Xəbər lenti
11/07/2020 [08:19]:
“Ayasofyanın dirilişi - Əl-Əqsanın azadlığının müjdəçisidir!” - Ərdoğandan dünyaya mesaj…-VİDEO
11/07/2020 [07:31]:
İnsanın xoşbəxt, yoxsa bədbəxt olması necə müəyyən edilir?..
11/07/2020 [01:58]:
"Mənə ağıl öyrətmə, Emil, mənim nitqimdə heç kim qüsur tuta bilməz, çünki mən..."
11/07/2020 [01:50]:
"Əxlaqa söykənən güc həmişə qalib gəlir, Türkiyəni dünya güclərindən fərqləndirən budur"
11/07/2020 [00:20]:
"İndi rəhmətlik prezident Əbülfəz bəyin arxasında gizlənməyin, onu rahat buraxın..."
11/07/2020 [00:05]:
Tarix İnstitutunda “Sahilyanı dövlətlərin xarici siyasətində Xəzər problemi” kitabı çap edilib
11/07/2020 [00:02]:
"Postpandemiya dövrünün əsas vəzifələrindən biri tibb təhsilini reanimasiyadan çıxarmaqdır"
10/07/2020 [23:14]:
Kadavr mərkəzində siçanların cəsədləri gəmirdiyi ortaya çıxdı - FOTO
10/07/2020 [22:55]:
Fransada infeksiyadan 30 mindən çox şəxs öldü
10/07/2020 [22:54]:
Binəqədidə velosipedçini avtomobil vurdu
10/07/2020 [22:32]:
Baş prokurora müraciət etdi, Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin rəisi qəbul etdi
10/07/2020 [22:32]:
Yollara səpilən xlor məhlulunun təsiri insanı komaya da sala bilər
10/07/2020 [22:30]:
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
10/07/2020 [22:10]:
"Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb"
10/07/2020 [22:08]:
İsraildə COVID-19-a yoluxanların sayı 36 mini keçdi
10/07/2020 [22:06]:
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini işdən çıxarıldı
10/07/2020 [21:39]:
“Minsk qrupu ya öz fəaliyyətində dönüş yaratmalı, ya da acizliyini etiraf etməlidir”
10/07/2020 [21:34]:
Aya Sofya məscidə çevrildi - Məscidə xristianlar da girə biləcək...
10/07/2020 [21:29]:
“Belə getsə, Azərbaycanı Rusiya, İran və Ermənistan arasında böləcəklər...”- SOS!!!
10/07/2020 [21:27]:
Virusa yoluxan məhkumlar dərhal təcrid olunaraq ixtisaslaşmış müalicə müəssisəsinə yerləşdirilir
10/07/2020 [21:13]:
BÖYÜK İNSANlığın, ziyalılığın və yazıçılığın böyük vəhdəti - Sabir Əhmədli - 90
10/07/2020 [21:08]:
Cəlilabad Elektrik Şəbəkəsində nə baş verir? - Yeni təyin olunan rəis də işdən çıxarıldı...
10/07/2020 [21:04]:
Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT BA-nın xüsusi sessiyasının keçirilməsinə başlanır
10/07/2020 [21:02]:
İMF: Dünyada dövlət borcları ÜDM-i üstələyir
10/07/2020 [21:00]:
Gürcüstan Ukraynaya nota verdi
10/07/2020 [20:58]:
“Onlar istəsələr də istefa verə bilməzlər, çünki elə qanunsuzluqlara yol veriblər ki...”
