Vəzirovun tamamlanmış yarımçıq portreti - Bir əsrə bərabər ziddiyyətli ömür yolu...
Siyasət
Oxunub: 8390
26 May 2020 | 01:01
Vəzirovun tamamlanmış yarımçıq portreti  - Bir əsrə bərabər ziddiyyətli ömür yolu...
Bu gün Əbdürrəhman Vəzirovun 90 yaşı tamam olur. Cəmi 1 il 7 ay Azərbaycan SSR-ə rəhbərlik etmiş bu şəxs haqqında ölkədə birmənalı rəy olmasa da,  tanınmış yazıçı Vahid Qazinin Ə.Vəzirovun  “Parterin ilk sıralarında” adlı kitabı əsasında qeydə aldıqları,  Azərbaycan tarixinin mürəkkəb  bir dövründə ölkəyə başçılıq etmiş şəxs haqqında  formalaşmış bəzi fikirlərə aydınlıq gətirmək baxımından maraqlıdır. 


Moderator.az Vahid Qazinin yazısını təqdim edir:


“Parterin ilk sıralarında” memuarı əsasında

Bir dəfə Azərbaycan Cümhuriyyəti haqda bir essedə yazmışdım ki, 23 cümhuriyyət ayı tariximizin “qara dəliyi”di. Bu yurdun az qala Paleolit dövrünü öyrədiblər bizə, amma burdan bura babalarımızın yaratdığı tarixi gizlədiblər.

Əslindəsə tək o deyil, başqa “qara dəlik”lərimiz də var. Məsələn, tariximizə “milli ruhun dirçəlişi illəri” kimi yazılası ötən əsrin 50-60-cı illəri kimi, yaxud milli-azadlıq hərəkatının yaranması və süqutu illəri (1988-1993) təki.

Son illər tarixi araşdırmaçılar yazdıqları kitablarla istər cümhuriyyət, istərsə də sovet illərindəki qaranlıqlara işıq tuturlar. Elə birini, bu günlərdə əldə etdiyim Cəmil Həsənlinin “Azərbaycanda  Sovet liberalizmi: Hakimiyyət. Ziyalılar. Xalq. (1959-1969)” monoqrafiyasını deyim. Elə bil müəllif işıqkeçirməz qalın teatr pərdəsinə bənzər bir örtüyü götürüb “ottopel” deyilən tarixi dönəmin üstündən.

Belə baxanda zənn edirsən ki, milli-azadlıq hərəkatı dövrünə də aid qaranlıq heç nə qalmayıb. Amma əminəm ki, şahidi olduğumuz o illərdə baş vermiş olaylar haqda həqiqətləri sonacan bilmirik. Bildiyimiz yalnız eşitdiklərimizdi. Eşitmədiklərimiz də var və elə obyektivlik naminə onları da dinləməliyik.

Neçə il əvvəl Azərbaycan DTK-nın sədri olmuş Vaqif Hüseynovun ictimaiyyətdə maraq doğuran “Bir ömürdən də artıq” (“Больше, чем одна жизнь”) ikicildlik memuarını haqqında ən ağır ittihamlar söylənilən bir adamın özünümüdafiə haqqı, opponent rəyi kimi oxumuşdum.

Əbdürrəhman Vəzirovun təzə çıxan “Parterin ilk sıralarında” (“В первых рядах партера”) kitabını da eynən o memuar kimi, divarın o üzündən xəbər verən hekayət toplusuna bənzətdim. Ağır dövrdə ölkəyə rəhbərlik edən, 20 yanvar qırğınından sonra ölkədən gedən, uzun illər susaraq, olmuş-keçmişlərə aydınlıq gətirməyən siyasi xadimin nəhayət dilə gəlib söylədikləri kimə maraqlı gəlməz ki!

Düşündüm, 30 ildə eşitdiklərimizin əksinə baxış sərgiləyən bu kitab ən azından əks tərəfin fikrini öyrənmək baxımdan əhəmiyyətlidi. Odur ki, belə bir memuarın nəşrindən xəbər tutan kimi Moskvada yaşayan bir dostumdan alıb göndərməsini xahiş etdim.

