Xəbər lenti
04/07/2020 [14:20]:
Türkiyə parlamentinə yeni sədr seçiləcək
04/07/2020 [14:15]:
Samuxda yas mərasimi keçirmək istəyən şəxslər cərimələndi
04/07/2020 [14:12]:
Müğənni Zamiq Hüseynovdan yeni fotosessiya - FOTOLAR
04/07/2020 [14:05]:
Beynəlxalq ekspert: “Azərbaycanda sudan istifadə təcrübəsi dəyişməlidir”
04/07/2020 [13:58]:
Türkiyə təhlükəsizlik qüvvələri başına 500 min mükafat qoyulmuş PKK terrorçusunu məhv etdi
04/07/2020 [13:49]:
"Dillənməsəm, deyəcəklər koronavirusa yoluxub" - Aktyor şöhrətin başağrısına çevrildiyini bildirir...
04/07/2020 [13:26]:
Ermənistan Araz çayını ekoloji fəlakətlə üz-üzə qoydu: Çirklənmə pik həddə çatdı - FOTO
04/07/2020 [13:22]:
Yaponiyada sel fəlakəti: İnsanlar evlərin damında kömək gözləyir
04/07/2020 [13:19]:
“COVID-19 infeksiyasından sağalan şəxs bu virusa yenidən yoluxa bilər” - AÇIQLAMA
04/07/2020 [13:17]:
Spikerə yeni köməkçi təyin olundu
04/07/2020 [13:15]:
Sabah havanın hərarəti 38 dərəcəyə yüksələcək
04/07/2020 [13:04]:
“Bütün səfir və konsulların fəaliyyəti yoxlanılmalıdır”
04/07/2020 [13:03]:
Bakıda dörd yeni doğulmuş körpə həkimlərdən COVID-19-a yoluxdu - AÇIQLAMA
04/07/2020 [13:02]:
Şöbə müdiri: "Koronaviruslu hamilələrin dünyaya gətirdiyi 16 körpə həkim nəzarətindədir"
04/07/2020 [13:00]:
Avropa Mərkəzi Bankı yeni əsginaslar buraxır
04/07/2020 [12:58]:
BŞİH əməkdaşları kütləvi şəkildə koronavirus testindən keçirilib? - RƏSMİ
04/07/2020 [12:42]:
Mahatma Qandinin aforizmləri: "Sevgi insanlığın, zorakılıq heyvanlığın qanunudur..."
04/07/2020 [12:40]:
Hacı Qara niyə intihar etmək istəyirdi? - Məşhur filmin pərdəarxası...
04/07/2020 [12:34]:
COVİD-19 mutasiyaya uğrayır və yox olacaq- ŞAD XƏBƏR
04/07/2020 [12:14]:
"Arzu edirəm ki, tezliklə pandemiya qurtarsın və onun səsi Qarabağımızdan gəlsin"
04/07/2020 [12:13]:
COVID-19-a yoluxan şəxs: “Özümə sistem qoşurdum, tibb bacıları evə gəlməkdən qorxurdu”
04/07/2020 [12:06]:
Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib
04/07/2020 [12:03]:
Fövqəladə vəziyyət Ermənistan iqtisadiyyatını ciddi təhlükə altında qoyur
04/07/2020 [12:01]:
Azərbaycana gələn 3 həkim geri qayıdıb, 19-u karantinə alınıb
04/07/2020 [11:59]:
Qanunsuz yollarla Bakıdan Qəbələyə gələn şəxslər cəzalandırılıblar
04/07/2020 [11:53]:
Makqreqor Həbib Nurməhəmmədova başsağlığı verdi
04/07/2020 [11:50]:
Bakıda karantin rejimini pozan şəxs həbs edilib
04/07/2020 [11:46]:
Türkiyədə fabrikdə baş vermiş partlayışdan sağ çıxan şəxs yaşadıqlarını paylaşdı - FOTO
04/07/2020 [11:45]:
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının saytına erməni müdaxiləsi...?
04/07/2020 [11:32]:
Mahmudovun “sprutu” - eks-spikerlə sabiq nazirin sirli sövdələşməsinin gizlinləri
04/07/2020 [11:25]:
"Adam Zəhranın qətlə yetirilməsini xatırlayanda az qalır ki, qadın olaraq müharibəyə başlasın”
04/07/2020 [11:21]:
Ancelina Coli Qarabağa görə Azərbaycana gəlsə...
04/07/2020 [11:18]:
Trampın cazibədar müşavirində koronavirus aşkarlandı...
04/07/2020 [11:16]:
Paşinyanın komandasının keçmiş üzvü: “Ermənistanı vətəndaş müharibəsi gözləyir”
04/07/2020 [11:14]:
“Çox ciddi yoxlama aparılır” - DYP-dən xəbərdarlıq
04/07/2020 [11:13]:
“Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməkdən qürur duyuruq”
04/07/2020 [10:39]:
“Koronavirusa yoluxmuşam, ölüm ayağındayam, Qənirə Paşayeva xəstəxanaya yerləşdirdi”
04/07/2020 [10:38]:
Bakı Slavyan Universitetində “Gələcəyin diplomatları” layihəsi həyata keçiriləcək
04/07/2020 [10:34]:
Paytaxtın əcnəbi dillərin “işğalından” azad edilməsini istəyən ziyalılarla görüş keçirillb...
04/07/2020 [10:26]:
Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı: “Gözləyirik...”
04/07/2020 [10:17]:
Hacı Şahin: “Həcc kimi müqəddəs ziyarət təxirə salınıbsa, deməli...”
04/07/2020 [10:16]:
Məhəmməd Əmin Rəsulzadə niyə dövlətimizi “Azərbaycan” adlandırıb? - ARAŞDIRMA
04/07/2020 [10:13]:
Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb
04/07/2020 [10:08]:
"Dövlətə sevgini 30-40 min dollara almaq mümkün olmayacaq, Millətin gözündən düşməyin"
04/07/2020 [09:57]:
Xüsusi karantin rejimini pozan kafe aşkarlanıb, 5 nəfər cərimələnib
04/07/2020 [09:54]:
Yüzlərlə maşın postlardan icazəsiz keçmək istədi
04/07/2020 [09:53]:
Ermənilər atəşkəsi 42 dəfə pozub
04/07/2020 [09:24]:
Koronavirusla bağlı son STATİSTİKA
04/07/2020 [09:22]:
Zaqatalada qardaş qardaşı bıçaqlayıb
04/07/2020 [08:52]:
Zərbənin gücündən hərbçilər magistral yola səpələndi – ANBAAN VİDEO
04/07/2020 [08:47]:
Bakıda 50 yaşlı qadını avtomobil vurdu
04/07/2020 [08:46]:
Bakının çıxışlarında sərt karantin rejiminin ilk gecəsi: Tıxac, xaos, tələskənlik, qəza... - VİDEOREPORTAJ
04/07/2020 [07:51]:
"Hər bir işi görməyi arzu edərkən "inşallah" demək gərəkdir" - Quran ayəsi...
04/07/2020 [07:34]:
Prezident yazıçı-dramaturq, şair Əmir Pəhləvana ev bağışladı
04/07/2020 [07:33]:
Fişəng fabrikindəki partlayışda ölü sayı artdı - VİDEO
04/07/2020 [07:15]:
16 şəhər və rayonda iki günlük ictimai nəqliyyatın fəaliyyəti dayandırılır
04/07/2020 [07:14]:
Bakı metrosu bu gündən iyulun 20-dək İŞLƏMƏYƏCƏK
04/07/2020 [07:07]:
COVID dövründəki ofislər - Video
04/07/2020 [06:52]:
Türkiyədə zəlzələ olub
04/07/2020 [06:51]:
Bakıda yük avtomobili piyadanın üzərindən keçib - FOTO
04/07/2020 [06:47]:
Türkiyədə 1 nəfəri ildırım vuraraq öldürüb, 4 nəfəri yaralayıb
04/07/2020 [06:45]:
İran XİN-in mətbuat katibi səfir təyin olunub
04/07/2020 [06:43]:
Kanadada təyyarə qəzaya uğrayıb, ölənlər var
04/07/2020 [06:40]:
ABŞ-da atışma olub, xəsarət alanlar var
04/07/2020 [06:35]:
ABŞ-da koronavirusa rekord sayda yoluxma qeydə alınıb
04/07/2020 [06:33]:
Rusiyada 240 kiloqram yük daşıya bilən PUA hazırlandı
04/07/2020 [06:32]:
Karantinin yeni mənfi nəticələri açıqlanıb
04/07/2020 [06:31]:
Qəlyanxanada qız üstündə kütləvi dava düşdü - VİDEO
04/07/2020 [06:28]:
Avropada koronavirusa qarşı dərmanın istifadəsinə icazə verildi
04/07/2020 [06:26]:
Eyni kişidən üç gün fərqlə uşaq dünyaya gətirdilər - FOTO
03/07/2020 [23:50]:
Maksim Musayev "boz kardinal"ın paxırını açdı: "Ramizi Elyanora Petrosova tapıb gətirmişdi"
03/07/2020 [23:40]:
"Mən 3 il öncə Elmar Məmmədyarovun nə yuvanın quşu olduğu barədə mətbuatda çıxış etmişəm"
03/07/2020 [23:33]:
"Rusiya ölkəyə miqrant axınında maraqlıdır"
03/07/2020 [23:31]:
Bərdədə 7 yaşlı uşaq bacısını öldürüb
03/07/2020 [23:21]:
Britaniyada COVID-19 qurbanlarının sayı 44,1 mini ötdü
03/07/2020 [23:19]:
Meymunları koronavirusa yoluxdurdular, nəticə şoka saldı...
03/07/2020 [22:51]:
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
03/07/2020 [22:47]:
Bakı yenə rayonlara axın edir - FOTO
03/07/2020 [22:43]:
Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
03/07/2020 [22:12]:
Azərbaycanın fəxri Fərman Salmanovla bağlı unikal kadrlar üzə çıxdı – VİDEO
Bütün arxiv bir sırada
28/05/2020 [11:47] - Müsahibə - ( 7566 dəfə baxılıb)

““Türk qadınları ermənilərə övlad doğacaq” deməsi məni özümdən çıxardı, tapançanı çəkib…”   

“40 kəndi azad edib Laçın dəhlizinin 2 kilometrliyinə çatmışdıq…”
Milli Ordunun qurucularından olan general Zaur Rzayevin son MÜSAHİBƏSİ:


Yanvar ayında Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi hissəsinin komandiri,  Cəbhə Komandanı – Müdafiə Nazirinin birinci müavini olmuş general-mayor Zadir Rzayevin vəfatının 10 ili tamam olur.

1937-ci ilin oktyabrın 10-da Lənkəran rayonunun Şürük kəndində anadan olan Z.Rzayev 1958-1962-ci illərdə Bakı Ali Ümumqoşun Komandan hərbi məktəbini qırmızı diplomla bitirdikdən sonra leytenant rütbəsi alaraq Almaniyada yerləşən Sovet Silahlı Qüvvələrinin tərkibində xidmətə göndərilib. Yüksək hərbi göstəricilərinə görə o, Zaqafqaziya Hərbi Dairəsində – Ermənistanın Gümrü şəhərinə hərbi xidmətini davam etdirməyə göndərilib. 1971-ci ildə Moskvada M.F.Furunze adına Hərbi Akademiyaya daxil olub, 1975-ci ildə Ümumi Qoşun Akademiyasını bitirib, Zaqafqaziya Hərbi Dairəsinə alay komandir müavini vəzifəsində çalışıb.
1991-ci ildə vətənini erməni işğalçılarından azad etmək məqsədilə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələri sırasına yazılıb. Təşəbbüsü ilə yaradılan N saylı hərbi briqadanın komandiri vəziyəsini yerinə yetirib. Yüksək sərkərdəlik məharətinə və döyüş bacarığına görə 1992-ci ilin oktyabrın 19-da prezidentin fərmanı ilə general-mayor rütbəsinə layiq görülüb. Həmin ilin noyabrında Bakıya çağırılaraq II korpusun komandir müavini vəzifəsinə, 1993-cü ilin iyun ayının 16-da isə Cəbhə Komandanı – Müdafiə Nazirinin Birinci Müavini vəzifəsinə təyin olunub. İstefaya göndərilənə kimi bu vəzifələrdə çalışıb. İstefaya göndərildikdən sonra ictimai fəaliyyətlə məşğul olub.

Zadir Rzayev 31 yanvar 2010-cu ildə, 72 yaşında vəfat edib.

Hərbi jurnalist Rəşad Süleymanov mərhum generaldan 10 il  əvvəl-ölümündən az müddət əvvəl aldığı müsahibəni öz səhifəsində paylaşıb.

Miq.Az müsahibəni oxucularına təqdim edir:

– Bir cənub kəndində doğulmuş Zadir Rzayevin hərbçi peşəsini seçməyi hansı zərurətdən irəli gəldi?

