Azərbaycan və Türkiyə arasında münasibətlərin sözün bütün mənalarında “iki dövlət bir millət” prinsipinə uyğun gəldiyi, Türkiyə ilə bilavasitə sərhəddə malik Naxçıvanla qardaş ölkə arasında əlaqələrin xüsusilə geniş inkişaf etdiyi birmənalıdır. Məhz bu baxımdan da Naxçıvanda yaşayan bəzi soydaşlarımızın zaman-zaman Türkiyənin müxtəlif bölgələrinə, eləcə də Qars və İğdıra köç etməsi müşahidə edilir ki, bu da tamamilə təbiidir. Nəticə etibari ilə bu, türkün türk yurduna köçündən başqa bir şey deyil. Lakin görünən odur ki, bu köç erməniləri ciddi təşvişə salmaqda, onlarda böyük narahatlıq doğurmaqdadır.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, bəzi naxçıvanlıların İğdır və Qarsa tarixi köçü böyük təhlükə kimi dəyərləndirilib. Erməni mediası iddia edir ki, İğdır və Qarsda erməni əhalisi sayca Türkiyənin dogər bölgələri ilə müqayisədə nsibətən daha çoxdur və naxçıvanlılaırn bu bölgədə məskunlaşması demoqrafiq tarazlığı pozur.
Naxçıvan və Türkiyə arasında münasibətlərin hədsiz inkişafından narahatlıqlarını dilə gətirən erməni mediası, Naxçıvanı Ermənistan üçün ikinci cəbhə kimi xarakterizə edir.
Ermənilərin Qars və İğdırda demoqrafik çoxluğa nail olmaq istəkləri əslində işğalçı Ermənistanın gələcəklə bağlı planlarından xəbər verir. I Dünya müharibəsində rus ordusuna kütləvi satqınlıqları ilə yadada qalan, bu ordunun önünə düşərək onlara bələdçilik edən Qars-İğdır ermənilərinin indi bölgədə türk faktorunun güclənməsindən narahatlıq duymaları tamamilə təbiidir. Çünki bölgədə türk amilinin güclənməsi ermənilərin gələcək xəyanət və qiyamlarına qarşı ən ciddi maneədir. Məhz bu səbəbdən də türkü türkə, türk yurduna qısqanan ermənilər baş verənlərdən duyduqları narahatlığı dilə gətirməyə bilmirlər.
Məlumat üçün qeyd edək ki, Türkiyənin bu bölgələrinə qarşı erməni tərəfi dəfələrlə açıq iddialar səsləndirib, təxribat xarakterli bəyanatlar verib.
Seymur ƏLİYEV