"Əməlində korrupsiya aşkarlansa, DSX rəsi barəsində də adekvat tədbirlər görüləcək..."
Oxunub: 7132
28 May 2020 | 22:25
DTX-nın bəzi korrupsioner məmurlara qarşı apardığı mübarizə cəmiyyətimizdə birmənalı qarşılanmır. Böyük əksəriyyət bu əməliyyatları təqdirlə qarşılayır və növbənin öz rayonlarına gəlməsini arzlayırlar.  Bu əməliyyatları gözdən salmağa çalışanlar da var. Xüsusilə bəzi müxalif çevrələr bu əməliyyatların DTX-nın təyinatına aid olmadığı barədə fikir yaratmağa çalışırlar.

Bəs bu iddialar nə dərəcədə doğrudur? 

Ədalət partiyasının sədr müavini Heydər Oğuzla bu suala işıq tutmağa çalışdıq. Partiya yetkilisinin Moderator.az-a müsahibəsini təqdim edirik.

- Heydər bəy, bu iddialarla bağlı nə deyərdiniz? Doğrudanmı DTX bu əməliyyatlarla öz təyinatından kənara çıxır?

- Açığı, bu barədə irəli sürülən bir çox fikirlərlə mən də tanışam. Korrupsiyaya qarşı mübarizəni DTX-nın fəaliyyət dairəsinə daxil etməyənlər olduğu kimi, “Mədəniyyət Nazirliyi hara, DTX əməliyyatı hara” deyib ağız büzənlər də var. Halbuki, istər korrupsiyaya qarşı mübarizə, istərsə də mədəni irsin qorunması, xarici mədəni impozisiya siyasətini durdurmaq 1 nömrəli təhlükəsizlik məsələsidir. 
Əvvəla, gəlin, korrupsiyadan başlayaq. Korrupsiya bir dövləti içəridən gəmirən qurda bənzəyir. O, dövlətin iqtisadi gücünü zəiflədir, maliyyə potensialının xaricə axmasına şərait yaradır, nəticədə ölkəni çökdürür. Bir çox hallarda xarici kəşfiyyat orqanları hədəfə aldıqları ölkəni tam ələ keçirmək üçün korrupsioner məmurların hakimiyyətə gətirilməsində maraqlı olurlar. Onlar vasitəsilə sömürülən ölkənin bütün zənginlikləri xaricə axıdılır. Dolayısıyla, korrupsioner məmur xarici güc mərkəzlərinin və kəşfiyyat orqanlarının istismara məruz qalan ölkədəki xortumlarıdır. Xarici güc mərkəzləri bu xortumlar vasitəsilə talan etdikləri ölkələrin sərvətini daşıyıb qurtardıqdan sonra iri məmurların cinayətlərini ifşa edib öz banklarında saxladıqları kapitalını ələ keçirirlər. ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı barədə dilə gətirdiyi məşhur sözlər bu siyasətin ən lakonik ifadəsidir. Yadınızdadırsa, Tramp prezident seçkiləri dövründə Səudiyyə Ərəbistanını ABŞ-ın sağmal inəyinə bənzətmiş və demişdi: “Nə qədər ki, döşlərindən süd gələcək, əməcəyik. Südü qurtaranda isə kəsib yeyəcəyik”. Liviya lideri Qəddafinin və İraq prezidenti Səddam Hüseynin başına gətirilənlər, Latın Amerikasının müxtəlif ölkələrində baş verən hadisələr eyni siyasətin bütün müstələkələrdə həyata keçirildiyini göstərir. Daha sonra tam iflas etdirilən dövlətlərin bütün şirkətləri və idarələri özəlləşdirməyə çıxarılaraq su qiymətinə alınır. Beləcə dövlətlərin iqtisadi gücü imperialistlər tərəfindən özünküləşdirilir. Ölkələrin yeganə sahiblərinə çevrilən büyük güc mərkəzləri asılı vəziyyətə saldıqları regional dövlətlərdə istədikləri siyasəti həyata keçirə bilirlər 

Son zamanlar Azərbaycanın bəzi məmurlarının qanunsuz sərvətləri barədə ortaya çıxarılan sənədlər bizim də “südümüzün” artıq tükənməkdə olduğundan xəbər verir. Dövlətimizin bu cür çətin vəziyyətdə qaldığı dövrdə bu xortumların kəsilməsi, sözsüz ki, bir nömrəli milli təhlükəsizlik məsələsi olmalıdır.

- Bəzi müxaliflər də hazırda DTX-nın əməliyyatlarını iri məmurların xaricdəki mülkiyyəti barədə informasiyaların yayılması ilə əlaqələndirirlər. Onların fikrincə, həmin pulların geri qaytarılması üçün Azərbaycan hökuməti hərəkətə keçib və adı “pulyuyan maşın” əməliyyatında hallanan məmurların iqtisadi cinayət ittihamı ilə həbsində maraqlıdırlar...

- Mənim anlamadığım bir şey var. Deyək ki, bu iddialar düzdür. Burada Azərbaycan hökuməti və ya DTX başqa nə yol tutmalıdır? Xarici güc mərkəzlərinə deməlidir ki, mən korrupsioner məmuru vəzifədə saxlayacağam, siz istəsəniz, o məmurun qanunsuz mülkiyyətini müsadirə edin? Alternativ təklifləri nədir?

- Yəni deyirlər ki, o kompromatlar ortaya çıxmasaydı, mədəniyyət naziri də işdən çıxarılmayacaqdı...

- Məncə, siyasətşünaslıq olmayanlar yox, faktiki baş verənlər üzərində mülahizə yürütməli, araşdırma aparmalıdır. Fakt budur ki, həmin iri məmurların cinayət yoluyla mənimsədikləri ortaya çıxarılıb və Prezident onlardan birini işdən uzaqlaşdırıb. Digərinin fəaliyyəti isə ortaya çıxacaq faktların nəticələrindən asılı olacaq. Əgər Dövlət Sərhəd Xidməti rəisinin əməlində də korrupsiya  aşkarlanarsa, onun da barəsində, yəqin ki, adekvat tədbirlər görüləcək. Zənnimizcə, DTX da məhz həmin şəbəkənin işini və əlaqələrini araşdırır. İndiyədək niyə araşdırılmayıb deyə bilərsiniz. Xarici ofşor hesablarında bir çox məlumatlar gizli tutulur. Cinayət faktı üzə çıxmadan hüquq mühafizə orqanları məlumatları necə araşdıra bilər?

- Maraqlı məqama yaxınlaşdıq. Bir çoxları Mədəniyyət Nazirliyində aparılan əməliyyatları şərh edərkən “Mədəniyyət hara, DTX hara” sualını verirlər. Sizcə, Mədəniyyət Nazirliyini araşdırmaq DTX-nın təyinatına aiddirmi?

- Səhv etmirəmsə, bu fikirləri böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin oğu İsfəndiyar Vahabzadə  səsləndirmişdi. Mən onun mətbuata verdiyi müsahibəsini dinləyəndə çox təəccübləndim. Ona görə ki, İsfəndiyar Vahabzadə özünün də etiraf etdiyi kimi, QRU-nun sıralarında xidmət göstərib. Bundan əlavə, o, mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb. Üstəlik, Bəxtiyar Vahabzadə kimi dərin bir şairin övladıdır və uzun illər müxtəlif ölkələrdə səfir kimi fəaliyyət göstərib. Mədəniyyət siyasətinin birbaşa milli təhlükəsizlik məsələsi olduğunu bilməməsini nə SSRİ-nin ən önəmli xüsusi xidmət orqanının sabiq əməkdaşı, nə mədəniyyət xadimi, nə də diplomat kimi ondan gözləməzdim. Milli dəyərlərə sadiq şair kimi tanıdığımız bir insanın oğluna bu düşüncələri yaraşdırmaq çətindir. Mən hələ onu demirəm ki, söhbət burada Mədəniyyət Nazirliyində hansı müğənniyə fəxri adın verilməsinin düzgün olub-olmadığını araşdırmaqdan da getmir. Söhbət korrupsiya əməlindən gedir ki, yuxarıda da bəhs etdiyim səbəblərdən, birbaşa milli təhlükəsizliyi hədəfə aldığı üçün DTX-nın fəaliyyət dairəsinə daxildir.
Digər tərəfdən, mədəniyyətin özü belə milli təhlükəsizliyin əsas sahələrindən biridir. Ümumiyyətlə, istənilən dövlətin dəyərlər sistemini iki kateqoriyaya ayrımaq olar. Onlardan biri dəyişən dəyərlər, digəri isə stabil dəyərlərdir. Dəyişən dəyərlərə ordu gücü, iqtisadi potensial, maliyyə imkanları, coğrafiya və dolayısıyla ərazi bütövlüyü, bayraq, pul vahidi və sairələr daxildir. Bu o deməkdir ki, biz vaxtilə dünya ağalığına can atan dövlət olmuşuq. Sonradan iqtisadi və hərbi cəhətdən zəifləmişik və parçalanaraq bugünkü vəziyyətə düşmüşük. Amma sabah yenidən dirçələ və əvvəlki gücümüzü özümüzə qaytara bilərik. Yaxud istənilən dövlətin yenidən işğala məruz qalıb hansısa imperiyanın müstəmləkəsi olmaq ehtimalı da istisna edilir Necə ki, 170-180 il biz də o taleyi yaşamışıq. Deməli, bütün bu dəyərlər tez-tez dəyişikliyə uğraya bilər. Amma hər bir dövlətin elə dəyərləri var ki, bunların dəyişilməsi mümkün deyil. Məsələn, dünya dağılana qədər Füzuli yaradıcılığı Azərbaycan xalqının mədəni-mənəvi sərvəti olacaq. Eynilə, babalarımızın bizim üçün miras qoyduğu digər bir çox mental dəyərləri qoruya bildiyimiz müddətcə, müstəmləkədə olsaq belə yaşayacağıq və o dəyərlər üzərində yeni dövlət quracağıq. O dəyərlər itəndən sonra millətlər də yox olmağa məhkumdur. Məhz bu səbəbdən onları dəyişilməyən dəyər adlandırırıq. Dəyişilməyən dəyərlərini qoruyan yəhudilər minillər boyu dövlətsiz yaşaya bildi. Amma bu dəyərləri itirmədikləri üçün indiki İsraili qurub dünyanın ən güclü dövlətlərindən birinə çevrildilər. Demək ki, bir millətin qorunması üçün əsas diqqət mental dəyərlərə ayrılmalıdır. Əks halda başqa xalqların içərisində əriyib yox ola bilərsən.
Üstəlik, müharibələr tarixinə baxsaq, iki əsas səbəbin ön plana çıxdığını görə bilərik: İqtisadi və mədəni səbəblər. Dünya yüzillərlə davam edən məzhəb müharibələrinə səhnə olub. Dinlərarası müharibələr isə dünya var olandan bəri davam edir və edəcək. ABŞ-ın ən önəmli strateqlərindən olan Samuel Fillip Hantinqtonun 1990-cı illərdə irəli sürdüyü  bir nəzəriyyə vardı. Strateq deyirdi ki, Soyuq savaş bitdi, bundan sonra baş verəcək bütün müharibələrin əsas bazasında mədəniyyət çarpışması dayanacaq. Hazırda bir çox beynəlxalq münasibətlərdə qarşılaşdığımız problemlərin mədəniyyət fərqliliyindən doğduğunu görürük.  İstər Ermənistanla aramızdakı olan problemlərdə, istərsə Avropa Şurasına tam inteqrasiya ola bilməməyimizdə bu fərqlilik özünü göstərir. Ölkəmizlə əlaqəsi olan bütün dövlətlər bizə öz mədəniyyətini yeritməyə çalışır. Ümumiyyətlə, bütün inteqrasiya proseslərinin başında mədəni impozasiya siyasətinin dayandığı hər kəsə bəllidir. Azərbaycanı bu təhlükələrdən qorumaq üçün yaxşı düşünülmüş və həyata keçirilən mədəniyyət siyasəti, konsepsiyası lazımdır. O başqa məsələdir ki, Azərbaycan Mədəniyyət Nazirliyi bu kimi siyasətlərlə məşğul olmur. Mədəniyyət Nazirliyi özünün vəzifəsini hansısa klubu, mədəniyyət evini və ya tarixi əsəri satıb-talamaqda görüb. Məncə, dövlətləşmə prosesinə biz bu anlayışı dəyişməkdən başlamalıyıq. İndiyə qədərki  fəaliyyətləri ilə Azərbaycanın izini silməyə çalışan mədəni oğrular sərt cəzalanmalıdırlar ki, bu, digərlərinə də dərs olsun. Yenə təkrarlayıram, Azərbaycanın pulunu mənimsəyib öz mülkiyyətinə çevirən hansısa bankir, iqtisadçı və ya SOCAR rəsmisi Azərbaycanın dəyişən dəyərlərinə zərbə vurubsa, Əbulfəs Qarayevin komandası bu torpaqlardan stabil dəyərlərimizi silib. Dolayısıyla şüurlu və ya şüursuz olaraq Azərbaycanı özlərinin tarixi torpağı elan edən ermənilərə işləyiblər. Sizcə, hansı daha çox milli təhlükəsizlik məsələsidir?

- Maraqlı yanaşmadır. Belə çıxır ki, Əbülfəs Qarayevi Azərbaycan mədəniyyətini bu torpaqlar üzərindən silməkdə günahlandırıb həbsə atıblar...

- Mən bunu iddia edəcək hər hansı informasiyaya sahib deyiləm. Əsl həqiqətlər istintaq prosesi başa çatdıqdan sonra bilinəcək. Sadəcə bəzi şəxslərin tələsiyə düşüb “DTX hara, mədəniyyət hara” iddialarının yanlış olduğunu sübuta yetirmək üçün bunları söyləyirəm. Bəzən bir millətin mədəni sərvətlərinin talanması işğalçılıq və müstəmləkə siyasətinin əsas məqsədlərindən birinə çevrilir. Tarixdən bununla bağlı xeyli sitatlar gətirə bilərəm. Məsələn, heç uzağa getməyək; İŞİD-in Suriyada ələ keçirdiyi Palmira dünyanın ən zəngin mədəni irsinin canlı muzeyi idi. İŞİD işğalından sonra Palmiradakı bütün qədim heykəllər, müxtəlif abidələr küfrün nişanəsi adı altında sökülüb Avropa ölkələrinə daşındı. Bu terrorçu təşkilat Palmira abidələrindən qazandığı pulu heç neftdən, qazdan əldə edə bilməmişdi. Yaxud Talibanın nəzarəti altında olan Əfqanistanda partlatdığı Buda heykəlləri dünya mədəniyyətinin ən qədim izləri idi. Ümumiyyətlə bir milləti manqurtlaşdırmaq siyasəti onun tarixini saxtalaşdırmaqdan başlayır. Millətə mədəniyyətinin yeni olduğuna inandırsan, ondan istənilən toplum düzəldə bilərsən. Fərqli mədəniyyətlər insanları bir-birindən ayırır və onların yoxoluşunu əngəlləyir. Təsadüfi deyil ki, ta qədim dövrdən indiyə qədər müstəmləkəçi dövlətlər işğal etdikləri ərazilərdə ənənəvi mədəniyyəti məhv etməyə çalışıblar. Mədəni irsdən məhrum olan millətlər mühafizəkarlığını itirir və ona təqdim olunan yeni reseptlərə uyğunlaşaraq assimiliyasiya olunurlar. Hər bir imperialist dövlətin də başlıca silahı öz imperiyasına uyğun insanlar yaratmaqdır. Sovet hakimiyyətini görənlər xatırlamamış olmazlar ki, həmin dövrlərdə imperializmin əsas hədəflərindən biri “sovet insanı” yaratmaqdı. Bu nəzəriyyəyə görə, bütün millətlər məhv olacaq və vahid sovet xalqı yaradılacaqdı. Təbii ki, dilləri də rusca olacaqdı. Yaxud İran İslam Respublikasının bu gün yürütdüyü əsas siyasət şiə təlimi adı altında digər xalqları assimiliyasiya etməkdir. İmperialist dövlətlər monoetnik toplum yaradacaqları halda özlərini daha təhlükəsiz hiss edirlər. Bu siyasətlərin qarşısını almağın isə yeganə yolu var: öz milli mənəvi dəyərlərini, mədəni irsini diri tutmaq. Nə yazıq ki, Azərbaycanda Mədəniyyət Nazirliyinin xəttiylə bu siyasətin əleyhinə işlər aparılıb. Nəticə etibarilə qədim mədəni  tarixi fundamenti dağılan insanlarımız rus, Avropa, İran mədəniyyətinə meylləniblər, tədricən özlərinin kimliyini unudublar. Bu gün Azərbaycanda rusdilli məktəblərin artması da bu siyasətin təbii nəticəsidir. Öz keçmişiylə fəxr etməyən xalqlar başqa mədəniyyətlərin təsiri altında özgələşir və başqa mədəniyyət sahəsinin fərdi olmağa həvəslənirlər. Azərbaycan hökuməti də bu prosesin daha da dərinləşməsi üçün milli mədəniyyət konsepsiyasına yenidən baxmalı və onu dövlətin bir nömrəli strategiyası kimi həyata keçirməlidir.
Oxşar xəbərlər
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır