Xəbər lenti
10/07/2020 [17:39]:
Azərbaycanda 90 yaşlı qadın koronavirusdan sağalıb - FOTOLAR
10/07/2020 [17:18]:
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
10/07/2020 [17:17]:
İnsanların rayona getmək arzusu ilə bağlı TƏBİB-dən açıqlama
10/07/2020 [17:16]:
Türkiyə məhkəməsi Ayasofyanın məscid kimi fəaliyyət göstərməsi barədə qərar qəbul edib
10/07/2020 [17:10]:
Geri qaytarılan ƏDV-ni nağdlaşdırmaq mümkün oldu
10/07/2020 [17:08]:
DİN polisin yas mərasiminin keçirilməsi üçün pul tələb etməsi barədə məlumata münasibət bildirib
10/07/2020 [17:07]:
Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb
10/07/2020 [17:00]:
Ermənistan prezidenti  növbəti dəfə  Azərbaycanın dövlət sərhədini pozdu..-FOTO
10/07/2020 [16:17]:
ABŞ-da daha 1,3 milyon işçi işsizliyə görə müavinət üçün müraciət edib
10/07/2020 [16:12]:
Azərbaycanda dəhşətli hadisə: Yüngül həyat tərzi keçirməsindən şübhələndiyi qızını zəncirlədi
10/07/2020 [16:09]:
Bugünkü qəbul imtahanında iki nəfərdə telefon aşkarlanıb
10/07/2020 [16:05]:
Ədalət Vəliyev Azərbaycan Liberal Demokrat Partiyasının sədri ilə görüşdü
10/07/2020 [16:04]:
Vüsal Qasımlı: “Dövlət 1,5 milyard manat kredit portfelinə subsidiya və zəmanət verəcək”
10/07/2020 [16:01]:
“Azərbaycan 90-cı illərdə üstün hərbi qüvvələr şəraitində məğlub olub” – İrəvan “yalan istehsalını” dayandırmır...
10/07/2020 [15:59]:
Azərbaycanda karantin qaydalarına məhəl qoymayan kənd aşkarlandı - FOTO
10/07/2020 [15:34]:
Prezidentin səhiyyə məsələləri üzrə köməkçisi postunun yaradılması təklif edildi
10/07/2020 [15:32]:
“Mənim üçün çox maraqlıdır ki, erməni helikopterini hansı istiqamətdə və necə vurmusan”
10/07/2020 [15:30]:
Bu gün BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası çağırılacaq
10/07/2020 [15:23]:
Şeyxin elmi platforması nələrə qarşı sipərdir?
10/07/2020 [15:17]:
Kişini toy gecəsi belə aldadırlarmış - Namussuz qızların yeni fırıldağı...
10/07/2020 [15:11]:
Azərbaycandan Rusiyaya daha iki xüsusi reys planlaşdırılıb
10/07/2020 [15:08]:
Vitali Arkov: “Ermənistan razılaşmaları yerinə yetirmir, daim vurnuxur” - MÜSAHİBƏ
10/07/2020 [14:48]:
Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır - RƏSMİ
10/07/2020 [14:38]:
“Valideyn övlad itkisinə hazır deyil, həmişə arzulayır ki, özü övladının çiynində getsin...”
10/07/2020 [14:37]:
"Mən onu olduğu kimi tanıya bilməmişəm..."
10/07/2020 [14:36]:
Elmar Məmmədyarovdan DTX-nın əməliyyatı ilə bağlı AÇIQLAMA: "İstefa verəcəyimlə bağlı deyilənlər..."
10/07/2020 [14:17]:
Şəhid ailələri və Qaradağ müharibəsi əlillərinin istifadəsinə verildi
10/07/2020 [14:11]:
Azərbaycanın işğal altındakı ərazilərində COVID-19-a yoluxanların sayı 146-ya çatıb
10/07/2020 [14:07]:
Azərbaycanda rəis müavini ailəsi ilə birgə koronavirusa yoluxdu
10/07/2020 [13:42]:
Onların övladları niyə hərbçi yox, polis olur? - XOCALIDAN “TEXOSMOTR İDARƏSİ”NƏ GEDƏN YOL...
10/07/2020 [13:41]:
Türkiyəli gəncə Azərbaycan bayrağı hədiyyə edilib
10/07/2020 [13:29]:
Qənirə Paşayeva APA-nın COVİD-19 həsr olunmuş konfransında Azərbaycanın gördüyü işlərdən danışıb
10/07/2020 [13:26]:
“Yalan arayış cinayət məsuliyyətidir...” -XƏBƏRDARLIQ
10/07/2020 [13:20]:
Azərbaycan daha 200 vətəndaşını Gürcüstandan təxliyə edəcək
10/07/2020 [13:18]:
“Həkimlərin sözlərinə görə ağ ciyərimdə sağ kürəcikdə hələ iltihab qurumayıb...”
10/07/2020 [13:16]:
Qeyri-OPEC ölkələri öhdəliyini 99% yerinə yetirib
10/07/2020 [13:08]:
Nazirlər Kabinetinin qərarı olmadan 3 "JEK" yaradılıb
10/07/2020 [13:07]:
Azərbaycan daha bir neçə ölkə ilə hava əlaqəsini açır - RƏSMİ
10/07/2020 [13:05]:
“Əgər hansısa məmur vəzifəsindən sui-istifadə edərək karantin qaydasını pozubsa, o zaman...”
10/07/2020 [13:03]:
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
10/07/2020 [13:03]:
Partiya sədri: "Ədalət Vəliyev dedi ki, Prezidentin bununla bağlı xüsusi tapşırıqları var”
10/07/2020 [12:59]:
Səhiyyə sahəsində nöqsanlar aşkarlandı
10/07/2020 [12:57]:
Baş prokurorun müavini videokonfransda iştirak edib
10/07/2020 [12:56]:
Bərdədə mobil qruplar tərəfindən reydlər mütəmadi olaraq davam etdirilir
10/07/2020 [12:55]:
Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı
10/07/2020 [12:51]:
Meyiti tapılan merin qan donduran vəsiyyətnaməsi
10/07/2020 [12:31]:
Çingiz Qənizadənin oğlu Nərimanov prokurorunun müavini təyin edilib
10/07/2020 [12:10]:
Ermənistan korrupsiya qarşısında aciz qaldı: ABŞ kömək göndərir
10/07/2020 [12:09]:
“Səksən min nəfər əhalisi olan Neftçalada içməli su yoxdur, ona görə də təcili...”
10/07/2020 [12:06]:
Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO
10/07/2020 [12:02]:
"Keçəl dərman bilsə öz başına sürtər" - Rusiya və Türkiyədən həkim gətirincə...
10/07/2020 [12:00]:
Kamran Əliyevdən yeni TƏYİNAT
10/07/2020 [11:42]:
Azərbaycan mətbuatı tarixində Üzeyir Hacıbəyli - NƏSİMAN YAQUBLUNUN ARAŞDIRMASI
10/07/2020 [11:42]:
Azərbaycan torpağında 5 erməni ölümcül qəzaya düşdü…-FOTOLAR
10/07/2020 [11:38]:
Dövlət qurumlarının icazədən istifadə edərək istirahətə gedən işçiləri cəzalandırıldı
10/07/2020 [11:37]:
Yazandan əvvəl dərindən düşünmək lazımdır! - Alimin ittihamlara CAVABI
10/07/2020 [11:37]:
Neftçilər Xəstəxanasının direktoru: “COVİD-19-a yoluxmuş reanimatoloq Elnur Abdullanın müalicəsi dövlətin nəzarətindədir”
10/07/2020 [11:34]:
Naxçıvanda yaşıllıqların götürülməsi Qaydası təsdiq edilib
10/07/2020 [11:32]:
NBA-da daha 2 oyunçu koronavirusa yoluxdu
10/07/2020 [11:28]:
Emil Balayevin “Qarabağ”a keçidi rəsmiləşib
10/07/2020 [11:26]:
DYP Bakıda mobil postların sayının artırılmasına aydınlıq gətirib - MÜRACİƏT
10/07/2020 [11:24]:
Pandemiya dövründə ərzaq təchizatçılarının aldıqları kreditlərin faizlərinə subsidiya güzəştli qaydada veriləcək
10/07/2020 [11:18]:
Nazir Səttar Mehbalıyevin oğlu ilə bağlı yeni əmr verdi
10/07/2020 [11:18]:
DİM vaxtında qeydiyyatdan keçməyən rezident namizədlərə müraciət edib
10/07/2020 [11:07]:
Gəncə Şəhər İcra Hakimiyyəti 32 milyon manatlıq 2 tenderə yekun vurub
10/07/2020 [10:56]:
Gürcüstanın 28 sülhməramlısı koronavirusa yoluxub
10/07/2020 [10:49]:
İranda dəhşətli partlayışlar: bu dəfə raket anbarları havaya uçdu -VİDEO
10/07/2020 [10:48]:
Nüfuzlu təşkilatın elektron bazasından istifadə imkanı...
10/07/2020 [10:46]:
Ötən gün 1 440 nəfər CƏRİMƏLƏNDİ
10/07/2020 [10:43]:
Ən təhlükəli azərbaycanlı haker - Erməni ekspert ad çəkdi
10/07/2020 [10:41]:
Azərbaycanda 32 yaşlı kişi baldızını bıçaqlayıb qaçdı
10/07/2020 [10:36]:
Alimlər koronavirusu zərərsizləşdirən antitelləri aşkarladılar
10/07/2020 [10:30]:
Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdi
10/07/2020 [10:26]:
“Şuşanın baş planı hazır olmayınca  heç kəsə  torpaq verilməsin!..”
10/07/2020 [10:23]:
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10/07/2020 [10:20]:
ADU-nun Konfutsi İnstitutu Sumqayıt məktəbliləri üçün onlayn seminar keçirib
10/07/2020 [10:11]:
Ən çox iş yerini dəyişən müəllimlər bu şəhər və rayolardan oldu
10/07/2020 [10:09]:
“İrəvan Qarabağı qaytarmalı olacaq...” - Moskvadan qəzəbli mesaj
10/07/2020 [10:04]:
Bakıda karantin postları yenidən qurulur
10/07/2020 [10:03]:
Müəllimlərin işə qəbulu başlayır - Bakıya gəlməyə ehtiyac yoxdur
Bütün arxiv bir sırada
29/05/2020 [13:54] - Cəmiyyət - ( 1029 dəfə baxılıb)