10/07/2020 [20:34]:
İlham Əliyev 2 fərman imzaladı
10/07/2020 [20:33]:
Qüdsdəki Müqəddəs Məzar Kilsəsi yenidən bağlandı
10/07/2020 [20:30]:
Ədliyyə sistemində çalışan şəxslərdən və məhkumlardan 13 minədək test nümunələri götürülüb
10/07/2020 [20:28]:
Rusiya beynəlxalq aviauçuşları bərpa etməyə hazırlaşır
10/07/2020 [20:21]:
“1994-cü ilə qədər Azərbaycan düşmən qarşısında yalnız bir üstünlüyə malik olub, o da...”
10/07/2020 [19:36]:
Bəzi rayonlar sərt karantin rejimindən çıxarıla bilər - RƏSMİ AÇIQLAMA
10/07/2020 [19:32]:
Ekspres avtobusların fəaliyyəti dayandırılır
10/07/2020 [19:31]:
“2016-cı ilin aprelində Şoyqunun zənginə fikir verməməliydik” – Elxan Şahinoğlu
10/07/2020 [19:27]:
Ermənistan koronavirusla bağlı bu göstəriciyə görə dünyada ikinci yerdədir
10/07/2020 [19:26]:
“Ümid edirəm ki, pandemiyadan sonra çox fərqli Azərbaycan görəcəyik” - Fazil Mustafa
10/07/2020 [19:25]:
Bakıda istixanada sahibkar və 22 nəfər cərimələndi
10/07/2020 [19:19]:
Ölkəmizin adına şərəf gətirənlər - Vətənlə nəfəs alan soydaşımız...
10/07/2020 [19:10]:
TƏBİB-lə Səhiyyə Nazirliyi arasında səlahiyyət bölgüsü aparılır - Prezidentin köməkçisi
10/07/2020 [19:07]:
"Jurnalistlərinin əməyini xüsusi qiymətləndirirəm, onlar ön cəbhədədirlər...”
10/07/2020 [19:01]:
DTX Xarici İşlər Nazirliyindəki yeni həbslərlə bağlı MƏLUMAT YAYDI
10/07/2020 [19:00]:
Göyçayda 23 yaşlı gənci maşın vurdu
10/07/2020 [18:54]:
Karantin rejimi barədə qərarların necə qəbul olunduğu açıqlandı
10/07/2020 [18:47]:
Nazirlik rəsmisindən Oqtay Şirəliyevin vəziyyəti ilə bağlı açıqlama
10/07/2020 [18:44]:
“Hazırda orduda koronavirusa yoluxma yoxdur” - Prezidentin köməkçisi
10/07/2020 [18:41]:
Karantin daha 60 gün uzadılacaq? - AÇIQLAMA
10/07/2020 [18:39]:
Azay Quliyev seçicilərlə videogörüş keçirib - FOTO
10/07/2020 [17:53]:
"Bakıda yaradılan COVİD məntəqələrinə gün ərzində 700-800 müraciət edilir" - Nadir Zeynalov
10/07/2020 [17:48]:
Məhkəmə XİN-in Konsulluq İdarəsinin rəsi barəsində həbs qərarı çıxardı...
10/07/2020 [17:46]:
Azərbaycandakı xəstələrin müalicəsi üçün xaricdən mütəxəssislər cəlb olunub - TƏBİB
10/07/2020 [17:43]:
"İş yerlərinin sayı azaldıldıqdan sonra metro bağlandı" - Yaqut Qarayeva
10/07/2020 [17:42]:
Prezidentin köməkçisi: "Mən də ictimai nəqliyyatdan istifadə edirəm"
10/07/2020 [17:40]:
Virusa yoluxmuş 18 məhkum vaxtından əvvəl azadlığa buraxılıb
10/07/2020 [17:39]:
Elman Rüstəmova vaxt verildi – 1 milyardı qaytarmalıdır
10/07/2020 [17:18]:
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
10/07/2020 [17:17]:
İnsanların rayona getmək arzusu ilə bağlı TƏBİB-dən açıqlama
10/07/2020 [17:16]:
Türkiyə məhkəməsi Ayasofyanın məscid kimi fəaliyyət göstərməsi barədə qərar qəbul edib
10/07/2020 [17:10]:
Geri qaytarılan ƏDV-ni nağdlaşdırmaq mümkün oldu
10/07/2020 [17:08]:
DİN polisin yas mərasiminin keçirilməsi üçün pul tələb etməsi barədə məlumata münasibət bildirib
10/07/2020 [17:07]:
Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb
10/07/2020 [17:00]:
Ermənistan prezidenti  növbəti dəfə  Azərbaycanın dövlət sərhədini pozdu..-FOTO
10/07/2020 [16:17]:
ABŞ-da daha 1,3 milyon işçi işsizliyə görə müavinət üçün müraciət edib
10/07/2020 [16:12]:
Azərbaycanda dəhşətli hadisə: Yüngül həyat tərzi keçirməsindən şübhələndiyi qızını zəncirlədi
10/07/2020 [16:09]:
Bugünkü qəbul imtahanında iki nəfərdə telefon aşkarlanıb
10/07/2020 [16:05]:
Ədalət Vəliyev Azərbaycan Liberal Demokrat Partiyasının sədri ilə görüşdü
10/07/2020 [16:04]:
Vüsal Qasımlı: “Dövlət 1,5 milyard manat kredit portfelinə subsidiya və zəmanət verəcək”
10/07/2020 [16:01]:
“Azərbaycan 90-cı illərdə üstün hərbi qüvvələr şəraitində məğlub olub” – İrəvan “yalan istehsalını” dayandırmır...
10/07/2020 [15:59]:
Azərbaycanda karantin qaydalarına məhəl qoymayan kənd aşkarlandı - FOTO
10/07/2020 [15:34]:
Prezidentin səhiyyə məsələləri üzrə köməkçisi postunun yaradılması təklif edildi
10/07/2020 [15:32]:
“Mənim üçün çox maraqlıdır ki, erməni helikopterini hansı istiqamətdə və necə vurmusan”
10/07/2020 [15:30]:
Bu gün BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası çağırılacaq
10/07/2020 [15:23]:
Şeyxin elmi platforması nələrə qarşı sipərdir?
10/07/2020 [15:17]:
Kişini toy gecəsi belə aldadırlarmış - Namussuz qızların yeni fırıldağı...
10/07/2020 [15:11]:
Azərbaycandan Rusiyaya daha iki xüsusi reys planlaşdırılıb
10/07/2020 [15:08]:
Vitali Arkov: “Ermənistan razılaşmaları yerinə yetirmir, daim vurnuxur” - MÜSAHİBƏ
10/07/2020 [14:48]:
Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır - RƏSMİ
10/07/2020 [14:38]:
“Valideyn övlad itkisinə hazır deyil, həmişə arzulayır ki, özü övladının çiynində getsin...”
10/07/2020 [14:37]:
"Mən onu olduğu kimi tanıya bilməmişəm..."
10/07/2020 [14:36]:
Elmar Məmmədyarovdan DTX-nın əməliyyatı ilə bağlı AÇIQLAMA: "İstefa verəcəyimlə bağlı deyilənlər..."
10/07/2020 [14:17]:
Şəhid ailələri və Qaradağ müharibəsi əlillərinin istifadəsinə verildi
Bütün arxiv bir sırada
28/05/2020 [10:02] - Cəmiyyət - ( 2739 dəfə baxılıb)

Azərbaycan Cümhuriyyəti - 102



Bu gün tariximizin böyük bir günüdür-Azərbaycan Cümhuriyyəti yaradılmasının 102-ci ildönümüdür. Belə bir gündə bu möhtəşəm hadisə ilə bağlı Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu  M.Ə.Rəsulzadənin öz sözlərini eşitmək daha məqsədəuyğundur.Odur ki, M.Ə.Rəsulzadənin 1926-cı ildə İstanbulda nəşr etdiyi “Yeni Qafqasiya” jurnalındakı “Həzin bir bayram” yazısını ilk dəfə olaraq oxuculara təqdim edirəm.

Nəsiman Yaqublu, tarix elmləri doktoru

Məhəmməd Əmin Rəsulzadə
HƏZİN  BİR  BAYRAM

28 Mayıs - bu,gənc Azərbaycan Cumhuriyyətinin tarixinə məbdə(başlanğıc) olan böyük bir gündür. Böyük Türk milliyyətpərvərliyinin sevinclərlə keçirdiyi və ümidlərlə yad etdiyi məsud(xoşbəxt) günlərdəndir.

Bu bir bayramdır, fəqət, həzin bir bayram. Həzin, çünki mövcudiyyətinin məbdəini(başlanğıcını)təşkil edən bu günü Azəri Türkü kəndi yurdunda təsid(bayram etmək) eyləmək qüdrətində deyildir. Bolşevik istilası altında bulunan yurdumuzda bu günü bayram saxlayanların yeri zindan, onu təsid edənlərin nəsibi edamdır!

Həzindir, çünki Türklüyün mərkəzi bulunan burada belə təsid mərasimini könül istədiyi kimi ifa etmək hələ məhsursuz(mühasirəyə alınmış) deyildir.
Böylə hüzun-əngiz amillərin təsiri ilə vətənimin istiqlal günlərini xatırlıyor, qarşımda bulunan birtaqım əski qəzetə nüsxələrini qarışdırıyordum.

İştə “İqdam”  qəzetəsinin 8251-ci nömrəsi: Burada Türk Ocağı tərəfindən Azərbaycan istiqlalının təsdiqini təsid üçün yapılan möhtəşəm ixtifalın təfsilatı mündəricdir. Möhtəşəm Xalidə xanım “Sevgili bayrağımızın yanında duran şu sevimli bayrağı salamlayıram” diyor. Bu, alqış tufanıdır, qopuyor. Yusif Akçura bəy pək qüvvətli bir nitqi ilə ilk Türk Cumhuriyyətinin təsisini və bu cumhuriyyət təsisində Türkiyənin xeyrini düşünür, məfkurəvi qəzasını nə mübəccəl(müqəddəs), nə ruhlu bir lisan ilə izah ediyor.  Bu nitq, bu qardaş səsi Türkiyənin ən qaranlıq günlərində eşidiliyordu. Qardaş məmləkətin səadəti Türkiyəyə kəndi ələmlərini unutduruyordu.

11 Mart 1326 tarixli “Təsviri Əfkar” nüsxəsi gözümə ilişiyor. Burada da bir “qardaş səsi”ndən bəhs olunuyor. Müsavat Firqəsinin Bakıda çıxan naşiri əfkarı “İstiqlal” qəzetəsindən bir məqalə iqtibas olunuyor. Bu məqalədə “Türkiyə məsələsi” mövzu bəhsidir. Cahan məsələləri meyanında halına intizar olunan Türkiyə məsələsinin Azərilər üçün ən həssas bir məsələ olduğu qeyb edildikdən sonra deyiliyor ki, “Antantanın Azərbaycan istiqlalının təsdiqi xəbəri matəm içində bulunan İstanbulda bir toy kibi tələqqi edilmiş; istiqlalımızı təsdiq günlərində yapdığımız şənliklərdə İstanbulun Türklərdən alınacağına aid çıxarılan xəbərlər xalqımız üzərində toy içində matəm təsiri hasil etdirmişdi”. Mühərrir xatiməi makal(söz söylənişi) olaraq diyor ki:

“Türkiyə əski ərazisindən, Rumelisindən, Misirindən, Fasından, Hicazından, Beynən-nəhreynindən həpsindən keçər, be-şərtlə ki, Anadolu təkrar kapitülasyonlara məruz qalmasın, be-şərtlə ki, artıq kəndi(öz) qanını, canını kəndi yurduna, kəndi övladına sərf edən Türk Məhmətçiyi yurduna sahib olsun. Ümid edəlim ki, böylə olacaq, çünki, Türk milləti böylə istiyor. Çünki vicdanı bəşəriyyət böylə əmr ediyor”.

Mühərririn milli iradəyə və bəşəriyyət vicdanına sığınaraq yapdığı kəhanət(qeybdən xəbər verən) bu gün bir həqiqətdir. Anadolu, Türklüyü qurtarmışdır. Kapitülasyonlar qalxmışdır. Sevr Muahədəsi(anlaşması) yırtılmış, bütün cahan Türk Cumhuriyyətinin istiqlalını qəbul ilə Anadolunun ağıllara heyrət verən müvəffəqiyyətləri qarşısında mat və məbhut( mat və təəccüblü) qalmışdı.
Azərbaycan mühərririnin bu kəhanəti mənə digər kəhanəti xatırlatdı. Azərbaycan Cumhuriyyətinin süqutunu təşkil edən 27 Nisan yevmi məşumu münasibətiylə üç sənə əvvəl yazdığı məqalədə Falih Rıfqı bəy böyük Türkiyənin misalından bəhsilə bu gün yerlərə enmiş Azərbaycan bayrağının təkrar yüksələcəyini təbşir(muştuluqlalma) ediyordu.

Əvət, bu bayraq təkrar yüksələcək və bu dəfə 28 Mayıs bayramını Azərilər vətənlərində fəxr və məsrur(şən,şad) bir surətdə təsid edəcəklərdir.

Vətəndəki qəhrəman azərbaycanlılar hər növ məvaniə rəğmən bu günü təsid ediyorlar. Fəqət bu, pək həzin bir surətdə icra olunuyor. Bilməm Şəmsəddin Sami bəyin “Gavə” namıyla  tarixi pyesindəki Dəhhaq istilasına məruz qalan Farsi qədim İranilərin novruz təsidinə aid olan səhnəni xatırlarmısınız? Baharın fəyyaz günəşini zalım zabitənin qəddar təcəssüsündən saklı bir yerdə, səssiz və gülşən bir dərədə təsid edərkən birdən cəlladlar çıkıyor, çocuqları ana-babalarından alaraq, ilanlara yedirtmək üçün götürüyorlar, nə həzin bir mənzərə!..

Digər bir misal: Roma tarixinin həyəcanlı səhnələrindən ən fəcini xatırlayınız. Xristianların uğradığı təqibatı kitablarda oxumamısanız, sinema filmlərində mütləq görmüşsünüzdür. Etiqadları üzündən canavarlara yedirilən məzlumlar... Nə ələm bir mənzərə!

İstiqlal gününü yad üçün gizli məhfillərdə toplanan, gizli mətbuat qiraətiylə məşğul olan Azərbaycan gəncliyi Dəhhaqçı bir basqından heç də əmin deyildir. Nitəkim Buzlu Cəhənnəmlərdə ukubət(cəzalandırmaq) çəkməklə təzib olunan istiqlal möminləri də canavar çekistlərin qanlı həmlələrinə məruzdurlar.

Fəqət Dəhhaq basqını Novruz Bayramını, Roma əzabları Xristian dinini məğlub edəmədiyi kibi qızıl imperializmin onlardan əskik olmayan qəhri də 28 Mayıs bayramındakı mədlul ilə istiqlal məfkurəsindəki ruhu öldürəməz. İstiqlal və milli hakimiyyət məfkurəsi mütləq qalib gəlir!

Haqqı istiqlal, vaxtiylə Vilson prinsiplərinin ən canlısını təşkil etməklə Şərq millətlərinin ruhunu təshir eyləmiş, sonra da Üçüncü İnternasionalın ağzından eşidilməklə böyük ümidlər doğurmuşdu. Fəqət təcrübə bu şüarın gərək qara və gərək qızıl imperializm siyasiləri lisanında bir məqsəd deyil, yalnız bir vasitədən ibarət olduğunu göstərdi. Vilson prisipləri, Sevr Muahədənaməsi, bolşevik şüarları da Azərbaycan istilası şəklində müdhiş bir süquta uğradı.

Milliyyət prinsipinin haqq və həqiqət olduğuna bağlanan ümidlər az qala puç oluyor, hər tərəfi bir zülmət qaplıyordu ki, Misaqi Milli parlaq zəfəri ilə gəldi, məsələni başqa bir zaviyeyi rüyətdən aydınlatdı: İstiqlal və hakimiyyəti milliyə haqdır, fəqət, bu haqqı qazanan qüvvət hər şeydən əvvəl millətin kəndisidir.

Azərbaycan gəncliyi bu gün tarixində ilk dəfə doğmuş bir Türk cumhuriyyətinin qısa bir həyatı istiqlal yaşadıqdan sonra təkrar əsarətə giriftar olduğunu həzin bir təxərrüslə(acıqla, hirslə) yad edərkən, Anadolu zəfərindən alınan bu dərsi unutmayaraq, yaxın istiqbalda təkrar kəndi hürriyyət və istiqlalına qovuşacağına ümid edər.

Tarixi qədim Dəhhaqiləri təbii bahar bayramını, romalılar da xristianlığı mən edəmədikləri kibi, əsri cədid müstəvliləri də təbii istiqlal bayramını ilələbət mən edəməz və arzuları rəğminə, Türkləşmək, İslamlaşmaq və Müasirləşmək şüarını tərmiz edən(səciyyələndirən) üç boyalı Azərbaycan bayrağı təkrar yüksəlir və isbat edər ki, qurşuna düzülürkən “Yaşasın İstiqlal!” deyə ölən Mürsəlzadələr bihudə yerə ölməmiş, kəndi ölümləri ilə bir ideal yaratmışlardır.

“Yeni Qafqasiya” jurnalı,İstanbul, 
28 Mayıs  1926 / 17 zülqədə  1344, il:3, sayı:14, s. 6-8


Red: 28 Mayıs  1926 / 17 zülqədə  1344  - 28 May 1926

LÜĞƏT
Təsid    -  bayram etmək
Məbdə   - ibtida,  başlanğıc
Məhsur  -    hasarlanmış, mühasirə edilmiş
Mübəccəl -  müqəddəs,  pak, uca
Makal  -   söz söyləniş
Kəhanət  - qeybdən xəbər vermək. falçılıq etmək
Məbhut  -   döyükmüş,  mat
Təbşir -  müştuluqlama
Məsrur  - şən, şad
Ukubət  - cəzalandırmaq
Təxərrüs  - açıq, hirs,  parçalyan


loading...
"Əxlaqa söykənən güc həmişə qalib gəlir, Türkiyəni dünya güclərindən fərqləndirən budur"
"İndi rəhmətlik prezident Əbülfəz bəyin arxasında gizlənməyin, onu rahat buraxın..."
Kadavr mərkəzində siçanların cəsədləri gəmirdiyi ortaya çıxdı - FOTO
Aya Sofya məscidə çevrildi - Məscidə xristianlar da girə biləcək...
BÖYÜK İNSANlığın, ziyalılığın və yazıçılığın böyük vəhdəti - Sabir Əhmədli - 90
Clean City Company
N.Tusi adına Klinika

Gündəm
“Minsk qrupu ya öz fəaliyyətində dönüş yaratmalı, ya da acizliyini etiraf etməlidir”
Cəmiyyət
Prezidentin səhiyyə məsələləri üzrə köməkçisi postunun yaradılması təklif edildi
Cəmiyyət
“Yalan arayış cinayət məsuliyyətidir...” -XƏBƏRDARLIQ
Gündəm
“Əgər hansısa məmur vəzifəsindən sui-istifadə edərək karantin qaydasını pozubsa, o zaman...”
Araşdırma
Azərbaycan mətbuatı tarixində Üzeyir Hacıbəyli - NƏSİMAN YAQUBLUNUN ARAŞDIRMASI
Yazar
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Seymur Verdizadə
Artıq hamı anlayır ki, jurnalist göy alçanı da, şirin əriyi də öz puluyla alıb yeməlidir...
Sultan Laçın
“Günah keçi”ləri diktatorların ömrünü uzadır  – Onlara çox aludə olmayın..."
Həftənin ən çox oxunanları
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
HƏKİM FƏRYAD ETDİ: "Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm"
COVİD-19 mutasiyaya uğrayır və yox olacaq- ŞAD XƏBƏR
ÜST-dən dünyanı ayağa qaldıracaq ETİRAF
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
"Onun gəlişi ilə həmin şəbəkələşmiş korrupsiya piramidası da sökülməyə başladı..."
"Bakının 12 rayonunun icra başçılarından 5-i Şərurdandır, 5-i (Qarakilsə) Sisyandan..."
Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
"Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm..."
“Koronavirusa yoluxmuşam, ölüm ayağındayam, Qənirə Paşayeva xəstəxanaya yerləşdirdi”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247