Hənirtisi duman arxasından duyulan həqiqət

Onun haqqında ilk dəfə “Azneft” çayxanasındakı söhbətlərin birində eşitmişəm. 1986-cı ilin yazağzıydı. O vaxtlar həmin çayxanaya ölkənin ziyalıları yığışırdı, biz tələbələr də masanın bir güncündə oturub böyüklərin danışdıqlarını dənliyimizə yığırdıq. Qəzet-televiziyada olmayanları adam orada eşidirdi, dünyanın altından-üstündən orada xəbər tuturdu.

Belə söhbətlərin birində eşitdim ki, Əbdürrəhman Vəzirov adında bir azərbaycanlı SSRİ-nin Pakistanda səfiridi. Özü də Qorbaçovun dostudu, bu gün-sabah onu bura rəhbər göndərəcək.

O söhbətdən bir-iki ay keçmiş əsgər getdim, iki il sonra qayıdanda gördüm ki, çayxanada verilən proqnoz düz çıxıb, Vəzirovu Azərbaycana rəhbər təyin ediblər.

vezirov

SSRİ xalq deputatları ilə

1988-ci ilin mayında o vaxtkı Lenin meydanında izdihamlı mitinqdə çıxışında “daha heç kim orda-burda “day-day” axtarmasın, hamınızın “day-dayı” özüm olacam” deyəndə hamı yeni rəhbərin uğur qazanacağına, erməniləri yerlərində oturdacağına, cəmiyyətdə ədaləti bərqərar edəcəyinə inanmışdı. İnanmışdıq ki, ölkə daha “day-day” prinsipiylə idarə olunmayacaq. Düzdü, “day-day”lığa bir xeyli dərəcədə son qoydu, amma o biri işləri başa çatdıra bilmədi.

Niyə? Kitabda həm də bu suala cavab axtardım.

O hadisələrdən keçən 30 ilədək dövrdə çox hadisələr oldu və bu hadisələr fonunda həqiqət bildiklərimiz öz gerçək sifətini almaq üçün dəfələrlə cildini dəyişdi. Bəs bu gün necə, özünün əsl simasını alıbmı?

Hər yeni gələn hakimiyyət o dövrə, hadisələrə, onun iştirakçılarına öz siyasi maraqlarından qiymət verdi. Bəs, ittiham olunanların söz haqqı necə, tanındımı?

2018-ci ildən baxanda bir çox həqiqətin hələ də duman arxasında qaldığını hənirtisindən duyursan.

“Heç nə keçmiş qədər tez-tez dəyişmir”

Yarımbaşlığa çıxardığım bu sitatı Vəzirov kitabında Jan-Pol Sartrdan gətirir. Uzaq keçmişlə işim yoxdu, yaxın zamanlarda olanların neçə dəfə silinib yazıldığına, yaxud heç yazılmadığına şahidik.

vezirov

Yuri Qaqarinlə

Məsələn, yeni ensiklopediyada Vəzirov haqda beş-on cümləlik məlumata görə ölkə prezidenti Milli Ensiklopediyanın rəhbərini iclasdan qovmuşdu. Yəqin xatırlayırsınız, televiziyada göstərmişdilər.

Cəmil Həsənlinin yuxarıda adını çəkdiyim kitabından gətirdiyim bu sitat da demək istədiyimə bir başqa nümunədi: “2003-cü ildə nəşr edilmiş çoxcildlik “Azərbaycan tarixi”nin yeddinci cildində 10 il Azərbaycana rəhbərlik etmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundovun adı bircə dəfə çəkilir, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Məmməd İsgəndərov və respublika hökumətinin başçısı Ənvər Əlixanovun adları isə ümumiyyətlə çəkilmir, onların respublikaya 10 illik rəhbərliyi dövrünün üzərindən sükutla keçilir”.

Söhbət o Vəli Axundovan gedir ki, vəzifəni öz arzusuyla tərk etməsini Mərkəzi Komitənin üzvlərinə bu cür izah edib: “Birinci katibin öz xahişi ilə vəzifədən getməsi Azərbaycan partiya tarixində ilk hadisədir. Öz gedişimlə həm də yeni ənənənin başlanğıcını qoyduğumu zənn edirəm. Buna çox inanmaq istəyirəm… Öz missiyamı insanlardan qorxu hissini çıxarmaqda görürdüm. Düşünürəm, bu planda nələrəsə nail olmuşam. Bu, elə mənim ən böyük uğurumdur”.

Həqiqətən də Vəli Axundovun rəhbərlik etdiyi illər uzun zaman xofla yaşamış adamların canından qorxunu çıxarmaq illəri, milli ruhun dirçəlişi dövrü idi.

 “Traybalizm – dinc vətəndaş müharibəsi”

Kitabın “Xidmətdə durmağa şadam, nökərçiliksə ürək bulandırır” bölümündə 70-ci illərdə siyasi elitanın hansı yollarla dəyişdirildiyindən, klan hakimiyyətinin regionçuluq əsasında necə qurulduğundan bəhs olunur. Göstərilir ki, respublikanın yeni rəhbəri hakimiyyətinin ilk beş ilində “nazirlərin üçdə ikisini, MK büro üzvlərinin 10-dan 8-ni, MK şöbə müdirlərinin 14-dən 13-nü, rayon birinci katiblərinin 45-dən 37-ni dəyişib”.

Müəllifin yazdığına görə bu əvəzlənmələrə “əsasən provokasiya, kompramat, təqib yolu ilə nail olunurdu”. Vəzirov hakimiyyət strukturlarını dolduran təzə kadrları “liliput” adlandırır və Mark Tvendən bu sitatı gətirir: “Onların yarısı heç nəyə yaramırdı. O biri yarısı isə hər işə yarayırdı”.

vezirov

“Qanuna və vicdana uyarlığına baxmadan hər göstərişi gözüyumulu yerinə yetirməyə hazır idilər… Kirovabadda (Gəncə – V.Q.) işləyəndən bir-iki il sonra anladım ki, H.Əliyevin təməlini qoyduğu yeni sistemdə qala bilmərəm (və istəmərəm)”.

Yazdıqlarından belə anlaşılır ki, o, respublikadan can götürüb qaçmağın yollarını arayıb. İstanbula konsul getməsinə respublika rəhbəri icazə verməyib. Sonra işini birbaşa Moskva ilə həll edib, diplomatik fəaliyyətə Kəlküttədə konsul kimi başlayıb.

Neçə yaşlı adamdan eşitmişəm, elə memuarında Vaqif Hüseynov da yazır ki, o dövrlərdə Moskvada nüfuz qazanan neçə soydaşımız Azərbaycana yüksək vəzifəyə dəvət edilir, az sonra vurulub sıradan çıxarılırmış.

“Traybalizm (dövlət hakimiyyətinin tayfa-nəsil əsasında formalaşdırılması – V.Q.) öldürücüdür, mahiyyətcə dinc vətəndaş müharibəsidir, adamları bir-birinə qarşı qoyur, onları birinci, ikinci, üçüncü dərəcəli sortlara bölür”.

Belə başa düşürsən ki, Azərbaycanda yerliçilik heç vaxt 70-ci illərdəki qədər zirvədə olmayıb!

Xatırlayıram, o vaxt danışırdılar ki, Qorbaçov Vəzirovu məhz respublikanı sarmış “aliyevşina” – “Əliyev klanı”ndan təmizləmək üçün göndərib. Görünənsə odur ki, illərlə qurulmuş klan torunu yarmaq ona da, sonralar Mütəllibova da, cəbhə hakimiyyətinə də müyəssər olmadı.

Kitabın oxucuya verdiyi mesajlardan biri budu: ən böyük bəlamızı uzaqda axtarmayaq, o, içimizdədi, qanımızda daşıdığımız “yerliçilik” virusundadı. Ondan arınmasaq millət olmağımız uzun müddət alınmayacaq.

Bir milləti məhv etmək istəyirsənsə, yerliçiliyi dövlət siyasətinə gətir!

Dövləti məhv etməkdisə qəsdin, “Birləşdir, yönəlt” yox, “Parçala, hökm et” prinsipiylə işləyən birini ona rəhbər qoy!

 “Ermənistandan qovulanların Bakıya doluşması Səhv yox, Faciə idi”.

“Təəssüf ki, Qarabağ münaqişəsi xalqımızın birləşməsi yolunda həlledici leytmotiv olmadı. Erməniyə qarşı yumruq kimi bir cəbhədə çıxış etməliydik, əvəzində yumruqdan bəzi barmaqlar aralanırdı”.

O, kitabında Ermənistanda Qarabağ üstündə başlayan xalq hərəkatını bizim hərəkatla müqayisə edir. Onların xalq hərəkatı ona görə hədəfə çatdı ki, millət olaraq, vaxtında birləşə bildilər. Bizdə isə Qarabağ hakimiyyət davalarına alət edildi.

Vəzirovu ən çox Ermənistan qaçqınlarını Qarabağa yerləşdirməməkdə suçlayırlar. Anlaşılan o ki, bu da onun haqqında deyilən yarımçıq həqiqətlərdən, uydurulan çoxsaylı yalanlardan biridir. Kitabında buna da aydınlıq gətirir. Yazır ki, Ermənistan qaçqınlarının Qarabağda yerləşdirilməsi üçün Moskva ilə dava döyüb. Çox sayda qaçqını Xocalıda yeni tikilən evlərə, Həkəri çayı sahilində salınan “Qayğı” qəsəbəsinə, Şuşaya, Qarabağın kəndlərinə yerləşdirməyə nail olub.

Xocalıda canlanan tikintini mən də görmüşdüm, bunu o vaxt Ağdamdan Şuşaya gedən hər kəs görürdü.

Amma hansısa sehirli çubuq onları Bakıya yığırdı! Ermənistan qaçqınlarından, onların ağır durumundan siyasi məqsədlər üçün istifadə edilirdi.

vaqonda

“Qaçqınları mal-qara daşınan vaqonlarda yerləşdirmək mənim ağlıma gəlməzdi”. Ə. Vəzirov

“Ermənistandan qovulanların Bakıya doluşması Səhv deyildi, Faciə idi. 68 min ailənin ev şəraitini yaxşılaşdırmaq üçün növbə gözlədiyi bir şəhərə onları yerləşdirmək, hətta, ən qorxunc yuxuda belə ağlıma gəlməzdi. Əlbəttə, 1992-1993-cü illərdə (Qarabağ qaçqınlarına) edilən kimi inzibati yollarla onları Bakıya buraxmayıb, mal-qara daşınan vaqonlarda yerləşdirmək olardı. Belə bir şeysə mənim heç eynimdən keçməzdi!”

 Norveç rəssamı Munkun “Çığırtı”sındakı adam

Vəzirov barədə ictimai rəy birmənalı deyil. Elə o gün onun bu kitabı haqda feysbuk səhifəmdə paylaşmama müxtəlif çalarlı rəylər bunun bariz nümunəsidi. Qoyun, onu da deyim ki, elə bu yazını yazmağa orada açılan müzakirələr təkan verdi.

Amma onu demokrat adlandıran Elçibəydən üzübəri xeyli ictimai-siyasi xadimin haqqında söylədiklərindən o qənaətə gəlirsən ki, Vəzirovla əl-ələ verib işləmək mümkün idi. Bu, baş tutsaydı, sonrakı bir çox fəlakətdən qaçmaq olardı. Lakin həm özünün o mürəkkəb dövrdə buraxdığı səhvlər, həm də 70-ci illərdən formalaşan “mafiya-klan”ın xalq hərəkatına yeritdiyi adamların sabotajı nəticəsində alınmadı.

Kitabda özünün buraxdığı səhvlərə yüngül eyham vursa da, problemin əsas mənbəyi kimi həmin sabotajçıları göstərir. Özü də adbaad.

Vəzirovun “radikallar” adlandırdığı o adamlar 1993-cü ildə hakimiyyətə qayıtmasında Heydər Əliyevin əlindən tutdular. Bu fikir Vaqif Hüseyovun da memuarında qırmızı xəttlə keçir. “Etibar Məmmədovun Milli İstiqlal Partiyası hakim Yeni Azərbaycana qovuşdu”.

Vəzirov Qorbaçovun sonacan onu müdafiə etməməsinin səbəbini həmin o radikallarda və “onların arxasında duran mafiya-klan”da görür. Yazır ki, cəbhənin liberal qanadı, “Zərdüşt Əlizadənin ətrafına yığılan solçular” belə onlarla bacarmadılar.