“Səhlənkarlıq davam etsə, bizi Avropanın taleyi gözləyə bilər” - Baş infeksionist



"Həkimlərdə bu qədər pul haradandır? Vicdan bu qədər itirilib?" 

Moderator.az Azərbaycanın baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayevin “Report”a müsahibəsin təqdim edir.

- Rəsmi rəqəmlərdən də aydın olur ki, Azərbaycanda son günlər koronavirusa yoluxanların sayı artıb. Bunun əsas səbəbi nədir?

- İnsanların səhlənkarlığı və xaricdə yaşayan azərbaycanlıların bir hissəsinin Vətənə qayıtması koronavirusa yoluxanların sayının artmasına səbəb olub. Hətta ölkədə xüsusi karantin rejimi qaydalarının yumşaldılmasından sonra virusun guya mövcud olmadığına inananlar artmağa başlayıb. Çünki hələ də xəstəliyin siyasi oyun olduğunu düşünənlər var. Mən onları dar düşüncəli insanlar sayıram. Belə siyasi oyun olmaz. Axı bütün dünyada virus alovlanıb. Yəni inkişaf etmiş bu qədər ölkənin rəhbərləri səhv edir?! Hətta deyirlər ki, guya həkimlər ölən şəxsin qohumlarına virusdan vəfat etdiyini yazmaq üçün pul təklif edirlər. Həkimlərin bu qədər çox pulu var? Vicdan bu qədər itirilib?

Hər gün gözümüzün qarşısında çox sayda insanın virusa yoluxduğunu, əziyyət çəkdiyini və dünyasını dəyişdiyini görürük. Əlimizdən gələni edirik ki, insanlar virusa yoluxmasın. Axı nə qədər demək olar ki, sosial məsafəni gözləyin, arada 2 metrlik məsafə saxlayın, zərurət olmadığı təqdirdə qapalı məkanlara getməyin, gigiyena qaydalarına əməl edin, yaxud qoruyucu tibbi maskalardan istifadə edin. 

Kimsə bilmədən virusa yoluxub xəstəliyi yüngül keçirə, fərqində olmadan başqasını yoluxdurub onun ölümünə səbəb ola bilər. Bu gün ölkədə koronavirusdan ölənlərin sayı 50-ni keçib. Hər kəs səbəbi yaxşı bilsə də, şübhəli sual verir ki, bunun səbəbi nədir?! Cavab çox sadədir - insanların məsələyə laqeyd yanaşması.

