Yaxın gələcəkdə dünyada 300 milyondan çox insan iş yerini tamamilə itirəcək, 100 milyonlarla insan isə yarımgünlük və yarımaylıq əmək haqqı ilə işləməyə məcbur olacaq.
Moderator.az xəbər verir ki, bu proqnozla Şərqi Avropa və Orta Asiya Beynəlxalq Əmək Təşkilatı məlumat yayıb. Məlumata görə, işsizliyin səviyyəsi və vuracağı ziyan elə bir həddə çatacaq ki, bunu ancaq müharibə ilə müqayisə etmək mümkündür.
Sülh dövrünün “müharibəsi” kimi xarakterizə edilən bu tendensiyanın daha ağır nəticələrə səbəb olmasını önləmək üçün hlumətlərin ciddi iş aparmalı olduğu iddia edilir. Proqnoza görə daha ağır vəziyyət problemin ciddiliyinə daha laqeyd yanaşan dövlətlərdə müşahidə ediləcək. Bu səbəblə də təşkilat bütün dövlətləri problemə ciddi yanaşmağa, iş yerlərinin qorunması üçün əlavə addımlar atmağa səsləyib.
Məlumat üçün qeyd edək ki, Azərbaycan işsizliyə qarşı ciddi mübarizə aparan, əhalinin məşğulluq probleminə həssas yanaşan dövlətlərdən biridir və bütün statistik gösdtəricilər hökumətin bu sahədə böyük uğurlara nail olduğunu təsdiqləyir.
Seymur ƏLİYEV