım deyil, hərbi əməliyyatlara başlamaq lazımdır. Cənab Prezidentin bundan sonra ömürlük prezident olmasından ötrü onu istəyən adamlar Qarabağı azad eləməlidirlər. Sübut eləməliyik ki, necə ki, rəhmətlik Heydər Əliyev torpaqların işğaldan azad olunması istiqamətində can qoyurdu, eləcə də İlham Əliyev bunu edir. Biz də qorpaqlarımız uğrunda şəhid olmalıyıq. Burda nə xarici işlər naziri, nə də müdafiə nazirinin heç nə vecinə deyil. Müdafiə naziri özü də mənim yerlimdir. Qardaş, sən bacarmadın da. Sən getdin sərhəddi pozan Paşinyanın vertalyotunu vurdun, səni öldürdülər?! Yaxşı qorxurdun, ataydın mənim boynuma. Mən gedib türmədə oturmağa hazır idim. Amma belə rəzillik olmaz axı, Paşinyan bit düşmüş saqqalı ilə Şuşada gəlib bir küçə qadını ilə millətimi təhqir eləsin. Bu namussuzluğa dözə bilmərik axı? Biz öləndə də gorumuz çatlayacaq. Gələcək nəsillər bizə nə deyəcək?

“Belə nakişilik olar, hanı qeyrətiniz, namusunuz?!.”
 
- Bu gün cəmiyyətdən də belə mesajlar gəlir ki, Paşinyan vertalyotla Şuşaya gələndə mütləq vertalyotu vurulmalıydı, bu mərasim bombalarla dağıdılmalıydı. Belə fikirlər də var ki, əgər bombalansaydı, bunun Azərbaycan üçün zərərli fəsadları olardı. Bu qorxu Azərbaycan siyasətçisindən getmirsə, hansı müsbət nəticə olacaq. Buna fikriniz?

- Boş söhbətlərdir. Şuşa bizim torpağımızdır, evimizdir. Kimin nə ixtiyarı var. Zəif adamlar həmişə bu bəhanələri gətirirlər.  Düşmən bizim canımız Qarabağda hava məkanımızı pozanda, vertalyot vurulmalı idi, nəticəsi nə olur, olsun. Hələ Xocalıda qurulan aeroport çoxdan bombalanmalı idi. Ora bir dənə də samalyot uçmamalı idi. Bundan əvvəl Ermənistanın cinayətkar rəhbərlərinin gəlməsi atəşə tutulmalı idi. Bunlar bizim dövlət sərhədlərimizi pozublar, vurulmalıdır! Vəssalam. Hanı bizim sərhəd xidmətinin rəisi, hanı?! Sən kimə meydan oxuyursan? Nə dəxli var sən kimin qohumusan. Adamın vicdanı olar. Sabah bir şey olsa Prezidentə kömək etməyəssiz, hamınız qaçassız. Nətərki indikilər qaçır. Bu gün onun arxasınfda duran biz varıq!

Ölkə Prezidentini qorumaq, apardığı siyasətə dəstək vermək üçün biz bildiklərimizi deməliyik. Təbii ki, mən əziyyət çəkirəm, mənə qarşı təzyiqlər olur. Bu gün Respublika Prokurorluğunda olan olayları siz görürsüz. Sabah Elmar Məmmədyarov çıxanda hamınız danışassız ki, o Vaşinqtonda oğluna erməni aldı. Bunu mən bu gün deyirəm. Söhbət bundan gedir. Ona görə də nə Lavrov, nə Petrov, nə o birisi gəlib bizə heç nə edən deyillər. Bunlar hamısı gəlib konyakdan içirlər, kababdan yeyib gedirlər. 30 ildir bunlar nəyə nail olublar? Bu gün xalq qaynıyır, xalq içindən yanır. Xalaq namussuzluğa dözə bilmir. Namussuzu itə atıblar, it də götürməyib. Belə olmaz axı. Ciddi rəsmi reaksiya verilmədi. Kim verəcək?! Şuşam gedib, torpaqlarım gedib, Qarabağım gedib, bunun haqq-hesabını kim verməlidir?!.

Mən 10 illərdir qəzetlərdə, 4 il prezidentliyə namizəd olan bir şəxs kimi televiziyalarda hayqırıram!.. Qardaşım, mənə imkan verin, Qarabağda bir dənə erməni qalsa mənə nə deyirsiz deyin. Mən niyə torpaqlarımı erməniyə verməliyəm. Mənim babamın qəbri Göyçədə qalıb, bir başqasının qəbirləri Vedidə, İrəvanda qalıb. Niyə?!. Ona görə ki, Məmmədyarov oğluna erməni alıb? Belə biabırçılıq olmaz. Bu artıq siyasi faişəlikdir. Gətirib Əbülfəz Qarayevi Mədəniyyət naziri qoydular ölkənin mədəniyyətini dağıtdı yedi. Belə nakişilik olar?

“Vaxtilə rəhmətlik Heydər Əliyevin şəklini yandıranların balaları indi gəlib...”
 
- Bəs bu vəziyyətdə millət vəkilinin reaksiyaları necə oldu?

 - Milli Məclis nə vaxt ciddi şəkildə toparlandı ki, indi də toparlansın? Nədən danıırsız, rəhmətlik Heydər Əliyevin şəklini yandıranların balaları da indi gəlib Milli Məclisdə təmsil olunurlar. Milli Məclis yığılmalıydı. Milli Məclis bilirmi ki, küçələrdə, xalq arasında nə söhbətlər gedir? Bilməlidirlər! Prezident nə qədər islahatlar aparsa da, onlar bunu sıfıra endirir.  Müəyyən adamlar, qruplar var ki, yaxın aylarda ölkədə qarışıqlıq yaratmaqdan ötrü min oyundan çıxırlar. Çoxlu suallar var. Deyirlər ki, niyə ermənilərin “inaqurasiyasına” imkan verildi. Müdafiə Naziri Paşinyanın vertalyotunu vuraydı, xalq da deyərdi ki, filankəs teeoristi vurdu. Sərhəd pozulub, sərhəd xidməti bunu etməliydi. Gəlib deyəydi ki, bunu etmişəm, istefa verəydi. Eləmədi. Ona görə ki, xəyantəkardır. Məni buna görə öldürsələr də deməliyəm. Siz də qəbrimin üstünə bir dəstə gül qoyarsız qurtarar gedər.
Oxşar xəbərlər
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
07:22, Bu gün
Sumqayıtda ata-anasını qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanlıb
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
GÜNLÜK
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 08:42
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
18 Apr 2024 | 08:46
Rusiyada Leninin abidəsi satışa çıxarılıb - FOTO
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
AYLIQ
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 08:42
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
18 Apr 2024 | 08:46
Rusiyada Leninin abidəsi satışa çıxarılıb - FOTO
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI