"Rəsulzadənin Novxanıdakı abidəsini bir neçə dəfə ziyarət etmişəm"
Cəmiyyət
Oxunub: 1047
27 May 2020 | 11:02
Mayın 28-də müsəlman şərqində ilk parlamentli respublikanın - Azərbaycan Demokratik Respublikasının qurulmasının 102-ci ildönümü tamam olacaq. Həmin gün ənənəvi qaydada ictimai-siyasi təşkilatların bir hissəsi Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edəcək. Qeyd edək ki, son illərdə hakimiyyətin Rəsulzadəyə münasibəti xeyli dərəcədə dəyişib. Təkcə Ermənistanın Baş nazirinin M.Ə.Rəsulzadəyə çamur atmaq cəhdinə Azərbaycanın hakim partiyası daxil, bütün cəmiyyətin sərt və tutarlı cavab verməsi buna əyani sübutdur. Amma Rəsulzadənin yubileylərinin qeyd olunması barədə Prezident Sərəncamı, Cümhuriyyət qurucusunun keçdiyi yolun araşdırılması, əbədiləşdirilməsi istiqamətində atılan addımlar artıq M.Ə.Rəsulzadəyə haqq etdiyi münasibətin yüksək səviyyədə ifadəsidir.
Bəs hakim düşərgə bu il hansı tədbirləri planlaşdırır?

"Rəsulzadə Almaniya ilə əməkdaşlıq etməyib, o tərəfdə vuruşmayıb"

28 Mayda Rəsulzadənin abidəsi ziyarət olunsa, bunun özü həm də düşmənlərə cavab olmazmı? 

Deputat, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadədən ilk olaraq bu suala cavab istədik:

- Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixində görkəmli rolu olan şəxslərdən biridir. 1918-ci ildə müstəqil Azərbaycan dövlətinin yaradılmasında bir qrup ziyalının içərisində o da iştirak edib və Cumhuriyyət süqut etdikdən sonra xaricdə müstəqil dövlətçilik ideyasını yayanlardan biri olub. O baxımdan Azərbaycanda xatırlanır, fəaliyyətinə qiymət verilir. Düzdür, Ermənistan tərəfi bu gün onun haqqında qərəzli və obyektivlikdən uzaq olan imic formalaşdırmağa çalışır. Bu isə cənab Prezidentin faşist Nijdeyə Ermənistanın paytaxtında böyük bir abidənin qoyulması ilə bağlı söylədiklərinə reaksiyadır. Amma çox gülünc bir reaksiyadır. Ona görə ki, Nijde faşist olub. O, Almaniya tərəfindən SSRİ qoşunlarına qarşı vuruşub. Buna görə də, müharibədən sonra layiqli cəzasını alıb. Amma Rəsulzadə Almaniya ilə əməkdaşlıq etməyib, o tərəfdə vuruşmayıb. O, sadəcə olaraq, Azərbaycanın müstəqilliyinin yolunu axtarıb. Görəndə ki, bu yol deyil, o zaman Türkiyəyə qayıdıb, öz fəalliyyəti ilə məşğul olub. Azərbaycanda ona hörmət var. Cənab Prezidentin sərəncamı ilə onun yubileyi qeyd edildi. Bakının bir guşəsində onun abidəsi var. Onun adına küçələr var, adı həmişə Cumhuriyyət tarixində xatırlanan bir şəxsdir. Hər bir azərbaycanlı onun adını tanıyır. Onun abidəsinin ziyarət edilməsinə gəldikdə, mən partiyanın adından danışa bilmərəm. Belədə isə Rəsulzadənin irsinə onun fəaliyyətinə hörmətlə yanaşırıq.

 - Aydın bəy, maraqlıdır, şəxsən siz Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət etmisiniz?

- Bəli. Onun Novxanıdakı abidəsini bir neçə dəfə ziyarət etmişəm. Reklam etməmişəm. Amma ziyarət etmişəm. Qəbirstanlıqda, səhv etmirəmsə, onun atasının qəbri var. O qəbri ziyarət etmişəm. Abidəsini də ziyarət etmişəm, atasının qəbrini də. Düzdür, mən dini ayinləri dəqiq bilmirəm, Quran oxutdura bilməmişəm, molla olmayıb. Amma ziyarət etmişəm. Onun şəxsiyyətinə hörmətlə yanaşan Azərbaycan vətəndaşlarından biriyəm. Onun da müstəqil Azərbaycan quruculuğunda xidmətləri olub. O da müstəqil Azərbaycan üçün çalışan ziyalılardan biri olubdur. Onun adı da tariximizdə hörmətlə çəkilən şəxslərdən biridir.

"Onun məzarının Azərbaycana köçürülməsi fikrinə münasibətim müsbətdir"
 
Sualları YAP ideoloqlarından biri, deputat Aydın Mirzəzadə ...

-Məhəmməd Əmin Rəsulzadənin məzarının Azərbaycana köçürülməsi fikrinə münasibətiniz necədir?

-Müsbətdir. Amma bu məsələyə hərtərəfli baxılmalıdır. Yəni qohumlarının və yaxud ardıcıllarının rəyi nəzərə alınmalıdır. Eyni zamanda onun da, digərlərinin də son mənzillərinin Azərbaycana gətirilməsinə hərtərəfli baxılmalıdır. Bir var kimsə vəsiyyət eləyə... Necə ki, Lütfizadə vəsiyyət etdi və o gətirildi, Müslüm Maqomayev vəsiyyət etdi, gətirildi, Azərbaycanda dəfn edildi. Bir də var ki, artıq onun bununla bağlı vəsiyyəti yoxdur və ümumiyyətlə, araşdırılmalıdır. Mən pis baxmıram. Amma hesab edirəm ki, nə vaxtsa Azərbaycan paytaxtının mərkəzi yerlərinin birində Cumhuriyyət qurucularının abidə kompleksi olmalıdır. Əlimərdan bəy Topçubaşovun, Həsən bəy Ağayevin, Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Məhəmməd Əmin Rəsulzadənin, Şıxlinskinin bir kompleks şəkildə abidəsinin olmasını da istəyərdim.

-Bəs Rəsulzadənin məzarı köçürülərsə, harada dəfn olunmasını istərdiniz?

-Azərbaycanda ən hörmətli yer olaraq mən Fəxri Xiyaban görürəm. Düzdür, hər kəsin dəfn olunduğu yer əzizdir, hörmətəlayiqdir. Əgər nə vaxtsa bu məsələ həll olunarsa, əlbəttə ki, Fəxri Xiyabanda dəfn olunmasını mən düzgün hesab edirəm. Təəssüf edirəm ki, Məhəmməd Əmin Rəsulzadə adını bir partiya çərçivəsində saxlamağa, bu adı özününküləşdirməyə və yaxud ancaq bir qrup insanın bucağı altında baxmağa cəhdlər də var.

- Vəsiyyətdən bəhs etdiniz. Məhəmməd Əminin dünyasını dəyişən zaman üç dəfə "Azərbaycan" deməsi elə onun vəsiyyəti deyilmi?

- Əlbəttə, qəbul oluna bilər. İstənilən halda, bu məsələ hərtərəfli araşdırılmalıdır. Bəzən görürsən ki, kiminsə qəbri artıq tarixən haradasa yerləşib, ona toxunmamaq üçün qəbri orda qalır, hörmətlə yanaşılır. Məsələn, Türkiyəyə səfər edən ziyalılarımızın böyük bir qisminin vaxtaşırı onun qəbrini ziyarət etdiyi, onu hörmətlə andığı barəsində məlumat oxuyuram. Bəzən görürsən ki, kiminsə qəbri haradasa qalır və ona toxunulmur. İstənilən halda, əgər məsələ qalxarsa, o məsələyə hərtərəfli baxılmalıdır.

- Təcrübə də var. Vaxtilə Hüseyn Cavidin nəşi Sibirdən Heydər Əliyevin təşəbbüsü ilə Vətənə gətirildi. Əbülfəz Elçibəy Türkiyədə vəfat etdi, dövlət səviyyəsində dəfn prosesi həyata keçirildi...

- Mən sizə deyim ki, hər ikisi böyük hörmətlə dəfn olundu. Əbülfəz Elçibəyin qəbirüstü abidəsi götürüldü, onun ailəsinə status verildi. Yəni, prinsipcə onun da müasir Azərbaycanın qurulmasında xidmətləri olub. Bu baxımdan dövlət ona öz hörmətini bildirdi.

- Rəsulzadənin ev muzeyinin yaradılması ilə bağlı təşəbbüslər var. Onun Bakıda vaxtilə yaşadığı evin ərəb şirkətinə icarəyə verilməsi də illərdir müzakirə mövzusudur. Elə həmin mənzildə muzeyin yaradılması yaxşı olmazmı? Bu məsələyə necə baxırsınız?

- Normal. Bu məsələ həll oluna bilər. Tarixi şəxslərdən biridir, Azərbaycanda milli dövlətçiliyin qurulmasında xidməti olan insanlardan biridir. Yəni, mən ona görə də bu təklifə normal baxıram, müzakirə oluna bilər.

- Yəqin xatırlayırsınız, Rəsulzadənin Gəncə şəhərində qoyulmuş büstünə sayğısız münasibət olmuşdu. Məlumat var ki, onun Zaqataladakı abidəsi də baxımsız vəziyyətdədir. Belə faktlara münasibətiniz necədir?

- Azərbaycan tarixində görkəmli yer tutan insanların hamısına hörmətlə yanaşılmalıdır və onların adına olan abidələrə, lövhələrə, ünvanlara, hesab edirəm ki, hörmət nümunəsi göstərmək hər kəsin borcudur. Hesab edirəm ki, kiminsə bir səhv hərəkəti ümumiləşdirilə bilməz. Belədə isə Məhəmməd Əmin Rəsulzadə yüzlərlə, minlərlə dəyərli azərbaycanlı kimi tarixə öz adını yazıb və indiki nəsil onların adını hörmətlə xatırlayır.

- Elə işğalçı ölkənin Baş nazirinin münasibəti də bunu deyir...

- Əlbəttə.(Musavat.com)
Oxşar xəbərlər
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır