Mayın 28-də ölkəmizdə Respublika Gününün növbəti ildönümü qeyd olunacaq.
Maraqlıdır, respublikamızın müstəqilliyinin, maraq və mənafeyinin müdafiəsində müasir Azərbaycan mediası hansı rola malikdir? Media respublika maraqlarımızın etibarlı müdafiəsində üzərinə düşən işin öhdəsindən layiqincə gələ bilirmi?
Moderator.az-a açıqlama verən Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu medianın bu məsələdəki rolunun böyük və inakredilməz olduğuna diqqət çəkdi:
“Azərbaycan mətbuatının sözün həqiqi mənasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasında müstəsna xidmətləri olub. AXC-nin qurucuları XIX əsrin sonu, XX əsrin əvvəllərində formalaşan, milli mətbuatın şinelindən çıxan ziyalılar, publisistlər olub. Həmin dövrdə Azərbaycan mediası xalqın maariflənməsi üçün böyük zəhmət sərf edib. Məhz bu qurucular da mətbuat vasitəsi ilə xalqı aydınlatmağa çalışıblar. Nəticədə də AXC yaranıb. Bu mənada Azərbaycan jurnalistikası son 100 il ərzində şərəfli bir yol qət edib.
Ölkəmiz ikinci dəfə müstəqilliyini əldə etdiyi zaman Azərbaycan jurnalistikası öz sözünü deyib. Milli-azadlıq hərəkatı dönəmində yeni nəsil, partiya-sovet senzurasından, onun təsirindən kənar yeni, müasir baxışlara nalik, müstəqillik dieyalarını təbliğ edən Azərbaycan jrunalistləri yetişdi. Bu mənada 100 il öncə qoyulan yol bu gün də jurnalistikamızda davam edir, mediamız bu yola sadiqlik sərgiləyir.
Azərbaycan jurnalistikası bu gün də dövlətə və dövlətçiliyə bağlılığı ilə diqqət çəkir. Bu səbəbdən də respublikamızın həyatında, onun maraqlarının müdafiəsində jurnalistikamızın rolu həqiqətən də böyükdür”.
Seymur ƏLİYEV