Xəbər lenti
07/07/2020 [02:56]:
"Son illərdə elə bir böyük potensial yaratdıq ki, neftin qiyməti hətta 14 dollar da olsa..."
07/07/2020 [00:05]:
Xərçəngin düşməni - Qocalmağı gecikdirən meyvə + VİDEO
07/07/2020 [00:00]:
Bakıda meyiti "aradan çıxartdığı" deyilən həkim: "Alnım açıq, vicdanım təmizdir"
06/07/2020 [23:58]:
Prezident “Fairmont” hotelində yaşananları dözülməz biabırçı hadisə adlandırdı...
06/07/2020 [23:50]:
Yaşından otuz il qoca görünən, AYB-nin qarşısında dünyasını dəyişən AKİF SƏMƏD...
06/07/2020 [23:27]:
“Ermənistan Azərbaycana qarşı ərazi təcavüzü ilə yanaşı, həm də ekoloji təcavüz həyata keçirir”
06/07/2020 [23:17]:
Qarabağ müharibəsi əlilinə ev verilməməsi iddiasına nazirlikdən münasibət
06/07/2020 [23:13]:
Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edib
06/07/2020 [23:08]:
Əmanətiniz əmanətimizdir, doğma səhiyyə işciləri!!!
06/07/2020 [21:34]:
Qızılağac milli parkındakı yanğın söndürülüb – YENİLƏNİB+FOTO
06/07/2020 [21:33]:
"Bütün bunların nəticəsidir ki, ölkəmiz yeni-yeni uğurlar qazanır"
06/07/2020 [21:29]:
Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi - CANLI
06/07/2020 [21:18]:
Komadan çıxan koronavirus xəstələri: "Kaşki ölsəydik..."
06/07/2020 [21:14]:
“Sirus Təbrizli sağ olsaydı, Ramiz Mehdiyev haqqında nələr deməzdi...”
06/07/2020 [20:59]:
Aslan qəfəsə girən qadını parçalayaraq öldürdü - QORXUNC...
06/07/2020 [20:36]:
Gürcüstanda məhdudiyyətlərin tətbiqi ilə bağlı müddət uzadılır
06/07/2020 [20:25]:
Məşhur rəssamın toz basmış əsəri tapılıb
06/07/2020 [20:15]:
ABŞ-da işlək qazma qurğularının sayı antirekorda getməkdə davam edir
06/07/2020 [20:14]:
Azərbaycan idmançısı Ukraynada medal qazandı
06/07/2020 [20:05]:
Qızılağac milli parkında yanğın
06/07/2020 [19:57]:
Yevlaxda qanunsuz fəaliyyət göstərən çayxana aşkarlandı
06/07/2020 [19:49]:
Brilliant Dadaşova oğlunun müdafiəsinə qalxdı: “Haqqında yanlış fikir formalaşdırmaq istəyirlər” - FOTO
06/07/2020 [19:47]:
89 yaşında ata olan milyarder sirrini paylaşdı: "Sadəcə D vitamini istifadə etdim"
06/07/2020 [19:43]:
Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət qaydaları açıqlandı
06/07/2020 [19:43]:
Azərbaycanlı alimlərin anonsunu verdiyi dərmanın COVID-19-a qarşı istifadəsinə başlanılıb
06/07/2020 [19:41]:
QHT imkansız ailələrə ərzaq yardımı edəcək
06/07/2020 [19:40]:
Biləsuvarda su böhranı davam edir
06/07/2020 [19:37]:
Salyanda bir aydır itkin düşmüş kişinin meyiti meşədə aşkarlandı - İntihar edibmiş
06/07/2020 [19:36]:
Bakıda hərbi qulluqçuya rişxənd edən şəxs saxlanıldı, haqqında araşdırma başlandı - FOTO/VİDEO
06/07/2020 [19:34]:
Ağsuda yas mərasimi yarımçıq dayandırıldı, iştirakçılar saxlandı - FOTO
06/07/2020 [19:32]:
Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək
06/07/2020 [19:28]:
Azərbaycanda onlarla ana və körpəsi koronavirusa yoluxub - VİDEO
06/07/2020 [19:23]:
10 yaşlı uşaqdan hamilə qaldığını söyləyən azyaşlı qız Uşaq dünyaya gətirdi...
06/07/2020 [19:06]:
Pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu necə tənzimlənəcək? - QƏRAR
06/07/2020 [19:04]:
Bütün dünya bu qəhrəman qadından danışır - İBRƏTAMİZ...+ FOTO
06/07/2020 [19:01]:
12 gün süni nəfəs aparatında qalan koronavirus xəstəsi sağalaraq evə buraxılıb - VİDEO
06/07/2020 [18:51]:
“Etiraf etməliyik ki, biz ümumilikdə basabas salmağı xoşlayan toplumuq”
06/07/2020 [18:50]:
“Şuşa şəhərciyi”ndə heç bir yanğın hadisəsi baş verməyib - Dövlət Komitəsi
06/07/2020 [18:48]:
Hərbi qulluqçunu ələ salıb videoya çəkən şəxs saxlanıldı -VİDEO
06/07/2020 [18:10]:
"Bakının 12 rayonunun icra başçılarından 5-i Şərurdandır, 5-i (Qarakilsə) Sisyandan..."
06/07/2020 [18:00]:
Ədliyyə Nazirliyi jurnalistlər üçün müsabiqə elan etdi
06/07/2020 [17:59]:
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxdu - 8 nəfər öldü
06/07/2020 [17:59]:
190 manatın verilməsinə başlanıldı
06/07/2020 [17:57]:
Abşeronda mütamadi reydlər keçirilir – FOTOLAR
06/07/2020 [17:31]:
"Tarix sizi unutmayacaq..."
06/07/2020 [17:26]:
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarların hərəkəti dayandırılır - CƏDVƏL
06/07/2020 [17:24]:
Baş prokurordan yeni TƏYİNATLAR
06/07/2020 [16:52]:
Hədəfdəki PKK düşərgəsi: Haftanin
06/07/2020 [16:47]:
Karantin qaydalarına məhəl qoyulmadı: Sahildə köpüklü “parti” - VİDEO
06/07/2020 [16:44]:
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib
06/07/2020 [16:42]:
Bakıda gizli fəaliyyət göstərən “play station” zalı AŞKARLANDI
06/07/2020 [16:32]:
Məşhur futbolçunun evi qarət olundu
06/07/2020 [16:29]:
Qarabağ döyüşçüsü polis rəisi vəzifəsinə təyin edildi
06/07/2020 [16:28]:
Türkiyə 6 xarici banka birjada ticarət zamanı qısa mövqelərin açılmasını qadağan edib
06/07/2020 [16:27]:
“Camaatımıza səbr, multimilyarderlərə də eyş-işrətlə məşğul olmağı arzulayıram...”
06/07/2020 [16:20]:
Müğənni Safura Əlizadənin atası HƏBS EDİLDİ - VİDEO
06/07/2020 [16:19]:
“Media könüllüləri -145” - regionun ən böyük media platformasına start verildi
06/07/2020 [16:13]:
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - FOTO - YENİLƏNİB
06/07/2020 [15:45]:
İlham Əliyev Ərdoğanın məktubuna cavab verdi
06/07/2020 [15:42]:
DTX-nin tutduğu XİN-in yüksək vəzifəli şəxsi: “10 faizini özümə götürürdüm” - VİDEO
06/07/2020 [15:30]:
“Qarabağ həqiqətlərinin tanıdılması bir sıra amillərlə yanaşı, həm də bu şəxslərlə effektiv işləməkdən asılıdır”
06/07/2020 [15:30]:
"Pandemiya ilə mübarizədə Azərbaycanın yanında olduğumuzu bir daha ifadə edirik"
06/07/2020 [15:27]:
BDU-da virtual elmi seminar keçirilib
06/07/2020 [15:25]:
İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi
06/07/2020 [15:24]:
XİN-in yüksək vəzifəli şəxslərinin saxlanılmasının görüntüləri - ANBAAN VİDEO
06/07/2020 [15:21]:
Bərdədə karantin rejiminin vəziyyəti ilə bağlı reydlər davam etdirilir
06/07/2020 [15:16]:
ADNSU-da Kimya mühəndisliyinin aktual problemlərinə dair Beynəlxalq Konfrans keçiriləcək
06/07/2020 [15:10]:
Bakıda boya fabrikində yanğın havanın çirklənməsinə səbəb olub
06/07/2020 [15:08]:
Buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün ərizə qəbuluna başlanıldı
06/07/2020 [15:05]:
DTX Xarici İşlər Nazirliyindəki əməliyyatla bağlı məlumat yaydı: Üç vəzifəli həbs edilib
06/07/2020 [15:04]:
İlin ən yaxşı internet serialı - "Şəxsiyyət"
06/07/2020 [15:02]:
“Qarğıdalı həzm sisteminin stimuallaşdırılmasına köməklik göstərir, xərçəngin qarşısını alır”
06/07/2020 [14:55]:
Azərbaycanlı alim koronavirusun dərmanını tapdı - VİDEO
06/07/2020 [14:46]:
BDU alimləri “HORİZON 2020” üzrə beynəlxalq qrant müsabiqəsinin qalibi olublar
06/07/2020 [14:36]:
İsmayıl Babayev 20 sutkalıq həbs edildi
06/07/2020 [14:33]:
Tanınmış idman şərhçilərinin YOLUXMASI İLƏ BAĞLI AÇIQLAMA
06/07/2020 [14:31]:
"Ümid edirik ki, Aya Sofyanın ümumdünya əhəmiyyəti nəzərə alınacaq"
06/07/2020 [14:30]:
“Ay “işverənlər”, “Fairmont”a dəvət etmədilər deyə təsir etdi”
06/07/2020 [14:29]:
Pakistanın səhiyyə naziri koronavirusa yoluxdu
06/07/2020 [14:19]:
“Bəhram Bağırzadə süni tənəffüs aparatından ayrıla bilər” - AÇIQLAMA
Bütün arxiv bir sırada
27/05/2020 [11:17] - Köşə - ( 4451 dəfə baxılıb)

"Əbülfəs Qarayevləri 26 il tanımamışıq?.. -İnnən belə mübarizə mədəniyyətimiz artacaqmı?.."

Prezident göstəriş verməsə,  bizi talayanlara rüşvətxor, əxlaqımızı pozanlara fahişə deyə bilmərikmi?..
Fikir savaşı...
Sultan Laçın

Sovet dövründən bəri məddahlıq, yaltaqlıq xəstəlikləri kimi kampaniyaçılıq mərəzini də tərgidə bilmədik... Əslində bu da elə məddahlıq, yaltaqlığın bir təzahürüdür... Leninə, Stalinə, Brejnevə şeir, poema yazmaq kampaniyası, pambıq, üzüm, nə bilim, qarğıdalı yığmaq kampaniyası, "sosialist əmlakını talayanlara qarşı mübarizə" və s. və i.a. Yəni yuxarıdan göstəriş olmayınca əksəriyyət artıq çiban kimi partlayan problemlər, yaxud görülməsi vacib olan işlərlə bağlı nəinki əlini ağdan qaraya vurmur, heç səsini də çıxarmır. Əksinə, xalqa, Vətənə gərəksiz, dəxli olmayan məsələlərə hay-küylə reaksiya verir... Nədi-nədi, bunun üçün yuxarıdan, mərkəzdən göstəriş, əmr var.... 

***

Son aylar koronavirus karantini dövründə yoxsullara yardım paylalayıb özünü reklam etmək kampaniyasıyla yanaşı,  korrupsioner icra başçılarının, digər məmurların həbsindən, işdən azad olunmasından sonra onların lənətlənməsi kampaniyası da diqqəti çəkməkdədir... Artıq nazirlər də hədəf seçilməyə başlanıb... Bu gün yetən də, yetməyən də müavinləri, əməkdaşları həbs edilən Mədəniyyət naziri Əbülfəs Qarayev və Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyevə daş atır... Amma bu sətirlərin müəllifinin məqsədi kiməsə daş atmaq deyil. Çünki onsuz da yıxılana balta çalmaq bizim əxlaqımıza uyğun xislət deyil. İmkanımız, cəsarətimiz çatırsa, ayaqda duranlar, vəzifədə olanlar haqda sözümüzü, fikrimizi vaxtında deyirik, əks halda susuruq, heç həmin məxluqları tərifləmirik də...

*** 

Əsas sual, problem bilirsiniz, nədədir? Ondadır ki, biri 18 il, o biri 26 il dövlətin ən yüksək postlarını tutan bu adamları biz niyə vaxtında tanımamışıq? Yoxsa tanımışıq, amma tanıtmaq məsləhət olmayıb və ya  bunun üçün göstəriş verilməyib?..

***

Bütün problemlərimiz  kimi bu mərəzimiz də məhz kütləvi qeyri-səmimiliyimizdən, ikiüzlülüyümüzdən qaynaqlanır. Dəqiqəbaşı and içdiyimiz Qurana, Peyğəmbərimizə(s) qarşı necə  münafiqlik göstərib sözdə müsəlman, əməldə kafir olmuşuqsa, ölkədə, gözümüz önündə baş verən korrupsiya, dələduzluq faktlarına qarşı  da eləcə çoxüzlü mövqe tutmuşuq və tutmaqdayıq...

***

Əbülfəs Qarayevin 26 il öncə - 1994-cü ildə eks-Prezident Heydər Əliyevin sərəncamıyla Gənclər və İdman naziri təyin olunduğu gün indiki kimi yadımdadır... (Amma bilmədim ki, onun adındakı "s" elə doğum sənədində də "s" olub, yoxsa yuxarılara yarınıb Əbülfəz Elçibəydən fərqlənməq üçün sonradan "z"ni "s" ilə əvəzləyib...) Məgər ondan sonra, bu 3 onillikdə  adları dəyişilə-dəyişilə bu nazir postundan o nazir postuna qədəm qoyan Əbülfəs müəllim Allaha 6 min il ibadət etmiş İblis kimi onda huri-mələk idi, dövlətə, xalqa xidmət edirdi, qəfildən bu pandemiya dövründə dönüb oldu Şeytan?..

***

Əvvəlki yazılarda dediyim kimi, bir daha sual etməyə məcburuq: Məşədi İbad demiş, məgər bu nazirləri, başçıları vəzifəyə təyin edəndə bir bunların fizionomiyasına, əməllərinə, keçmişinə baxmırsınız ki, bunlar adamdır, yoxsa cin-şəyatin?..

***

Və həmişə olduğu təki, Əbülfəs Qarayev də işdən çıxarılan kimi dünən susanlar, bəlkə də Mədəniyyət Nazirliyindəki yeyintilərə  şərik olanlar oldu "qəhrəman", "haqq carçısı"... “Ziyalı”, “millət vəkili” adlananlar, “haqqsevər” jurnalistlər  cumdu irəli söz yarışmasına, faktlarla dolu ifşaedici araşdırma yazılara və s.... Bəs bu günədək harda idiniz?..  

***

Düzdü, ziyalılar, sənətçilər, yazarlar  arasında hələ 1990-cı, 2000-ci illərin əvvəllərindən rüşvət bataqlığına dönmüş  digər qurumlar kimi, Mədəniyyət Nazirliyində də baş verənlərlə bağlı gerçəkləri deməyə çalışanlar olub. Bəs o zaman niyə belə kampaniya başlamırdı? Niyə susurdu bu gün qan-qan deyən artistlər, harda aş, orda baş olan deputatlar,  niyə onlara dəstək verən olmurdu? Niyə barmaqla sayılası biz  müstəqil yazarlar birbaşa, ya satirik üslublarla  sonradan dələduzluğu, korrupsionerliyi dövlət səviyyəsində təsdiqlənən, ifşa olunan yüksək vəzifəliləri, nazirləri, icra başçılarını  kəskin tənqid edəndə,  onların satirik obrazlarını yaradanda,  dövlət büdcəsini, xalqın varını-yoxunu talamaqları bir yana, İrəvanda “Ararat” restoranında rəqs edən, ermənilərlə yeyib-içənləri ifşa edəndə, aşkar fahişəliklə, homoseksuallıqla məşğul olub uşaq və gənclərimizin əxlaqını  pozanlara “əməkdar artist”, “xalq artisti” adlarını vermək əvəzinə, onlara qarşı cinayət işinin qaldırılmasına çağıranda harada idi bu kampaniyaçılar? Əksinə, o zaman bunların çoxu bizləri "radikal müxalifətə dəstək vermək"də,  “iqtidarın uğurlarını gözü götürməməkdə”, az qala, “vətənə xəyanət”də günahlandırır, məhkəmə ilə hədələyirdilər...

***

Belə çıxır ki,  Prezidentin göstərişi olmayan halda gözünün qabağında xalqı, dövləti talayan rüşvətxora rüşvətxor, dələduza dələduz, əxlaqımızı, mənəviyyatımızı pozan fahişəyə fahişə demək qadağandır, xəyanətdir? Məgər İlham Əliyev xüsusən “Korrupsiyaya qarşı mübarizə ili” elan edilmiş 2011-ci ildən bəri çıxışlarında dəfələrlə xalqa müraciət etmir ki, mənə kömək edin bu mübarizədə?...

***     

Bu fikri bir dəfə ifadə etmişəm, bir daha təkrar edirəm: məgər digər strukturlar kimi, o boyda Mədəniyyət Nazirliyində də  son onilliklərdə bir kişi, bir insan tapılmadı ki, oradakı özbaşınalıq və korrupsiya hallarına qarşı səsini ucalda, ən azı, tutduğu vəzifədən istefa verə?.. 
Əgər belələri yoxdursa və ya barmaqla sayılasıdırsa, deməli, əksər məmurlar və  dövlət büdcəsindən maliyyələşən digər işçilər başlarında duran müdirlərinin, direktorlarının, rəislərinin, başçılarının, nazirlərinin “yeyib-dağıtması”ndan ya məmnundurlar, çünki özləri də çaqqal kimi onlar yeyənin artıq-urtuğunu gəmirirlər, ya da səslərini çıxarmağa qorxurlar... 

*** 

Nə yazıqlar ki, tam əksinin şahidi oluruq. Bir də görürsən ki, sosial şəbəkələrdə özünü "haqq uğrunda mübariz" kimi tanıtmağa çalışan biriləri hansısa bir rayonun başçısı və ya deputatı  olan, dələduzluğu, rüşvətxorluğu, məddahlığı külli-məmləkətə bəlli olan həmyerlisinin təkcə, yaxud özü ilə birgə fotolarını paylaşaraq yazıb: “Xalqımızın, el-obamızın böyük ziyalı oğluna eşq olsun!..”
Yazıqlar olsun! Bu riyakarlıqla, simasızlıqla korrupsiyaya qalib gəlmək, yaxud Qarabağı azad etmək olarmı?..

***  

Amma o da doğrudur ki, son onilliklərdə bir neçə dövlət qurumunda ya səmimi olaraq öz təşəbbüsü ilə, yaxud hakimiyyətə gəlmək maraqları güdən xarici və ya daxili güclərin təsiri ilə korrupsiya, tayfabazlıq, yerlibazlığa və s. etiraz edən barmaqla sayılası kadrlar, əsl vətəndaşlar olub. Fəqət, onları da öncə dediyim kimi, “radikal müxalifətə qoşulmaq”da, “vətənə xəyanət”də və s. suçlayıblar... Və bunlar da məhz belə çirkin əməl və proseslərdən məmnun qalan, qazanan və ya qorxan əksəriyyətin birbaşa, yaxud dolayı dəstəyi ilə baş verib...

*** 

Bu sətirlərin müəllifi də öz həyati təcrübəsində əksəriyyətin korrupsiya və rüşvətxlorluğa dəstək verməsi faktını isbatlayıb...

***

Tale elə gətirdi ki, dövlət başçısı İlham Əliyevin “Korrupsiyaya qarşı mübarizə ili” elan etdiyi 2011-ci ildə məktəb direktoru təyin olundum. Və özümün də rəhbəri olduğum müəssisədə  bu mərəzə qarşı mübarizə elan etdiyim ilk günlərdən şahidi oldum ki, heç kəsə rüşvət verib-almadığımdan yuxarılarda da, aşağılarda da əksəriyyət,  öz yaxın qohumlarım belə, bəndənizə sanki Marsdan gəlmiş bir yadplanetli kimi baxır, hətta “palaza bürünüb el ilə sürünməməyə”görə məni qınayanlar da olur... Bəndənizdən savayı, uzağı, 5-10 direktor təmiz işləməyə çalışırdı... Odur ki, bir daha  inandım ki, bu şəraitdə o vaxtkı Təhsil naziri Misir Mərdanov demiş, 200-300 manata işləyən  bunəva direktor, yaxud müəllim kimi don-kixotluq edib mübarizə aparmağın faydası olmayacaq... Bu səbəbdən bircə il  işlədim və öz ərizəmlə kirimişcə vəzifəmdən istefa verdim... Və gördüyünüz kimi, bir sıra direktorlar, müdirlər, baş mühasiblər kimi villada yox, yataqxanada yaşasam da,  8 ildir sağ və salamatam,  hamının qarşısında da alnım açıqdır... Düzdür, hərçənd, Qoqolun “Revizor”undan çıxmış fərasətli, məharətli müfəttişlərimiz mövcud gerçəklik və qanunlardakı boşluqlardan yararlanıb qurdalasalar, bəlkə bəndənizin işində də nəsə bir “əmma” tapa, 18 kvadrat metrlik “geniş”  qaçqın otağımda hansısa “korrupsiya faktı” aşkarlaya bilərlər...  Əsas odur ki, Allah kimliyimə şahid olsun...


***

Onu da əlavə edim ki, müəllim kimi çalışdığım illərdə olduğu kimi, direktor  işlədiyim bir il ərzində də aparıcı saytlarda respublika təhsil sistemində baş alıb gedən rüşvətxorluq və naqislikləri ifşa edən yazılar yazmaqda davam etdim. Və o məqalələrdə də, təəssüf ki, bir çox müəllim və direktorların bu durumdan məmnun olduqlarını ifadə etdim... Fəqət, bir neçə müəllim səslənsə də, ölkədəki 4500-dən çox  məktəb direktorunun biri cəsarət edib bəndənizə dəstək vermədi...

*** 

Bütün deyilənlər əsas iki məsələni sübut edir. Birincisi, respublikada büdcədən maliyyələşən qurumların vəzifəli-vəzfəsiz əksər əməkdaşları yuxarı rəhbərliklərin rüşvətə, korrupsiyaya, seçki saxtakarlıqlarına və s. qurşanmasının şahidi olsa da, ya bu cür şərait onlara sərf etdiyindən, ya da qorxularından, cəsarətsizliklərindən səslərini çıxarmır... Bu da on illər ərzində əksəriyyətin əqidəsinin eybəcər bir deformasiyaya uğradığını təsdiqləyir...

İkincisi, isə Allah şahiddir ki,  bizlər Əbülfəs Qarayevləri,  Eldar Mahmudovları, Fazil Məmmədovları və s. elə 1990-cı illərdən  tanıyırıq, amma məhz əqidəsizliyimizə, qorxaqlığımıza görə səsimizi çıxarmırıq...

*** 

Odur ki, kimlərinsə sadəlöhvcəsinə və ya kütləni aldatmaq məqsədilə “bundan sonra Mədəniyyət Nazirliyində dönüş yaranacağına” və guya innən belə cəsarətli söz demək, mübarizə mədəniyyətinə yiyələnəcəyimizə ümid etməsi böyük yanlışlıqdır. Çünki dediyim kimi, əqidəsizliyimiz, qorxaqlığımız səbəbindən on illərlə “susmaq mədəniyyəti” nümayiş etdirmiş o boyda Mədəniyyət Nazirliyinin birdən-birə əsl mənada mədəniyyətimizə xidmət etməsi bir möcüzə olardı... 

*** 

Bəs bu rüşvətxorluq, əqidəsizlik mərəzi əsasən nə vaxtdan başlayır, nələrdən qaynaqlanır? Və bu xəstəliklərə qarşı mübarizə aparmağa cəhd edənlərə niyə kütləvi dəstək verilmir?.. Bu xəstəliyimizi necə müalicə etmək olar?..

Bu və ya digər suallara növbəti yazımızda cavab verməyə çalışacağıq...

Allah amanında...

Sultan Laçın
 




loading...
Bakıda meyiti "aradan çıxartdığı" deyilən həkim: "Alnım açıq, vicdanım təmizdir"
Yaşından otuz il qoca görünən, AYB-nin qarşısında dünyasını dəyişən AKİF SƏMƏD...
Komadan çıxan koronavirus xəstələri: "Kaşki ölsəydik..."
Aslan qəfəsə girən qadını parçalayaraq öldürdü - QORXUNC...
89 yaşında ata olan milyarder sirrini paylaşdı: "Sadəcə D vitamini istifadə etdim"
Clean City Company
N.Tusi adına Klinika

Gündəm
“Ermənistan Azərbaycana qarşı ərazi təcavüzü ilə yanaşı, həm də ekoloji təcavüz həyata keçirir”
Cəmiyyət
“Etiraf etməliyik ki, biz ümumilikdə basabas salmağı xoşlayan toplumuq”
Gündəm
“Qarabağ həqiqətlərinin tanıdılması bir sıra amillərlə yanaşı, həm də bu şəxslərlə effektiv işləməkdən asılıdır”
Cəmiyyət
“Qarğıdalı həzm sisteminin stimuallaşdırılmasına köməklik göstərir, xərçəngin qarşısını alır”
Dünya
"Bilmirəm nə edim..?" – Pandemiya Tarkanı çətin vəziyyətdə qoyub
Yazar
İlham İsmayıl
Ermənilər bizdən niyə razılıq edirlər?!
Sultan Laçın
"Siyasi leksikonumuzdan “Dağlıq Qarabağ” və “münaqişə” məhfumlarını birdəfəlik çıxarmalıyıq"
Həftənin ən çox oxunanları
HƏKİM FƏRYAD ETDİ: "Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm"
COVİD-19 mutasiyaya uğrayır və yox olacaq- ŞAD XƏBƏR
Şadlıq saraylarının işçiləri Maliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirdi...- FOTO
4 dəfə evlənən, erməni qayınanasına görə ailəsi dağılan, namus üstündə ölkədən gedən Xalq artisti
“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi...
"Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm..."
Maksim Musayev "boz kardinal"ın paxırını açdı: "Ramizi Elyanora Petrosova tapıb gətirmişdi"
“Koronavirusa yoluxmuşam, ölüm ayağındayam, Qənirə Paşayeva xəstəxanaya yerləşdirdi”
ÜST-dən dünyanı ayağa qaldıracaq ETİRAF
"Vəfa Quluzadəni Rəsulzadənin portretini çıxarıb yerinə Heydər Əliyevinkini asan yerdə tutdum..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247