Günəşi gözləyənlər...
Oxunub: 1289
27 May 2020 | 08:48
Günəşi gözləyənlər...
Yaxud qurdun itdən seçilən vaxtı

Səhərin alatoranlığıdı. Günəşin narın şüaları üfüqdən pəncərəmə boylanıb gülümsəyir. Bir gözü yumulu, bir gözü açıq kompyüter masasının arxasına keçirəm. Qəhvənin buxarı yüngülcə dodaqlarımı isidir və tamamilə təhtəlşüur olaraq, Günəşin pəncərəmdən içəri süzülən zərif şüalarına təbəssümlə qarşılıq verirəm. “Xoş gəldin” deyirəm ey, “xoş gəldin və indi qurdu itdən, çaqqaldan, göreşəndən, leşyeyəndən seçmək mümkün olacaq”. Xoş gəldin, Günəş! Nə yaxşı ki, hər səhər səni görmək, yaxud görə biləcəyimizə ümid bəsləmək kimi bir təsəllimiz var!

28-dən başlayan tarix

Adətimdi, hər il 28 Maydan bir gün öncə keçdiyim yola nəzər salır, öncə özümlə, sonra isə məni mən, bizi biz olmağa qoymayan, ömrümüzü yeyən, günümüzü çürüdənlərlə bir yazılıq “haqq-hesab” çəkirəm. Mənim üçün il 28 Maydan başlayır.
32 il bundan öncə Bakıdan doğulduğum Lənkəran şəhərinə, Qarabağı Azərbaycandan qoparmağa çalışan ermənilərə və SSRİ-nin onları himayə edən yönəticilərinə qarşı etiraz aksiyasını təşkil etməyə gedəndə də may ayı idi. O zaman hələ oyanmaqda olan qan yaddaşımızdan söz-söz, sətir-sətir dirçələn 28 May gerçəkliyi sonuna qədər dərk olunmamışdı. Heç indi də dərk olunmayıb...
Nə isə... 
28 Maya bir neçə gün qalırdı... 
Qısa bir zaman ərzində onminlərlə insanın toplaşdığı meydanda tələblərimizin yer aldığı bəyanatı və “Azadlıq” marşını oxuyub kürsünü tərk elədim. Başımızın üzərindən helikoptellər uçurdu... Evə çatanda Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları “yolumu gözləyirdilər”. Həmin dövrdə təhlükəsizlik komitəsində çalışan vətənsevər insanların səyləri nəticəsində son anda həbsdən və universitetdən xaric edilməkdən xilas ola bildim. 
28 Maya bir neçə gün qalırdı... 
Bir neçə gündən sonra ilk dəfə üçrəngli Azərbaycan bayrağını görəcəkdim və əbədilik olaraq gözlərimə, yaddaşıma həkk edəcəkdim. O gündən başlayaraq, dünyanın bütün rəngləri gözlərimə həkk etdiyim üç rəngin içərisindən keçəcəkdi... 
Mən tək deyildim, təbii ki... Mənim kimi onlarla, yüzlərlə Azərbaycan gənci həyatlarının ən gözəl günlərini, rahat yaşamaq haqlarını milyonların azadlığı uğrunda, üçrəngli bayrağın başımızın üzərində yenidən dalğalanması üçün, “millətlərin içində millətimizin imzasının olması” naminə heyfslənmədən qurban verdilər və ömürlərinin sonunadək bu azadlıqdan hər kəsdən daha çox faydalananların qınaq hədəfinə çevrildilər, xidmətinin, əməlinin, gördüyü işin, kimliyinin fərqinə varılmadan, ağına-bozuna baxılmadan, bir ucdan ən müxtəlif “epitetlərlə” damğalandılar.

İtirilən vaxtın adamları...
 