– Mən Lənkəran rayonunun Şürük kəndində anadan olmuşam. Uşaqlığım müharibə illərinə düşdüyündən çox çətin keçdi. Müharibə dövrü yaşım az olub, amma bəzi hadisələri indi də xatırlayıram. Çətinliklə də olsa oxuduq, orta məktəbi başa vurub Bakıya gəldim. Pedeqoji İnstituta sənədlərimi verdim və qəbul olundum. Amma rayonda vəziyyət çətin idi. Ailəmiz güc-bəla ilə dolanırdı. Bakıda yaşamaq və oxumaq da asan deyildi. Təsəvvür edin ki, bir kənd uşağı, heç kimi olmayan bir şəhərdə qalır və oxuyur. Bir müddət bu ziddiyyətlər oldu. Nəhayət, 1958-ci ildə fikrimi qətiləşdirib sənədlərimi geri götürdüm. O vaxtkı Bakı Ali Ümumqoşun Komandirləri məktəbinə daxil oldum. Mənim kimisinə zabit olmaq daha əlverişli idi. Dövlətin hesabına yaşayır və oxuyursan, qalmağa yerin var, məktəbi qurtarandan sonra işlə təmin olunursan. Bu məktəbi qırmızı diplomla bitirdim və məni leytenant rütbəsində Almaniyada yerləşən alaya zabit göndərdilər. Təxminən 5 ilə qədər Almaniyada xidmət etmişəm. Sonra məni SSRİ Silahlı Qüvvələrinin Zaqafqaziya Hərbi Dairəsinə göndərdilər. İndi rusların Ermənistanın Gümrü rayonundakı bazasında əvvəlcə tabor qərargah rəisi, az sonra isə tabor komandiri oldum. Elə burada xidmət edə-edə, 1971-ci ildə Frunze adına Hərbi Akademiyaya da daxil oldum. Zaqafqaziya dairəsində 1988-ci ilədək xidmət etmişəm. 1988-ci ildə ordudan tərxis olunandan sonra bir müddət Azərbaycan Dövlət Universitetində hərbi kafedranın rəis müavini kimi çalışmışam. Həmin dövrlər çox çətin idi.
– Bəs Milli Orduya necə gəldiniz?

– 1991-ci ilin sentyabr ayında Müdafiə Nazirliyi yaradılmış, rəhmətlik Valeh Bərşadlı da nazir təyin olunmuşdu. Səhv etmirəmsə, ya sentyabrın 28-i, ya da oktyabrın 3-ü idi. Yaxşı tanıdığım, uzun müddət dostluq etdiyim bir zabit vardı -polkovnik Telman Mehdiyev. Onunla general Arif Salahov mənə dedilər ki, bəs ilk hərbi hissəni formalaşdırmağa başlayırlar. Mənə orduya gəlməyi təklif etdilər. Əvvəlcə tərəddüd etdim. Amma sonra fikrimi dəyişdim. Azərbaycan Ordusunda xidmətə başladım. Məni yenicə yaranmış, hələ əsgəri olmayan briqadaya komandir təyin elədilər. Sıfırdan bu briqadanı formalaşdırmalıydım. Öncə könüllülərdən ibarət birinci taboru yaratdıq. Onlar döyüşə könüllü gəlmişdilər və sonadək də yüksək səviyyədə döyüşdülər. Allah şəhid olanlarına rəhmət eləsin. Mənə tapşırılmışdı ki, bu taboru Şıx qəsəbəsində yerləşən 18110 saylı hərbi hissənin bazasında formalaşdırım. Briqada komandiri idim. Nə maşın vermişdilər, nə də silah. Sənədləşmə işlərini də özümüz evdə, arvad-uşağın köməyi ilə aparırdıq. Öncə Hərbi Andı hazırladıq və oktyabrın 9-da Ali Sovet qəbul etdi. Açığını deyim ki, o vaxt elə Müdafiə Nazirliyini də quru adı vardı. Mən gələndə nazirlik 4 şəxsdən ibarət idi: general Valeh Bərşadlı, general Dadaş Rzayev, general Arif Salahov, polkovnik Telman Mehdiyev və Bərşadlının sürücü-cangüdəni.

– İlk taboru formalaşdırmaq yəqin ki, çətin oldu…

– Bəli. İndi «birinci batalyon» kimi tanıdığımız bu tabor dediyim kimi, könüllülərdən təşkil olunmuşdu. Onları bizə verilən bir uçuq-sökük kazarmada yerləşdirdim. Ruslar bizə yemək belə vermirdilər. Güc-bəla ilə hərbi hissənin köhnə çarpayılarını gətirib kazarmanı düzəltdik. Gecələr bir neçə dəfə ruslar gəmidən bizim uşaqlar olan kazarmaya atəş də açmışdılar. Məqsəd panika yaradıb, onları ordudan uzaqlaşdırmaq idi. Silahımız da yox idi. Gecə bölük növbətçisi naryada əlində ling və ya balta çıxırdı. Bir həftə belə keçdi. Sonra adını unutmuşam, bizim uşaqlardan biri ruslardan “AKS” markalı avtomat əldə etdi. Bir neçə əl qumbarası götürdülər. Beləcə silahlanmaya başladıq. Açığını deyim ki, hərbi hissənin rus komandiri razılaşmaya baxmayaraq bizə silah vermək istəmirdi. Silahı bizim əsgərlər rusların əlindən zorla almışdılar. Komandir otağıma gəlib, çox ədalı tərzdə «polkovnik, uşaqlarına tərbiyə ver! Aldıqları silahı geri versinlər və üzr istəsinlər» deyə mənə əmr etdi. Onun hərəkətlərindən zara gəlmişdim. «Tərbiyəsiz özünsən» deyib, qalstukundan yapışdım. Az qaldı boğulsun. Bayıra itələyib, «bir də mənim əsgərlərimə ilişmə!», – dedim. O gedən oldu. Bundan sonra hərbi hissədə vəziyyət bizim xeyrimizə dəyişdi.

– Hərbi And qəbulu necə oldu?

– Bizim birinci tabor Hərbi Andı 1991-ci il fevralın 8-də Şəhidlər Xiyabanında içdi. Hamıda vətənpərvərlik hissi, döyüş ruhu vardı. And içmə mərasimində deputatlar da iştirak edirdi. Hərbi Andı bizə general Dadaş Rzayev qəbul etdirdi. Mən taboru nizamlı şəkildə Hərbi Anda gətirdim. Komandir olaraq Azərbaycan Ordusunun ilk andını da birinci olaraq ictimaiyyət önündə mən qəbul etdim. Andiçmədən bir neçə gün sonra tağımlarımızı Qarabağın müxtəlif bölgələrinə göndərdik. İlk şəhidimiz də səhv etmirəmsə, dekabrın ya 12-si, ya da 14-də Şuşa ətrafında oldu. Bizim tağımlar Kərkicahan, Malıbəyli, Nəbilər, Kosalar kəndlərinin, həmçinin Goranboyun bir sıra kəndlərinin müdafiəsində iştirak etdi. Goranboyda 1991-ci il dekabrın 31-də tağım komandirim, indi Veteranlar Cəmiyyətinin sədri olan Füzuli Rzaquliyev kiçik bir əməliyyat keçirərək bir neçə yüksəkliyi itkisiz geri aldı.

– O zamanın əsgərlərinin döyüş ruhunu necə qiymətləndirirsiniz?

– Mən şəxsən öz əsgərlərimdən həmişə razı olmuşam. Mənim əsgərlərim hər zaman «birinci batalyonun əsgəriyik» sözünü qürurla deyib. Ən qanlı döyüşə belə qorxmadan gedib. Rəhmətlik Aqil Quliyevin bir tağımla Xocalını necə müdafiə etməsini yəqin ki çoxları eşidib. Mənim əsgərim Daşaltında ölümə gözünü qırpmadan getdi, Murovdağın qarlı qışında Kəlbəcəri azad etməyə az qalmışdı. Hansını deyim? Maraqlı bir epizodu xatırlatmaq istəyirəm. 1994-cü ildə cəbhə komandanı idim. Bir erməni mayorunu əsir tutmuşduq. Danışırdı ki, hücuma keçməzdən əvvəl öyrənirik görək bizim qarşımızda 701-in hansısa taboru yoxdur ki… Bu özü hər şeyi deyir. Adi bir briqada həm Ağdərədə, həm Kəlbəcərdə, həm də Laçında döyüşürdü. Ağdərədə 12 kəndi azad etmişdik, Laçında da 40 kəndi. Laçın dəhlizinin 2 kilometrliyinə çatmışdıq.
– General bu gün keçmiş əsgərləri ilə görüşürmü?

– Keçmiş əsgərlərim, döyüşdə mənimlə bir yerdə olmuş insanlar harada görsələr, hörmətimi saxlayır, yaxınlaşıb görüşür, hal-əhval tuturlar. Bu yaxınlarda metroda gedirdim. Vaqonda bir cavan oğlan qalxıb mənə yer verdi. Hal-əhval tutdu. Dedi ki mənim əsgərim olub. «Sahil»dən «Neftçilər»ə qədər yolda azı 5-6 nəfər yaxınlaşıb mənə «sizin əsgəriniz olmuşam» dedi. Mən əsgərimi sevmişəm və heç zaman əsgərimi başqa birisinin ayağına verməmişəm. Bəlkə də mənə bugünkü hörmət də ondan irəli gəlir. Fikirləşmişəm ki, qoy öləndə də «allah sənə rəhmət eləsin» desinlər. Gorumu söyməsinlər. Bir dəfə ermənilərlə Laçındakı Pir yüksəkliyindəki döyüşdə mənim bir neçə əsgərim şəhid olmuşdu. Gənclər idi. Orduya yenicə çağırılmışdılar. Həmin əsgərlərdən birinin valideyni həmin gün oğlunun yanına gəlmişdi. Heç nədən xəbərsiz bu hadisə baş verdi. Anasının ağlamağına dözə bilmədim. Keçmiş döyüşçülərdən ibarət tağıma tapşırıq verdim ki, yüksəkliyi bir saata geri alsınlar. Heç bir saat keçmədi. Yüksəklik geri alındı. Valideyni ora apardım, göstərdim ki, əsgərimin, oğlunun qisasını almışam. Postda 22 düşmən meyiti qalmışdı ki, onun da 15 nəfəri ya zənci, ya da başqa millətlərdən idi. Postu necə tutmalarını, oradakı əsgərlərimizi necə öldürmələrini videoya çəkmişdilər. O kaseti də ələ keçirdik. Bir dəfə Ağdərədə əsir aldığımız bir erməni «boyeviki» arsız-arsız «Xocalını gördünüz nə hala saldıq? Siz türklərin hamınızı o cür qıracağıq. Türk qadınları ermənilərə övlad doğacaq» deməsi məni özümdən çıxardı. Tapançanı çəkib yerindəcə vurdum.

– Sizin döyüş yolunuza bağlı maraqlı əhvalatlardan danışırlar…

– Döyüş özü elə maraqlı əhvalatdır. Amma ölümü, itimi var. Mən bu müharibədə çox çətinliklər gördüm. Bir dəfə fişəng tapançası əlimdə partladı, barmağımı apardı. Minaya düşdüm, salamat qaldım. Yanımda mərmi partladı, otaqda saatlı bomba, Allah saxladı. Sizə maraqlı bir əhvalat danışmaq istəyirəm. Mənə general rütbəsini səngərdə təqdim ediblər. Səhv etmirəmsə, Kəlbəcərin Çərəkdar kəndi istiqamətində olub bu hadisə. Ermənilər hücuma keçmişdi. Yanıma bir neçə əsgər götürüb qarşılarına çıxdım. Geri çəkilməməyi, elə lazım gəlsə burda da öləcəyimizi dedim. Pulemyotu özüm götürmüşdüm. Uşaqlar yolu bağladılar, mən isə yanımda bir rabitəçi, bir də avtomatlı əsgər yüksəkliyə qalxıb düşmən piyadalarını atəşə tutduq. Bir BMP-lərini də vurmuşduq deyəsən. Ermənilər ratsiya ilə deyirdilər ki, «ara bu türklərə kömək gəldi. Möhkəm dirəniblər. Vəziyyət çətindir». Mən isə onlarda panika yaratmaq üçün rabitəçiyə tapşırdım ki, açıq kodla öz tərəfimizə belə məlumat ötürsün ki, guya «qırıcılarımız gəlir. Yerinizi dəyişin». Ermənilər bunu eşidib dərhal geri çəkildilər. Amma qırıcılar gəlmədi. Bu döyüşün qızğın vaxtı bir də gördüm ki, dostum, Müdafiə Nazirliyinin idarə rəisi Telman Mehdiyev gülə-gülə gəlir. Dedi ki səni təbrik edirəm. General rütbəsi almısan. Əvvəl elə bildim zarafat edir. Amma özü ilə gətirdiyi general paqonlarını mənə uzatdı və prezidentin əmrini göstərdi. Bir dəfə də mən, Telman Mehdiyev və artilleriyanın komandiri vardı, polkovnik Səlimov. Biz ona «ded» deyərdik. Əsgərlərə «odboy» vermişik. «Ded» hardansa bir qarpız gətirmişdi. Kəsmək istəyirdik ki, irəlidəki bölüklərdən biri rabitəyə çıxıb ermənilərin hücuma keçdiyini, vəziyyətin gərgin olduğunu dedi. Təcili artilleriya dəstəyi istədilər. Əsgərlər yorulmuşdu. Dərhal Səlimov koordinatları alıb topu hazırladı. Mən mərmiləri silib verir, Səlimov tuşlayır, Mehdiyev isə atəş açırdı. Sonradan öyrəndik ki bütün atışlarımız uğurlu alınıb. Hətta hədəfi görmədən ermənilərin bir “BRDM”-ni də vurmuşduq.

– General yenə döyüş üçün darıxırmı?

– Niyə darıxmıram? Gözümün önündə əsgərlərim şəhid oldu. Onların qanını almağa söz vermişəm. Torpaqlarımızı geri almaq üçün müharibənin başlanması mütləqdir. Prezident əmr versə, yaşıma və səhhətimə baxmadan günü bu gün döyüşə gedəcəm. Yadımda ikən, mən Qarabağın ən gözəl yerlərini görmüşəm və o yerlərin azad olunması üçün qan tökmüşük. O vaxtdan bir arzum var. Sərsəng su anbarının kənarında bir ev tikib ömrümün qalan hissəsini orada yaşayım.

General mundirinizi geyinirsinizmi?

– Hazırda Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzində işləyirəm. Arabir rəsmi tədbirlərə dəvət olunduqda geyinirəm.

loading...
Mahatma Qandinin aforizmləri: "Sevgi insanlığın, zorakılıq heyvanlığın qanunudur..."
"Dövlətə sevgini 30-40 min dollara almaq mümkün olmayacaq, Millətin gözündən düşməyin"
Rusiya var deyə, Qarabağ ermənilərə peşkəş edilməlidir?!
Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti yubiley yaşında...
DTX İctimai Əlaqələr Şöbəsi XİN-də keçirilən əməliyyatla bağlı ilkin açıqlama yaydı...
Clean City Company
N.Tusi adına Klinika

Gündəm
“Bütün səfir və konsulların fəaliyyəti yoxlanılmalıdır”
Cəmiyyət
"Arzu edirəm ki, tezliklə pandemiya qurtarsın və onun səsi Qarabağımızdan gəlsin"
Hadisə
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının saytına erməni müdaxiləsi...?
Gündəm
Ermənilər  separatçı rejim “polisi”nin  Laçındakı idarəsi üçün yeni bina tikməyə başladı...-FOTO 
Cəmiyyət
“Vaxtımızı səmərəli keçirmək üçün muğamımızı amerikalılara tanıtmağa qərar verdik...”
Yazar
İlham İsmayıl
Ermənilər bizdən niyə razılıq edirlər?!
Həftənin ən çox oxunanları
"Mərc gəlirəm: bu gecə çevriliş olacaq..."- ABŞ səfirliyinin 1-ci katibindən şok iddia...
Aygün Kazımovanın yarıçılpaq videosu yayıldı - VİDEO (18+)
Şadlıq saraylarının işçiləri Maliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirdi...- FOTO
4 dəfə evlənən, erməni qayınanasına görə ailəsi dağılan, namus üstündə ölkədən gedən Xalq artisti
Ərini başqa qadınla tutan, doğuş sancısıyla səhnəyə çıxan, şüşə gözlü Xalq artisti...
"Xüsusi sesiyanın çağırılması Azərbaycanın beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi nüfuzunu göstərir"
Zirəddin koronavirusun yox olacağı dəqiq tarixi AÇIQLADI
“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi...
"Mnasakanyan Azərbaycanın təslim olmasını tələb etdi, ancaq rəsmi Bakı hələ də..."
"Axı Azərbaycanın nə qədər Solmaz Tohidisi, Firdovsiyyə Əhmədovası və ya Qulu Məhərrəmlisi var ki..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247