İctimai nəqliyyatda qoruyucu maskalardan istifadənin vacibliyini dəfələrlə qeyd etmişik, ancaq buna əməl edən çox az adam var. Pandemiyanın başlanğıcında virusun sürətlə yayılmasının qarşısını ala bilmişdik. Amma bu gün daxili yoluxmaların sayında kifayət qədər artım var. Hər kəs infeksiyaya qarşı birgə mübarizə aparmalıdır, öz üzərinə düşəni etməlidir. Dövlətimiz insanların yaşam şəraitini asanlaşdırmaq üçün müəyyən yumşalmalara getdi. Ümid edirik ki, yumşalma tədbirləri çərçivəsində insanlarımız da qoyulan tələblərə düzgün əməl edəcəklər. Təəssüf ki, bu gün bunun əksinin şahidi oluruq. O gün televiziyada bir süjetə baxdım, küçədə insanlar sıx şəkildə və qoruyucu tibbi maska taxmadan rahat gəzirlər. Belə olmaz axı!

- Bu artımı ikinci dalğa və ya koronavirusun pik hədd hesab etmək olarmı?

- İkinci dalğa söhbəti yoxdur. İkinci dalğa o zaman ola bilər ki, xəstəlik tamam yoxa çıxır və sonradan tək-tük bir neçə xəstə qeydə alınır. Necə ki, Çində belə olmuşdu. Amma Azərbaycanda bu gün üçün xəstəlik hələ də davam edirsə, bu, ikinci və ya sonrakı dalğalanma deyil.


- Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-də başa çatır. Xəstələrin sayındakı artım mayın 31-dən sonra sərtləşməyə səbəb ola bilərmi?

- Bu barədə indidən dəqiq nəsə deyə bilmərəm. Ölkədəki ümumi epidemioloji vəziyyət təhlil ediləcək və bundan sonra qərar veriləcək ki, rayonlara gediş-gəliş açılsın ya yox. Əgər açılası olsa, belə insanlara tövsiyə ediləcək ki, sosial məsafə mütləq qorunsun və qoruyucu tibbi maskalardan istifadə edilsin. Misal olaraq, taksiyə minəndə belə sürücüdən tələb edilməlidir ki, maska tax. Çünki onu tanımırıq və virusa yoluxmuş ola bilər. Bəzən insanlar ümid edir ki, havalar istiləşdikcə virus yavaş-yavaş məhv olacaq. Amma bu belə deyil. Ona görə də məsələyə laqeyd yanaşmaq qəti olmaz.

- Koronaviruslu xəstələrin müalicə alması üçün ayrılan tibb müəssisələrində çarpayı sayı yetərlidirmi?

- Bu gün üçün xəstəxanalarda çarpayı sayında problemimiz yoxdur. Amma qaydalara ciddi riayət edilməsə və xəstə sayı artsa, Avropanın taleyini yaşaya bilərik. Çünki koronavirus sürətlə yayılır. Həkimlərə və mütəxəssislərə qulaq asmaq lazımdır. Hər yanlış informasiyalara inanmaq məsləhət deyil. Yalnız rəsmi xəbərlərə etibar etmək lazımdır. 

loading...
"Keçəl dərman bilsə öz başına sürtər" - Rusiya və Türkiyədən həkim gətirincə...
"Hansısa işsiz özünə sayt yaradaraq guya jurnalistika ilə məşğul olursa, dövlət niyə ona vəsait ayırmalıdır?"
"Çox dəyərli Mehriban xanıma hər zamankı kimi həssas münasibətindən dolayı dərin təşəkkürümüzü bildiririk"
“Fürsət tapan kimi şəhərdən uzaqlaşıb, təbiətə üz tuturam, çox sayda ağaclar, çiçəklər əkmişəm"
Rusiyada daha bir dərman koronavirusun müalicəsi üçün təsdiqləndi - KORONAVİR...
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
Prezidentin səhiyyə məsələləri üzrə köməkçisi postunun yaradılması təklif edildi
Cəmiyyət
“Yalan arayış cinayət məsuliyyətidir...” -XƏBƏRDARLIQ
Gündəm
“Əgər hansısa məmur vəzifəsindən sui-istifadə edərək karantin qaydasını pozubsa, o zaman...”
Araşdırma
Azərbaycan mətbuatı tarixində Üzeyir Hacıbəyli - NƏSİMAN YAQUBLUNUN ARAŞDIRMASI
Cəmiyyət
Fironluq edən hökmdarların qəbir əzabına məruz qalacağının Qurandakı təsdiqi üzə çıxdı
Yazar
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Seymur Verdizadə
Artıq hamı anlayır ki, jurnalist göy alçanı da, şirin əriyi də öz puluyla alıb yeməlidir...
Sultan Laçın
“Günah keçi”ləri diktatorların ömrünü uzadır  – Onlara çox aludə olmayın..."
Həftənin ən çox oxunanları
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247