Bir neçə gün öncə telekanalların birində təsadüfən bir qrup “modern” gəda tərəfindən 1980-1990-cı illərin gəncliyinin necə məsxərəyə qoyulduğunun şahidi oldum. O gəncliyin ki, içində Vətən sevgisi olan nümanyəndələri 80-ci illərin ortalarından başlayaraq, milli mədəniyyətimizdən tutmuş tariximizədək həqiqətlərin ortaya çıxması üçün təmənnasız və təzyiq altında gücə-gündüz çalışır, fədakarlıq göstərirdilər. 
O gənclik ki, 1989-cu ilin dekabrın 4-dən 5-nə keçən gecə yalın əllə tanklara, döyüş maşınlarına dirəniş göstərərək qırmızı imperiyanın gerçək üzünü Azərbaycan xalqının və dünyanın gözü önünə sərgilədi.
O gənclik ki, yanvarın 19-dən 20-nə keçən gecə paytaxt Bakını və ölkənin bir sıra rayonlarını işğalçı qoşunlardan qorumaq üçün dişinə qədər silahlanmış hərbi canilərin önünə ətdən çəpər çəkdi, Azərbaycan xalqının qəhrəmanlıq dastanını yenidən yazdı...
O gənclik ki, “uf” demədən canını Qarabağ üçün, Azərbaycan üçün fəda etdi!
O gənclik ki, çadırlarda, vaqonlarda bir qarın ac, bir qarın tox böyüdü, amma yenə də Vətən sevdasından vaz keçmədi.
O gənclik ki, ömürlərinin 25-30 ilini boz kardinallar və onların tör-töküntüləri yedi... 
O gənclik ki, əksər nümayəndələri məhz istiqalal məfkurəsinin daşıyıcıları olduqları üçün heç bir əsas gətirilmədən “özgə adam” elan olundular, perspektivlərinin üzərindən xətt çəkildi, hər zaman ən sonuncu cərgəyə atıldılar. 
Halbuki ömürləri yeyilən bu adamların dövlətə, millətə xidmət etməkdən, üçrəngli bayrağa tapınmaqdan, İstiqlal məfkurəsinin daşıyıcısı olmaqdan başqa heç bir günahı yox idi. Boz, ağ, sarı, kəsəsi, rəngbərəng kardinalların və kardinal olmaq üçün savaşa çıxanların, siyasi qüvvələr arasında səngər qazanların millətin bütövlüyünə, dövlətin ideoloji, hüquqi, iqtisadi, siyasi və sosial dayaqlarına vurduqları amansız zərbələrdə də, bir qayda olaraq müxtəlif bəhanələrlə “yad”, “özgə” gözündə görülən, amma milli məfkurə daşıyıcısı olan “səksəninci” və “doxsanıncı”ların zərrə qədər də suçunun olmadığını, zatən hər kəs bilir.
Haradan, kimdən, nədən qaynaqlandığını bilmirəm, amma ortalıqda olan ideoloji yanlışlıqlar, dövlətə, millətə sədaqətlə xidmət edən, zaman-zaman sinəsini hədəfə çevirən, ən ağır təzyiq və təhqirlərə məruz qalan insanların  papaqlarını bir göz qırpımında dəyişənlərin, yalmanmağa fürsət axtaran muzdlu çaqqalların hədəfinə çevrildikləri göz qabağındadır. Bu proses getdikcə davamlı və aqressiv bir şəkil aldığı üçün, düşünürəm ki, artıq həyacan siqnalı verməyin də zamanıdır. Dövlətçi və milli siyasi təfəkkür daşıyıcılarının sıradan çıxarılmasına yönəlmiş bütün davranışlar təhlükəlidir və cəmiyyətə, xüsusilə də yeni nəslə yanlış mesajlar verir. İnsanlar sözdən yox, nümunədən, məşhur el məsəlində deyildiyi kimi “gözü çıxmış qardaşlarının” aqibətindən nəticə çıxarırlar. Real mənzərə isə çıxarılan nəticənin gözlə görülə və görülməyə bilən bütün cizgilərini tam çılpaqlığı ilə ortaya qoyur. Bu mənzərə isə yoluna, prinsiplərinə, dövlətə, millətə sədaqətlə xidmət edən insanların bəlli mərkəzlərdən idarə olunan resurslarda necə aşağılanmalarından, heç bir dəlil-sübut olmadan, məlum rus məsəlindəki kimi “məhkəməsiz, istintaqsız” linç edilmələrindən, böhtan və təhqirlərə məruz qalmalarından ibarətdir. Bu oyunu kimin, yaxud kimlərin oynadığını dəqiq deyə bilmərəm, amma kifayət qədər təhlükəli olduğu və cəmiyyətin siyasi, sosial və mədəni qütbləşməsinə xidmət etdiyi göz qabağındadır. Azərbaycanda dövlətin və hakimiyyətin qorunması ilə bağlı hər kəsə bəlli olan bir neçə təcrübə var. Onlardan biri – insanları əqidələrinə, prinsipial və dəyişməz mövqelərinə, sabit və ardıcıl fəaliyyətlərinə, bacarıqlarına görə qiymətləndirməyi böyük ustalıqla bacaran Heydər Əliyev nümunəsidir. Ondan öncəkilər isə... 
Biz dövrün dəbinə uyğun “dvuxportnıy kosyum” geyinib kürsülərdə poz verən “stilyaqa”ların da, dövlət idarəçiliyində heç bir təcrübəsi olmayan alovlu natiqlərin də dövləti parçalanmaq təhlükəsi qarşısında qoyub 3-5 nəfərin təzyiqi ilə, yumşaq desək necə geriyə çəkildiklərinin canlı şahidi olan nəslin nümayəndələriyik. Zənnimcə, bu təcrübələr Azərbaycan üçün yetərlidir və bu günədək yürüdülən siyasətin təməlində məhz bu təcrübələrdən çıxarılan düzgün nəticələr dayandığı üçün də effektiv olub.
Təxminən 15 il öncə güneyli soydaşımız Mahmudəli Çöhrəqanlının Azərbaycan dövlətinə ünvanladığı ittihamlara cavab olaraq “Dövlətdən və millətdən küsməzlər” yazmışdım. Bu gün də eyni qənaətdəyəm. Amma başqa bir qənaətim də var: Dövlətə və millətə sədaqətlə xidmət edənləri də küsdürməzlər! Çünki bunun örnəyi və bu örnəkdən çıxarılacaq qənaət heç də yaxşı təəssürat və president yaratmayacaq.

“Vay ana, məni döydülər”

...Mən kimliyindən asılı olmayaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, nöqsanlara yol verən, cinayət əməli törədən istənilən şəxsin qanun qarşısında cavab verməsinin və bu barədə ictimaiyyətin məlumatlandırılmasının tərəfdarıyam. Amma dedi-qodunun, konkret şəxsin, yaxud şəxlərin fəaliyyəti haqqında hansısa maraqlardan qaynaqlanan müxtəlif səpkili yazılar yayımlatdırmaqla, müvafiq dövlət insititlarının və bu institutlarla görəvlərindən dolayı əməkdaşlıq edən şəxslərin heç bir əsas olmadan ittiham edilməsinin, aşağılanmasının tərəfdarı deyiləm! Diqqətli oxucu nə demək istədiyimi yəqin ki, çox yaxşı başa düşür. Görəsən bütün bunların qarşılığında ortaya hansı sualların çıxacağını çaqqal və leşyeyənlər vasitəsilə dövlətini sevən və ona xidmət edən insanlara çamur atanlar heç olmasa təxmin edə bilirlər? Təkcə mən, elə indi, bu dəqiqə və bu yazıda konkret faktlara və dəmir məntiqə söykənən yüzlərlə sual yaza bilərəm...  
Özümə gəldikdə isə, bu günədək yazdığım bütün yazıların altından öz imzamı qoymuşam.  Son 15-20 il ərzində yazdıqlarımla, şərhlərimlə, müsahibə və açıqlamalarımla, reportajlarımla istənilən şəxs internet resurslarında ad və soyadımla axtarış verib tanış ola bilər. Daha öncəki yazılarım isə kitabxana arxivlərində qalır... Bu günə qədər nə yazmışamsa dövlətin və millətin maraqlarını ifadə edib. Ehtiyac olubsa, dostlarımı, əqidə yoldaşlarımı, məsləkdaşlarımı açıq şəkildə və öz imzamla müdafiə etmişəm. Yazdığım və dediyim hər sözün arxasındayam. Bir üzüm olduğu kimi sosial şəbəkələrdə də yalnız bir profilim və ya səhifəm var. Təbii ki, öz adımla. İndi həqiqət qarşısında, oxuculardan üzr istəyirəm, qamçı yemiş qancıq kimi zingildəyən biriləri məni və özlərini məndən daha yaxşı müdafiə edə biləcək həmkarlarımı kiminsə qoluna, qanadına bağlayıb şərləmək istəyirlərsə, bəri başdan deyim, işlərini bilsinlər: Bir neçə cümləlik statusumdan sonra “vay ana, məni döydülər” deyib məhkəmə qapılarına qaçan miskin və bədbəxt adamlarla işim olmayacaq. Onları idarə edənləri, ayaq üstə tutanları, zəhər və meydan verənləri bir-bir, həm də adlarını və əməllərini açıqlamaqla ifşa edəcəyəm. Bunun ardınca isə, şübhəsiz ki, dövlətin ideologiya və informasiya siyasətinə qarşı təxribat törətməklə konkret missiyanı həyata keçirən, yaxud maraqlarını təmin etmək üçün kimlərəsə yarınmağa cəhd göstərən xarici və daxili siyasi qrupların “nüfuz müvəkkilləri” ilə bağlı müvafiq ünvanlara açıq müraciətim olacaq, heç bir qrupun maraqlarına xidmət etməyən, dövlətçi düşüncəyə və əxlaqa sahib olan insanlara qarşı həyata keçirilən mənəvi terrora son qoyulması üçün konkret və təxirəsalınmaz addımların atılmasını rica  edəcəyəm.

Söz ardı

Cümhuriyyətimizin 102-ci ildönümünə qədəm qoyuruq. Ölkəmiz islahatlar yolu ilə bir mərhələdən digərinə daşınır. Əqidədaşlarımla birlikdə illərdir ki, arzuladığımız və təxminən 12 ildir, müxtəlif təşəbbüs və ideyalarla gerçəkləşdirilməsinin vacibliyini diqqətə çatdırmaq istədiyimiz mürəkkəb bir prosesdən keçirik. Bütün bunlarla yanaşı, COVİD-19 virusunun yaratdığı çoxsaylı problemləri də nəzərə alsaq, həssas və məsuliyyətli bir zaman kəsiyinin düz mərkəzində olduğumuzu anlaya bilərik. Belə bir zaman kəsiyində, şəxsən mən qurdun itdən seçilməsi üçün Günəşin doğmasını gözləyirəm... Və o mütləq doğacaq! 28 May Günəşi kimi!

Elçin Mirzəbəyli
Oxşar xəbərlər
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
GÜNLÜK
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 15:36
Bu gün Azərbaycanda Elm Günüdür...
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 15:36
Bu gün Azərbaycanda Elm Günüdür...