O, 20 yanvar ərəfəsində Moskvanı qıcıqlandıran və bununla da qoşun yeridilməsin deyə onun gətirdiyi bütün arqumentləri puça çıxaran dövləti cinayətləri belə sadalayır: “1989-cu ilin 25 dekabrında silahlı cəbhəçilər Cəlilabad rayonunda qanuni hökuməti devirərək rayon partiya komitəsini, milis şöbəsini darmadağın etdilər; 31 dekabrda Naxçıvan Muxtar Respublikasının ərazisi boyunca SSRİ-nin İranla sərhədini dağıtdılar; 1990-cı ilin 11 yanvarında AXC silahlı birləşmələri Lənkəranda qanuni hökuməti devirdilər; 15 yanvardakı mitinqdə “ermənisiz Bakı” şüarı səsləndi, mitinqçilərin arasından bir neçə quldur dəstəsi formalaşaraq hərəkətə keçdi, 2 mindən çox soyğunçuluq, quldurluq, dağıntı, 33 ölüm hadisəsi törədildi”.

elcibey

Əbülfəz Elçibəy və Nemət Pənahlı

Qorbaçovun bu arqumentləri qarşısında aciz qalan Vəzirov 1990-cı ilin 18 yanvarında üçüncü istefa ərizəsini (1989-cu ildə iki dəfə belə ərizə yazıbmış) Moskvaya göndərir. Elə həmin gündən də işdən kənarlaşdırılır.

Düşünürsən, ərizə yazmaqla missiya bitmir, gərək həmin vaxt xalqa müraciət edib təhlükənin miqyasını, vəziyyətin nə yerdə olduğunu açıq deyəydi. Bu müraciət xilas yolu olmasa belə onun sonrakı siyasi taleyində həlledici rol oynaya bilərdi. Niyə etmədi?

Deyilənə görə ona iynə vuraraq, huşsuz halda Moskvaya aparıblar. İmanımı yandırmayım, əgər belə olubsa, demək o, farağat durmayıbmış, təhlükəni önləmək üçün nələrsə etməyə cəhd göstəribmış. Yoxsa, niyə iynə vurub bihuş etsinlər ki! Bu haqda – onun Bakıdakı son günləri barədə, təəssüf ki, kitabında heç nə yazmayıb.

Onun da, elə Vaqif Hüseynovun da kitablarından bəlli olur ki, rəhbərlik təhlükənin ciddiliyini dərk edirmiş. Dəfələrlə hərəkat liderləriylə buna görə görüşür, qorxulu sonuc xəbərdarlığı edirmişlər.

Vəzirovu şəxsən tanıyan neçə adamdan eşitmişəm, cəbhəçilərlə söhbətdə üstüörtülü andırırmış ki, parlament seçkilərində xeyli yer tuta bilərlər, bir şərtlə, kəskin radikalizmdən uzaq dursunlar. O, hərəkatı kütlə ehtirasından çıxarıb konstruktiv məcraya – parlamentə çəkmək istəyirdi.

Vaqif Hüseyov da kitabında məhz buna görə Əbülfəz Elçibəylə görüşərək, hərəkatın radikallaşmasının ağır fəsadlar törədəcəyini, Baltik ölkələrindəki kimi dinc mübarizəyə üstünlük verilməsinin vacibliyini izah etdiyini yazır.

Bu yerdə rəhmətlik Aydın Məmmədovun hakimiyyətlə müxalifəti orta mövqeyə gətirmək üçün yorulmadan etdiyi çabaları xatırlamasam olmur.

***

Bir dostumuz bu kitabla bağlı mənim feysbuk paylaşmama belə şərh yazmışdı: “Vəzirov xarakterinə görə tipik bir komsomolçu olaraq qaldı, dövlət adamı səviyyəsinə qalxa bilmədi. Azərbaycana rəhbərlik etdiyi dövrdə o, özünü yuxarıdan verilən hər bir tapşırığı böyük canfəşanlıqla yerinə yetirməyə hazır olan bir komsomolçu kimi apardı”.

Özü isə düşdüyü vəziyyəti belə aydınladır: “Amerikanın SSRİ-dəki səfiri 1989-cu ilin noyabrında Bakiya gəldi və mən onu qəbul etdim. Cek Metlok “İmperiyanın ölümü” kitabında yazır: “Əbdürrəhman Vəzirovun on illərlə Azərbaycana başçılıq edən Heydər Əiyev hakimiyyət maşını ilə birbaşa əlaqəsi yox idi. Vəzirov, bəlkə də, bir çıxış yolu tapa bilərdi, lakin o, sərbəst hərəkət etmək imkanına malik deyildi. O, Moskvanın passivliyi və vətənində qaynayan siyasi ehtiraslar arasında sıxışıb qalmışdı”.

Matlock_C37408-16

Reyqanla Qorbaçovun görüşü. Cek Metlok arxada

ABŞ səfirinin kitabından gətirdiyi bu sitatı Vəzirovun etirafı kimi də qəbul etmək olar.

Metlok sıradan diplomat deyildi, 1961-ci ildən fasilələrlə SSRİ-də işləmiş, imperiyanı can verən anınadək yaxından izləmiş, gözlənilən dövlət çevrilişi barədə əvvəlcədən Qorbaçovu xəbərdar etmiş biridi. Görünən odur ki, Azərbaycanda baş verən prosesləri xırdalıqlarınacan bildiyindən belə dəqiq diaqnoz qoyub.

Vəzirov kitabın bir yerində Norveç rəssamı Munkun “Çığırtı” əsərindən yazır. Körpü üstündə dəhşət bürümüş adam bütün gücüylə çığırır. Tənhalıq insanın qorxusudur!

Munch

Edvard Munk. “Çığırtı”

Mənə elə gəlir ki, o, Azərbaycanda birinci katib işlədiyi dövrdəki halını o tablodakı insanın durumuna bənzədir.

 “Mənim başım rusca danışır, ürəyimsə azərbaycanca”

Vəzirov uşaq vaxtı Qarabağda gördüyü adamları, yerləri, kəhrizlərəcən, Bakı məhlələrində oynadığı oyunları xırda detallarınacan təsvir edir. Oxuduqca görürsən ki, uşaqlıq xatirələrindən gələn milli duyumları diridi.

vezirov

Qarabağ xanının vəziri olmuş ulu babasından fəxarətlə söz açır, yeddi arxa dönən səcərəsindən xəbəri var.

1958-ci ildə komsomolun birinci katibiykən Novruz bayramının dövlət səviyyəsində keçirilməsini ilk dəfə o təklif edib. Şıxəli Qurbanovun müəmmalı ölümündən sonra yenə qadağan olunan bayram, bir də 1988-ci ildə Vəzirovun gösrətişiylə qeyd edilir.

Qalırsan belə, o, kosmopolitdi, yoxsa xalqdan uzaq düşmüş milli duyğulu adam?

Vəzirov SSRİ səviyyəsində yüksək vəzifəyə qalxmış ilk azərbaycanlıdı. 1959-cu ildə SSRİ gənclər təşkilatının – ölkə komsomolunun katibi seçilib. Bu vəzifədə işlədiyi 10 il ərzində Moskvadan Kamçatkayacan nüfuz qazanıb, siyasi elitada “sən” deyə müraciət etdiyi xeyli adamın hörmətini qazanıb.

1970-ci ildə ona respublikada bir neçə yüksək vəzifə təklif edilib, sonunda Kirovabad (Gəncə) partiya komitəsinin birinci katibi təyin olunub. Yaşlı gəncəlilərin yaddaşında qeyri-ordinar davranışı, tez-tez “dom ofitserə tansa getməyi”, xalqla canlı təması, “Moskvaya təyyarə reys açması”, rüşvətsiz fəaliyyətiylə qalıb.

gence

Gəncə-Moskva təyyarə reysinin açılışı

1976-cı ildə Vəzirov SSRİ-nin Kəlküttədəki baş konsulu təyin edilir. Sonrakı illərdə isə Nepalda, Pakistanda səfir işləyir. O, SSRİ tarixində səfir olmuş ilk və sonuncu azərbaycanlıdı.

Elə bu sadalananlar milli eksiklopediyada onun haqqında üç-beş kəlmə yazmağa haqq vermir ki?

Vəzirov kitabında bu suala cavab olası maraqlı bir misal gətirir.

Venetsiyada Dojlar Sarayında sıra ilə respublikanın 76 dojunun (rəhbərinin) portreti asılıb. Onlar formal hakim idilər, hər şeyi senat həll edirdi. Respublika tarixində tək bir doj – Marino Falyer təkbaşına hakimiyyətə yiyələnmək istəyir. Bu cinayətə başıyla cavab verir. İndi onun portreti olası yer qara rənglənib, üstündən bu sözlər yazılıb: “Burada Marino Falyerin adı vardı, törətdiyi cinayətə görə boynu vurulub”.

İtaliya tarixi Falyerə qiymətini verib, amma silib atmayıb.

Dediyim odur ki, sivil toplumlar irsə, ənənəyə sadiq qalırlar, xalqın həyatında pis, yaxud yaxşı rol oynamasından asılı olmayaraq, hər kəsə tarix rəfində yer ayırırlar. Bizim kimi hər gələn özündən əvvəlkinin üstündən xətt çəkmir.

***

Bu yazıda qəsdim bir dostumuzun mənə yazdığı kimi Vəzirovu “reabilitasiya etmək” deyil. Onun buna ehtiyacı da yoxdu. Tarixin hadisələrə, şəxslərə obyektiv baxılacaq çağında yazan yazacaq onu. Mənim bildiyimsə, odur ki, nə qədər bizim siyasət meydanımız müəllifin işarə verdiyi “əliyevçilərin və cəbhəçilərin” ixtiyarındadı, Vəzirov, onun rəhbərlik etdiyi və ondan sonrakı dövr yarımçıq dəyərləndirilmiş halda da qalacaq. Çünki Vəzirov da, o dövrün başqa hakimiyyət sahibləri də hər iki siyasi qövmün ortaq “günah keçisi”dilər.

vezirov

Əbdürrəhman anası ilə

Bu yazı sözü gedən dövrə, o dövrün qəhrəmanlarına qiymət vermək cəhdi kimi qəbul oluna bilməz. Olsa-olsa araşdırmaçılara yön verər.

Vəzirova münasibətimə qalanda isə mənim qənaətimcə o, xalqına sidq ürəkdən, özü də  zövq alaraq xidmət etmək istəyən, onun rifaha çatmasına can atan, eyni zamanda güclü tayfa klanı ilə baş edə bilməyən, bir də zaman baxımından şansı gətirməyən, xalqa özünü anlada, sonacan tanıda bilməyən bir qədər kədərli tarixi simadı.

Sonda onu deyim ki, Vəzirovun bu kitabında bir xeyli suallara cavab tapdım. Amma cavab tapmadığım suallar da oldu, odur ki, portreti yarımçıq tamamlayası oldum.

Vahid Qazi

Oktyabr 2018

Oxşar xəbərlər
23:13, Bu gün
Paşinyan üçün taleyüklü Moskva səfəri...
22:58, Bu gün
“Taliban” altı İran sərhədçisini saxlayıb
22:56, Bu gün
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
22:54, Bu gün
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
22:34, Bu gün
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
22:32, Bu gün
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
22:28, Bu gün
İnfarkt riskini sıfıra endirən şirə
22:26, Bu gün
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:36, Bu gün
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
21:36, Bu gün
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
21:34, Bu gün
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
21:33, Bu gün
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
21:31, Bu gün
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
21:06, Bu gün
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
21:05, Bu gün
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
20:52, Bu gün
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
20:47, Bu gün
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
20:30, Bu gün
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
20:08, Bu gün
Şagirdlərin tətil günləri AÇIQLANDI
20:05, Bu gün
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
19:55, Bu gün
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
19:50, Bu gün
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
19:45, Bu gün
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
19:40, Bu gün
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
19:36, Bu gün
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
19:32, Bu gün
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
19:28, Bu gün
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
19:25, Bu gün
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
19:22, Bu gün
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
19:20, Bu gün
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
19:15, Bu gün
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
19:10, Bu gün
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
19:05, Bu gün
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
19:00, Bu gün
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
18:57, Bu gün
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
18:53, Bu gün
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
18:47, Bu gün
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
18:44, Bu gün
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
18:40, Bu gün
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
18:27, Bu gün
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
18:24, Bu gün
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
18:21, Bu gün
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
18:14, Bu gün
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
18:08, Bu gün
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
18:02, Bu gün
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
17:59, Bu gün
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:56, Bu gün
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
17:54, Bu gün
COP29 sülh prosesinin nəticəsidir
17:50, Bu gün
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
17:47, Bu gün
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
17:42, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
17:40, Bu gün
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
17:38, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
17:36, Bu gün
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
17:34, Bu gün
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
17:32, Bu gün
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
17:30, Bu gün
“Bakcell” ilə innovasiya dövrü başlayır!
17:29, Bu gün
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
17:25, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
17:24, Bu gün
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
GÜNLÜK
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO