Yalanlarla qidalanan toplumun gələcəyi puçdur...
Oxunub: 1541
27 May 2020 | 20:43
Yalanlarla qidalanan toplumun gələcəyi puçdur...
Bəşəriyyət çox mürəkkəb bir dönəm yaşayır. Bu dönəmdə bütün gedişlər İnsanlığı qorxu altına alır. Bir yandan elmin, texnologiyaların gəlişməsi, bir yandan da dinə qayıdış anarxiyanı artırmaqdadır. 

Ancaq anarxiya elmin, texnologiyanın gəlişməsi ilə dinə qayıdışın təzadından yaranmır. Əslində yaşamamızda yürüyən bu iki gəlişmə(elm, texnologiya-din) heç bir-birinin yanlışlarına qarşı mübarizə aparmırlar da. Bu iki gəlişmə bir-biriylə döyüşməklə deyil, ayrı-ayrılıqda anarxiya yaradırlar. Yəni elm, texnologiya bir yandan anarxiya yaradır, din də bir yandan. Bu anarxiyalar nədə özünü göstərir?! Elm, texnologiya İnsanlıqdan qıraqda gəlişir. Yəni insana qulluq göstərmir, ağalığa yarayır, pulçuluğa gərək olur. İşçi qüvvəyə tələbat azalır. Əməkçinin qazanmalı olduğunu elmi, texnologiyanı mənimsəyənlər qazanır. Təbəqəçilik böyüyür, varlı-yoxsul təzadı genişlənir. Varlı təbəqə maddi sərvətləri əlində toplayır, yoxsul təbəqənin dolanışığı çətin duruma düşür. Bütün bunlar dövlətin qanunları ilə tənzimlənir. Yəni qanunlar sanki varlının varlanmasını qoruyur, yoxsulun yoxsullaşmasını. Bunun adını iqtisadiyyatın tənzimlənməsi qoyurlar, biznesin təşkili, iş adamlarının hüquqları. Bu anlayışlar haqq-ədalət anlayışı ilə çelişki əmələ gətirir. Düzdür, qanun iş adamına deyir, işlətdiyin əməkçiyə əmək haqqı ver. Ancaq bu əmək haqqı, işin qarşılığında o qədər azdır ki, bunun adına nə qanun demək, nə də ədalət demək mümkün deyil. Belə ortamda verilən əmək haqqı yoxsul təbəqənin sadəcə ölməməsinə bəs edir. Onun normal insan kimi yaşamasından isə söz gedə bilməz. Bu isə özbaşınalıq deməkdir. Beləliklə, bəlli bir kəsim qanuna dayanıb öz üstünlüklərini yaradır, əksikliyə uğrayan kəsim isə qanuna dayanıb özünü qoruya bilmir. Anarxiya bu sürəcin adıdır. Anarxiya – İnsanlığın, ədalətin ortadan qalxdığı ortamdır...

Anarxiyanı yaradan başqa bir gedişin din olduğunu söylədik. Bu anarxiya ən çox Doğuda özünü göstərir, başlıcası da türk topluluqları içərisində. Sovetlər dağılandan sonra bir-birinə calaq-culaq edilmiş respublikaların iqtisadiyyatı dağınıq duruma düşdü. Hər kəs dolanışığının hayına qaldı. Millilik şüurunun etkisi ilə bağımsızlıq əldə edən respublikalar iqtisadi çətinliklərə görə Batıdan asılı duruma düşdülər. Elm, texnolgiya Batıda gəlişir, dünyaya da oradan yayılır. Texnologiyaların Çində də gəlişməsinə baxmayaraq, baxışlar heç vaxt Çinə dikilmədi. Çünki Çin qapalıdır, qorxuludur. Bütün ilişkilərini Çinlə qurmaq istəyənlər, ən qısa arada, Çindən başlayan miqrantların ayaqları altında məhv olarlar. Ancaq Batı özgürlük, demokratiya vəd edirdi. Bununla belə, bu vədlərin arxasında böyük asılılıqlar yarandı, böyük milli-mənəvi boşluqlar oluşdu. Bəs bu boşluqları nə ilə doldurmalı?! – Bu zaman din dövriyəyə girdi. Dünyanın tərs-dəyirman gedişini anlamayan insanlar çaş-baş duruma düşmüşdülər. Belə hesab elədilər ki, yaşananların hamısı Allahın yolundan sapmalara görədir. Yavaş-yavaş dinə meyillənmələr artmağa başladı. Bu insanların aktiv kəsimini siyasi diletantlar öz yanlarına çəkdilər. Onlara Allah yolunda mübarizə aparmağın gərəkliyini yeritdilər. Özlərinin siyasi məqsədləri üçün təşkilatlanıb bir qüvvə şəklində birləşdilər. Bu təşkilatlar siyasi hakimiyyətə belə iddia elədilər. Dinə meyil edənlərin bəlli bir kəsimi isə, dünyanın Allahın qəzəbinə gəldiyini, ona görə də dağılmağa getdiyini düşünərək, “Allahın mərhəmətinə” sığınmağı, özləri üçün düzgün yol saydılar. Bunlar heç nəyə qarışmadan, Allaha ibadət yoluyla Axirəti qazanacaqlarına inandılar. Onlara görə hər şey Allahın qəzəbinə görə baş verir...

Biz dinlərin bu cür əbədi yalanlarına qarşıyıq. Bizdən qıraqda da dinə qarşı olanlar var. Ancaq onlarla bizim baxışlarımız üst-üstə düşmür. Onlara görə Batıda din sərbəstdir, Doğuda isə din öz gerilikləri ilə həlledici etkiyə çevrilir. Ona görə Batıda texnologiyalar gəlişir, insanlar özgürlük, demokratiya yoluyla gedirlər, Doğuda isə gerilik özgürlüyün, demokratiyanın yolunu kəsir. Ancaq bizə görə Batının texnologiyası, özgürlük-demokratiya ideolojisi Doğuda (konkret türk toplumlarında) milli, əxlaqi şüuru darmadağın eləyir. Bu da Batının geriliyidir. Geriliklə geriliyin mübarizəsini sağlamaq olumsuzdur. Batı haqqındakı düşüncələrimiz isə dinə meyil göstərən kəsimin düşüncəsi ilə üst-üstə düşmür. Çünkü işi-gücü Allahın Axirətini düşünmək olan insanların da milli-əxlaqi şüurları sıradan çıxır. Cənnətə tamahlanan insan üçün Vətən qutsal anlam daşıya bilməz. Bizə görə nə Batının özgürlük vədləri özünü doğruldur, nə də dinin qutsallıq haqqında mistik şüarları.

Quruluşu kapitalizm olan, yəni bütün çabaları, yönü pulçuluqdan oluşan Batının vəd elədiyi özgürlük oyundan başqa bir şey deyildir. Eləcə də, ərəb xurafatından özünə qutsal hekayələr uyduran, İnsanlığı yalanlarla hədələyən toplumların inamı oyundan başqa bir şey deyildir.

Yuxarıda vurğuladıq ki, siyasi hakimiyyətə iddia edilən dini təşkilatlar formalaşdı.  Sovetlərdən açılan respublikalarda olmasa da, Türkiyədə belə bir təşkilat hakimiyyətə gəldi də. R.T.Ərdoğanın siyasi hakimiyyətin rəhbərliyinə qədər keçdiyi yollar göz qabağındadır. O, Türkiyədə siyasi mübarizə ortamına Fətullah Gülənlə birgə çıxdılar, yüksəliş yollarında birgə yürüdülər. Onlardan biri (Ərdoğan) dinin siyasi qanadını təmsil edirdi, o biri (Gülən) ruhani qanadını. Bunların hər ikisi ABD-yə bağlı adamlar idi. Onsuz da ABD-nin dəstəyi olmasa idi, bu təmayülün hakimiyyətə gəlişi alınmazdı... Bu günədək Ərdoğan-ABD münasibətlərinə fərqli yanaşmalar olmuşdur. Ərdoğansevərlər onun ABD ilə döyüşdüyünü vurğulayır, onu Türkiyənin qurtarıcısı kimi qələmə verirlər. Doğrudur, onun populist çıxışları belə bir görüntü (yəni ABD ilə döyüş görüntüsü) yaradır da. Özəllikcə, müsəlman ölkələrlə iş birliyi yaratma çabaları, itirilmiş, ya da sıradan çıxarılmış inancın topluma qaytarılması görüntüləri, guya by yolda da yaşanan çətinliklər ABD ilə döyüşün bir parçasıdır. Ancaq bizə görə, bunların hamısı planlı şəkildə hazırlanmışdır. Bir az geriyə dönüb sağlam araşdırmalar aparılsa,hansı faciələrin hazırlandığı açıq şəkildə ortaya çıxar. Dönə-dönə yazdığımız faktların bəzilərini burada xatırlatmaq dediklərimizi anlamaq üçün bəs edər. Lap başından “Balyoz”, “Ərgənəkon” əməliyyatları qondararaq, yüzlərlə hərbçini zindanlara doldurdular. Vətəninə, millətinə bağlı generallara terrorçu təşkilat damğası vurub tutdular. İllərlə yalançı istintaq-məhkəmə prosesləri başlatdılar. Nə qədər türk millətçiləri ləkələnib göz altına alındı. Bu illər içində Ərdoğan sərbəst şəkildə Atatürkün qurduğu dövlətçilik prinsiplərini ortadan qaldırdı. Geridüşüncəli, dağıdıcı müsəlmanlardan özünə qoruma ordusu düzəltdi. Humanitar yardım adı altında milyonlarla Suriyalını İstanbula, Türkiyənin başqa bölgələrinə yerləşdirdi. Minlərlə Suriyalı ailələr, heç bir iş görmədən, Türkiyənin büdcəsindən dolandılar. Üstəlik türk insanlarının ləyaqətinə həqarət etdilər. Ayrı-ayrı vaxtlarda onlarla azyaşlı türk uşaqlarına təcavüzlər olundu. Onlarla türk mehmetciklərinin başı bədənindən qoparıldı, meydanlarda alçaldılmış şəkildə məhv edildilər. Atatürkə qarşı söyüşlər, alçaldıcı əməllər, heykəllərinin yandırılması, daha nələr... Türkiyə çox qorxunc anarxiyanın içinə itələndi. Ərdoğan hər dəfə durumdan ustalıqla yararlandı. Hakimiyyətdə oturuşandan sonra tutulan hərbçilərin çoxunu sərbəst buraxdı, özünü ədalətli, humanist kimi duru çıxardıb siyasi divident qazandı. Bütün yanlışlarının, quramalarının altından “bizi qandırdılar” deyib duruya çıxdı. Arada ABD-yə bağırdı, İsrailə bağırdı. ABD səsini çıxarmadı. “ABD Ərdoğandan qorxur” təbliğatı quruldu. Əslində isə, bizə görə, hər şey ABD-nin planları əsasında baş verdi. Türkiyəni qoruyan Atatürk sistemi, demək olar ki, dağıdıldı. 

Ancaq elə görüntü yaratdılar ki, guya Ərdoğan islam araçılığıyla Türkiyəni Osmanlı gücünə hazırlayır. Məgər Ərdoğan bilmir ki, çağaşırı səfərlər elədiyi ərəb dövlətləri ABD-nin, AB-nin buyruğundadırlar. Hansı ağılnan, hansı vədlərnən onları öz buyruğuna götüə bilər ki?! Ərdoğanın bütün addımları Türklüyün gəlişməsini əngəlləyən addımlar oldu. Sovetlər dağılandan sonra Türklüyə dönüş, Türklüyün gəlişməsi baş tuta bilərdi. Ancaq Türklüyə qayıdışın astanasında Türkiyəni İslam dövlətinə çevirən Ərdoğan özünəqayıdışın yönünü dəyişdi. Yalançı müsəlman birliyini (olmayan, olması olumsuz olan müsəlman birliyini) özünəqayıdış kimi təbliğ elətdirdi. Türklüyə qarşı tarixi bir dönüklük baş verdi.

İndi söhbətimizin başlanğıcına qayıdaq: “Anarxiya İnsanlığı qorxu altına alır” söyləmişdik. Özgürlük çağırışlarının qarşısında dünyada ədalətli, humanitar quruculuq getməliydi. Bunun yerinə, Türklüyü dağıtmaq, sıradan çıxarmaq sürəci həyata keçirilir. Kapitalizmin yaşaması üçün İnsanlığı sıradan çıxaranlar xalqların özgürləşmək haqqlarının yolunu kəsirlər. Bizə görə Türklük dəyəri ilə kapitalizm bir araya sığmaz. Kapitalizmin var olması ilə Türklüyün gəlişməsi arasındakı ziddiyyətin çözülməsi, bizə görə, ədalətin, humanizmin bərpa olunması anlamına gələr. Türklüyün xarakteri, dəyəri bunu deməyə əsas verir. Biz bunu öyrəndik, dərk elədik, inandıq...

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

27 İşıq Ayı, 42-ci il. Saray-S.
(may 2020).

Soylu Atalı

Oxşar xəbərlər
19:22, Bu gün
"Rusiya yenidən Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək" - Sırski
19:19, Bu gün
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
19:13, Bu gün
Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi baş tutdu
19:00, Bu gün
Sakinlər Cəlilabadın kəndini niyə tərk edirlər? - VİDEO
18:50, Bu gün
Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb
18:45, Bu gün
“Qarabağ” mövsümün sonuna qədər “Azərsun Arena”ya qayıtmayacaq
18:40, Bu gün
️Tacikistanda Novruz bayramında terror aktları planlaşdıran 15 nəfər həbs edilib
18:35, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevə zəng edib
18:30, Bu gün
BDU-da Respublika elmi konfransı: “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” - FOTO
18:26, Bu gün
Ləzgi xalqının tarixində böyük xidmətləri olan XANIM...
18:23, Bu gün
Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir
18:15, Bu gün
Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 
18:08, Bu gün
Paşinyanın etirafı: “Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir” - ŞƏRH + FOTO
18:02, Bu gün
BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:45, Bu gün
Ceyhun Bayramov Pavel Knyazevi qəbul etdi - FOTO
17:40, Bu gün
Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma
17:35, Bu gün
“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
GÜNLÜK
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI